Optik kvant generatorlar (OKG), yaxud lazerlər keyfiyyətcə yeni işıq mənbələri olub, bir çox əhəmiyyətli xassələrə malikdir. «Lazer» sözü ingiliscə "light amplification by stimulated emission of radiation " ifadəsinin baş hərflərindən tərtib olunmuşdur. Bu ifadənin tərcüməsi belədir: «İşığın məcburi şüalanma vasitəsilə güclənməsi». Lazerin iş prinsipi, atom və molekulların kvant xassəsinə (enerji səviyyələrinin diskretliyinə) əsaslanır. Kvant generatoru sözü də bununla əsaslandırılır.
İşığın udulması . Spontan və məcburi şüalanma
Lazerin quruluş və iş prinsipi ilə tanış оlanadək işığın maddə ilə qarşılıqlı təsirinin bəzi məsələlərini araşdıraq. Məlum olduğu kimi işıq şüası qalınlığı l oıan şəffaf dielektrik mühitdən keçərkən onun intensivliyi Buger-Lambert qanuna görə eksponensial azalır
(1)
burada J -qalınlığı l оlan uducu təbəqədən çıхan işığın intensivliyidir. Bu ifadə Buger-Lambert qanunu adlanır.