Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya



Yüklə 116,06 Kb.
səhifə51/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   47   48   49   50   51   52   53   54   ...   58
KOMMUNİKASİYA (1)

75. Elmi-bədii proqramlar
76. Kütləvi-siyasi proqramlar

77. Televiziya və biz
78. Sosial şəbəkələr və ictimaiyyət

Müasir dövrü özündən əvvəlkilərdən fərqləndirən əsas fenomenlərdən biri sosial media – yəni sosial mətbuatdır. Facebook, Twitter kimi sosial şəbəkələrin sayəsində yaranmış bu fenomen, insanların ətrafda baş verənlərdən xəbər tutma vərdişlərinə böyük dəyişiklər etdi.

Cəmi otuz il bundan əvvələ qədər bəşəriyyət dünyada baş verənlərdən xəbər tutmaq üçün kütləvi şəkildə müəyyən saatı gözləyir, həmin saatda televizor qarşısına keçir, ya da sabah səhər qəzet köşklərinin açılmasına qədər dözmək məcburiyyətində qalırdı. Bu televiziya kanalları və çap mətbuatı isə bəzi ölkələrdə yalnız dövlətin, bəzi ölkələrdə həm də özəl şirkətlərin idarəsində idi. Yəni ya gücün, ya pulun – zatən bunlar hansısa müstəvilərdə eyni mənaya gəlir.

İyirmi il əvvəl isə internetin yayılması səbəbindən insanlar gün ərzində davamlı yenilənən xəbər portallarına axışdı. Amma bu portallar da kimlərəsə məxsus idi – dövlət, özəl şirkət, siyasi partiya, ya da müəyyən bir qrupa.

Nəhayət, sosial şəbəkələrin meydana çıxması ilə o portallara girmə əziyyətinə də son qoyuldu. Artıq onsuz da hər gün dəfələrlə baş çəkdiyin sosial şəbəkəyə girməyin bəs edir: bilməli olduğun xəbərləri şəbəkədəki dostların paylaşıb. Hətta situasiyaya görə geniş və ya dar ictimaiyyət qarşısında sən o xəbərə qürurla şərh yaza və nə qədər ağıllı olduğunu əyani surətdə sübut da edə bilirsən.

Bəli, artıq insanlar özlərini maraqlandıran və həyəcanlandıran xəbərləri bir-birinə rahat-rahat ötürür, beləliklə onlara nəyisə diktə etmək çətinləşir. Hər kəsin məlumat paylaşa bildiyi sosial şəbəkələr bu nöqtədə qəribə, amma gözlənilən transformasiyaya uğrayır: sosial şəbəkə özü böyük bir mətbuat orqanına çevrilir və ona sosial şəbəkə ya da sosial mediya deyilməsi arasında fərq qalmır.

Bu fenomen yeni yarandığından onun haqqında bəzən yanlış nəticələrə gətirə biləcək mülahizələrlə rastlaşırıq. Bu mülahizələrdən biri də sosial mediaya necə deyərlər “tərəf” kimi baxılmasıdır. (Bəlkə də bunun kökündə əvvəllər istənilən media fenomeninin “tərəflər”in əlində olması durur). Sanki sosial media hansısa bir konkret TV kanalı, ya da bir təşkilatdır.

Əslində sosial media “media”dan daha çox “sosial” fenomendir. Yəni sosial mediaya başqa sosial institutlarla (dövlət, siyasi partiya, qht və s.) bir müstəvidə, tərəf kimi baxmağı doğru olmaz. O artıq sosiumun (cəmiyyətin) özüdür. Biz rahatca facebook və ya twitter əvəzinə “camaat” ifadəsini işlədə bilərik. Çünki orada xəbər də verən, şərh də verən, camaat özüdür.

Bu baxımdan sosial medianın nəyəsə qarşı, ya da nəyəsə tərəf olmasını demək ehtiyatsızlıqdır; çünki burdan camaatın nəyəsə (kiməsə) qarşı, ya da tərəf olması mənası çıxır. Eynilə də sosial şəbəkələr barədə digər keyfiyyət tərifi vermək – məsələn orda yalan məlumatların yayılması, ya da şit zarafatlar edilməsi bütövlükdə cəmiyyətə xas təriflər vermək anlamına gəlir. Məlum olur ki, camaat yalanı doğrudan ayıra bilmir və ya şit zarafatlara meyllidir.

Bu zaman sosial medianı qınamağın, ya da onunla hansısa müstəvidə mübarizə aparmağın xeyri olmur. Ondansa cəmiyyətin xarakter(ik) problemlərinin aradan qaldırılmasının yolları düşünülməlidir. Bu daha çətindir. Amma faydası daha uzunmüddətli ola bilər.

İnformasiya-kommunikasiya texnologiyaları və onların innovasiyaları ilə mübarizə aparmağın əvvəlcədən məğlubiyyətə düçarlığını tarix çoxdan sübut edib: informasiyanın yayılma sürətini birdən-birə əvvəllər görülməmiş səviyyəyə qaldıran çap texnologiyalarının istifadəsində gecikən bütün cəmiyyətlər sonralar əsrlərlə sürən geriləməyə və hətta məhv olmağa məruz qalıb. Bu baxımdan çap maşınını internet və onun yaratdığı sosial şəbəkə fenomeni ilə müqayisə edə bilərik. Zamanında Gutenberg’in icadı ilə necə münasibət qurmalı olduğumuzu düşünürüksə, Zuckerberg’in icadı ilə də eynisini qurmalıyıq.



Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin