Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya


Natiqin şəxsi keyfiyyətləri



Yüklə 116,06 Kb.
səhifə55/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   50   51   52   53   54   55   56   57   58
KOMMUNİKASİYA (1)

84. Natiqin şəxsi keyfiyyətləri

Hər bir natiqin şəxsi xüsusiyyətləri ilə bərabər fərdi üslubu olmalıdır. Onun yazdığı hər hansı mühazirə, çıxış xidmət etdiyi cəmiyyətlə güclü təmasda olmalıdır. Şairə, yazıçıya, jurnalistə, tənqidçiyə və digər şəxslərə xas olan fərdi üslub natiqlik sənətində mühüm və əsas keyfiyyətdir. Hər bir natiq nitqini qurarkən dildə işlənən sözləri saf-cürük edir, fikrini dolğun, obrazlı ifadə etmək üçün dil vahidlərini düzgün seçib işlədir. Bu xüsusiyyət natiqin səviyyəsini üzə çıxarır. Ona görə də natiq olmaq istəyən hər bir şəxs dilin incəliklərini bilməlidir, ondan düzgün istifadə etməlidir.

Söylənilən fikirlərdən aydın oldu ki, natiqlik sənəti cəmiyyətə xidmət edir. Cəmiyyət isə uzun bir tarixi yol keçmişdir. Bu tarixi yol natiqlik sənətinin müxtəlif növlərinin və şəkillərinin yaranmasına şərait yaratmışdır. Eyni zamanda cəmiyyətin inkişafına və tərəqqisinə xeyli kömək göstərmişdir. Onu da qeyd edək ki, cəmiyyətin inkişafı bir xətt üzrə getmədiyi üçün natiqlik sənətinin də təsnifi, bölgüsü müxtəlif şəkildə təzahür etmişdir. Yəni cəmiyyətin inkişafında bir sahə yüksək səviyyədə, digəri orta, başqa birisi isə durğunluq dövrü keçirərək yaşamışdır. Bu müxtəliflik şübhəsiz ki, cəmiyyətlə birgə inkişaf edən natiqlik sənətində də özünü göstərməyə bilməzdi. Ona görə natiqlik sənətinin növləri ya tam əhatə olunmamış, ya da bölgülərdə naqislik özünü göstərmişdir. Bu bölgülərin müxtəlifliyinə, tədqiqatçıların fikir ayrılığına baxmayaraq, bu, natiqlik sənətinin müvəffəqiyyəti idi. Artıq bir elm kimi mütəxəssislərin diqqətini cəlb edən natiqlik sənəti elmi mübahisələrin yaranmasına şərait yaratdı və öz varlığını sübut etdi.

Ümumiyyətlə, natiqlik sənətinin bölgüsü haqqında fikir müxtəlifliyinə Azərbaycan tədqiqatçılarının əsərlərində də rast gəlirik. Bizcə, başqa bir alimin tərtib etdiyi sxemi əsas götürən və onu qəbul edən Məmmədəli Əskərovun məqbul hesab etdiyi bölgü daha məqsədəuyğundur. Əsasən, məqbul və dolğun hesab etdiyimiz bu bölgüdə yalnız bir növün adını dəqiqləşdirmək yerinə düşərdi: Bu növün adının ilahiyyatçı natiqlik yox, dini natiqlik adlanmasını daha düzgün hesab edirik. Yerdə qalan növləri və onların müxtəlif qollara ayrılmasını (Məmmədəli müəllim bunları şəkillər kimi ifadə edir) olduğu kimi qəbul edirik. 



Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin