Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya


Diskussiyaların təşkili və əhəmiyyəti



Yüklə 116,06 Kb.
səhifə47/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   43   44   45   46   47   48   49   50   ...   58
KOMMUNİKASİYA (1)

67. Diskussiyaların təşkili və əhəmiyyəti
68. Bədii üslub və əsas tələblər

69. Bədii təsvir və ifadə vasitələrinin bədii üslubda rolu
70. Terminlərin elmi üslubda rolu
71. Dialektizmlərin dildə rolu

Ədəbi dilin lüğət tərkibinin zənginləşməsi mənbə­lə­rin­dən biri də dialekt leksikasıdır. «Dialektlər ədəbi dilin maddi əsa­sıdır,onun qida mənbəyidir, dil sistemi həlqə­sin­dən kə­nar­­­­­­da deyildir».

«Dialektlər xalqın təbii danışıq dili, bir növ dilin etnoqrafiyasıdır. Biz dialektləri öy­rən­dikcə xalqı və onun tarixini öyrənmiş oluruq».

Dialekt sözləri ədəbi dil normalarına tabe olmayan, mü­əy­yən ərazidə yaşayan əhalinin yerli danışıq dilində istifadə et­dik­ləri leksik vahidlərdir.Bu vahidlərin mövcud olması dia­lekt və ədəbi dildə olan sözlər arasındakı sərhədin tam sa­bit­ləş­mə­di­yini göstərir. V.V.Vinoqradov ədəbi dillə dialektlərin qar­şı­lıq­lı əlaqəsindən bəhs edərək yazır: «Bizdə hələ şivə söz­ləri ilə ədə­bi dil sözlərinin sərhəddi az öyrənilmişdir.Ümum­xalq, can­­lı danışıq dili sözlərinin ədəbi dilə keçməsi yolları hə­lə­lik mü­əy­yənləşdirilməmişdir».

T.C.Koqotovka da təxminən eyni fikri təsdiqləyərək yazır:»Canlı danışıq dili və dialekt söz­lərinin işlənmə sərhədləri hələ kifayət qədər öy­rə­nil­mə­mişdir». Lakin buna baxmayaraq, milli ədəbi di­lin for­ma­laş­ma­sı üçün bəzi sözlər dialektdən ədəbi dilə, bə­zi­lə­ri isə əksinə, ədə­bi dildən dialektlərə keçir. Müşahidələr gös­tə­rir ki, müasir dövrdə də ədəbi dilə – bədii dilə müxtəlif üslubi funk­­siyalarla dialekt sözləri gəlir. «Ədəbi dillə dialektlərin da­im yanaşı möv­cud­luğu onların lüğət tərkibinin qarşılıqlı şə­kil­də zən­gin­ləş­mə­si­ni təmin edir». Beləliklə də, «bir tə­rəf­dən, ədəbi dil şivələrdə işlənən lazımlı,həyati əhəmiyyəti olan sözləri seçib öz lüğət tərkibinə daxil edir və onu zən­gin­ləş­dirir. Digər tərəfdən ədə­bi dil normaları yerli şivələrə daxil olur və onları sıxışdırır. Bu­nun nəticəsində şivələrin tədricən aradan çıxması və ədəbi dilin ümumiləşməsi prosesi baş verir».

Dialektizmlərin ədəbi dilin inkişaf edib zəngin­ləş­mə­sin­­­dən bəhs edərkən, ilk növbədə, bu leksik vahidlərin ədəbi di­­lin bədii üslubu üçün daha çox səciyyəvi olmasını qeyd et­mək lazımdır. «Dialekt leksikası elə bir daimi bazadır ki, on­dan birinci növbədə ədəbi dilin bədii üslubu bəhrələnir». Çünki dialekt sözləri ədəbi dilə ən çox bədii əsər­lər vasitəsilə keçir. «Dialektizmlərin ədəbi dilin lüğət tərkibinə da­xil olması üçün bədii ədəbiyyat keçid rolu oynayır. Belə ki, leksik-semantik cəhətdən ədəbi dildə işlə­dilmə lüzumuna ma­lik olan dialektizmlər yazıçılar tərə­findən bədii ədə­biy­ya­ta gətirilir; bunlardan ümumxalq sə­ciy­­yəsi qazananlar ədəbi di­lin lüğət fonduna keçərək onu zənginləşdirir». Ədə­­­­­­­­­­­­bi dilin başqa üslublarından fərqli olaraq bədii dildə üs­lubi çərçivə olmadığı üçün yazıçılar əsərlərində dialekt söz­lə­rini işlədirlər.Bu da bədii üslubun dialektizmlərin ədəbi di­­lə keçməsində vasitəçi olduğunu göstərir. Lakin bu o de­mək de­yildir ki, bədii dildə işlənən dialektizmlərin hamısı ədə­bi dilə keçir. Bu sözlər dialekt leksikasını təmsil etsələr də, on­la­rı konkret olaraq müəyyən bir dialekt qrupuna aid et­­mək, can­lı danışıq dili sözlərindən fərqləndirmək çətin olur.»Dia­­­­­­lektizmlərin an­caq müəyyən bir qismi ədəbi dildə iş­lənmək hüququ qazanır. Bu mənzərə yazıçı dilinin fərdi ne­o­­lo­gizm­lə­rinin ədəbi dilə münasibətindəki kimidir. Belə hal dialekt söz­lərinin ümum­xalq koloriti qazanmağının, giz­li üslubi im­kan­larının üzə çıxarılmasının qanunauyğun nə­ti­cə­si kimi mey­­dana çıxır».

«Dialekt və şivə sözləri ən çox bədii dildə geniş meydan ta­pır və burada da üslubi effekt qazanır, obrazların nitqinin fər­di­­ləşdirilməsində, xarakterlərin yaradılmasında, yerli kolo­ritin ve­­rilməsində üslubi vasitələrdən birinə çevrilir». Bədii di­lin nəzm qoluna nisbətən nəsrdə dialekt sözləri daha çox iş­lə­nir. Çünki şair hər hansı obrazı, hadisəni, təbiəti təsvir və tə­rən­nüm edər­kən öz fərdi dili ilə danışırsa,yazıçı əsərdəki surətlərlə da­nış­maqla yanaşı, eyni zamanda daha çox personajların bir-bi­ri ilə danışığına, dialoqlarına üstünlük verir. Bu zaman su­rət­lə­rin di­lin­də dialekt sözlərinin işlənməsi üçün real şərait yaranır. Bu haq­da Ə.Dəmirçizadə yazır: «Bədii əsərdə bu və ya digər su­­­­rə­tin, yaxud surətlər kompleksinin müəyyən yerli-məhəlli şəraitlə üz­vi bağlılığını bildirmək belə məhəlli çalarlıqla onları can­lan­dır­maq zərurəti olduqda, tipik şivə sözlərinin işlədilməsi məq­sə­də­uyğun sayılır və ümumiyyətlə, bədii əsərin dilini məzəli, duzlu edir».


Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin