dərəcədə düzgün cavab yazdığını müəyyənləşdirmək.
Suallar qabaqcadan tərtib olunmalı və müsahibədə
dekanlığın nümayəndələri, kafedra müdirləri, təcrübəli müəllimlər
iştirak etməlidir. Müsahibə aparılan zaman qeydlər götürmək,
suallar yazılan lekstə baxmaq olmaz. Müsahibəyə başlamazdan
əvvəl abituriyentin anketi ilə tanış olmaq lazımdır.
Müsahibədə verilən I qrup suallar sərbəst söhbət üçün şərait
yaratmalıdır; II qrup suallar abituriyentin ictimai-siyasi fəallığını
üzə çıxarmalıdır; III qrup suallar seçilmiş profilə uyğun maraq və
meyilləri aşkarlamalıdır; IV qrup suallar abituriyentin mənəvi
simasının öyrənilməsinə yönəlməlidir.
Müsahibə zamanı abituriyentin davranışına (pozitiv, neqativ,
laqeyd və s.) diqqət yetirilməli, davranışın adekvat olub-olmadığı,
situaliv xarakter daşıdığı, yaxud onun abituriyentin şəxsiyyətilə
əlaqədar olduğu aydınlaşdırılmalıdır.
• Miiiahkh metodu. Müşahidə metodu abituriyent
haqqında kifayət qədər zəngin məlumat toplamağa imkan verir.
• Xii.su.si tərtib olunmuş testlər. Testlər abituriyentin
psixi proseslərinin xüsusiyyətlərini müəyyənləşdirməyə xidmət
edir. Testi pedaqoji və psixoloji eksperimentlər qoymağı bacaran,
təlim prosesinin özünəməxsus xüsusiyyələrini dərindən bilən,
konkret fəaliyyət növünün şəxsiyyətə verdiyi tələblərə bələd olan
mütəxəssislər
keçirməlidir.
Nəticələrin
yoxlanması
və
yekunlaşdıniması
üçün
xüsusi
qrup
yaradılmalıdır.
Diferensial-diaqnostik cədvəllər tərtib olunmalı, hər bir
416
göstəriciyə müəyyən bir diaqnostik koefısient (əmsal) seçilməlidir.
Koefisentin əhəmyyəti seçilmiş peşəyə az və ya çox uyğunluqla
(yaraqlı olmaqla) müəyyənləşdirilir.
Tədqiqatın nəticələri üç formada ümumiləşdirilir:
•
Əlverişli proqnoz - ali məktəbdə təhsil və təlimə
uyğundur.
•
Əlverişsiz proqnoz - ali məktəbdə təhsil və təlimə uyğun
deyil.
•
Qeyri-məyyən proqnoz.
Müəyyən edilmişdir ki, abituriyentin attestat qiymətləri,
eksperimentin nəticələri, qəbul imtahanları zamanı toplanmış bal
arasında və nəticə etibarilə, bütün bunlarla peşə-ixtisas təhsilinin
müvəffəqiyyəti arasında qanunauyğun asılılıq mövcuddur.
Peşə ixtisas təhsilinin və tərbiyəsinin strukturunu,
xüsusiyyətlərini, qanunauyğunluqlarını öyrənmək məqsədilə aii
məktəb pedaqogikası, yuxarıda qeyd edildiyi kimi müsahibə,
eksperiment, anket, fəaliyyət məhsullarının öyrənilməsi
metodları
ilə yanaşı, professoqrajiya
metodundan da geniş surətdə istifadə
edir. Bu metodun əsasını insanın peşə fəaliyyətinin psixofizioloji və
texniki xarakteristikası təşkil edir. Bu məqsədlə, peşə fəaliyyəti və
onun müxtəlif istiqamətlərdə təşkili ilə bağlı material toplanır,
təsvir
olunur,
təhlil
edilir
və
sistemləşdirilir
(professioqramlaşdırma). Sonra bu əsasda konkret peşənin
professioqramı (texniki, sanitar-gigiyenik, texnoloji, psixoloji,
psixofizioloji xarakteristikalar) və psixoq- ramı (konkret peşənin
aktuallaşdırılması üçün zəruri olan keyfiyyətlərin, psixoloji və
psixofizioloji göstəricilərin xarakteristikasından ibarət «peşə
portreti») tərtib edilir.
Professiorafiya metodunun əhəmiyyəti bundadır ki, o
şəxsiyyətin peşə-ixtisas keyfiyyətlərini modelləşdirməyə və onların
inkişaf prioritetlərini proqnozlaşdırmağa imkan verir.
417
12.3. ALİ MƏKTƏBDƏ TƏLƏBƏNİN PEŞƏYƏ
İSTİQAMƏTLƏNDİRİLMƏSİ
Peşə-İxtisas fəaliyyətinin müvəffəqiyyətli icraçısının əsas və
həlledici amillərindən biri şəxsiyyətin peşəyə istiqamət-
ləndirilməsidir.
Ali təhsil müəssisəsində tədris edilən ümumi və ixtisas
fənləri tələbələri peşəyə istiqamətləndirməyə, onlarda öz
fəaliyyətlərini, bilik və bacarıqlarını seçdikləri peşə-ixtisas
sahəsində tətbiq etmək səriştəsi formalaşdırmağa şərait yaradır.
Peşəyə istiqamətləndirmə prosesində tələbədə seçdiyi əmək növünə
pozitiv münasibət formalaşır, peşəyə yararlıhğını və hazırlığını
təkmilləşdirmək, maraq və meyillərini, tələbatlarını peşə-ixtisas
fəaliyyəti ilə təmin etmək səyi yaranır və stimullaşır. Belə
formalaşma prosesində tələbə seçdiyi peşə- ixtisas fəaliyyətinin
məqsəd və vəzifələrini, ictimai-sosial əhəmiyyətini daha çox dərk
edir, dünyagörüşü, əqidə və durumu daha sabit xarakter almağa
başlayır. Bütün bunlar tələbənin peşə-ixtisas fəaliyyətinə
istiqamətinin möhkəmliyi və dərinliyini, yaxın və uzaq
perspektivlərini, ictimai-sosial, şəxsi motivlərini təzahür etdirir.
Pedaqoji tədqiqatlarda tələbənin peşəyə istiqamətləndi-
rilməsinin bir neçə səviyyəsi müəyyənləşdirilmişdir. Pedaqoji
fəaliyyətə istiqamətlənmənin səviyyələrinə diqqət yetirək:
•
Tithbəııin pedaqoji peşəyi istiqamdthnmasimn yiiksdk
saviyyasL
Bu səviyyədə müəllimlik peşəsinə maraq çox erkən
yaşlardan (uşaq yaşlarından) özünü göstərir. Müəllimi təqlid etmək,
özündən kiçiklərə qayğı göstərmək, məktəb tədbirlərində fəal
iştirak etmək, ayrı-ayrı fənlərə maraq, bunlar müəllimlik
fəaliyyətinə təbii meylin ifadəsidir.
Tahbmin pedaqoji peşiyə istiqamathnımsinin orta S3viyy3si.
Bu səviyyədə müəllimliyə maraq nisbətən gec, yuxarı
siniflərdə ayrı-ayrı fənlərin təsiri ilə yaranır və bu maraq
41 s
məzunu pedaqoji fəaliyyətə istiqamətləndirir. Bu, əsasən daha
səmimi səciyyə daşıyır.
•
T^hhanin pedaqoji peşaya istiqaımthnm?sinin a.yağı
.vəi’/]yv7,v/.
Bu halda pedaqoji peşə qohumların, valideynlərin, dost və
tanışların məsləhətləri, yaxud digər təsadüfi motivlərlə seçilir.
•
P e Ş f j y ə istiqamdthnmmin olmaması.
Bu elə bir səviyyədir ki, bu zaman məzun başqa ali məktəbə
daxil ola bilmədiyindən məcburiyyət qarşısında qalaraq pedaqoji
peşəni seçməli olur.
Peşəyə istiqamətlənmənin səviyyəsinə görə, tələbələri üç tipə
bölmək olar:
/
tip tnhbııliV müshtıt professional motivhva malikdirhr.
Onlar ali məktəbdə təhsil illərində peşə-ixtisas motivlərini qoruyub
saxlayır, seçdikləri peşəni yüksək əxlaqi prinsiplərlə əsaslandırırlar.
Seçdikləri peşənin professioqramını yaxşı dərk edir, peşə haqqında
aydın təsəvvürə malik olurlar. Peşəni təsadüfi deyil, məhz malik
olduqları təbii imkanları, qabiliyyətləri əsasında seçirlər. Belə
tələbələr, bir qayda olaraq, yüksək fəallıqları ilə fərqlənirlər. Ali
təhsilə peşəyə yiyələnmə prosesi kimi yanaşırlar. Əksəriyyəti öz
təhsilini magistraturada davam etdirmək niyyətində olur. Belələri
tələbələrin ümumi sayının üçdə bir hissəsini təşkil edir.
II tip t^hbələrin pcifnyə münasibəthri axıradək mihyyan-
iv^tmyih.
Peşəyə istiqamətlənmə aydın surətdə motivləş- məyib.
Onlar seçdikləri peşə haqqında kifayət qədər aydın təsəvvürə malik
deyillər. Belə tələbələrin fəallıq dərəcəsi situativ xarakter daşıyır,
gah artır, gah azalır. Bu tipə daxil olan tələbələr şəxsi problemlərlə,
məişət çətinlikləri ilə «yüklənmiş» olur. Ailə və məişət məsələləri,
şəxsi məsələlər onlar üçün daha önəmlidir. Onları peşə-ixtisas
təhsili o qədər də cəlb etmir. Həyat yolu seçməkdə. Özünü
müəyyənləşdirməkdə çətinlik çəkir, heç buna cəhd də göstərmirlər.
III tipə daxil olan tələbələr peşə seçərkən təsadüfi motivlərə
əsaslanırlar.
Seçdikləri peşəyə mənfi münasibət bəsləyirlər. Peşə
haqqında çox səthi məlumatlara malik olurlar.
419
Onları seçilmiş peşənin sosial imkanları daha çox cəlb edir. Buna
görə də onlar üçün təhsil biznesdə istədikləri pilləyə qalxmaq üçün
ancaq vasitədir. Belələri bütün tələbələrin 26%- ni təşkil edir. Bu
qəbildən olan tələbələr ali məktəbi bilirir, lakin mənən peşəyə hazır
olmurlar. Sonralar da ictimai həyatda fəallıq səviyyələri çox aşağı
olur. Şəxsi işləri, gəlir əldə etmələri onları daha çox maraqlandırır.
Ali məktəbdə peşə oriyentasiyası işinin zəif qurulması bir
sıra arzuolunmaz nəticələrə gətirib çıxarır. Belə ki. h^r ijeydm ^vv?l
gənc mütəxəssis öz peşəsinin sosial əhəmiyy,əLini kifayət qədər
aydın dərk etmir. İkincisi,
gənc mütəxəssis müəyyən səbəblər
üzündən peşəsindən məmnunluq hiss etmir, öz əmək fəaliyyətinə
dərin maraq göstərmir, ictimai-siyasi fəallığı ilə seçilmir, heç bir
səmərələşdirici təklif verə bilmir. Üçüncüsü^
gənc mütəxəssis əmək
kollektivinə uzun müddət alışa bilmir, adamlarla işləmək bacarığına
malik olmur. Dördüncüsü,
peşəyə marağın olmaması gənc
mütəxəssisdə
təşkilatçılıq
bacarıqlarının,
təşəbbüskarlığın,
işgüzarlığın və çevikliyin inkişafına mane olur. Acı da olsa etiraf
etmək lazımdır ki, müasir dövrdə təhsilin müstəqil sosial fenomen
kimi dəyəri, şəxsi və status-mövqe əhəmiyyəti azalmışdır.
Ali məktəbin «kommersiya» baxımından seçilməsi
nəticəsində təmin olunmuş ailələrin övladları təhsil illərində
özlərini çox «rahat» hiss edir, biznes sahəsində səriştəli
valideynlərinin dəstəyinə arxalanaraq gələcəyə inamla baxırlar.
Mükəmməl təhsili və peşə hazırlığını yüksək qiymətləndirir, xarici
dilləri öyrənir, mənəvi zənginliyə meyl göstərirlər.
Maraqlıdır ki, tələbələrin ali təhsil motivləri müxtəlifdir;
diplom almaq
(4-14%);
peşəyə yiyələnmək
(56-62'X>);
elmi- tədqiqatla
məşğul olmaq
(5-15%);
tələbəlik həyatı yaşamaq
(8-
18‘/ü);
gələcək
maddi təminat
(43-53%);
xarici dillərə yiyələnmək
(17-41%);
mədəni
insan olmaq
(33-39%);
xaricdə işləmək
(20-29‘%);
sahibkarlıq
sahəsində bilgilər və təcrübə qazanmaq
(10-16%);
dostlar, tanışlar
arasında nüfuz qazanmaq
(10-13%);
ailə ənənəsini davam etdirmək
(6-9%)
və s.
Müəyyən edilmişdir ki, «kommersant tələbələr» işləyir və
məvacib alır, hətta müstəqil sahibkarlıqla məşğul olurlar.
420
ixtisasın seçilməsi motivləri ilə təlim motivləri biri-birilə sıx
vəhdətdədir. Odur ki, hər şeydən əvvəl, tələbədə təlim motivlərini
inkişaf etdirmək lazımdır. Bu, tələbədə seçdiyi peşəyə müsbət
münasibətin, maraq və məhəbbətin yaranmasının ən etibarlı
yoludur.
Tələbədə
peşəyə
istiqamətlənməni
müvəffəqiyyətlə
formalaşdırmaq üçün seçilmiş peşənin məzmun və strukturunu
aşkarlamaq, onun profesioqramını tələbəyə başa salmaq lazımdır.
Ali məktəb tələbəyə peşə-ixtisasla bağlı bilik, bacarıq və
vərdişlər aşılamaqla kifayətlənməməli, həm də onda müvafiq peşə
qabiliyyətləri inkişaf etdirməlidir.
Lakin ali məktəbin peşəyə istiqamətləndirmə sahəsində
gördüyü iş nə qədər mükəmməl olsa da, tələbənin özünün daxili səyi
olmadan müvəffəqiyyət qazanmaq qeyri-mümkündür. Buna nail
olmaq üçün, hər şeydən öncə, tələbənin ali məktəbə daxil olana
qədər və ali məktəbə daxil olduqdan sonra qarşıya qoyduğu
məq.sədləri, seçdiyi peşəyə münasibətini, ali məktəb həyatının
müxtəlif fəaliyyət növlərində özünü necə reallaşdırmasını, maraq və
ideallarını öyrənmək lazımdır.
Peşəyə istiqamətlənməni təlimin müxtəlif pillələrində
tələbənin peşə-ixtisas keyfiyyətlərinə verdiyi qiymətlər vasitəsilə
müəyyənləşdirmək olar. Tədqiqatlar göstərir ki, özünüqiymət-
ləndirmənin dəqiqliyi və adekvatlığı tələbənin gələcək ixtisasla
bağlı təsəvvürlərinin xarakteri ilə bağlıdır. Gələcək peşə haqqında
kifayət qədər aydın təsəvvürlər və müvafiq peşə adamlarına düzgün
münasibət tələbənin özünüqiymətləndir- məsinin obyektivliyini
təmin edir və onu peşə-ixtisasla bağlı özünütəhsilə, özünütərbiyəyə
təhrik edir. Onda ali təhsili başa vurduqdan sonra da öz ixtisasını
daha artıq təkmilləşdirmək səyi oyadır. Bu isə öz növbəsində
tələbədə seçilmiş peşəyə sadiqlik idealı formalaşdırır. Peşə əqidəsi
inkişaf etdirir.
Tədqiqatlar göstərir ki, tələbənin peşəyə istiqamətlənməsi
heç də həmişə təlim müvəffəqiyyəti və ictimai fəallıqla üst-üstə
düşmür. Məsələn, ola bilər ki, yaxşı oxuyan tələbədə peşəyə səy
kifayət qədər olmasın. Yaxud ali məktəbin ictimai həyatında son
dərəcə fəal olan tələbədə təlimə və peşəyə
421
münasibət neqativ xarakter daşısın. Bəzən də elə okır ki, təhsil
illərində peşəyə istiqamətlənmə gözlənilməz çətinliklər və digər
səbəblər üzündən zəifləyir. Tələbənin təlim səyi azalır, ictimai
fəallığı enir, işgüzar motivləri zəifləyir və s.
Tələbənin peşəyə istiqamətlənməsinin səviyyəsinin aşağı
düşməsinin iki əsas səbəbi var: birincisi, peşa seçmakd? po}-
mmçıbq sindromu, ikincisi,
və ən başlıcası, zi>if oxuyan tahba- brin
çdtinlikbri.
Bu çətinliklər təlim motivlərinə, onun strukturuna,
deməli, dolayısı ilə ixtisas istiqamətlənməsinə mənfi təsir göstərir.
Qüvvətli tələbə bir qayda olaraq «əla» və «yaxşı» qiymətlərlə
oxumağa, davranışında və intizamda nümunəvi olmağa, buraxılış
işini müvəffəqiyyətlə müdafiə etməyə, yaxşı mütəxəssis kimi
formalaşmağa səy göstərdiyi halda, zəif tələbə tədris fənlərini ancaq
plan və proqram səviyyəsində, müəllimlərin tələbləri çərçivəsində
yerinə yetirir, valideynlərini razı salmaq, təqaüd almaq motivlərini
əsas götürür. Əla oxuyan tələbənin motivləri təlimin son
məqsədlərinə yönəlir. Bu isə peşəyə, ixtisasa daha möhkəm, ardıcıl
və yüksək istiqamətlənməni təmin edir. Zəif tələbənin motivləri ali
məktəb həyatının gündəlik, cari məsələlərinə yönəlir, situativ
xarakter daşıyır, bu səbəbdən də peşəyə istiqamətlənməsi aşağı
səviyyədə olur.
Sadalanan bu və ya digər neqativ halları aradan qaldırmaq
üçün nə etmək lazımdır? Başqa sözlə, tələbənin peşəyə
istiqamətlənməsinin yolları hansılardır?
Har şeydən əvvəl
seçilmiş peşənin, ixtisasın məqsədini,
əhəmiyyətini, sosial prestijini, ona verilən tələbləri tələbəyə başa
salmaq lazımdır.
İkincisi,
tələbəni seçdiyi ixtisasa mükəmməl surətdə
yiyələnməyin mümkünlüyünə inandırmaq, gələcək perspektivlərini
təlqin etmək, seçilmiş ixtisasın emosional və yaradıcı cəhətlərini
göstərmək lazımdır.
Üçüncüsü
və ən başlıcası, tələbəni gələcək fəaliyyətin tələb
etdiyi bilik, bacarıq və vərdişlərlə silahlandırmaq, müvafiq
qabiliyyətləri inkişaf etdirmək ali məktəbin müxtəlif fəaliyyət
növlərinə cəlb etmək.
422
Dikdüncih tələbəni seçdiyi peşənin professioqramı ilə tanış
elmək, ona professional əməyin modelini (onun məqsədi, vəzifələri,
qaydaları və s.) təqdim etmək.
Beşincisi, tələbələrin bilik və bacarıqlarının tətbiqi,
vərdişlərinin təkmilləşdirilməsi və qabiliyyətlərinin inkişaf
etdirilinəsi üçün müvafiq şərait yaratmaq, onları gələcək əmək
fəaliyyəti ilə tanış etmək.
Altıncısı, tələbəni peşə-ixtisasla bağlı özünütəhsil və
özünütərbiyə işinə cəlb etmək və bu məqsədlə onları özünütəhsil və
özünütərbiyə metodikası ilə tanış etmək, öz üzərində sistemli və
ardıcıl işə cəlb etmək, bu prosesə nəzarət etmək və korreksiya işi
aparmaq.
Yeddinci,, ali məktəbdə professor-müəllim heyətinin və
müxtəlif ictimai təşkilatların fəaliyyətini əlaqələndirmək.
Sukkizinci, tələbələri elmi fəaliyyətə (tələbə elmi birliyi,
konstruktor bürosu, istehsalın sifarişləri və s.) cəlb elmək. Bunu
əsas götürmək lazımdır ki, heç də hər tələbə alim olmur. Lakin hər
bir mütəxəssis tədqiqatçılıq qabiliyyətinə malik olmalıdır.
Tələbələri ali məktəbin tarixi və əmək ənənələri ilə tanış
etmək, məzunları ilə görüşlər təşkil elmək, ali məkəbdə fəaliyyət
göstərən alimlər, kafedralar, bölmələr haqqında informasiyalar
vermək, prestij istehsal sahələri və əmək qabaqcılları haqqında
məlumat vermək və s. tələbələrin peşəyə istiqamət- ləndirilməsinin
sınanmış yollarıdır və onlardan vəhdətdə istifadə olunmalıdır.
Peşə oriyentasiyası istiqamətində aparılan müxtəlif
istiqamətli, müxtəlif cəhətli işlərdə müvəffəqiyyəti təmin edən bir
sıra prinsiplərə əməl olunmalıdır., Bu prinsiplər aşağıdakılardır:
•
peşə oriyentasiyasının müasir dünyanın, sivil cəmiyyətin
ixtisas təhsili tendensiyalarına uyğunluğu;
•
peşə təhsilinin fundamental xarakter daşıması;
•
peşə təhsili alanların yaş və fərdi xüsusiyyətlərinin nəzərə
alınması;
423
•
təlobənin professional fDaiiyyətin subyekti kimi öyro- nilmosi;
•
professional
fəaliyyətin
psixoloji
aspektlərinin
müəyyənləşdirilməsi;
•
tələbənin peşə seçiminin subyekt-obyekt münasibətləri (nə
seçilib-kim seçib) sistemində öyrənilməsi;
•
professional qiymətləndirmə prosesində əsas (ənənəvi)
aspektlərin vəhdətdə nəzərə alınması.
Bu aspektlər aşağıdakılardır:
•
sosial-iqtisadi aspekt
(peşənin qısa tarixi xülasəsi, bazar
iqtisadiyyatında rolu, kadr hazırlığı haqqında məlumat, inkişaf
perspektivləri, əmək haqqı, peşənin prestijliyi);
•
istehsal-texniki aspekt
(əməyin təşkili forması, iş şəraiti,
əmək obyekti və alətləri, əməyin texnologiyası);
•
sanitar-gigiyenik aspekt
(iqlim şəraiti, işıqlanma sistemi,
əmək rejimi və ritmi, sağlamlığın təmin edilməsi);
•
psixofiziki aspekt
(peşənin şəxsiyyətin psixi proseslərinə
və xüsusiyyətlərinə verdiyi tələblər).
Pedaqoji ədəbiyyatda peşələrin predmetinə, məqsədlərinə,
vasitələrinə və əmək şəraitinə uyğun olaraq dörd bloku ayırd edilir.
I blok - peşələrin tiplərini əks etdirir.
Əmək predmetinə görə bütün peşələr aşağıdakı kimi təsnif
olunur: bionomik
(təbiət) peşələri; texnomik
(texnika) peşələri;
siqnomik
(işarələr, simvollar) peşələri; artonomik (bədii obrazlar)
peşələri; sosionomik
(insanların qarşılıqlı münasibətləri) peşələri.
Pedaqoji ədəbiyyatda buna uyğun başqa təsn^at da
mövcuddur. «insan-t:tbht», «insan-texnika»\ «insan-simvoli- ka»;
«insan-obraz»; «insan-insan».
Peşə bloklarının müxtəsər şərhini verək:
•
nİnsan - canlı tpbht»
(c T)
Bu peşə sahibləri yer üzünün flora və faunasını öyrənməklə
məşğuldur (bağban, aqronom, zootexnik, veterinar, mikrobioloq və
b.)
•
«İnsan - texnika»
(T) və cansız təbht
424
Bu peşə sahibləri əməyin texniki obyektlərini və cansız
əşyaları öyrənməklə məşğuldur .(çilingər-yığıcu texnik-mexanik.
elektroçilingər, mühəndis-elektrik, texnik-texnoloq və b.).
•
«İnsan ~ simvolika»
(S)
Bu peşə sahiblərinin əmək obyekti təbii və süni dillər şərti
işarələr, simvollar, rəqəmlər, formullar və sairədir (proqramçı,
layihəçi-kartoqraf, riyaziyyatçı, dilçi, nəşriyyat redaktoru və b.)
•
«İman
-
ohraz»
(O)
Bu peşə sahiblərini gerçəkliyin bədii inikası, obrazlı
təeəssümü məşğul edir (rəssam-dekorator, rəssam-restavrator
(bərpaçı), musiqi aləti ustası, konsertmeyster, balet artisti, aktyor
və b.).
•
«İnsan-insan»
(İ)
Bu peşə sahiblərinin tədqiqat obyekti sosial sistemlər,
əməkdaşlıq, əhali təbəqələri, müxtəlif yaşlı adamlar və başqalarıdır
(satıcı, həkim, müəllim, sosial işçi və b.).
Beləliklə peşələrin I bloku - tiphrini
(cTTSOİ) əhatə edir.
Peşələr məqsədlərinə görə biri-birindən fərqlənir. Buna
əsasən II blok peşələr belə təsnif olunur:
•
qnostik peş^hr
(Q);
•
dityişdirım, yenidən təşkiletmə peşələri
(D):
•
axtancdıq (yaradıcılıq) peşələri
(A).
Beləliklə, peşələrin II bloku - peşə bölmələrini
(QDA) əhatə
edir.
Hər bir peşə blokunun daxilində əmək vasitələrinə və əmək
alətlərinə əsasən peşələr belə təsnif edilir:
•
əl əməyi peşələri
(Ə);
•
əllə idarə olunan maşın əməyi peşələri
(M);
•
avtomatlaşdırılmış və avtomat sistemlərlə bağlı peşələr
(A);
•
əməyin funksional vasitələrinin üstünlük təşkil etdiyi
peşələr ( F ) .
Beləliklə, peşələrin I I I bloku
-
peşə şöbələrini
(ƏMAF) əhatə
edir.
A-25
Əmək şəraiti əsasında peşələr belə təsnif olunur:
•
ımişift şəraitinə uyğun mikroiqlim
(otaq) pe^nhri
(M)
(laborant, mühasib, EHM operatoru və b.);
•
/ınr cür iqlim şnraitiıuh «açıq lıava» pcijnhrİ
(H)
(aqronom, avtoinspektor, montajçı və b.);
•
qeyri-adi ş^vait peşəhri
(q.Ş) (yüksəklikdə, yerin altında,
su altında, yüksək hərarətdə, aşağı temperaturda işləyənlər, üzgüçü,
yanğınsöndüren, dağ kombaynı maşinisti və b.);
•
yüksək maudvi tmsuUyyat tnhb edm pe^!>hr
(M)
(müəllim, tərbiyəçi, həkim, hakim və b.).
Beləliklə, peşələrin IV bloku - peş? qruplarım
(MHqŞM)
əhatə edir.
Peşələrin təsnifatını sxem şəklində belə göstərmək olar
(Y.A.Klimovaya görə):
MNq$M
ƏMAF
O D A
cTTSOİ
IV blok - peş? qrupları
III blok - peş? şöb?l?ri
II blok - peş? bölm?l?ri
I blok - peş? tiphri
Peşə seçiminin düzgün aparılması üçün gəncləri peşə
blokları, müxtəlif peşələrin özünəməxsus xüsusiyyətləri, hər bir
peşənin sosial əhəmiyyəti haqqında aydın təsəvvür yaratmaq, fərdi
imkan və xüsusiyyətlərini nəzərə alaraq, onları peşələrə
istiqamətləndirmək lazımdır.
Ümumiyyətlə, peşə seçiminə təsir göstərən amillər
aşağıdakılardır:
ailənin, yaşlıların təsiri; həmyaşıdların
mövqeyi; məktəb kollektivinin mövqeyi; şəxsi
həyat perspektivləri; professional planlar; fərdi
imkan və qabiliyyətlər; cəmiyyət tərəfindən
«qəbul olunmaq» cəhdi;
A26
•
bu və ya digər peşə fəaliyyəti haqqında informasiyalara
bələd olmaq, peşələr aləmi haqqında adekvat təsəvvürlər;
•
maraq və meyllər;
•
peşə seçərkən öz keyfiyyətlərini adekvat surətdə
dəyərləndirmək;
•
peşə seçimi situasiyasını maksimum adekvat surətdə
qiymətləndirmək;
•
peşə seçimi zamanı faktorların fərdi ierarxiyasını
modernləşdirmək;
•
peşə seçərkən əsas və həlledici faktorları ayırd etmək.
Psixoloqlar peşə sisteminə təsir göstərən amilləri iki qrupa bölürlər;
<•
Subyektiv amilhr:
•
maraqlar (idrak maraqları, peşəyə olan maraq, me- yillər
və s.);
•
qabiliyyətlər (müəyyən fəaliyyət növündə müvəffəqiyyəti
təmin edən psixoloji mexanizmlər);
•
temperament;
•
xarakter.
<♦ Obyektiv
a/m7/i?r;oxumağa qabillik; hazırlıq səviyyəsi;
səhhəti; peşələr haqqında informasiyalar.
❖ Sosial amilbr:
sosial mühit; ailə şəraiti;
valideynlərin təhsili və savadlılıq səviyyəsi; stimulun
olması.
İşçiyə verilən tələblərə uyğun olaraq peşələr üç qrupa
(K.M.Qureviçə görə) ayrılır:
•
Hər bir sağlam adamın özünün normal fəaliyyəti ilə
ictimai effektivliyə nail ola biləcəyi peşələr.
•
Hər adamın müvəffəqiyyət qazana bilmədiyi, lazımi
effekt əldə edə bilməyəcəyi peşələr.
•
Yüksək ustalıq, mütləq peşə yararlılığı tələb edən peşələr.
427
Bu peşə tiplərinin hər biri insana, onun qabiliyyət və
imkanlarına müəyyən tələblər verir.
«İn.san-t!fhht» tiplipeş!>br insandan müşahidəçilik, /.ən-
gin ləxə\'yül. əyani obra
2
İı təfəkkür, dəyişən təbiət faktorlarını
əvvəlcədən görmək və qiymətləndirmək məharəti, səbirlilik,
təkidlilik. çətin iqlim şəraitində işləmək bacarığı və s. tələb edir.
«M(i!fin-texnika» tiplipeş:>hr insandan texniki qurğuları
yığmaq, montaj etmək, yaratmaq, layihələşdirmək, texniki
qurğulardan istifadə etmək və onları təmir etmək, həssas görmə,
eşitmə, vibrasiya (titrəyiş) və kinestetik (əzələ-hərəkət) duyğular,
yaradıcı və texniki təfəkkür, müşahidəçilik, diqqətin keçirilməsi və
mərkəzləşdirilməsi, hərəkətlərin düzgün koordinasiyası kimi
qabiliyyətlər tələbedir.
«İnsan-simvolika» tipli peşəhr insandan məntiqi təfəkkür,
operativ və mexaniki hafizə, simvolik material üzərində
mərkəzləşdirilmiş diqqət, diqqətin bölüşdürülməsi və keçirilməsi
bacarığı, qavrayışın dəqiqliyi, simvolik işarələr arxasında duran
gerçəkliyi görmək, təkidlilik, dözüm kimi qabiliyyət \o bacarıqlar
tələb edir.
«lnsan-ohraz» tipli peşphr insandan bədii əsərlərin layi-
hələşdirilməsi və yaradılması, nümunə əsasında bədii əsərlərin
bərpası, bədii əsərlərin kütləvi istehsalı bacarıqları, görmə qavrayışı
və görmə hafizəsi, müşahidəçilik, əyani-obrazlı təfəkkür, insanlara
psixoloji və emosional təsir qanunauyğunluqları haqqında bilgilər
tələbetməsi ilə səciyyələnir.
«İnsan-insaıt» tipli peşt> sahibhri ünsiyyətə tələbat və cəhd-
tanış olmayan adamlarla asanlıqla rabitələr yaratmaq, insanlarla
işlərkən gümrahlıq və nikbinlik, səbirlilik, həssaslıq, qayğıkeşlik,
mərhəmət, davranış mədəniyyəti, başqalarım dinləməyi və başa
düşməyi bacarmaq, insan münasibətlərindən baş açmaq, konfliktləri
həll etmək, özünü başqalarının yerinə «qoya bilmək» məharəti,
inkişaf etmiş nitq, zəngin mimika və pantomimika, müxtəlif
adamlarla «dil» tapmaq, inandırmağı, təlqin etməyi bacarmaq,
insanların psixologiyasına bələd olmaq, səliqə, dəqiqlik kimi
keyfiyyətlərə malik olmalıdırlar.
428
Beləliklə, peşə seçimi kimi mürəkkəb və həlledici aki /a-
manı şəxsi arzu və istəklərlə yanaşı, sosial ideallar, ictimai
mənafelər, peşəyə yararlıq, potensial imkanlar və fərdi keyfiyyətlər
nəzərə alınmalı, hər kəs peşə seçimi ilə özünü və ətrafdakılar!
xoşbəxt etməyi, fəal həyat mövqeyi tutmağı, insanlığa xidmət
etməyi bacarmalıdır.
ƏSAS MÜDDƏALAR
Peşə-ixtisas təhsilinin əsas funksiyası - ictimai-sosial həyatın
müxtəlif sahələri üçün mütəxəssislər hazırlamaqdır. Mütəxəssis
hazırlığı iki istiqamətdə reallaşdırılır: peşə-ixtisas təhsili
müəssisələri sistemində təhsil; özünütəhsil.
İstiqamətindən
asılı
olmayaraq,
peşə
təhsilinin
müvəffəqiyyəti
peşəyə
emosional,
motivləşdirilmiş
istiqamətlənmədən və peşəyə yiyələnməyə insanın psixoloji
hazırlığından asılıdır.
İnsanın öz daxili imkanlarım təhlil edərək, onları konkret
peşə-ixtisas tələbləri ilə müqayisə etməsi əsasında peşə seçməsi
onun həyatının mənasını təşkil edir, ömrünü rövnəqləndirir,
cəmiyyətdə «özünütəsdiqinə» üçün şərait yaradır.
Peşə seçiminin həm obyekti, həm də subyekti bir çox
xarakteristikalara malik olub müxtəlif mərhələlərdən, müxtəlif
səviyyələrdən keçir. Peşə seçimi sadə akt deyil. O, peşə seçimi
zərurətini dərk edən hər bir insanın fərdi xüsusiyyətlərindən və ətraf
mühitdən, müvafiq şəraitdən asılıdır.
Peşə seçiminin optimallığmı müəyyən edən həlledici amil -
professional maraq, professional tələbat və professional
istiqamətdir.
Peşə seçimi sosial «özünütəsdiqləmə» prosesidir. S(«ial
hadisədir, dövrün sosial xarakteristikalarını özündə daşıyan
mürəkkəb fenomendir, insanın ömür yolunu, sosial vəzifələrin
uğurlu həllini müəyyənləşdirən prioritetdir.
Peşə seçimi kimi mürəkkəb və həlledici proses zamanı istək
və arzularla yanaşı, sosial ideallar, ictimai mənafelər, peşəyə
yararlıq səviyyəsi, potensial imkanlar və fərdi keyfiyyətlər nəzərə
alınmalı, hər kəs peşə seçimi ilə həm özünü və ətra- fındakıları
xoşbəxt etməyi, həm də fəal həyat mövqeyi tutmağı, insanlara
xidmət etməyi «gərəkii» olmağı bacarmalıdır.
429
Tərbiyənin vəzifasi insanın rulıımu kamilləşdirmək, yəni özünüdərk
və özünü təkmilləşdirmək yolu ilə onu dünyəvi ehtiraslardan xilas
etməkdir.hunım üçün insan özünü pis hərəkətlərdən saxlamalı, düz
danışmalı, yalan və böhtandan imtina etməli, əməlisaleh olmalıdır.
Budda
İnsanın bütün ömrü əslində davamlı bir tərbiyə prosesidir.
Helvetsi.
Tərbiyə gənclərin qarşısını kəsir, qocalara təsəlli olur,kasıbları
-.əngilləşdirir, zənginlərə yaraşıq verir.
Ə.\iaq və qəbahət tərəzinin iki miatəlif gözündə yerləşir, bunlardan
biri qalxarsa, digəri enər.
Pifaqor
Platon
Ya.xşı nəticələr əldə etmək üçün insanın təbiətindəki xeyirxahlığı
tərbiyə itə birləşdirmək zəruridir
M.F.Kvintilian
Ə.xlaq in.sanda anadangəlmə xasiyyət deyil, tərbiyənin ə.sas
prednieti və onun nəticəsidir.
İbn Sina
Çoxlu sayda əla istedadlı adamlar azad və yüksək insanları idarə
etməyi bacarmayan tərbiyəçilərin -atlan eşşəklərə çevirən
tərbiyəçilərin səhvi nəticəsində tələf olub gediblər.
Plutarx
432
XIII
FƏSIL
ALİ MƏKTƏBDƏ TƏRBİYƏ PROSESİNİN
MAHİYYƏTİ
13.1. TƏLƏBƏ ŞƏXSİYYƏTİ VƏ ONUN
XÜSUSİYYƏTLƏRİ
«Student» - latın sözüdür, hərfi mənası səylə işləyən, məşğul
olan, biliklərə yiyələnən deməkdir.
«Tələbə» - ərəb sözüdür, «talib»in cəm formasıdır.
Azərbaycan dilində tək kimi işlədilir, hərfi mənası «tələb edənlər»
deməkdir. Tələbə ali məktəbə və ya orta ixtisas təhsil müəssisələrinə
daxil olan, müxtəlif əmək sahələri üzrə yüksək ixtisaslı mütəxəssis
kimi hazırlanan şəxsdir. Tələbəlik cəmiyyətin böyük hissəsini təşkil
edən, daim artan, ziyalılar ordusunu zənginləşdirən xüsusi mobil
sosial qrupdur. Tələbə fəaliyyətinin əsas məqsədi maddi və mənəvi
istehsal sahəsində yüksək peşə- ixtisas və sosial vəzifələrin yerinə
yetirilməsinə hazırlıqdır.
İctimai əmək prosesində tələbənin xüsusi rolu vardır. Tələbə
istehsal prosesində özünün təlim idrak fəaliyyəti ilə iştirak edir və
inkişaf etmiş cəmiyyətdə rolu daim artır. Ali məktəbdə təhsil almaq
tələbənin sadəcə arzusu, şəxsi mənafeyi ilə deyil, cəmiyyətin
tələbləri və dövlətin mənafeyi ilə bağlıdır.
Tələbə həyatının əsas fəaliyyət sferası təlimdir. O ali
məktəbdə təhsil illərində öz intellektinin, mənəvi, əxlaqi, estetik,
fiziki, iradi keyfiyyətlərinin inkişafı qayğısına qalmalı, seçdiyi
peşəyə hörmət etməli, yüksək ixtisaslı mütəxəssis üçün zəruri olan
bilik, bacarıq və vərdişlərə, davranış normalarına yiyələnməlidir.
Tələbəlik dövrünün əsas xüsusiyyətləri şüurlu motivlərin
güclənməsi, davranışın sabitləşməsi, özünütəhlil, özünü-
qiymətləndirmə və özünütərbiyənin
daha məqsədyönlüyündə özünü
göstərir. Tələbəlik - yaşlı adamların sosial rollarının (vətəndaşlıq,
ictimai-siyasi, mütəxəssis və digər rolların) mənimsənilməsi və
mənəvi təkmilləşmə dövrüdür. Tələbəlik ictimai fəallıq dövrüdür.
«lctimai fəallıq» deyərkən, insanın
433
müstəqil istehsal fəaliyyətinə qoşulması, əmək bioqrafiyasının
başlanması, ailənin qurulması və s. başa düşülür.
Tələbə şəxsiyyət və müəyyən yaşa malik insan kimi üç
cəhətdən xarakterizə oluna bilər:
•
Tələbə, hər şeydən əvvəl, bioloji varlıqdır.
Müəyyən sinir sistemi tipi, instinktlər, şərtsiz reflekslər,
analizatorların özünəməxsus quruluşu, fiziki keyfiyyətlər tələbəni
bioloji baxımdan xarakterizə edir. Tələbəlik yaşlarında müxtəlif
siqnallara cavab reaksiyalannın lateni dövrü {latent dövr-g\z\\
dövr
deməkdir. Fiziologiyada - hər hansı qıcıqlandı- ncmın orqanizmə,
onun orqan, toxuma və hüceyrəsinə təsir etdiyi andan cavab
reaksiyasının alınmasına qədər keçən vaxt) qısa,
analizatorlar həssas,
mürəkkəb psixomotor törəmələr plastik
olur. Bioloji keyfiyyət irsiyyətlə
müəyyən edilsə də mühitin, xüsusən də ali məktəbdə təhsil-tərbiyə
prosesinin təsiri ilə bu və ya digər dərəcədə dəyişikliyə uğrayırlar.
•
Tələbə psixoloji varlıqdır.
Psixoloji baxımdan tələbə - psixi prosesləri və hadisələri,
psixi hallan və xüsusiyyətləri özündə daşıyan şəxsiyyətdir. Psixi
proseslərin, psixi hallann və psixi törəmələrin cərəyanı və təzahürü
məhz psixi xüsusiyyətlərin xarakterindən asılıdır.
Tələbəlik dövründə məntiqi hafizə daha artıq inkişaf edir.
Yaddasaxlamamn sürəti, möhkəmliyi, dəqiqliyi artır, diqqət daha
çox ixtiyari xarakter daşıyır, diqqətin davamlılığı, bölünməsi,
keçirilməsi, mərkəzləşməsi
kimi psixi xüsusiyyətlər daha artıq
inkişaf edir. Təfəkkür əməliyyatları (təhlil, tərkib, in- duksiya,
deduksiya, müqayisə, ümumiləşdirmə, sistemləşdirmə, təsnifat,
mücərrədləşdinnə, konkretləşdirmə və s.), əyani-əməli, konkret,
nəzəri və məntiqi təfəkkür növləri inkişaf edir, ağlın dərinliyi,
genişliyi, müstəqilliyi, tənqidliliyi, çevikliyi artır, nitq daha artıq
inkişaf edir, iradə möhkəmlənir, mütəşəkillik, təşəbbüskarlıq,
təvazökarlıq, cəsarət və mərdlik kimi keyfiyyətlər daha qabarıq
təzahür edir. Yoldaşlıq və dostluq hissləri dərinləşir, xarakterin əqli
və iradi əlamətləri möhkəmlənir.
•
Tələbə sosial varlıqdır.
434
Tələbə mənsub olduğu cəmiyyətin, xalqın, millətin, sosial
qrupun tipik keyfiyyətlərinin daşıyıcısıdır. O, insanı bu və ya digər
cəmiyyətin, sosial qrupun üzvü kimi xarakterizə edən sosial
keyfiyyətləri özündə birləşdirir. Onun sosial mahiyyətini məhz bu
keyfiyyətlərin məcmusu təşkil edir. Tələbə şəxsiyyətinin sosial
varlığı onun tələbə qrupuna daxil olması və ali məktəbdə təhsil
alması ilə müəyyən edilir.
Bu günün ali məktəb tələbəsi öz yaşına və sosial yetkinliyinə
görə 40, 30,20 hətta 10 il bundan əvvəlki tələbə deyil. İndi ali
məktəbə daxil olanların böyük əksəriyyətini 20 yaşa qədər olan
gənclər təşkil edir. Tələbəliyin bu cür «cavanlaşması»nın müsbət
cəhətləri çoxdur. Belə ki, ali məktəbdə təhsil üçün ən əlverişli yaş
17-25 yaşları əhatə edən ikinci gənclik və kamillik dövrüdür. Bu
dövrdə orqanizmin fiziki və fizioloji inkişafı əsasən başa çatmış
olur. İdeya və mənəvi yetkinlik müstəqil olaraq peşə-ixtisas
seçməyə, gələcək həyat yolunu müəyyənləş- dimıəyə, təhsili başa
vurduqdan sonra istehsal əməyində, şəxsi və sosial həyatda
müstəqil surətdə iştirak etməyə imkan verir. Tələbənin sərvət
meyilləri inkişaf edir. O, öz davranışını qəbul olunmuş əxlaq
normalarına uyğunlaşdınnağı bacarır.
Tələbəlik dövrünə bir sıra maraqlı xüsusiyyətlər xasdır.
Onlar daha çox romantik olur, xəyal və fantaziya ilə yaşayırlar. O,
bütün dünyanı dolaşmaq, yeni kəşflər etmək arzusundadır. Hər cür
fədakarlığa hazırdır. O, təbiidir, sözü üzə deyəndir, cəsarətli və
qorxmazdır. Tələbə tənqidi qəbul edir, ciddi özünütənqidlə məşğul
olur. Qeyd etmək lazımdır ki, bəzən əlverişsiz şəraitdə tələbənin
özündən, həyatından narazılıq hissi yarana bilər ki, bu cür psixoloji
halların qarşısı vaxtında alınmalıdır.
Ali məktəbdə təhsil dövrü davranışın şüurlu motivlərinin
gücləndiyi, məqsəd ardıcıllığının, qətiyyət və tənqidliyin,
müstəqillik və təşəbbüskarlıq kimi xarakter əlamətlərinin
möhkəmləndiyi dövrdür. Tələbə özünü idarə etməyi bacarır, əxlaqi
problemlərə diqqəti artır. O, əqli, əxlaqi, ictimai-siyasi cəhətdən
yet- kinləşir, maraqlan genişliyi və dərinliyi ilə seçilir.
435
Psixoloqların fikrincə, 17*19 yaşlarda insan öz davranışını
tam şüurlu surətdə idarə edə bilmir, bəzən əsassız risqə gedir,
hərəkətlərinin nəticəsini qabaqcadan görə bilmir.
Tələbəlik - özimütəhlil, özüıniləmjid, özünüqiymətloıulir- mə
dövrüdür. Tələbə ideal «mən»ini real «mən»lə müqayisə edir. O,
hələ real «mən»ini kifayət qədər qiymətləndirə bilmir, ideal «mən»
isə kifayət qədər aydın dərk edilmiş olmur. Tələbənin şəxsiyyət
kimi inkişafının bu ziddiyyəti daxili inamsızlığa, anlaşılmazlığa,
zahiri aqressivliyə səbəb ola bilər. Bu isə öz daxili imkanlarım
səfərbər etməyə, əsas fəaliyyət növü olan təlimə tam
istiqamətlənməyə mane olur. Bəzən tələbədə «gerçək- likdən
uzaqlaşma», «psixoloji təerid olunma» kimi arzuolunmaz hallar
özünü büruzə verir.
Ali məktəb həyatı bu neqativ halların qarşısını alır, hər bir
gəncin öz qabiliyyət və bacarıqlarına, mənalı və dolğun şəxsi həyata
inamını artırır.
Tələbəlik həyatında özünü göstərən neqativ hallardan biri də
budur ki, bəzən birinci və ikinci kurslarda tələbə seçdiyi peşəyə,
ixtisasa səmimi münasibət bəsləmir. Üçüncü kursda peşə seçiminə
münasibət «qətiləşir». Bəzən tələbə qəti qərara gəlir ki, başqa peşə
sahəsində işləyəcək. Tələbələrin əhvallarında da müəyyən
dəyişikliklər baş verir. İlk aylar ali məktəbdə təhsilə «vurğunluq»,
ali məktəb rejiminə, tədris sisteminə, ayrı-ayrı müəllimə bələd
olduqca bu skeptizmlə - (fransızca scepticisme, yunanca skepükos
araşdıran, tədqiq edən deməkdir) - ruh düşkünlüyü ilə əvəz olunur.
Tələbəlik yaşı insanın sosiogen potensialının sensitiv (latınca
sensus - hiss, duyğu deməkdir. İnsanın ətraf aləmə həssas
münasibətlərində təzahür edən xarakter xüsusiyyəti) inkişaf
dövrüdür. Əlverişli mühit və ali təhsil tələbə psixikasının bütün
səviyyələrinin inkişafına şərait yaradır, təfəkkür tərzini, peşə
yönüınünü formalaşdırır. Məlumdur ki, ali məktəbdə tədris prosesi
tələbədən müəyyən intellektual səviyyə - qavrayış və təsəvvürlərin,
hafizə və diqqətin, təfəkkür və nitqin inkişa^'ını, geniş idrak
maraqları, məntiqi əməliyyatları icra etmək bacarığı, geniş
erudisiya tələb edir. İntellektual inkişaf aşağı səviyyədə
436
olduqda tələbə güclü motivlərin və öz işgüzarlığı, təkidliliyi, səyi
sayəsində bu çatışmazlığı kompensasiya (latınca kom- pensatio ~
ödəmə deməkdir. Qarşılıqlı tələblərin ödənilməsi) edə bilir. Ümumi
intellekt səviyyələri mərkəzi və periferik (mərkəzdən uzaq yerlər,
əyalət, rayon) ali məktəblərdə, prestij və prestij hesab olunmayan
ixtisaslarda müxtəlif olur. Məsələn, humanitar təmayüllü peşələrə
yiyələnmək istəyən tələbə verbal tipli intellekti, dili yaxşı bilməsi,
zəngin lüğət ehtiyatına malik olması, konkret və abstrakt təfəkkürü,
idrak maraqlarının əha- təliliyi, geniş erudisiyası ilə seçilməlidir.
Humanitar profilli mütəxəssislər «sözlər aləmində» yaşayırlar.
Halbuki, texniki profilli mütəxəssislər gerçəkliyin konfet
predmetlərinə müraciət edirlər. Texniki fakültələrə daxil olmaq
istəyən gənclər, hər şeydən əvvəl məntiqi və abstrakt təfəkkürə,
mərkəzləşdirilmiş və ixtiyari diqqətə malik olmalıdırlar. Təbiət
elmlərini öyrənən tələbələr sərbəst mühakimə yürütməyi
bacarmalıdırlar. Belə tələbələr bəzi hallarda insanlarla ünsiyyətə
girəndə çətinlik çəkirlər. Özünüqiymətləndirmə, xüsusən də, sosial
keyfiyyətlərin qiymətləndirilməsi adekvat xarakter daşımır. Onlar
özlərini yaxşı «tanımırlar».
Dəqiq elmləri öyrənən tələbələr hər şeydən tez «baş açmağı»
baearırlar. Onlarda fəza təsəvvürləri aydın, qeyri-verbal, yəni
praktik intellekt qüvvətli olur. Dəqiq elmləri özünə ixtisas seçən
gənelərdə artıq birinci kursdan başlayaraq fəza təsəvvürləri yüksək
səviyyədə inkişaf edir. Bu səviyyə hər kəs üçün fərdi maksimum
olur, təhsil illərində çox az dəyişikliyə uğrayır. Çünki digər əqli
qabiliyyətlərdən fərqli olaraq fəza təsəvvürləri fərdin təbii
imkanlarından asılıdır. Ali məktəbdə təhsil illərində dəqiq
ixtisaslara yiyələnən tələbələrdə sosial normalara müsbət münasibət
fonnalaşır, əqli fəaliyyətin intensiji- kasiyası və effektivliyi artır.
Ancaq onlarda idrak maraqları məhdud xarakter daşıyır, ölkənin
siyasi həyatına, fəlsəfi problemlərə maraq az olur.
Tələbənin
ali
məktəb
həyatının
özünəməxsus
xüsusiyyətlərini mənimsəməsi daxili diskomfortu aradan qaldırır.
Birinci kursda tələbə kollektivi təşəkkül tapır, kollektivdə əqli
fəaliy-
437
yəti səmərəli və məhsuldar qurmaq bacarığı fonualaşır, optimal
əmək rejimi yaranır. Tələbə öz məişətini və asudə vaxtını səmərəli
təşkil etməyi öyrənir. Tələbə özünütəhsil və şəxsiyyətin peşə
keyfiyyətləri ilə bağlı özünütərbiyə ilə məşğul olmağa başlayır.
Ümumiyyətlə,
tələbənin
sosial
psixoloji
portretini
müəyyənləşdirən faktorları iki bloka
bölmək olar;
•
tələbənin ali məktəbdə nəzərə alınması zəruri olan
keyfiyyətləri;
•
təlim prosesində idarə oluna bilən keyfiyyətlər L
Tələbənin birinci blok keyfiyyətlərinə onun hazırlıq
səviyyəsi, təlimə münasibəti, önəm verdiyi dəyərlər, ali məktəb
reallıqları ilə tanışlığı, seçdiyi peşə haqqında infomıasiyaları,
gələcək peşə fəaliyyəti haqqında təsəvvürləri daxildir.
Birinci kateqoriyaya daxil olan faktorlar əsasən tələbənin ali
məktəb həyatına alışmağa başladığı ilk mərhələdə «işə düşür». Hər
bir müəllim tələbələr qarşısında öz tələblərini qoyur və onlann əməl
olunmasına nəzarət edir. Qrupda hər tələbə öz həmfikrini tapmağa
çalışır, «liderlik» uğrunda mübarizə gedir. Tələbə yeni şəraitə tez
uyğunlaşmalı, təlim fəaliyyətinin yeni metod və vasitələrini
mənimsəməlidir. Ali məktəbin, oxuduğu fakültənin və akademik
qrupun norma və qaydalarını qəbul etməli, iş rejimini
müəyyənləşdinnəlidir.
Ali məktəbdə təhsil illəri davam etdikcə tədricən birinci blok
faktorlarının təsiri zəifləyir, ikinci blok faktorlan həlledici rol
oynamağa başlayır. İkinci blok faktorlara təlim prosesinin təşkili,
tədrisin səviyyəsi, tələbə-müəllim münasibətlərinin tipi və s.
daxildir.
Tələbənin professional və psixoloji «portretini» məhz ikinci
blok faktorlan müəyyən edir.
Müasir tələbələr on il əvvəlki tələbələrdən nə ilə seçilirlər?
Ali məktəbdə iş təcrübəmizə əsaslanaraq bazar iqtisadiyyatı
dövrünün tələbələrinə aşağıdakı xüsusiyyətləri aid edə bilərik:
•
müasir tələbələr təlimdə tənbəldir (bunu özləri də etiraf edirlər);
•
özləri haqqında yüksək fikirdədirlər;
438
•
özlərinə qarşı tələbkar deyillər;
•
intellektual səviyyələri aşağıdır;
•
erudisiyaları məhduddur.
Lakin müasir tələbələrin «itkiləri» ilə yanaşı «qazanclan» da
var:
•
daha artıq müstəqildirlər;
•
daha cəsarətli və qətiyyətlidirlər;
•
daha artıq uzaqgörəndirlər;
•
müəllimə qarşı daha tələbkardırlar;
•
öz hüquqlarına yaxşı bələddirlər və onları müdafiə etməyi
bacarırlar (halbuki öz vəzifələrini kifayət qədər bilmirlər,
yaxud da bilmək istəmirlər, bununla əlaqədar olaraq
məsuliyyət hissi çox aşağıdır).
Tələbələri təlim-idrak fəaliyyətinə görə bir neçə tipə ayırmaq
olar:
•
Birinci tip tələbələr
ali məktəbdə təhsil prosesinin məqsəd
və vəzifələrinə kompleks şəkildə yanaşır. Tədris proqramlarının
hüdudlarından kənara çıxır, daha geniş biliklər almağa səy
göstərirlər. Ali məktəb həyatında sosial fəallıq göstərirlər. Bu
qəbildən olan tələbələr professional bacarıq və vərdişlərə
yiyələnməyə çalışır, müstəqil iş formalarına sahib olur, təlim-idrak
fəaliyyətlərini səmərəli qurmağa cəhd edirlər. Onlar üçün ali
məktəbdə təhsil - seçilmiş peşəyə yiyələnməyin həlledici yoludur.
Bütün tədris fənlərini əla oxuyur, təlim fəaliyyətinin bütün
sahələrində fəallıq göstərir, elmi polemikaya girməyi xoşlayır, elmi
axtarışlarla məşğul olurlar.
•
İkinci tip tələbələr dar ixtisaslaşmaya yönəlmiş olurlar. Bu
qəbildən olan tələbələr də proqram çərçivəsindən kənara çıxırlar.
Lakin daha geniş biliklər əldə etməyə səy göstərən birincilərdən
fərqli olaraq bu tipə daxil olan tələbələr biliklərini dərinləşdinnəyə
çalışırlar. Bütün maraq və meyilləri peşə və ixtisasla bağlıdır. Yaxşı
oxuyurlar, onları maraqlandırmayan fənlərdən də müvəffəq qiymət
alırlar. Belə tələbələri ixtisasla sıx bağlı fənlər daha çox
maraqlandınr. Buna görə də tədris fənlərinə münasibətdə seçimə
daha çox üstünlük verirlər. İxtisasla
439
bağlı əlavə ədəbiyyat oxumağa üstünlük versələr də, ictimai elmlərə
xüsusi maraq göstərmirlər.
•
Üçüncü tip tələbələr
ancaq proqram çərçivəsi daxilində
bilik və bacarıqlar əldə etməyə çalışır. Onlarda yaradıcılıq və fəallıq
zəif təzahür edir.
•
Dördüncü tip tələbələr
pis oxumurlar. Tədris proqramına
seçici münasibət bəsləyir, «xoşladıqları» fənlərlə məşğul olurlar.
Lakin tədris məşğələlərinə müntəzəm gəlmirlər. Professional
maraqları kifayət qədər fonnalaşmış olmur.
•
Beşinci tip tələbələr
- tənbəllərdir. Onlar ali məktəbə
valideynlərinin təkidi ilə, yaxud «kampaniya» xatirinə, təki ali
təhsil olsun və yaxud da əsgərlikdən yayınmaq məqsədilə daxil
olurlar. Təlimə biganədirlər, tez-tez dərs buraxırlar, daim akademik
borcları olur. Yekun Buraxılış Attestasiyasına qədər zorla
«sürünürlər».
Tələbələrin tədris-idrak fəaliyyətinə münasibətləri onların
davranış modelini müəyyənləşdirir. Maraqlıdır ki, əlaçıların, yaxşı
və zəif oxuyanların özləri də yarım tiplərə bölünürlər.
Əlaçılar beş yarımtipə bölünürlər: «hərtərəfli»; «professio-
nal»; «dar» əlaçılar; «eqoist» əlaçılar; «universal»lar.
«Uərtərəfli»lər
geniş dünyagörüşünə və geniş maraqlara
malik, təşəbbüskarlıqlan ilə fərqlənən tələbələrdir. Bu yarımkate-
qoriyada olan əlaçılann təlim-idrak fəaliyyətinin motivləri elmə
olan ehtirasdır. Onlar «yeni»ni öyrənməkdən, «naməlumu»
tapmaqdan, mürəkkəb məsələləri həll etməkdən zövq alırlar.
«Professional»larm
diqqəti əsasən ixtisas fənləri üzərində
cəmlənmiş olur. «Əla»dan aşağı qiymət almasalar da, ümum- təhsil
fənlərini «başdansovdu» oxuyurlar.
«Dar» əlaçılar
proqram materialını ancaq mühazira və
dərslik əsasında oxuyurlar. Elə .əlaçılar da var ki, onlar orta
qabiliyyətə malikdirlər, lakin yüksək məsuliyyət hissi onları «qa-
liblər» sırasına çıxarır.
«Eqoist» əlaçılar
da var. Onların təlim-idrak fəaliyyətini
özünütəsdiqləmə, karyera kimi eqoistik maraqlar stimullaşdırır.
«Universal» əlaçılar
«hərtərəfli»lərlə «professional»ların
müsbət tərəflərini özlərində birləşdirirlər. Bu tələbələr yüksək
-140
təbii imkanlara, istedada, xüsusi qabiliyyətlərə maük son dərəcə
əməksevər tələbələrdir. Təəssüf ki, belələrinə az təsadüf edilir.
«Yax^ılar» iki yarımtipə ayrılır;
•
kifayət qədər qabiliyyətli, lakin kifayət qədər təkidli
olmayan tələbələr. Onlar müntəzəm məşğul olmur. İxtisas
fənlərindən «əla» qiymət alsalar da, məqbul kitabçalarında digər
fənlərdən aldıqları «kafı»lər də nəzərə çarpır;
•
orta qabiliyyətli, lakin əməksevər tələbələr. Bütün fənləri
yaxşı oxumağa çalışır, mühazirələri səylə yazır, əsasən mühazirə
mətnlərinə və dərsliklərə istinad edirlər.
«Kqfl» ilə oxuyanlar da, «sürünənlər» də biri-birlərindən
fərqlənirlər:
•
ali məktəb həyatına alışa bilməyən birinci kurs tələbələri;
•
təqdim edilən infonnasiyanın məzmunu və mahiyyətini
qavramaqda çətinlik çəkən tələbələr;
•
peşə seçimində səhvə yol vermiş tələbələr;
•
təlimə məsuliyyətsiz münasibət bəsləyənlər. Belələri
yüngül və qayğısız həyat arzusu ilə yaşayanlardır. Onlar üçün ali
məktəb sadəcə istirahət, yaxud əyləncə yeridir. Ancaq sessiya
müddətində oxumağa başlayır, «çatdıra bilmir», imtahan
müddətində müəllimləri aldatmaqla (şparqalka və s.) qiymət almağa
çalışırlar.
Müasir elmi-pedaqoji ədəbiyyatda tələbə şəxsiyyətini
xarakterizə edərkən dörd komponent əsas götürülür:
•
təlim, elm, pe.fə;
•
fəal həyat mövqeyi (ictimai-siyasi fəaliyyət);
•
mədəniyyət (yüksək mənəviyyat);
•
kollektiv (kollektivdə ünsiyyət).
Buna əsaslanan tədqiqatçılar tələbələrin aşağıdakı tiplərini
müəyyən edir (V.T.Lisovski); .
•
«Ahəngdar»lar.
Bu qəbildən olan tələbələr peşəni şüurlu olaraq seçir, yaxşı
oxuyur, ali məktəbin elmi və ictimai həyatında fəal iştirak edirlər.
Mədəni, ağıllı və ünsiyyətlidirlər, bədii ədəbiyyat və incəsənətlə
maraqlanırlar. Ölkənin ictimai-siyasi hadisələrinə
441
biganə deyillər, idmanla məşğul olurlar. Doğruçuldurlar və
qüsurlara qarşı barışmazdırlar. Yaxşı dost və etibarlı yoldaş kimi
kollektivin hörmətini qazanırlar.
•
«Professional»lar.
Bu cür tələbələr peşəni şüurlu olaraq seçir və yaxşı
oxuyurlar. Elmi iş onları o qədər də cəlb etmir. Ali təhsil alandan
sonra praktik fəaliyyətlə məşğul olmaq niyyətində olurlar. İctimai
işlərdə fəallıq göstərir, ona tapşırılmış işi məsuliyyətlə icra edir,
imkan daxilində idmanla məşğul olur, bədii ədəbiyyat və
incəsənətlə maraqlanırlar. Onlar üçün işlərin ən vacibi - yaxşı
oxumaqdır. Nöqsanlara qarşı barışmaz, doğruçul və mənən
təmizdirlər. Kollektivin hönnətini qazanırlar.
•
«Akademik»Iər.
Bu cür tələbələr peşəni şüurlu olaraq seçir, «əla» qiymətlərlə
oxuyurlar. Gələcəkdə təhsillərini davam etdirmək və elmi
fəaliyyətlə məşğul olmaq niyyətindədirlər. Elmi-tədqiqat işlərində
fəal iştirak edirlər.
•
«İctimaiyyətçı»lər.
Belə tələbələr ictimai işlərə çox aludə olurlar. Bu, onların
təlim və elmi fəaliyyətlərini üstələyir. Peşə seçimində özlərini
inamlı hiss edirlər. Bədii ədəbiyyat və incəsənətlə maraqlanır, asudə
vaxtın səmərəli və əyləncəli «təşkilatçısı»dırlar.
•
((İncəsənəti sevən»lər.
Belə tələbələr yaxşı oxuyur, elmi işlə az məşğul olur, əsas
diqqəti bədii ədəbiyyat və incəsənət sferasına yönəldirlər. Estetik
hissləri, estetik zövqü, bədii erudisiyası yaxşı inkişaf edir. Geniş
dünyagörüşü ilə seçilirlər.
•
((Çaiışqannlar.
Belə tələbələr peşəni o qədər şüurlu olaraq seçməsələr də
oxumağa, öyrənməyə səy göstərir, təlim tapşırıqlarının icrasına
maksimum qüvvə sərf edirlər. Xüsusi qabiliyyətləri ilə seçilməsələr
də, bir qayda olaraq akademik borcları olmur. Kollektivdə az
ünsiyyətlidirlər. Ədəbiyyat və incəsənətlə az maraqlanırlar. Kinoya,
estrada konsertlərinə, diskotekalara getməyi xoşlamırlar. Bədən
tərbiyəsi ilə ancaq ali məktəb proqramı çərçivəsində məşğul olurlar.
^42
•
«Ortabab»lar.
Belə tələbələr xüsusi qüvvə sərf etmədən «birtəhər»,
«ala-babat» oxuyurlar. Hətta «başdansovduluğu» ilə fəxr edirlər.
Onların prinsipi belədir: «Diplom alım, heç kəsdən pis işlə-
məyəcəyəm». Peşə seçərkən çox «gÖtür-qoy» etmirlər. Amma başa
düşürlər ki, ali məktəbə daxil olublarsa, «yaxşı-pis» onu başa
vLinnalıdırlar. Təlimdən zövq almasalar da, çalışırlar ki, akademik
borcları qalmasın.
•
«Peşman»lar.
Seçdikləri peşə onları cəlb etmir. Ancaq əmindirlər ki, ali
məktəbə daxil olublarsa, onu bitirməlidirlər. Təlimdən xüsusi zövq
almasalar da, yaxşı oxumağa səy göstərirlər. İncəsənətlə, idmanla
maraqlanırlar.
•
«Tənbəl»lər.
Belə tələbələr bir qayda olaraq zəif oxuyurlar. Əsas
prinsipləri belədir: «mümkün qədər az qüvvə sərf etmək»,
Özlərindən heç narazı deyillər. Gələcək peşə haqqında dərindən
düşünmürlər. İctimai və elmi işlərdə iştirak etmirlər. Şparqalkasıız
keçinə bilmirlər. Maraqlan məhduddur.
•
«Yaradıcı»lar.
Hər bir işə - təlimə, ictimai və elmi işə, hətta asudə vaxtın
təşkilinə yaradıcılıqla yanaşırlar. Səbir, səy, səliqə, intizam tələb
edən məşğələlər onları cəlb etmir. Eyni qaydada oxumurlar. Əsas
fəaliyyət prinsipləri belədir: «bu, mənə xoşdun>; «bunu
xoşlamıram». Elmi-tədqiqat işi ilə məşğul olarkən, problemin
orijinal yollarını tapmağa çalışırlar.
•
«Bəxti gətirənlər».
Prestijli (nüfuzlu, etibarlı, hörmətli) fakültənin tələbəsidir-
lər. Yaxşı oxuyurlar. Kütləvi peşəyə yiyələnən tələbələrə «yu-
xarıdan» baxırlar. «Özü kimilərir.»in lideri olmağa səy edir,
qalanlarına ikrahla yanaşırlar. Hər şeydən «xəbərləri» var.
İncəsənətdə dəbdə olan nə varsa diqqətlərini cəlb edir. Dəbdə olan
diskoklubların, kafelərin daimi «sakini»dirlər.
Tələbələrin özləri isə tələbəlik mühitində geniş yayılmış
aşağıdakı tələbə qruplarım fərqləndirirlər:
•
«Əzbərçi» əlaçılar.
443
Dərsə müntəzəm gəlirlər. Gərgin zəhmət sərf etməklə
müvəffəqiyyət qazanırlar, intizamlıdırlar.
* «AğıIh» əlaçılar.
Yüksək intellektinə görə seçilirlər. Möhkəm üımımtəhsil
bilik bazasına malikdirlər. Öz sualları ilə bəzi müəllimləri «divara
dirəyirlər». «Hər şeydən bir az» prinsipi ilə oxuyurlar.
* «Zə lımətkeş»lə r.
Daim müntəzəm, ciddi surətdə məşğul olurlar. Lakin xüsusi
müvəffəqiyyət qazana bilmirlər.
* « Təsadiiji»lə r.
Çox müxtəlif kontingentdir: qızlar diplomlu «xanım» olmaq
üçün, oğlanlar əsgərlikdən yayınmaq üçün «oxuyurlan>. Bəzi
tələbələr isə sadəcə vaxtlarını keçirirlər.
Görəsən, bəs, «ideal» tələbə necə olmalıdır?
«İdeal» tələbə
nccə olmalıdır sualına keçmiş illərin müəllimləri belə cavab
verirlər: vintizam, səy, məsuliyyət, ali təhsil oriyentasi- yası».
Müasir dövrün müəllimlərinin böyük əksəriyyətinin cavabı
isə belədir: «intizamlılıq>>, «ədəb~ərkan», «mərifət»\
Ali təhsil müəssisəsinin tələbəsi aşağıdakı Inuııtqlara
malikdir:
* nəzərdə tutulmuş qaydada təhsilin profili və fonnasını,
fərdi proqram və auditoriyadankənar məşğuliyyəti seçmək;
* ali təhsil müəssisəsinin tədris, istehsalat, elmi, mədəni,
məişət, idman, peşə, sağlamlıq bazasından və infomıasiya
vasitələrindən sərbəst istifadə etmək;
* elmi fəaliyyətin bütün növlərində və sahələrində iştirak
etmək;
* peşəsi və ixtisası üzrə təhsilini davam etdirmək;
* təhsilin təşkili, idarə olunması və təkmilləşdirilməsində
iştirak etmək;
* özfəaliyyət birliklərində iştirak etmək;
* sağlamlıq üçün təhlükəsiz və zərərsiz təlim şəraiti tələb
etmək;
* təhsili müvəqqəti olaraq dayandırmaq;
AAA
* ali təhsil müəssisəsinin səhiyyə və sağlamlıq xidmətindən
istifadə etmək;
* hüquqazidd,
insan ləyaqəti və şərəfini alçaldan
hərəkətlərdən müdafiə olunmaq.
Ali təhsil müəssisəsi tələbələrinin vəzifələri aşağıdakılardır:
öz biliklərini daim artırmaq və dərinləşdirmək:
praktik bacarıq və vərdişlər qazanmaq;
* peşə-ixtisas hazırlığını təkmilləşdirmək və durmadan
genişləndirmək;
* təhsil müəssisəsinin Nizamnaməsinə və daxili qaydalarına
əməl etmək;
* təhsil qanunvericiliyinə tabe olmaq;
* əxlaq və etika nomıalarına riayət etmək;
* təlim-tərbiyə prosesi ilə bağlı birgə yaşayış qaydalarına
əməl etmək.
Ali təhsil müəssisəsində təhsil qanunvericiliyini pozanlar
qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Oxuduğu ali təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə
tutulan qaydaları pozduqda, tələbələrə xəbərdarlıq, töhmət, .fiddətii
töhmət elan edilir, ali məktəbdən xaricolunnıa
kimi intizam
tədbirləri görülür.
13.2. TƏLƏBƏ ŞƏXSİYYƏTİNİN İNKİŞAF
QANUNAUYĞUNLUQLARI VƏ ONU ŞƏRTLƏNDİRƏN
AMİLLƏR
Qanunauyğunluq - müəyyən şəraitdə zəruri və obyektiv
əlaqələri əks etdirir. Bu əlaqələr ümumi xarakter daşıyır, sabit olur
və müntəzəm olaraq təkrarlanır. Mövcud pedaqoji ədəbiy- yatdakı
mülahizələri ümumiləşdirsək, onda tələbənin bir şəxsiyyət kimi
formalaşmasının aşağıdakı qanunauyğunluqlarını qeyd etmək olar:
•
Tələbə şəxsiyyətinin inkişafının cəmiyyətin inkişaf səviyyəsi
ilə şərtlənmə si.
Cəmiyyətin inkişaf səviyyəsinin tələbə şəxsiyyətinin
inkişafına təsiri çoxcəhətlidir. Cəmiyyət, elm və texnika inkişaf
A45
etdikcə, tələbə bir şəxsiyyət kimi ictimai münasibətlər sisteminə
daha fəal daxil olur. Onun ictimai həyatın müxtəlif sahələri ilə
əlaqələri genişlənir. O, ictimai təcrübəyə yiyələnir, onu mənimsəyir,
ictimai fəallıq göstərir, ictimailəşir (sosiallaşır), bəşəri dəyərləri öz
dəyərlərinə çevirir. Digər tərəfdən, tələbə ictimai həyatın müxtəlif
sahələrinə qovuşduqca daha çox müstəqilləşir, fərdi ləşir. Bu o
deməkdir ki, ictimai inkişaf prosesində tələbə şəxsiyyət kimi inkişaf
etdikcə onun özünəməxsus, təkrarolunmaz həyat tərzi və daxili
aləmi yeniləşir.
Tələbə fərdiyyət kimi nəzərdən keçirilərkən, onun
psixikasının və şəxsiyyətinin özünəməxsus xüsusiyyətləri əsas
götürülür. Tələbənin fərdiyyəti onun tələbat və maraqlarında,
intellekt və qabiliyyətlərində, temperament və xarakterində təzahür
edir. Onun təkrarolunmaz həyat yolu, bioqrafiyası fonnala- şır.
Şəxsiyyətin təsiri ilə fərdin bütün xüsusiyyətləri inteqrasiyaya
uğrayır, riyazi temiinlə desək, onların hamısı şəxsiyyət adlanan
ümumi məxrəcə gətirilir.
•
Tələbə şəxsiyyətinin inkişafının dövlətin mənafeyinə uyğun
şəkildə getməsi.
Ali təhsilin inkişaf istiqaməti, dövlətin mənafeyi ilə, onun ali
məktəbə verdiyi «sifarişlə» müəyyən olunur. Dövlətin tələbləri
dəyişdikdə, ona uyğun tələbə şəxsiyyətinin təhsil-tərbiyə vəzifələri
də dəyişir. Hətta eyni cəmiyyətin, eyni ictimai-siyasi quruluşun
ayrı-ayrı inkişaf mərhələlərində tələbə şəxsiyyətinin inkişaf
istiqamətlərinə müvafiq təkmilləşmələr, yeniliklər əlavə edilir.
Müasir şəraitdə Azərbaycan torpaqlarının 20%-dən çoxu düşmən
tapdağı altındadır. Əgər dövlətimizin apardığı sülh siyasəti
sayəsində torpaqlarımız qaytarılmazsa, onu hərb yolu ilə geriyə
qaytarmalı olacağıq. Odur ki, hazırki şəraitdə respublikamızın təkcə
ümumtəhsil məktəblərində deyil, ali təhsil ocaqlarında da gənclərin
hərbi vətənpərvərlik tərbiyəsinə, hərbi-fiziki hazırlığına xüsusi
diqqət yetirilir. Bu reallıq dövlətin zəruri ehtiyac və tələbatından
yaranmışdır.
•
Tələbə şəxsiyyətinin fəaliyyət prosesində inkişaf etməsi.
446
Tələbə, bütün insanlar kimi, ictimai münasibətləri ancaq
özünün aktiv fəaliyyəti vasitəsilə mənimsəyir. Bu baxımdan,
fəaliyyət tələbə şəxsiyyətinin inkişafının həlledici amilidir.
Fəaliyyət insanın varlığını xarakterizə edən mühüm kateqoriyalar-
dandır. Fəaliyyət insanın əsas qüvvələrinin açıq kitabıdır, his.si
surətdə qarşımızda duran insan psixologiyasıdır (K.Marks). Bütün
insanlar kimi tələbə yalnız fəaliyyət prosesində təzahür və təşəkkül
edir. Psixi inkişafın hər bir mərhələsində fəaliyyətin ancaq bir növü
aparıcı olur və şəxsiyyətin fonnalaşmasına həlledici surətdə təsir
göstərir. Tələbənin əsas fəaliyyət növü - təlimdir. Tələbə
şəxsiyyətinin əqli və mənəvi cəhətdən inkişafı təlim prosesində
mümkün olur. Təlim fəaliyyəti tələbənin ümumi psixi inkişafını,
ixtisasla bağlı bilik və bacarıqları mənimsəməsini, mənəvi
təkmilliyini təmin edir.
Tələbənin müxtəlif fəaliyyət növləri ilə məşğul olması onun
həmin sahələrdə inkişaf səviyyəsini yüksəldir, ahəngdarlığım təmin
edir. Ali məktəb həyatı üçün tipik olan müxtəlif fəaliyyət növləri:
idrak fəaliyyəti; ictimai, bədii, texniki fəaliyyət; kommunikativ
fəaliyyət; qiymətləndirmə-oriyentasiya fəaliyyəti; idman və s. tələbə
şəxsiyyətinin inkişafını təmin edən aparıcı fəaliyyət növləridir.
Tələbə gənclərin müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi onlarda
şəxsi fəallığın inkişafına təkan verir, təkmilləşməsinə, ümumi psixi
xassələrinin təşəkkül tapmasına kömək edir.
Tələbənin əmək fəaliyyəti bir tərəfdən onun fiziki, əxlaqi
inkişafına, digər tərəfdən, onun peşə hazırlığına müsbət təsir edir,
onu yüksək ixtisaslı mütəxəssis kimi fonnalaşdırır. İctimai fəaliyyət
tələbəyə sosial təcrübə qazandırır, onda kollektivçilik, təşkilatçılıq,
kommunikativ bacarıqlar fonnalaşdırır.
Tələbə şəxsiyyəti fonnalaşdıqca fəaliyyətin də xarakteri
dəyişir, məzmunca daha artıq zənginləşir. Şəxsiyyətin tələbatları
əsasında fəaliyyətin motivləri formalaşır, «motiv-məqsəd» vektoru
əmələ gəlir və o, fəaliyyətin əsas struk'tur vahidinə çevrilir
(Ə.S.Bayramov). Gərgin şəxsi fəaliyyət tələbənin inkişafını
istiqamətləndirir, qabiliyyətlərini daha artıq inkişaf etdirir, gələcək
əmək fəaliyyətinin uğurlarını təmin edir.
447
Tələbə şəxsiyyətinin ünsiyyət prosesində inkişaf et
Dostları ilə paylaş: |