Əgər - dirsə, belə enerjili atomların sayları üçün olur. İki səviyyə arasındakı keçidlərin sayı m səviyyədəki atomların sayı, yəni onların “məskunluğu” ilə mütənasibdir.Gücləndirmə almaq üçün elə etmək lazımdır ki, böyük enerjili En halında olan atomların sayı, kiçik Em enerjili haldakı atomların sayına nisbətən çox olsun. Belə “məskunlaşma” invers məskunlaşmaadlanır. Belə halda olur və T<0 alınar .
Mənfi udulma
Enerji səviyyələri invers hala malik olan maddədə məcburi şüalanma, işığın atomlar tərəfindən udulmasına nəzərən çox olur və düşən şüa maddədən keçərkən güclənir. Belə halda maddənin udma əmsalı mənfi olur (α0). İnvers məskunluğa malik olan atomlardan ibarət mühit “aktiv mühit” –adlanır. Aktiv mühit yaratmaq mümkün olduqdan sonra lazer qurmaq mümkün olmuşdur.