Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya



Yüklə 116,06 Kb.
səhifə30/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   26   27   28   29   30   31   32   33   ...   58
KOMMUNİKASİYA (1)

38. Nitqin yığcamlığı

Nitqin yığcamlığı geniş anlayışdır. Burada yığcamlıq dedikdə müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur.

Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır. Bu, nitqdə sözçülüyə, uzunçuluğa qarşı qoyulan bir anlayışdır. Sözçülük, əsasən, iki formada özünü göstərir:

a) nitqdə artıq, lüzumsuz sözlərin, ifadələrin işlənməsi, fikrin təkrarı, eyni bir mətləbin ayrı-ayrı cümlələrlə bir neçə dəfə ifadə olunması;

b) çox danışmaq, uzunçuluq, çərənçilik. “Çox yeməkdən, çox danışmaqdan və çox yatmaqdan uzaqlaşmalıyıq” (İslamın prinsiplərindən).

Yığcam danışa bilmək insanda çox vacib keyfiyyətlərdəndir. Hər kəs özünün və başqasının danışığına (eləcə də yazısına) bu cəhətdən tənqidi münasibət bəsləməli, imkan daxilində yığcam, həm də məntiqi danışmağı bacarmalıdır.

Fikri əhatə etməklə qısa demək bacarığı istedad əlamətidir. İstedadla bağlı olan yığcamlıq söz söyləyəndən deyəcəklərini ölçülü-biçili, geniş mətləbləri yığcam şəkildə deməyi, vaxt almamağı, təkrarçılıqdan qaçmağı, məlum olanları yenidən xatırlatmamalı, başqalarını yormamağı tələb edir.

Yığcam nitq danışandan dərin bilik, həssas düşüncə, zəngin lüğət ehtiyatı tələb edir. Yığcamlıq məzmunu dolğun əhatə edən adekvat formadır. Burada fikir geniş, sözlər az, məna dərin olmalıdır. Babalarımız həmişə yığcamlığı gözləmiş, uzunçuluğa, yoruculuğa qarşı mübarizə aparmışlar. Məsələn, “uzun sözün qısası” (Atalar sözü), mənası genişdir, qafiyəsi dar.

Yığcamlıq nitqin bəzəyidir, təsirliliyidir. «Yığcamlıq nitqi qüvvətləndirir. Elə ifadələr var ki, günəş şüalarına bənzəyir, nə qədər çox olursa, o qədər şiddətlə yandırır» (H.Suit); «Yığcamlıq ağlın bacısıdır» (A.P.Çexov).


Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin