Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya


Natiqin dili, nitqi və üslubu



Yüklə 116,06 Kb.
səhifə45/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   41   42   43   44   45   46   47   48   ...   58
KOMMUNİKASİYA (1)

65. Natiqin dili, nitqi və üslubu

Hər bir natiq nitqini hazırlayarkən qarşısına məqsədlər qoyur. Öz şəxsi təcrübəsindən istifadə edib, nitqini maraq doğuran məsələlər üzərində qurmağa çalışır. Belə ki, o, natiqlik sənətinin prinsiplərinə riayət etməlidir. Odur ki, natiq nitqini hazırlayarkən aşağıdakı prinsiplərə əməl etməlidir:



  1. Nitqin məzmunu

  2. Nitqin forması

  3. Məzmun ilə formanın vəhdəti

  4. Məzmunun aydınlaşdırılmasında ənənəvi formalardan düzgün şəkildə istifadə edilməsi

  5. Nitqin kompoziyasının qurulması

  6. Ədəbi dilin normalarına əməl edilməsi

  7. Nitqin sadə, yığcam olmasının təmin edilməsi

  8. Nitqin ideyasının dinləyicilərə çatdırılması

  9. Üslub

Natiq dilimizdə işlənən söz birləşmələrindən də (həm sabit, həm də sərbəst) düzgün istifadə etməlidir.

Bu qəbildən olan ibarələri, atalar sözlərini, zərbi-məsəlləri, idiomatik ifadələri, hikmətli sözləri yerli-yerində işlətməyi bacarmalıdır. 

Məsələn, “ürəyim ağrıyır” əvəzinə, “qəlbim ağrıyır,” “gözüm səndən su içmir” əvəzinə, “ağlım səndən bir şey kəsmir”, “gözləri kəlləsinə çıxmaq” əvəzinə, “gözləri hədəqəsindən çıxdı” və s. kimi ifadələr düzgün işlədilməyəndə öz təsir qüvvəsini itirir.

Söz birləşmələri dilin frazeologiya şöbəsinin tədqiqat obyektidir. Natiq söz birləşmələrinin növlərini (sabit söz birləşmələrini, sərbəst söz birləşmələrini) dərindən bilməlidir. Natiq bunu dərk etməlidir ki, sərbəst söz birləşmələrinin tərəfləri onun özü tərəfindən qurulur. Bunu dəyişə bilər. Sabit söz birləşmələri isə uzun bir tarixi yol keçib, sabitləşib. Onun tərəfləri arasına söz daxil etmək olmur. Milli ruh, adət-ənənə belə birləşmələrdə daha qabarıq özünü göstərir. Məsələn, gözüm səndən su içmir; nə baxırsan, dəvə nalbəndə baxan kimi; bel bağlama; söz almaq; dərd çəkmək; yersiz gəldi, yerli qaç; igid ölər adı qalar, namərd ölər nəyi qalar? keçmə namərd körpüsündən, qoy aparsın sellər səni; dost başa baxar, düşmən ayağa və s...

Natiq onu da bilməlidir ki, frazeoloji söz birləşmələri sərbəst söz birləşmələrindən bəzi xüsusiyyətlərinə görə ciddi şəkildə fərqlənir. Məsələn, sabit söz birləşmələri dildə hazır birləşmə kimi işlədilir, buradakı sözlər müstəqil mənaya malik olmur, hamısı birlikdə bir sual tələb edir. Sabit söz birləşmələri özü də sərbəst söz birləşmələrindən əmələ gəlir. Sabit söz birləşmələri bitkinliyə malik olmur. Sərbəst birləşmələr isə bitkinliyə malik olur, tərəfləri müstəqil olur, ayrılıqda sual tələb edir, müəyyən ehtiyacla əlaqədar işlədilir və s.


Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin