Zədələnmə ocaqlarına hərəkətin təminatı Obyekt dəstəsi zədələnmə ocağına MM qüvvələrinin ümumi kolonnasında, yaxud müstəqil olaraq hərəkət edir.
Obyekt dəstəsi zədələnmə ocağına hərəkət etmək üçün yürüş kolonnası şəklində düzülür. Kolonnanın düzülüş qaydası marşrutdakı və iş sahəsindəki vəziyyətdən asılı olaraq təyin edilir. Kolonnanın düzülüşünün mümkün variantlarından biri belədir: kəşfiyyat qrupu – hərəkəti təmin edən dəstə – əsas qüvvələr (I, II və III eşalon), ehtiyyat qüvvələri – texniki bağlanma.
MM dəstələrinin zədələnmə rayonlarına hərəkəti bu hərəkəti təmin etmək üçün təyin olunmuş dəstələr tərəfindən həyata keçirilir.
Hərəkəti təmin edən dəstə göstərilən marşrut üzrə hərəkət edərək:
marşrutdakı yanğınları söndürür, yaxud lokallaşdırır;
dağılma təhlükəsi olan binaları sökür və ya bərkidir.
MM əhəmiyyətli yüklərin daşınmasının planlaşdırılması, təşkili və həyata keçirilməsinə aid tədbirlər kompleksi MM tədbirlərinin nəqliyyat təminatı adlanır. MM tədbirlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi qısa bir müddət ərzində böyük həcmdə yüklərin və böyük bir sayda insanların daşınmasını tələb edir.
Texniki təminat nəqliyyat vasitələrini və digər texnika növlərini daim saz və hazır vəziyyətdə saxlamaq məqsədilə təşkil edilir.
Texniki təminat təmir emalatxanaları, texniki xidmət stansiyaları, texniki xidmət dəstələri və təmir müəssisələri (təmir zavodları) və s. tərəfindən yerinə yetirilir.