Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya



Yüklə 116,06 Kb.
səhifə50/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   46   47   48   49   50   51   52   53   ...   58
KOMMUNİKASİYA (1)

74. Elmi-kütləvi proqramlar

Cəmiyyətin həyatında, insanların zövqünün formalaşmasında, bilik əhatəsinin genişlənməsində, savadlanmasında, informasiya ilə təmin olunmasında mühüm amillərdən biri, bəlkə də birincisi elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarıdır ki, onların inkişaf etdirilməsi çox vacibdir.

Çevik internet əsrində yaşadığımız üçün bu cür proqramların daha geniş, daha əhatəli və daha çox şaxəli yayılması üçün kifayət qədər imkanlar var, sadəcə bu resurslardan istifadə edib onları canlandırmaq lazımdır. Vaxt vardı ki, televiziyalarda, radiolarda elmi-kütləvi, mədəni-maarif proqramları kifayət qədər idi və böyük təsir imkanları vardı. Kitabxanalarda, mədəni-maarif ocaqlarında, klublarda, mədəniyyət və yaradıcılıq evlərində olduqca maraqlı kütləvi tədbirlər, tamaşalar, filmlər təqdim edilirdi. Bu gün isə Azərbaycanda bu sahədə ciddi problemlər olduğu aşkardır. Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları qeyri-kommersiya xarakterli olduğundan çox zaman telekanallar da, kino film istehsalı ilə məşğul olanlar da buna diqqət yetirmək istəmir. Amma əsasən kitabxanalarda, universitetlərdə, ictimai təşkilatlar da bu cür tədbirlər keçirilir, onların da sayı əvvəlki illərlə müqayisədə çox azdır. Televiziyalara gəlincə isə burada  heç şübhəsiz, kitabın, kitabxananın, elmin, mədəniyyətin təbliği elə də ürəkaçan səviyyədə deyil. Vaxtilə televiziyada kütləvi xarakter daşıyan bu kimi proqramların yerini indi əsasən şou xarakterli proqramlar tutur. O proqramlar ki, maarifçilik əhəmiyyəti yoxdur…

Azərbaycan Gənc Alim, Doktorant  və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bu istiqamətdə proqramlar ilk növbədə konkret tədbirin mövzusuna uyğun şəkildə təşkilat komitəsi tərəfindən hazırlanır. “Mən eyni zamanda bu proqramların səviyyəsini çox yüksək qiymətləndirirəm. Konkret olaraq rəhbərlik etdiyim Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin nümunəsində deyə bilərəm ki, bizim təşkil etdiyimiz həm beynəlxalq, həm də yerli səviyyəli tədbirlərin proqramlarını hazırlayarkən burada həm beynəlxalq təcrübə öyrənilir, eyni zamanda konkret tədbirin mövzusuna uyğun şəkildə proqramlar hazırlanır. Əlbəttə ki, bu proqramlar peşəkar mütəxəssislər tərəfindən ərsəyə gətirilir. O peşəkarlar ki, onlar birbaşa tədbirin təşkilat komitəsinə daxil olurlar və bu proqramlar onlar tərəfindən hazırlanır. Bununla bağlı həmçinin Azərbaycanda bir nümunə də var. Uzun illərdir ölkəmizdə ən yüksək səviyyədə müxtəlif istiqamətli beynəlxalq tədbirlər keçirilir. Azərbaycanın bu istiqmaətdə çox yüksək təcrübəsi və nümunələri var. Bizdə bu cür tədbirlərin keçirilməsi çox yüksək səviyyədədir”.


Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin