100. Nitq qüsurları və onların aradan qaldırılması
Kar və zəifeşidən uşaqlar nitq formalarının müxtəlifliyi və qavrama üsulları ilə xarakterizə olunur. Karlarda nitqin formalaşması xüsusi təhsil şəraitində bütün qorunmuş analizatordan kompensasiya olunmuş istifadəyə əsaslanır. Yalnız surdopedaqoqun köməyi ilə göz və qulaq qavraması (səsgücləndirici aparatdan istifadə etməklə) daktil-vibrasiya həssaslığı ilə genestetik hissetməni aktiv cəlb etmək mümkündür.
Müəllim uşaqlara dil orqanının işləmə funksiyasını başa salır, həmçinin öz eşitməsi ilə uşaqların nitqinin düzgün səslənməsinə nəzarət edir. O, kar şagirdlərdə dil orqanının hərəkətini başa düşərək mənimsənilməsinə müvafiq olan səs, söz və cümlələrin tələffüz etməsinə kömək edir.
Erkən yaşda eşitməsi zəifləmiş uşaqların nitqləri onlarda olan qalıq eşitmə əsasında inkişaf edir. Normal danışıq səsinin natamam qavranılma imkanı şifahi dillə onun müxtəlif pozuntuları olsa belə, müstəqil mənimsənilməsinə kömək edir. Xüsusi təhsilə qədər uşaqda nitq hərəkətlərinin mənasının başa düşülməsi formalaşır, söz və cümlənin mənasının dərk edilməsi baş verir. Zəifeşidən uşaqlarda sözləri xatırladan, lakin təhrif olunmuş sözlər, komplekslər mümkün məna kəsb edir. Eşitmənin qavranılma imkanı sözün natamam səs imkanından ibarət olmasına baxmayaraq, uşağa sərbəst olaraq bir qədər söz ehtiyatı əldə etmək imkanı verir. Məktəbdə təhsilin başlanması ilə eşitmənin intensiv inkişafı və istifadəsi şəraitində müstəqil lüğət ehtiyatının artmasına və nitqin qrammatik quruluşunu mənimsəməyə imkanı artırır.
Məktəbəqədər yaşda, sonra məktəbdə xüsusi təhsil zamanı zəifeşidən uşağın nitqi bir-birindən fərqlənir. Bu fərq zəifeşidən uşağın müəyyən dərəcədə eşitmənin köməyilə ətrafdakılarla dil ünsiyyəti zamanı müstəqil şəkildə yiyələnməsi ilə əlaqədardır. Bu, kar və zəifeşidən uşaqların xüsusi təhsilinin müxtəlif şərtlərini tələb edir.
Kar və zəifeşidən uşaqlar nitqin qavranılmasına görə də seçilirlər. Karlar nitqi göz və qulaq-göz (səsgücləndirici aparat vasitəsilə) analizatorları ilə yalnız xüsusi təhsil prosesində qavrayırlar.
Zəifeşidənlər nitqin qavranılmasına görə müstəqil yiyələnmə imkanına malikdirlər (qulaq seyvanı yaxınlığında danışıq səsi ilə). Həmçinin onların ətrafdakılarla təbii ünsiyyət prosesi vasitəsilə imkanları olur. Zəifeşidənlərin eşitməsi yaxşı olduqda, onların təlim-tərbiyə prosesində iştirak etmək imkanı (göz vasitəsilə qavranılmasının əhəmiyyəti) böyük olur.
Eşitməsi qüsurlu uşaqlarda nitqin göz analizatoru vasitəsilə qavranılmasının əhəmiyyəti qüsurun ağır olması ilə artır. Kar və zəifeşidən uşaqlarda dilin qavranılması xüsusiyyətləri pedaqoji prosesdə müxtəlif tələblər irəli sürür. Gec kar olan uşaqlar üçün xüsusi məktəbdə ayrıca qrup təşkil edirlər. Onlarda eşitmə qüsurunun müxtəlif dərəcəsi və dilin saxlanılmasının müxtəlif səviyyəsi müşahidə olunur. Gec kar olmuş uşaqların dilinin inkişafı eşitmə əsasında təbii dil ünsiyyəti şəraitində olur. Bu cür uşaqlar dilə yiyələnmiş olurlar.
Gec kar olmuş uşaqların əksəriyyəti xüsusi məktəblərə daxil olarkən artıq qulaq qüsurunun ağır dərəcəsini almış olurlar. Ona görə də dilin intensiv tərəfinin formalaşması məsələsi ön plana çəkilir. Beləliklə, dilin söz və ya qulaq-göz üsulu əsasında səsgücləndirici aparatdan istifadə olunur.
Zəifeşidənlər üçün məktəbdə jest dilinin istifadəsi qadağandır. Belə ki bu uşaqlarda dilin inkişafı təkcə xüsusi təhsil şəraitində deyil, həm də ətrafdakılarla birbaşa ünsiyyətinə tələbat böyük olduqca, uşaqların müstəqil şəkildə dili daha aktiv inkişaf edir. Zəifeşidənlərdə jestin ünsiyyət zamanı istifadə olunması onların söz dilinin inkişafını gecikdirir. Surdopedaqoq zəifeşidən uşaqlarda jest dili vasitəsilə danışmaqdan çəkinməli, təhsil prosesində lazım olan bütün vasitələrdən maksimum istifadə etməlidir. Zəifeşidən uşaqları kar uşaqlarla bir sinifdə və ya bir məktəbdə oxutmaq, jest dilindən istifadə etmək olmaz. Çünki o nitqin göz vasitəsilə qavranılma vərdişlərinin formalaşmasını tormozlaşdırır.
Dostları ilə paylaş: |