FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   ...   19   20   21   22   23   24   25   26   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası

məsi. 

Ünsiyyət fəaliyyətində tələbənin «mənlik» şüuru formalaşır. 

Başqa insanlar kimi, tələbə də konkret sosial cəmiyyətin üzvüdür. 

O,  həm  də  kiçik  sosial  qrupun  üzvüdür.  Tələbə  şəxsiyyətini 

sosial-psixoloji  cəhətdən  düzgün  xarakterizə  etmək  üçün  onu 

mənsub  olduğu  tələbə  qrupu  daxilində  öyrənmək  lazımdır. Çünki 

tələbənin  bir  şəxsiyyət  kimi  tələbatları,  xüsusən  də  ünsiyyət 

tələbatları üzvü olduğu akademik qrupda təzahür edir. Onun sosial 

mahiyyəti  qrupun  fəaliyyəti  çərçivəsində  cərəyan  edir.  Tələbənin 

kommunikativ  xüsusiyyətləri  qrup  daxilində  aşkarlanır.  Tələbə 

ancaq akademik qrupun deyil, həm də digər müxtəlif qrupların üzvü 

olur, müxtəlif qruplarda müxtəlif statusa malik rollar ifa edir, Bir 

qrupda  icraçı  olduğu  halda,  başqasında  daha  fəal  olur,  bir 

başqasında hətta lider olur. Tələbə şəxsiyyətinin inkişafı üçün daxil 

olduğu akademik qrupun təsiri həlledicidir. Tələbə onun nonna və 

sərvətlərindən etalon kimi istifadə edir, onları özünün şəxsi məqsəd 

və  davranış  normaları  üçün  model  hesab  edir.  Özünün  və  tələbə 

dostlarının  davranışını  qrupun  etalonlar  sistemi  əsasında 

qiymətləndirir.  Qrupla  davamlı  ünsiyyət  davranışım  qrupun  öz 

üzvlərinə  verdiyi  tələblərə  uy-  ğunlaşdırmaqla  nəticələnir.  Bu  isə 

onunla  nəticələnir  ki,  tələbə  bir  şəxsiyyət  kimi  inkişaf  etdikcə, 

tələbə  qrupunun  nonnalarını  öz  normaları  kimi  qəbul  edir,  tələbə 

qrupunun  tələblərinə,  davranış  normalarına  uyğun  hərəkət  edir. 

Tələbənin  ünsiyyət  mədəniyyəti  -  mehribanlığı,  xeyirxahlığı, 



nəzakətliliyi, qayğıkeşliyi, diqqətlilik və həssaslığı, tərəf-müqabilini 

dinləmək  və  haşa  düşmək  bacarığı,  təmkinliliyi,  başqasının 

sevincinə  Sevinməyi.  kədərinə  şərik  olmağı  məhz  mənsub  olduğu 

akademik qrupda daha artıq inkişaf edir. 

Tələbə  şəxsiyyətinin  ümumi  inkişafından  danışarkən, 

inkişafın  eyni  qaydada  getməməsi,  inkişafın  tərbiyəvi  təsirlərin 

xarakterinə tam adekvat olmaması, hər yaş mərhələsində köhnə və 

yeni keyfiyyətlərin olması, inkişafın ziddiyyətli xarakter daşıması 

və digər qanunauyğunluqlar da nəzərə alınmalıdır. 

448


 

Tələbə  şəxsiyyətinin  inkişaf  qanunauyğunluqlarından 

danışarkən bunu xüsusilə qeyd etmək lazımdır ki, hər bir inkişafa 

(dəyişikliyə) xas olan ümumi əlamətlər tələbə şəxsiyyətinin inkişaf 

prosesi üçün də səciyyəvidir: 

dönməzlik

 

(ilk vəziyyətə qayıtmamaq, ancaq irəli getmək); 



*  qanunauyğunluq., 

*  dəyiışikliyin müəyyən istiqamət üzrə ba^ verməsi. 

İnkişaf prosesinin özünəməxsus xüsusiyyətləri onun 

(inkişafının) qanunauyğunluqlarının məzmununu əks etdirir. 

Əksliklərin  vəhdəti  və  mübarizəsi  qanunu  inkişafın 

hərəkətverici  qüvvəsini,  kəmiyyət  dəyişmələrinin  keyfiyyət 

dəyişmələrinə  keçməsi,  inkarın  -  inkarı  qanunları  isə  onun 

xarakterini aydınlaşdırır. 

Bütün  insanlar  kimi  tələbə  şəxsiyyətinin  də  inkişafının 

hərəkətverici qüvvəsinin əsasında əksliklərin mübarizəsi durur. 

Tələbənin fəaliyyət prosesində dəyişən tələbatları ilə onların 

reallaşdırılması imkanları arasındakı zəruri ziddiyyətin həll edilərək 

aradan qaldırılması onun (tələbənin) inkişafı üçün təkanverici səbəb 

olur. Bu proses ardıcıl surətdə təkrar olunur. Hər dəfə tələbatların 

təmin olunması zəminində yeni tələbatlar təzahür edir, hər dəfə də 

tələbatlarla  onların  təmin  olunması  imkanları  arasında  ziddiyyət 

əmələ gəlir. Bu ziddiyyətlər fəaliyyət prosesində həll edilir, aradan 

qaldırılır və hər dəfə şəxsiyyətin inkişafında yeni keyfiyyətlər üzə 

çıxır. Tələbə şəxsiyyəti təşəkkül tapır, dəyərləri, qiymət meyarları, 

münasibətlər sistemi, mənlik şüuru inkişaf edir. 

Tədqiqatçılar  tələbəlik  yaşma  xas  olan  ziddiyyətləri  belə' 

qruplaşdırırlar: 

• tələbatların  artması  ilə  onları  təmin  etmək  üçün  iqtisadi 

imkanlar arasındakı ziddiyyətlər; 

• ali  məktəb  həyatının  ciddi  norma  və  qaydaları  ilə 



tələbələrin müstəqilliyi arasındakı ziddiyyətlər: 

• ali  məktəbdə  verilən  informasiya  bolluğunu  mənimsəmək 



arzusu ilə «vaxt» problemi arasındakı ziddiyyətlər. 

449 


Beləliklə,  tələbə  şəxsiyyətinin  ziddiyyətlərini  nə  axtarmaq, 

nə də uydumıaq lazım deyil. Onlar inkişaf prosesində hər addımbaşı 

dəyişmiş  tələbatların  dialektik  nəticəsi  kimi  meydana  çıxır. 

Tələbənin özü isə elə bu ziddiyyətlərdən doğulmuşdur». 

Ali  məktəbdə  təhsil-tərbiyə  prosesində  köhnə  ilə  yeni 

arasında meydana çıxan ziddiyyətlər və onların aradan qaldırılması 

tələbə  şəxsiyyətinin  inkişafının  hərəkətverici  qüvvəsidir.  Tələbə 

şəxsiyyətinin 

inkişafı 

prosesi 


kəmiyyət 

və 


keyfiyyət 

dəyişikliklərinin dialektik vəhdətindən ibarət son dərəcə mürəkkəb 

bir  prosesdir.  Aydındır  ki,  ziddiyyətlər  özlüyündə  tələbə 

şəxsiyyətinin  inkişafını  təmin  edə  bilməz.  Ziddiyyətlər  həll 

olunduğu və aradan qaldırıldığı təqdirdə inkişafı təmin edir. Bu isə 

fəaliyyət  vasitəsilə  mümkündür.  Deməli,  tələbə  şəxsiyyətinin 

inkişafını təmin etmək məqsədilə onu daim daha yüksək səviyyədə 

fəaliyyət formalarına'cəlb etmək lazımdır. 

Psixoloq Ə.S.Bayramovun mülahizələrinə əsaslanaraq qeyd 

edə bilərik ki: 

•  tələbənin tələbatlarının formalaşması prosesinə ali məktəb 

kollektivi və onu əhatə edən insanlar təsir göstərir: 

•  ali  məktəbdə  təhsil-tərbiyə  işi  elə  qurulmalıdır  ki.  tələbə 



başqa adamlarla qarşılıqlı əlaqə şəraitində öz tələbatlarını təmin 

edərkən  sosial  normalara,  əxlaq  qaydalarına  ciddi  surətdə  əməl 

etsin. 

Tələbə  şəxsiyyətinin  inkişafını  müəyyən  edən  amillər 

hansılardır? 

Ümumiyyətlə, şəxsiyyətin inkişafını müəyyən edən amillər 

tələbənin  də  bir  şəxsiyyət  kimi  inkişafını  təmin  edir.  Bunu  sxem 

şəklində aşağıdakı kimi göstərmək olar: 

450

 


 

Tələbənin  bir  şəxsiyyət  kimi  inkişafını  təmin  edən  ümumi 

amillərdən

 

başqa daha bir sıra spesifik amillər



 

də mövcuddur. Onlar 

üzərində bir qədər ətraflı dayanaq: 

•  Ali  məktəbdə  tələbə  şəxsiyyətinin  formalaşmasma  təsir 



göstərən ən mühüm amil elmdir. 

Orta  ümumtəhsil  məktəbində  elmlərin  əsaslarına  yiyələnən 

tələbə  ali  məktəbdə  elmləri  daha  dərindən  öyrənmək  imkanı 

qazanır. Çünki ali məktəbdə tədris edilən fənlər elmə daha yaxındır. 

Hər şeydən əvvəl, ali məktəbdə tədris edilən fənlərdə elmin inkişaf 

tarixinə  geniş  yer  verilir.  Ali  məktəbin  tədris  fənləri  təkcə  elmin 

müəyyənləşdirdiyi  bilikləri  deyil,  həm  də  elmdəki  «ağ  ləkələri», 

mübahisəli məsələləri, onların həllinə müxtəlif yanaşma tərzlərini, 

həqiqət  axtarışlarındakı  müvəffəqiyyət  və  uğursuzluqları  əks 

etdirir.  Ali  məktəb  fənlərində  elmi  tədqiqatın  metodologiyası  və 

metodları  da  göstərilir  ki,  bundan  da  məqsəd  tələbələri  tədriclə 

elmi-axtarıcıhğa cəlb etməkdir. 

Ali  məktəbdə  elmi  biliklərin  sistematik  və  müntəzəm 

mənimsənilməsi  tələbə  şəxsiyyətinin  inkişafını  sürətləndirir. 

Elmlərə  yiyələndikcə  tələbə  daha  fəal  həyat  mövqeyi  qazanır, 

əqidəsi möhkəmlənir, dünyagörüşü genişlənir. Elmlərə yiyələnmək 

tələbənin  mənəvi  və  əxlaqi  aləmini  zənginləşdirir,  əqli 

qabiliyyətlərini  inkişaf  etdirir,  onun  əsil  insan  kimi  yetişməsini 

təmin edir. 

•  Tələbə şəxsiyyətini inkişaf etdirən mühüm amillərdən biri 



də  milli-mənəvi  və  bəşəri  dəyərləri,  mütərəqqi  ictimai  ideyaları 

mənimsəməsidir. 

Tarix boyu bəşəriyyətin mədəniyyət və incəsənət sahəsində 

toplamış  olduğu  mənəvi  sərvətlərə  yiyələndikcə  tələbə  daha 

xeyirxah olur, faydalı fəaliyyətə daha artıq meyil göstərir, davranışı 

daha  şüurlu  və  sabit  xarakter  alır.  Bunun  da  nəticəsində  qrupda 

yoldaşlıq, dostluq münasibətləri daha da möhkəmlənir. 

Qabaqcıl,  mütərəqqi  ictimai  ideyaların  mənimsənilməsi 

tələbədə  məsuliyyət  və  borc  hissini  gücləndrir,  vətəndaşlıq 

mövqeyini  möhkəmləndirir.  Həmişə  ləyaqətli  olmağa  təhrik  edir, 

şüurlu fəaliyyətə yönəldir. 

452

 


Müasir dövrdə respublikamızın bütün ictimai-siyasi həyatına 

nüfuz etmiş demokratiya, müstəqillik və milli humanizm ideyaları 

tələbə  gəncləri  Azərbaycan  Respbulikasımn  daxili  və  xarici 

siyasətini  dərindən  anlamağa,  cəmiyyətdə  fəal  həyat  mövqeyi 

tutmağa, əsil vətəndaş olmağa hazırlayır. 

•  Ali  məktəbdə  təlim  və  tərbiyə  işlərinin  yüksək  səviyyədə 



təşkili  də  son  dərəcə  həlledici  amil  kimi  tələbə  şəxsiyyətinin 

inkişafını şərtləndirir. 

Tələbənin  əsas  fəaliyyət  növü  olan  təlim  təkcə  öyrədici, 

inkişafetdirici  deyil,  həm  də  tərbiyəedici  funksiya  daşıyır.  Ali 

məktəbdə  təlimin  tərbiyəedici  funksiyası  təhsilin  məzmunu, 

metodları,  təşkili  foraiaları  vasitəsilə  həyata  keçirilir.  Təlimin 

tərbiyəedici funksiyasının həyata keçirilməsində ali məktəbdə dərs 

deyən hər bir müəllimin şəxsi nümunəsi mühüm rol oynayır. 

Pedaqoji  prosesin,  xüsusən  də  təlim  prosesinin  tələbə 

şəxsiyyətinə  təsiri  nə  qədər  güclü  olsa  da,  əmək  sərf  etmədən, 

müntəzəm,  gərgin  məşq  olmadan,  şəxsi  fəallıq  göstənuədən  bir 

şəxsiyyət  kimi  təşəkkül  tapmaq  mümkün  deyil.  Deməli,  tələbə 

şəxsiyyətinin  inkişafına  təsir  göstərən  amillər  sırasında  əməyin, 



məşqin  və  şəxsi  fəallığın  da  rolunu  xüsusilə  qeyd  etmək  lazımdır. 

Ətraf  aləmə  tələbənin  fəal  münasibəti  əmək  fəaliyyətində  daha 

qabarıq üzə çıxır, tələbə dəyişir, kamilləşir, onda müvafiq bacarıq və 

vərdişlər formalaşır, mənəvi keyfiyyətlər inkişaf edir. 

İrsiyyət,  mühit,  tərbiyə,  təhsil,  təlim,  əmək,  şəxsi  fəallıq, 

məşq və bu kimi amillər təcrid olunmuş halda deyil, vəhdət halında 

təsir göstərərək, tələbə şəxsiyyətinin inkişafını təmin edir. 

Tələbənin  inkişafı  istiqamətləndirilərkən  müxtəlif  amillərin 

vəhdətdə  təsiri  əsas  götürülməli  və  bu  prosesdə  tərbiyənin  aparıcı 

roluna nail olmaq üçün aşağıdakıları nəzərə almaq lazımdır: 

•  tərbiyə  işinin  bütün  sistemi  tələbə  şəxsiyyətinin 

məqsədəuyğun inkişafını təmin etməlidir; 

453

 


•  ali  təhsil  müəssisələrində  tərbiyə  işi  sistemli,  ardıcıl  və 

müntəzəm şəkildə təşkil olunmalıdır; 

•  ali məktəbdə tərbiyəvi işlərdə tələbə şəxsiyyətinin heç bir 

cəhəti  nəzərdən  qaçırılmamalı,  onun  ahəngdar  inkişafı  təmin 

olunmalıdır; 

•  tələbənin yaş dövrləri (kurslar üzrə) nəzərə alınmalıdır; 

•  tərbiyəvi  tədbirlərin  təşkili  zamanı  tələbənin  arzu  və 

istəkləri,  tələbat  və  maraqlan,  qabiliyyətləri,  fərdi  psixoloji 

xüsusiyyətləri, potensial imkanlarına istinadən edilməlidir

•  müəllimin şəxsi nümunəsinin tələbə şəxsiyyətinə qüvvətli 

təsiri nəzərdən qaçırılmamalıdır və s. 

13.3. 


PEDAQOJİ ÜNSİYYƏTİN TƏLƏBƏ 

ŞƏXSİYYƏTİNİN FORMALAŞMASINA TƏSİRİ 

Məlum həqiqətdir ki, şəxsiyyətin inkişafı yalnız fəaliyyət və 

ünsiyyət  prosesində  reallaşır.  Ünsiyyət  fəaliyyətin  mühüm  tərkib 

hissəsi, zəruri atributudur. Ünsiyyət yalnız fəaliyyətdə təzahür edir. 

Onun  funksiyaları  fəaliyyətin  məqsəd  və  məzmunundan,  cərəyan 

etdiyi şəraitdən, fonna və metodlarından asılıdır. 

İnsan psixikasının mühüm komponenti olan ünsiyyət - iki və 



daha  çox  adamın  münasibətləri  aydınlaşdırmaq

 

və  ümumi  nəticə 



əldə etmək məqsədilə öz səylərim əlaqələndirməyə

 

və birləşdirməyə 



yönəldilmiş  qarşılıqlı  fəaliyyətidir.

 

Ünsiyyətin  predmeti  başqa 



adamdır.  K.Marks  başqa  adamı  ən  böyük  sərvət  adlandırırdı.  O 

yazırdı  ki,  insan  həmişə  «başqa  insan  kimi  ən  böyük  sərvətə...» 

tələbat  hiss  edir.  Ünsiyyətə  tələbat  insanın  digər  tələbatları 

içərisində  xüsusi  yer  tutur.  Çünki  ünsiyyət  tələbatı  insanın  psixi 

inkişafının əsas amilidir. İnsanın gerçək aləmə münasibətləri başqa 

adama (yaxud adamlara) münasibəti vasitəsilə əks olunur. 

Deməli, tələbə şəxsiyyətini başqa adamlarla kommunikativ 

rabitələrdə,  ictimai  münasibət  və  əlaqələrdə  öyrənmək  lazımdır. 

Tələbə bir şəxsiyyət kimi yalnız praktik ünsiyyət prose- 

454


 

sinclo  inkişaf  edir,  ictimai-əxlaqi  münasibət  nomıalarını 

mənimsəyir. 

Tələbənin 

özünü 


dərk 

etməsi, 


özünü 

qiymətləndirməsi, özünütərbiyə ilə məşğul olması bilavasitə başqa 

adamlara münasibəti ilə ölçülür. 

Ən ümumi şəkildə ünsiyyət situasiyasının iki parametrini 

fərqləndinnək olar: 

•  birgə fəaliyyətdə ünsiyyət; 

•  şəxsi ünsiyyət. 

Birgə fəaiyyətdə ünsiyyət «situasiyanın obrazı» (birgə 

fəaliyyətdə «rollann» funksional bölgüsü) ilə tənzim olunur. 

Əgər fəaliyyəti S —> O, ünsiyyəti S —> S 

(subyekt-subyekt) ilə işarə etsək, onda birgə fəaliyyətdə ünsiyyəti 

$-► 


-*S

 

formula ilə ifadə edə bilərik. 



Əgər haqqında danışılan şəxsi - Sı; danışam S:; məlumat 

alanı (dinləyəni) S.ı ilə işarə etsək, onda şəxsi ünsiyyəti 

->S3 

Sı 


formulu ilə ifadə edə bilərik. 

Şəxsi ünsiyyət «müsahibin obrazı» ilə şərtlənir, ünsiyyət 

təkcə informasiyanın məzmunu ilə deyil, daha çox onun müsahiblər 

üçün əhəmiyyəti ilə müəyyən olunur. 

Şəxsi ünsiyyətin, adətən, iki səviyyəsi fərqləndirilir. Birinci 

səviyyədə  ünsiyyət  (iki  yaxud  üç  adam  arasında)  vasitəsiz  təmas 

kimi  təzahür  edir  və  emosional  xarakter  daşıyır.  Şəxsi  ünsiyyətin 

ikinci  səviyyəsində  adamlar  biri-birini,  özlərini  dərk  edir, 

biri-birinin nöqteyi-nəzərlərini qiymətləndinnəyə yaxınlaşırlar. 

455


 

Tələbələrin qrup (kollektiv) daxilində ünsiyyətini xarakterizə 

edərkən, həm birgə fəaliyyət ünsiyyətini, həm də şəxsi ünsiyyətini 

nəzərə almaq lazımdır. 

Tələbə  daxil  olduğu  akademik  qrupun  üzvləri  ilə  birgə 

fəaliyyət və şəxsi münasibətlərdə tədricən özünün və yoldaşlarının 

davranışını  təhlil  etməyi,  tələbə  dostları  ilə  birlikdə  sevinməyi  və 

kədərlənməyi, qayğıkeşliyi və həssaslığı öyrənir. 

Ünsiyyət prosesində tələbə başqalarının biliyini, təcrübəsini, 

dəyərlərini dərk edir və mənimsəyir. Bunun nəticəsində də mənəvi 

cəhətdən  zənginləşir,  onun  inkişafı  üçün  əlverişli  şərait  yaranır. 

Tələbə digər tələbələrlə rabitə və münasibətlərdə emosional və iradi 

cəhətdən  inkişaf  edir,  ləyaqət  və  qürur  hissi  qüvvətlənir, 

motivasiyaları məzmunca zənginləşir. 

Tələbə  üçün  ünsiyyət  tələbatı  onun  psixogen  və  sosiogen 

tələbatları  sırasında  xüsusi  yer  tutur.  Aydındır  ki,  tələbə  üçün 

ünsiyyət  obyekti,  ilk  növbədə,  daxil  olduğu  akademik  qrupun 

üzvləridir.  Yuxan  kurslara  keçdikcə,  tələbənin  ünsiyyət  «kon- 

turları»  dəyişir,  ünsiyyət  dairəsi  genişlənir  və  mürəkkəb  xarakter 

alır.  Hər  kursda  yaranan  ünsiyyət  dairəsi  öz  məzmununa  və 

strukturuna  görə  əvvəlkilərdən  fərqlənir.  Qrup  yoldaşları  ilə 

ünsiyyət,  sonralar  yaxın  yoldaşlığa,  daha  sonra  dostluğa  və  bəzi 

halda da məhəbbətə çevrilir. 

Pedaqoji-psixoloji  ədəbiyyatda  ünsiyyətin  əsas  aspektləri 

aşağıdakı kimi fərqləndirilir: 

 

Buna  uyğun  olaraqr  psixoloqlar  ünsiyyətin  üç  əsas 



komponentini fərqləndirirlər: 

456


 

•  ünsiyyət  informasiya  mübadiləsi  kimi  (kommunikativ 

komponent). 

Bu prosesi sxematik olaraq belə ifadə etmək olar: 

K - ^ İ ^ R

 

burada: 


K kommunikator (informasiya verən); 

İ - informasiya; 

R - resipient (informasiyanı qəbul edən). 

Belə  olduğu  halda  tələbələrin  qrup  (kollektiv)  daxilində 

ünsiyyəti  subyekt-obyekt  (S—>0)  və  subyekt-subyekt  (S—»S) 

sxemi əsasında qurulur. Ünsiyyət prosesi təkeə  kommunika- tonın 

(latınca communicatio - rabitə, əlaqə, ünsiyyət deməkdir) deyil, həm 

də  resipientin  (ingiliscə  respondent  -  cavab  verən,  müsahib 

deməkdir) fəallığı şəraitində baş verir. 

•  Ünsiyyət  qarşılıqlı  təsir  və  ya  başqa  adamın  davranışım 



tənzimləyən prosesi kimi (interaktiv komponent). 

Bu halda tələbələr birgə fəaliyyət prosesində müxtəlif əlaqə 

və münasibətlərə girir, bir sözlə əməkdaşlıq edirlər. 

•  Ünsiyyət  insanların  biri-birini  qavraması  prosesi  kimi 

(perseptiv  komponent).  Bu  halda  sosial  persepsiya  (latınca 

perceptio  -  qavrayış,  təsəvvür  deməkdir)  ünsiyyət  prosesinin 

səmərəliliyini təmin edir. 

Beləliklə  məlum  olur  ki,  ünsiyyət,  bir  tərəfdən,  tələbələrin 

birgə fəaliyyətini təşkil etməyə, informasiya mübadiləsi apannağa, 

bir-birini qavramağa kömək edir. Digər tərəfdən, şəxsiyyətlərarası 

münasibətlərin inkişafına şərait yaradır, tələbənin mütəxəssis kimi 

fonnalaşmasını təmin edir. 

Tələbənin ünsiyyət tələbatının təmin edilməsi sahəsində işin 

istiqamətlərini aşağıdakı kimi müəyyən etmək olar: 

•  ali məktəb həyatında sağlam və əlverişli mənəvi-psixoloji 

iqlimin yaradılması; 

•  ali  məktəbdə  təlim,  təhsil-tərbiyə  işinin  səviyyəsinin 

yüksəldilməsi; 

 


•  kollektiv  ünsiyyətdə  tələbənin  əlverişli  mövqe  tutması 

üçün şəraitin yaradılması; 

•  tələbələrin  ünsiyyətinin  məzmunca  zənginləşdirilməsi, 

ünsiyyət dairəsinin genişləndirilməsi; 

•  tələbələr arasında konfliktlərin aradan qaldırılması; 

•  tələbələrin 

auditoriyadankənar 

ünsiyyətinə, 

imkan 

daxilində, nəzarət edilməsi və korreksiya aparılması; 



•  ali  məktəbdə  tələbə  liderləri  arasında  əlaqələrin 

yaxşılaşdırılması; 

•  tələbə 

qrupları 

arasında 

ünsiyyət 

sahəsinin 

genişləndirilməsi; 

•  tələbələrin müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi yolu 

ilə ünsiyyət «konturlarınm» genişləndirilməsi. 

Tələbə şəxsiyyətinin inkişafına pedaqoji prosesin təsiri daha 

böyükdür. 

Müəllim-tələbə münasibətləri özünəməxsus çalarları ilə 

səciyyələnən ünsiyyət sferasıdır və «pedaqoji ünsiyyət» ifadəsi ilə 

rabitələrin digər növlərindən fərqləndirilir. Pedaqoji ünsiyyət 

müəllimin tələbələrlə (öyrədənin öyrədənlərlə) təhsil-tərbiyə 

prosesində həyata keçirdiyi petfə ünsiyyətidir. 

Pedaqoji ünsiyyət  geniş  anlayışdır. Ali  təhsil müəssisəsinin 

rəhbər işçiləri ilə müəllim kollektivi arasında, müəllimlər arasında, 

müəllimlər  və  tələbələr  arasında,  tələbələr  arasında  olan  ünsiyyət 

pedaqoji  ünsiyyətdir.  Pedaqoji  ünsiyyətin  müxtəlif  çalarları 

arasında  müəllim-tələbə  münasibətlərini  xüsusilə  qeyd  etmək 

lazımdır.  Ali  məktəb  müəllimlərinin  öz  tələbələri  ilə  ünsiyyətləri 

şəxsiyyətlərarası münasibətlərin özünəməxsus sferasını təşkil edir. 

Müəllim-tələbə münasibətləri əsasən rəsmi münasibətlərdir. 

Bu 


münasibətlərin  düzgün  qurulması  akademik  qrupda 

şəxsiyyətlərarası  münasibətlərin  səmərəli  inkişafı  üçün  şərait 

yaradır. Akademik qrupda şəxsiyyətlərarası münasibətlərin səmərəli 

təşkili, öz növbəsində müəllim-tələbə münasibətlərini asanlaşdırır. 

Bu isə dolayısı ilə təlimin nəticələrinə müsbət təsir göstərir, tələbə 

qrupunda sağlam mənəvi-sosioloji mühit yaradır, pedaqoji prosesin 

səmərəliliyini yüksəldir. 

45 S


 

Ali təhsil müəssisəsində pedaqoji ünsiyyəiin llmksiya- lanm 

belə konkretləşdirmək olar: 

* tələbənin  ahəngdar  inkişafını  və  mütəxəssis  kimi 

fonnalaşmasım təmin etmək; 

* tələbə  kollektivindəki  sosial-petlaqoji-psixoloji  prosesləri 

idarə etmək: 

* ali  təhsil  müəssisəsində,  tələbə  qrtıplannda  sağlam 

mənəvi-psixoloji mühit yaratmaq

*  fərdi-idraki funksiya (yenini öyrətnntk və ya öyrənmək); 

* emosional 

funksiya 

(qiymətləndirmək, 

təəssüratı 

bölüşdürmək, münasibət bildirmək) və s. 

Ali  təhsil  müəssisəsinin  hər  bir  işçisi  pedaqoji  ünsiyyətin 

mahiyyətini,  sosial-psixoloji  mexanizmini  dərindən  bilməli  və  öz 

fəaliyyətində bunlara istinad etməlidir. 

Pedaqoji  ünsiyyətin  məımnnu  ntüəllimin  qarşıya  qoyduğu 

məqsədin,  motivlərin  düzgün  dərk  edilməsi,  tətbiq  olunan 

vasitələrin  səmərəliliyi,  tərəf-müqabillərinin  müəyyən  normtılara 

əməl etməsi ilə müəyyənləşir. 

Pedaqoji  ünsiyyətin  məzmununa  müəllimin  ünsiyyət 

formaları.ünsiyyətin  təşkili,  metod  və  piyomarı.  bir  sözlə.  İtirdi 

ünsiyyət üslubu qüvvətli surətdə təsir göstərir. Pedaqoji ünsiyyətin 

avtoritar^  demokratik,  liberal,  qeyri-sabit  (ardıcıl  olmayan) 

üslubları  var.  Əlbəttə,  ən  səmərəli  ünsiyyət  üslubu  demokratik 

üslubdur. Pedaqoji ünsiyyətdə bu üslubu əsas  götürən müəllimlər 

tələbəni  subyekt  kimi  qəbul  edir,  tələbə  kollektivi  ik)  hesablaşır, 

liderlərin  təkliflərini  qəbul  edir,  tələbələrin  müstəqilliyini, 

təşəbbüskarlığını dəstəkləyir, mü.sbət emosional əlaqələrə üstünlük 

verir, tələbələrin fərdi xüsusiyyətlərini, ştıxsi təcrübələrini, ehtiyac 

və tələbatlarını nəzərə alırlar. Belə müəllimlərdə heç vaxt neqativ 

durum olmur və ya onu təzahür etdirmirlər. 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin