Qüvvə və vəsaitlərin fəaliyyətinin təminatının əsas növləri aşağıdakılardır:
kəşfiyyattəminatı;
hərəkətintəminatı;
nəqliyyattəminatı;
mühəndistəminatı;
hidrometeorolojitəminat;
texnikitəminat;
madditəminat;
tibbitəminatvəs.
Kəşfiyyat təminatı Kəşfiyyatınməqsədi – fövqəladə hallar nəticəsində yaranmış vəziyyət haqqında qısa müddət ərzində məlumatların toplanması və kəşfiyyatı göndərən rəisə (komandirə) çatdırılmasıdır.
Kəşfiyyatıntapşırıqları: Radiasiya səviyyəsinin, zəhərləyici və qəza-kimyəvi təhlükəli maddələrin növünün, qatılığının, bakterioloji vasitələrin təyin edilməsi, yerlərdə və xəritədə (sxemdə) aşkar edilmə vaxtlarını qeyd etməklə göstərilməsi.
Dağılmış, radiasiya səviyyəsi yüksək olan və bəzi ZM və QKTM-lə zəhərlənmiş yerlərin yan keçilməsi üçün yeni yolların tapılması, yerlərdə və xəritədə göstərilməsi.
Zədələnmə rayonlarında mühafizə qurğularının vəziyyətinin, bina və qurğuların dağılma dərəcəsinin öyrənilməsi.
Yaralıların axtarışı və tapılması.
Xilasetmə işləri keçiriləcək yerlərə yolların təyin edilməsi.
RKB şəraitin dəyişməsinə fasiləsiz nəzarət.
QXDTİ-nin keçirilməsində texnikanın tətbiqinin mümkünlüyünün təyin edilməsi.
Zədələnmə ocağının miqyasının, zəhərlənmənin və yanğının yayılma istiqamətinin təyin edilməsi.