3. Ritorika. Ritorikanın tarixi
Ritorika – xitabət sənəti və ya nitq, vizual və ya yazılı şəkildə inandırmaq məharəti, metodikasıdır. Qədim Yunanıstanda meydana çıxmışdır və yunanca ῥήτωρ, rhêtôr-orator sözündən əmələ gəlmişdir.
Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərən səbəblərdən biri Solon qanunları olmuşdur. Bu qanunlara görə hər bir afinalı məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi. Belə bir tələb əsasında afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın, təsirli, məntiqli, rabitəli danışmağa xüsusi səy göstərirdilər. O zaman məhkəmədə vəkillər fəaliyyət göstərmədiyindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoqraflar hüquqi təhsil almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı həmin nitqi əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi.
Bir çox yunan alimlərinin müraciət etdiyi mövzu olsa da, natiqlik sahəsinə ən ciddi töhfəni Aristotel e.ə. 330-cu illərdə yazdığı və 3 kitabdan ibarət “Ritorika” adlı əsəri ilə vermişdir. Aristotel öz nitqlərində təsirli arqumentlər istifadə edən və güclü inandırma qabiliyyətinə malik insan kimi tanınırdı. Aradan əsrlər keçsə də, onun araşdırmaları arqumentlərin inkişaf etdirilməsi sahəsində hələ də etolan olaraq qəbul olunmaqdadır. Aristotelin “Ritorika” sı üç məşhur məfhumun – ethos, pathos və logosun üzərində qurulmuşdur.
Ethosun mövcudluğu natiqə qarşı güvən təlqin edir. Əgər auditoriya sizə inanmrsa sizin nitqininzin təsiri olmayacaqdır.
Pathos – natiqin auditoriya üzərində emosianal təsiridir və emosiyaların yaradılması aktıdır. Pathosun məqsədi auditoriyada nitqin hədəfinə qulluq edən xoş emosianal təsir yaratmaqdan ibarətdir. Qərar almada emosiyaların rolu olduqca vacibdir. Aristotelə görə Pathos inandırmanın ən mükəmməl alətidir. Pathos və ya emosional çağırış auditoriyanı natiqin auditoriyada yaratdığı emosiyalar üzərindən nitqin hədəfinə yönləndirməkdir ki, bunun da ən yaxşı yolu hekayə söyləməkdir; həqiqi, inam yarada bilən, sadə, konkret və emosional hekayələr. Aristotelə görə insanları yalnız məntiqə əsaslanaraq inandırmaq mümkün deyil. Yalnız məntiqə əsaslanan inandırma prosesində dinləyicinin diqqətini cəlb etmək və dinləyici ilə natiq arasında körpü qurmaq mümkünsüzləşir.
Pathos eyni zamanda emosional zəkanı təmsil edir və qarşıdakı insanların duyğularını hissetmə və təcrübədən keçirmə mənasına gəlir. Emptiya və pathos kəlimələri eyni kökdən törəmişdir. Emptaiya ilə biz başqalarının özünü necə hiss etdiyini, ehtiyaclarını, hadisələrə baxış tərzini və nə demək istədiyini anlayırıq. Empatiyadan, yəni, pathosdan yoxsun ünsiyyət uğurla nəticələnə bilməz. Natiq onu dinləyənlərin ruhunu analiz edə bilməli və onun duyğularına göz yummamalıdır.
Logos qədim yunan düşəncə sistemində söz, nitq, düşüncə, ağıl, məna və izah mənalarına gəlməkdədir. Müasir deyişlə məntiqi və intellektual zəkanı təmsil edir. Məntiq insanlarla heyvanları ayıran ən vacib ünsürlərdən biridir və həmcinsləri ilə ünsiyyətdə əhəmiyyətli yer tutur. Logos boş vədləri və anlaşılmayan şişirdilmiş təsvirləri qəbul etmir. Qarşı tərəfin natiqdən və ya müsahibdən gözlədiyi düzgün və məntiqli arqumentlərdir. Uğurlu nitq üçün anlaşılan arqumentlər hava və su kimi vacibdir. Pathosla anlamağa, logosla isə anlaşılmağa çalışmalıyıq.
Dostları ilə paylaş: |