Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya



Yüklə 116,06 Kb.
səhifə46/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   42   43   44   45   46   47   48   49   ...   58
KOMMUNİKASİYA (1)

66. Diskussiya və polemika

Polemika hansısa konkret sahədə (siyasətdə, incəsənətdə, dində, fəlsəfədə və s.) aparılan söz və fikir çəkişməsidir. Polemika zamanı çəkişən tərəflər yalnız öz fikirlərini və mövqelərini rəgibə yeritmək, onu məğlub etmək istəyirlər. Hətta bu söz yuyancadan “düşmənçilik” kimi tərcümə olunur. Çəkişmədən fərqli olaraq, polemikada tərəflər arasında ziddiyət təşkil edən tezis irəli sürülür və onun ətrafında mübahisələr aparılır. Bu barədə onlar, bir-birlərini eşidərək, növbə ilə çıxış edib öz mövqelərini sübut, rəqibin dəlillərini isə təkzib etməyə çalışırlar.

Diskussiya hansısa çəkişməyə səbəb olan məsələnin müzakirəsidir. Diskussiya yalnız dəlillərin ortalığa qoyulması ilə aparılır. Mübahisəli problemi müzakirə edərkən çəkişənlər öz mövqelərini təsdiq edən dəlillərlə çıxış edirlər. Mətbuatda, yığıncaqlarda, televiziyada və s. gedən ictimai mübahisələri də diskussiya adlanır. Diskussiyaların özəlliyi ondadır ki, orada hansısa bir konkret tezis irəli sürülmür. Bu özəllik onu polemikadan fərqləndirir. Söhbətlər zamanı hansısa mövzular, aktual problemlər müzakirə olunur. Elmi konfranslarda da tezislər irəli sürülmədən çəkişmələr gedir. Çəkişmələrin çeşidləri vardır:

  1. Apodikdik diskussiyada tərəflər həqiqəti araşdırırlar;

  2. Dialektik diskussiyada həqiqətə bənzərliyə iddia olunur;

  3. Eristik diskussiyada bir tərəf rəqibini öz fikrini qəbul etdirməyə çalışır. Sofistikadan fərqli olaraq burada saxtakarlıqlar olmur;

  4. Sofistik diskussiyada isə hansı yolla olursa olsun (hətta hilə və saxtakarlıq işlədərək) diskussiyada qalib gəlmək üçün aparılır.



Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin