Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya


Müəllimin nitqində əsas tələblər



Yüklə 116,06 Kb.
səhifə56/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   50   51   52   53   54   55   56   57   58
KOMMUNİKASİYA (1)

85. Müəllimin nitqində əsas tələblər
86. Siyasi xadimin nitqində əsas tələblər
87. Səhnə nitqində əsas tələblər
88. Məişət natiqliyində əsas tələblər
89. Lüğət fondunu zənginləşdirmək yolları
90. Səs və natiqlik
91. Dialoq üslubu
92. Monoloq üslubu
93. Üslubi artıqlıq
94. Üslubi səhvlər və onun formaları
95. Praktik üslubiyyat və normalar
96. Yazılı nitq formaları və orfoqrafiya
97. Şifahi nitq və orfoepiya

Orfoepiya normaları ədəbi dilin strukturu ilə bağlıdır. Bu norma ədəbi dilimizə daxil olan bütün sözlərin nitqdə düzgün tələffüzünü təmin edir. Yazılı ədəbi dilin normaları olduğu kimi, şifahi ədəbi dilin də normaları vardır. Yazılı ədəbi dilin normaları tam müəyyənləşdirilib və bu sahədə xeyli işlər görülüb. Lakin şifahi ədəbi dilimizin normalarına riayət etmək və bu sahədə qaydalar yaratmaq uzun illərdir vacib məsələlərdən biri idi. Bu baxımdan “Azərbaycan dilinin orfoepiya normaları”nın Nazirlər Kabinetinin Qərarına əsasən təsdiq edilməsi böyük əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, “Azərbaycan dilinin orfoepiya normaları”nın layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi Qrupu tərəfindən işlənilib hazırlanıb.

Dilimizin yazılı və şifahi normaları arasında xüsusi fərqlərin olmasına baxmayaraq, yazılı dilin normalarını orfoepik normalardan ayrı təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, B.Çobanzadə 1920-ci illərdə orfoqrafiya məsələlərinin nizama salınmasında tələffüzün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Orfoepiyanın böyük ictimai əhəmiyyətini vurğulayan alim qeyd edib ki, hər bir nitq necə tərtib olunursa-olunsun, onun dinləyiciyə çatdırılması tələffüzün üzərinə düşür. Sözlərin düzgünlüyü, səlisliyi, aydınlığı tələffüzün əsasını təşkil edir. Müasir dövrümüzdə mətbuatın, təhsilin kütləviləşməsi nəticəsində tələffüz normalarına xüsusi önəm verilir. Orfoepik normalar ekran, efir dilində sözün səlis tələffüzünü təmin edir. Yeni hazırlanan orfoepiya normaları televiziya və radio sahəsinə öz müsbət təsirini göstərəcəkdir. Dildə gedən proseslərlə cəmiyyətin inkişafı arasında sıx əlaqə vardır. Bu gün mətbuatın televiziya və radio sahəsində ədəbi dilin şifahi qolu yeni keyfiyyət qazanır. Ünsiyyət zamanı nitqin qavranılması üçün düzgün tələffüz əsasdır. Düzgün nitq ədəbi dilin normalarına uyğun bir nitqdir.

Onun sözlərinə görə, ədəbi tələffüz normalarına riayət edən şəxslərin nitqi mükəmməl olur. Şifahi nitqin inkişafı üçün orfoepiya normalarının xüsusi əhəmiyyəti vardır. Hər bir şəxs fikrini necə şərh edirsə etsin, orfoepik normalara riayət etməlidir.

“Orfoepiya üzrə işlər həm nəzəri, həm də praktiki istiqamətdə aparılır. Qeyd edək ki, orfoepiya lüğətlərinin də tarixi qədim deyildir. Nəsimi adına Dilçilik İnstitutunun qarşıda duran əsas vəzifələrindən biri “Orfoepiya lüğəti”nin çapa hazırlanmasıdır. Bu istiqamətdə ciddi işlər görülür”, - deyə T.Şükürlü fikrini yekunlaşdırıb.


Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin