FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   ...   16   17   18   19   20   21   22   23   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası

bal - tələbə seçdiyi mövzunu işləyərkən ciddi səhvlərə yol 

verir və müdafiə zamanı isə mövzudan qismən xəbəri olur; 

J64

 


- 0 bal - kurs işi tələbə tərəfindən yazılmayıb. 

Kurs işlərinin (layihələrin) müdafiəsi ali məktəbin müəyyən 

etdiyi qaydada həyata keçirilir. 

Təcriibəl&rin nəticələrinə görə halların hesablanması. 

Tədris  planında  nəzərdə  tutulmuş  təcrübənin  irəlicələrinə 

görə tələbənin  toplaya biləcəyi  balların maksimum  miqdarı 100-ə 

bərabərdir. Bu balların yarısı təcrübəyə davamiyyətinə görə, digər 

yarısı isə təcrübə üzrə hesabatın hazırlanması və müvafiq qaydada 

komissiya qarşısında müdafiəsinə görə verilir. 

Təcrübəyə davamiyyətinə görə tələbənin topladığı yekun bal 

tələbənin təcrübədə iştirak etdiyi saatların miqdarının davamiyyətə 

ayrılan  maksimum  (50  bal)  vurularaq  və  təcrübəyə  ayrılmış 

saatların miqdarına bölünməklə hesablanır. 

Təcrübə  üzrə  hesabatın  tərtib  olunub,  müdafiəsinə  görə 

tələbənin  yekun  balının  heablanınası  meyarları  və  metodikası  ali 

məktəbin Elmi Şurası tərəfindən təsdiq olunur. 

Buraxılış işinə görə balların hesablanması.

 

Bura.xılış işinin 



yazılması və müdafiəsinə gÖrə tələbənin toplaya biləcəyi balların 

maksimum  miqdarı  100-ə  bərabərdir.  Bu  balların  yarısı  buraxılış 

işinin hazırlanması və tərtibinə, digər yarısı isə Dövlət Attestasiya 

Komissiyası qarşısında müdafiəsinə görə verilir. 

Buraxılış  işinin  yazılması  və  müdafiəsinə  görə  balların 

hesablanması meyarları ali məktəbin Elmi Şurası tərəfindən təsdiq 

edilir. 

Buraxılış işinin müdafiəsi mövcud qaydalara uyğun aparılır. 

Tədris  prosesinə  yaradıcı-  münasibət  pedaqoji  proses  və 

hadisələrin, 

təhsil 

müəssisələrinin, 



onların 

ayn-ayn 


komponentlərinin  fəaliyyətlərinin  qiymətləndirilməsinin  yeni 

metodları və metodikası mütərəqqi texnologiyaların tətbiqi tələbini 

irəli  sürür.  Çünki  müasir  tələblərə  cavab  verən  qiymətləndirmə 

sistemlərinin  tətbiqi  təhsilin  keyfiyyətini  yüksəltməyə  və  idarə 

etməyə imkan verir. 

165


 

ƏSAS MÜDDƏALAR 

•  Test yoxlamalarını tətbiq etmək üçün, hər şeydən əvvəl. 

niLİəllim-professor  heyətinə  test  tapşırıqlarının  hazırlanması 

metodikasını  öyrətmək  lazımdır.  Müəllim  inanmalıdır  ki.  test 

ənənəvi  yoxlama,  sınaq,  qiymətləndirmə  deyil,  burada  ənənəvi 

suallardan və biletlərdən istifadə olunmur. Test müəyyən formada 

tərtib olunmuş tapşırıqlar sistemidir. 

•  Test tapşırıqları qısa olmalı, icrası az vaxt tələb elməlidir. 

Test tapşırıqları məzmununa və spesifik parametrlərinə görə ciddi 

müəyyənləşdirilmiş formada olmalıdır. Bu. onların statistik təhlili 

üçün  şərait  yaradır.  Ayrı-ayrı  tapşırıqların  xüsusiyyətləri 

bütövlükdə  testin  xüsusiyyətini  müəyyən  edir,  bu  səbəbdən  də 

tapşırıqlar  «yığımı»  deyil,  məhz  tapşırıqlar  sistemindən  söhbət 

gedir. 


•  Test  -  elmi  surətdə  əsaslandırılmış  ölçü  metodudur. 

Şəxsiyyətin  nəzərdə  tutulan  keyfiyyət  və  xüsusiyyətlərinin 

obyektiv,  düzgün  və  diferensial  fomıada  qiymətləndirilməsinə 

imkan verir. 

•  Test qısa zaman kəsiyində müəllimə tələbənin müstəqil iş 

prosesində  tədris  informasiyasını  mənimsəmə  səviyysini  üzə 

çıxarmağa; qazandığı bilik və bacarıqların nə dərəcədə möhkəm və 

çevik  olmasını  aşkarlamağa;  təlim  prosesində  müəllim-tələbə 

əməkdaşlığının  effektivliyini  ınüəyynələşdirməyə:  tələbələrin 

müstəqil təlim-idrak fəaliyyətinin məzmun və formalarına ediləcək 

korreksiyaları konkrctləşdinnəyə imkan verir. 

•  Test  yoxlamaları  təhsil  alanlara  öz  nailiyyətlərinə  və 

müvəffəqiyyətsizliklərinə tənqidi münasibət formalaşdırır, sonrakı 

fəaliyyətini  düzgün  təşkil  etməyə  şərait  yaradır;  tələbəni 

özünənəzarətə  təhrik  edir;  onda  ardıcıl,  sistematik  və  məhsuldar 

işləmək  bacarığı,  intizam,  təkidlilik,  şüuıiuluq,  təşəbbüskarlıq, 

məsuliyyət və digər şəxsi keyfiyyətləri inkişaf etdirir. Deməli, test 

yoxlamaları  təkcə  təlim  məqsədləri  daşımır,  həm  də  qüvvətli 

tərbiyəedici imkanlara malikdir. 

366


 

• özünüidarə və özünənəzarət fomıalannın inkiıjal' etdirilməsi 

və  dərinləşdirilməsi;  tələbədə  özünütəkmilləşdirmə  meylinin  və 

təlabatının  yaradılması;  təlim-idrak  fəaliyyətinə  məsuliyyətli  və 

tənqidi  münasibət  formalaşdırılması;  yoxlamanın  innovasiya 

texnoiogiylarından  istifadə  olunması  təlimin  məhsuldarlığını  və 

effektivliyni  artırmağa  imkan  verir  və  beləliklə  də,  təlim 

keyfiyyətinin idarə edilməsinə əlverişli şərait yaradır. 

lual vo tapqnqiar ( 



<2> Monitorinq və qiymətiəndimıə nə deməkdir? 

<3> Təhsil sahəsində monitorinqin formaları hansılardır? 

<3> Təhsil sisteminin pedaqoji monitorinqi nə deməkdir? 

<2> Pedaqoji monitorinqin funksiyaları hansılardır? 

Qiymətləndirmə sisteminin prinsiplərini say və izahını ver. 



<2> Qiymətləndirmə metodları hansılardır? 

<3> Reytinq sisteminin mahiyyətini izah et. 

^ Test nəzarətinin məqsədləri nədir? 



0 Test tapşırıqları hansı tələblər əsasında tərtib olunmalıdır? 

 Tələbələrin biliyinin ənənəvi və çoxballı sistemlə 

qiymətləndirilməsinin fərqli cəhətlərini izah el. 



<2> Pedaqogikadan bir mövzu üçün test tapşırıqları hazırla. 

<3> İxtisasınla bağlı bir mövzu üçün test tapşırıqları hazırla. 

367


 

36S

 

 



XI 

FƏSIL


 

ALİ MƏKTƏBDƏ TƏLƏBƏLƏRİN PRAKTİKASI 

11.1.  ALİ MƏKTƏBDƏ TƏLƏBƏLƏRİN PRAKTİKASININ 

ÜMUMİ MƏSƏLƏLƏRİ 

Ali  məktəbdə təhsil-tərbiyənin təşkili  formalarından biri də 

tələbələrin praktikasıdır. 

Tələbələrin  praktikası  mürəkkəb  struktura  malik  bir 

sistemdir. Praktikanın məzmunu, vasitələri, metodları, formaları ali 

tədris müəssisəsinin profilindən və mütəxəssis hazırlığı qarşısında 

duran vəzifələrdən asılı olaraq müxtəlif istiqamətlərdə olur. 

Ali  tədris  müəssisəsində  keçirilən  praktikanın  istiqamətləri 

aşağıdakılardır: 

• İstehsalat praktikası 

İstehsalat  praktikası  təlimin  özünəməxsus  təşkili  forması 

olub, təlimat əsasında reallaşdırılır. 

Mütəxəssis  hazırlığına  verilən  əsas  tələblərindən  biri  ali 



tpıhsilin  heyatla,  mütəxəssisin  gələcək  praktik  fəaliyyəti  ilə 

əlaqəsidir.  Hər  bir  ali  təhsil,  müəssissəsi  bu  tələbə  uyğun  olaraq 

gələcək  mütəxəsssisin  nəzəri  hazırlığı  ilə  praktik  fəaliyyətini 

əlaqələndirməyə  çalışır.  Bu,  təhsilin  məzmununu  elmin  və 

texnikanın nailiyyətləri əsasında daha artıq zənginləşdirməyə imkan 

verir.  Lakin  ali  təhsilin  həyatla  əlaqəsinin  təmin  edilməsinin  ən 

başlıca yolu istehsalat praktikasıdır. 



İstehsalat  praktikası  ali  təhsil  prosesinin  tərkib  elementidir 

və mütəxəssis hazırlığının həlledici mərhələsidir. 

İstehsalat praktikasının əhəmiyyəti aşağıdakılardan ibarətdir: 

•  tələbələri  ixtisasla  bağlı  bacarıq  və  vərdişlərlə 

silahlandırır; 

♦  nəzəri bilikləri yoxlamağa və möhkəmləndirməyə imkan 

verir; 

369


 

• ali məktəblə müvafiq müəssisə və idarələr arasında sıx əlaqə 

yaradır. 

«İstehsalat praktikası» anlayışı texniki təhsilə aid olsa da, ali 

təhsilin bütün sahələrinə (humanitar, təbabət, iqtisadiyyat və s.) aid 

edilir və ixtisasla bağlı bütün praktika formalarını əhatə edir. 

Ali məktəbin inkişafının ilk mərhələlərində ali təhsil praktik, 

hətta  sənət  hazırlığı  səviyyəsində  təşkil  olunurdu.  Lakin  elm  və 

texnika inkişaf etdikcə ali təhsilin xarakteri dəyişirdi. Təhsil alanlar 

müxtəlif sahələrində praktika keçirdilər. Praktikanın bu cür təşkili 

ali 


məktəbin 

istehsalatla 

əlaqələrini 

genişləndirir 

və 

möhkəmləndirirdi.  Ali  məktəbin  professor  və  müəllimləri  istehsal 



müəssisələrinin müxtəlif layihələrinin hazırlanmasında iştirak edir, 

axtarışlar  aparır,  öz  tövsiyələri  ilə  istehsalın  məhsuldarlığının 

artmasına kömək edirdilər. 

XIX  əsrin  əvvəllərində  ali  məktəblərdə  praktik  işlərə  geniş 

yer  verildi.  Gələcək  mütəxəssislərin  praktik  hazırlığına  xüsusi 

diqqət  yetirildi, tələbələrin  istehsal müəssisələrində işləməsi təlim 

prosesinin zəruri komponentinə çevrildi. Müt^xas- sisin elmi-nəzəri 

hazırlığının  praktika  ilə  vəhdətdə  həyata  keçirilməsi  təlimin  əsas 

prinsipinə  çevrildi.  Elmi-nəzəri  hazırlıq  yüksəldikcə,  pratikaya 

ayrılan tədris vaxtı artırıldı. Praktikanın təşkili məqsədilə müxtəlif 

tədris emalatxanaları yaradıldı. 

XIX  əsrdə  mütəxəssis  hazırlığı  üçün  əlverişli  şəraitin  ali 

məktəbin  «özündə  yaradılması»  ideyası  əsas  götürülürdü.  40-  cı 

illərin 


sonlarına 

qədər 


tələbələrin 

praktikası 

tədris 

elmalatxanalarmda keçirilirdi. 



XIX əsrin ortalarında vəziyyət dəyişdi. Rusiyada sənayenin 

inkişafı ilə əlaqədar olaraq məlum oldu ki, ali məktəblərin tədris 

emalatxanaları texnikanın sürətli inkişafı ilə «ayaqlaşmaq» 

imkanına malik deyil və real istehsal prosesini, əvəz edə bilmir. 

50-ci illərdə praktika emalatxanalarda deyil, * müvafiq istehsal 

müəssisələrində keçirilməyə başlandı. Müəyyən müvəffəqiyyət əldə 

edilməsinə baxmayaraq, həmin 

370


 

dövrdə  ali  təhsil  sistemi  nəzəriyyə  və  praktikanın  əlaqəsini  tam 

dolğunluğu ilə əhatə edə bilmirdi. 

Oktyabr çevrilişindən sonra Rusiyada mütəxəssis hazırlığının 

keyfiyyətini  yüksəltmək  məqsədilə  ali  məktəbin  tədris  planına 

istehsalat  praktikası  zəruri  məşğələ  forması  kimi  daxil  edildi. 

Tələbələrin  istehsalat  praktikasının  keçirilməsi  üçün  baza 

müəssisələri, 

istehsalat 

birlikləri, 

elmi- 


tədqiqat 

və 


layihə-konstruktor 

təşkilatları, 

mədəni-maarif 

ocaqları 

müəyyənləşdirilirdi.  Sovet  hakimiyyəti  illərində  bu  təcrübə  bütün 

respublikalarda, o cümlədən Azərbaycanda da davam etdirildi. 

Beləliklə,  istehsalat  praktikası  ali  məktəbdə  təlimin  təşkili 

formalarından biri kimi geniş tətbiq olunmağa başladı. 

İstehsalat praktikası  ali təhsil prosesinin  struktur elmentidir 

və mütəxəssis hazırlığının həlledici mərhələsidir. 

İstehsalat praktikasının əhəmiyyəti aşağıdakılardır: 

•  Ali  məktəblə  həyat  arasında,  təhsillə  istehsal  prosesi 

arasında əlaqə yaradır. 

•  Tələbələri  istehsalla  bağlı  bacarıq  və  vərdişlərlə 

silahlandırır. 

•  Nəzəri  bilikləri  yoxlamağa  və  möhkəmləndirməyə  imkan 

verir. 

İstehsalat praktikasının təşkilinə aşağıdakı tələblər verilir: 



•  ali məktəb istehsalat praktikasının keçirildiyi müəssisə ilə 

müntəzəm  əlaqə  saxlamalıdır.  Ali  məktəb  təsərrüffat  müqaviləsi 

əsasında  elmi  axtarışlar  aparmalı  və  istehsal  müəssisəsinin 

məhsuldarlığını  artırmağa  imkan  verən  tövsiyələr  hazırlamalıdır. 

Elmi-tədqiqat  işlərinə ali məktəbin  professor-müəllim heyəti, elmi 

işçiləri ilə yanaşı, elmi lədqiqatçılığa meyli olan tələbələr və habelə 

istehsal  müəssisəsinin  yüksək  ixtisaslı  mütəxəssisləri  cəlb 

olunmalıdır. Bu cür fundamental  tədqiqatlar istehsal prosesinə bir 

sıra innovasiyalar daxil etməyə imkan verməlidir; 

•  cəmiyyətin  tərəqqisi,  elmin  və  texnikanını  inkişafı, 

tələbələrin görüş dairəsinin genişlənməsi, yeni istehsal sahələri 

371


 

nin  meydana  gəlməsi,  prestijli  ixtisasların  yaranması  ilə  əlaqədar 

olaraq,  istehsalat  praktikası  hər  il  yeni  məzmunda,  yeni  formada, 

yeni istiqamətdə təşkil olunmalı və daim təkmilləşdirilməlidir; 

•  praktika  müdddəlində  tələbələrin  yeni  texnologiyalarla 

tanışlığı təmin olunmalıdır; 

•  istehsalat  praktikası  ali  məktəbdə  keçirilən  nəzəri  və 

praktik məşğələlərlə, tələbələrin müvafiq nəzəri hazırlığı ilə vəhdət 

təşkil etməlidir; 

•  praktika müddətində tələbələrin  elmi  tədqiqat  işləri, kurs 

və buraxılış işi üçün material toplanması təmin olunmalıdır. 

•  tələbələrin praktika keçdikləri müəssisənin iş rejimi, əmək 

və sanitar-gigiyenik şəraiti, əməyin elmi təşkili ilə tanış olmasına 

imkan yaradılmalıdır; 

•  tələbələri  müəssisənin  mənəvi-psixoloji  «iqlimi»  ilə  də 

tanış etmək lazımdır; 

•  tələbələrə müəssisəyə rəhbərlik və idarəçilik haqqında da 

bilgilər verilməlidir. 

Praktikanın  aparılma  müddəti  tədris  planında  istehsal 

sahəsinin  xüsusiyyətlərindən  asılı  olaraq  müəyyənləşdirilir. 

Praktikanın təşkili zamanı öyrənilən peşənin ixtisasın özünəməxsus 

cəhətləri  və  konkret  müəssisənin  şəraiti  nəzərə  alınır.  İstehsalat 

praktikası zamanı müəssisənin qabaqcıl mütəxəssislərinin konkret 

istehsal  sahəsi,  onun  təşkili,  rəhbərlik  və  idarə  olunması, 

müəssisənin  nailiyyətləri,  texniki  yeniliklər  haqqında  tələbələri 

məlumatlandırması  təcrübəsi  tələbələrdə  istehsal  proseslərini 

dərindən mənimsəmək səyi oyadır. 

İstehsalat  praktikasına  ümumi  təlim-metodik  rəhbərlik  ali 

məktəbin  müvafiq  kafedraları  tərəfindən  keçirilir.  İstehsalat 

müəssisəsində isə tələbələrin praktikasına rəhbərlik yüksək ixtisaslı 

mütəxəssislərə tapşırılır. 

Praktikanın  düzgün  təşkilində  tələbələrin  öncədən 

təlimatlandırılmasının  (söhbət,  müsahibə,  yaxud  toplantı 

formasında) həlledici əhəmiyyəti var. Təlimatlandırılma 

372


 

zamanı  istehsalat  praktikasının  əhəmiyyəti,  sistemi  və  şərtləri, 

müəssisənin  və  istehsal  proseslərinin  xarakteri  haqqında  məlumat 

verilir. 

Tələbələri praktikanın proqramı ilə də tanış etmək lazımdır. 

Tələbələr fərdi plan əsasında işləyir və müntəzəm olaraq praktika 

rəhbərinə  hesabat  verirlər.  Bu,  tələbələri  istehsalat  praktikası  ilə 

bağlı tapşırıqların icrasına motiyləşdirir və məsuliyyətlərini artırır. 

İstehsalat  praktikası  zamanı  tələbələrə  təhlükəsizlik 

texnikası, əməyin müdafiəsi və elmi təşkili, yanğının söndürülməsi, 

bədbəxt hadisələrin aradan qaldırılması və s. sahəsində də praktik 

bacarıqlar verilməlidir. 

İstehsalat praktikasını sadəcə icraedici iş kimi deyil, yaradıcı 

fəaliyyət  kimi  təşkil  etmək  lazımdır.  Tələbənin  istehsal 

müəssisəsinin  səmərələşdirici  fəaliyyətinə,  layihə-  konstruktor 

xarakterli işlərinə, müxtəlif tədqiqatlara cəlb edilməsi onun yaradıcı 

və təşəbbüskar mütəxəssis kimi formalaşması  üçün şərait  yaradır. 

Praktika  müddətində  tələbə  istehsal  prosesinin  sadəcə 

müşahidəçisindən fəal iştirakçısına çevrilir. 

İstehsalat praktikasının təşkili zamanı təkcə təlim vəzifələri 

deyil, həm də tərbiyə funksiyaları həll edilməlidir. Müəssisənin iş 

ritmi,  tempi,  rejimi,  praktikant  tələbələrə  xoş  məramlı  münasibət, 

ciddi və hamı üçün məcburi olan tələblər, daxili intizam tələbələrdə 

vəzifə  və  məsuliyyət  hissini,  şüurlu  intizamı,  kollektivçiliyi, 

dəqiqliyi,  işgüzarlığı,  fəallığı  inkişaf  etdirir.  Qabaqcılların, 

novatorların  iş  təcrübəsinin  öyrənilməsi  onlarda  təşəbbüskar, 

müstəqil  və  qətiyyətli  olmaq  kimi  keyfiyyətləri  inkişaf  etdirir. 

Praktika  müddətində  tələbələrin  müəssisənin  ictimai  həyatına 

qoşulması,  istehsalat  müşavirələrində  iştirak  etməsi,  işçilər 

qarşısında  elmi,  texniki,  siyasi  mövzularda  çıxışlar  etməsi 

praktikantlara  tərbiyəvi  təsir  göstərir,  onlarda  gələcək  mütəxəssis 

üçün zəruri olan peşə, iradi və əxlaqi keyfiyyətlərin formalaşmasına 

təkan verir. 

373

 


istehsalat  praktikası  müddətində  tələbələr  gündəlik  tərtib 

etməli, sonda isə praktika proqramının yerinə yetirilməsi haqqında 

hesabat yazmalıdırlar. 

Hesabat praktikanın proqramı və tələbənin iş planı əsasında 

yazılmalı,  tələbənin  praktika  müddətindəki  müstəqil  fəaliyyətini 

əhatə  etməlidir.  Hesabatda  tələbə  müəssisənin  işinin  daha 

məhsuldar qurulması niyyətilə tövsiyələrini və təkliflərini də verə 

bilər.  Hesabat  şablon  xarakter  daşımamalı,  hər  bir  tələbənin 

praktika müddətində fərdi, müstəqil işini əks etdirməlidir. 

Hesabat praktika rəhbəri tərəfindən yoxlanılır. Bundan sonra 

tələbə  təqdim  etdiyi  hesabatı  müdafiə  edir.  Bu  zaman  tələbənin 

fəaliyyətinin yaradıcı xarakterinə xüsusi diqqət yetirmək lazımdır. 

Praktika,  bir  qayda  olaraq,  tələbələrin,  praktika 

müəllimlərinin və rəhbərlərinin də iştirak etdiyi yekun konfransı ilə 

başa çatır. 

Bakalavr pilləsində pedaqoji praktika. 

Ali pedaqoji təhsil sistemində müəllim hazırlığını təmin edən 

amillərdən  biri  də  pedaqoji  praktikadır.Təəssüf  ki,  ixtisas  üzrə 

təcrübəyə  olduqca  az  diqqət  yetirilir.  Halbuki,  müəllim  peşəsinə 

yiyələnmiş  tələbələr  sonralar  dönə-dönə  qeyd  edirlər  ki,  pedoqoji 

təhsil aldıqları müddət ərzində onlar üçün ən qiymətli təcrübə tələbə 

kimi  dərs  demək  olmuşdur.  Pedaqoji  praktikada  məqsəd  tələbəni 

həm  fənn  müəllimi,  həm  də  sinif  rəhbərinin  funksiyaları  ilə  tanış 

etmək  və  onu  bu  istiqamətlərdə  gələcək  fəaliyyətə  hazırlamaqdır. 

Pedaqoji  praktika  tələbəni  gələcək  müəllimlik  fəaliyyətinin  real 

şəraitinə maksimum surətdə «qovuşmasını» təmin etməlidir. 

Ali məktəb tələbələrinin pedaqoji praktikası bir qayda olaraq, 

müxtəlif  tipli  ümumtəhsil  məktəblərində,  texniki  peşə 

məktəblərində, orta ixtisas məktəblərində təşkil olunur və bu zaman 

hər  bir  tədris  müəssisəsinin  özünəməxsus  xüsusiyyətləri  nəzərə 

alınır.  Bununla  yanaşı  pedaqoji  təcrübənin  həyata  keçirilməsində 

müəyyən problemlər də vardır. 



>74 

• ixtisas  ü z f 3   təcriiba  yerlərinin  (məktəblərin)  seçilməsinə 

lazımi diqqətin yetirilməməsL 

Çox zaman praktika keçiriləcək yer ya metodistin, ya da 

tələbələrin  arzusu  əsasında  seçilir.  Təcrübə  yerlərinin  seçilməsi 

həmin  yerlərin  daha  yaxşı  öyrənmə  təcrübələrini  təmin  edə 

bilməsinə əsaslanmalıdır. 

• İxtisas  üzrə  təcrübə  yerləri  (məktəblər)  çox  zaman  təcrid 



olunmuş vəziyyətdə fəaliyyət göstərir. 

Elə məktəblər var ki, praktikant tələbə bir müəllim və bir 

qrup  şagirdlə  işləyir.  Onlar  məktəb  rəhbərliyi  ilə,.digər 

müəllimlərlə,  kitabxana  işçiləri  ilə,  texniki  heyətlə  tanış  edilmir, 

ünsiyyətə cəlb olunmurlar. Elə də olur ki, dərs deyən tələbəyə Öz 

təcrübəsini  həmkarları,  fakültə  rəhbərliyi  ilə  bölüşdürülməsinə 

şərait yaradılmır. 

•  Təlimin sosial aspektləri üçün hazırlığın zəif olması. 

Təcrübəçi tələbə əsasən dərs planını işəlyib hazırlamaq 

və  dərs  demək  üçün  təcrübə  keçdiyindən,  ona  məktəb  idarəçiliyi 

işlərinin öhdəsindən necə gəlmək, işçilərin təcrübə qazanması işinə 

necə  diqqət  yetirmək,  ailələr  və  cəmiyyətlə  səmərəli  qarşılıqlı 

münasibətləri  necə  qurmaq  öyrədilmir.  Bacarıqlı  və  səriştəli 

müəllim olmaq üçün bunlar vacib amillərdir. 

• Əməkdaşlıq  edən  əsas  müəllimin  (fənn  müəlliminin) 

fəaliyyətləri və ya onun tələbəyə məsləhət görə biləcəyi fəaliyyətlər 

üzərində düşünmək və onları əsaslandırmaq imkanının azlığı. 

Təcrübəçi  tələbə  yalnız  sinifdə,  nəyin  səmərə  verdiyini 

deyil,  həm  özünün,  həm  də  yoldaşlarının  təcrübəsi  üzərində 

düşünməyi bacarmalıdır. Fənn müəllimi dərs deyən tələbəyə özünün 

unikal  müəllim  üsullarını  tapmaqda  və  təcrübədən  keçirməkdə 

yardımçı olmalıdır. 

Təlimin səmərəsi həm müəllimlərdən, həm də təcrübəçi 

tələbələrdən sinifdəki əsas təlim fəaliyyəti üzərində düşünməyi və 

onları əsaslandırmağı tələb edir. 

• Fənn  müəllimlərinə  çox  hallarda  dərs  deyən  tələbələrin 



treninqi də tapşırılır. 

375


 

Bu  da  əməkdaşlıq  edən  müəllimlərin  dərs  deyən 

tələbələrə sərf edəcəyi vaxt və diqqətinin məhdudlaşmasına səbəb 

olur. 

• MiiDllimhrin  hazırlanması  iizro  proqramlar  çarçiv^simb 



ixtisas tDcrühDhri üzrə yoxlayıcı (sııpervayzcr) vozifasinin nüfuzu 

aşağı cnmayə meyillidir. 

• Müasir  dövrdo  müəllimlik  prestijli  peşə  sayılmadığından 



bəzi tələbələr təcrübə zamanı öz fəallıqları ilə seçilmir. 

Magistratura pilləsində pedaqoji praktika 

İxtisasından asılı olmayaraq, bütün magistrantlar həm nəzəri, 

həm də əməli cəhətdən müəllimlik fəaliyyətinə hazırlanmalıdırlar. 

Magistratura  pilləsində  müəllimlik  fəaliyyətinə  hazırlığın 

əsas forması pedaqoji praktikadır. 

Magistrantların  pedaqoji  praktikası  bakalavr  pilləsində 

müxtəlif formalarda təşkil oluna bilər: 

•  müəllimin seminar məşğələlərinin müşahidə edilməsi; 

• müəllimin  praktik  və  laborator  məşğələlərinin  müşahidə 

edilməsi; 

•  müəllimin mühazirəsinin dinlənilməsi; 

• müəllimin keçirdiyi zaçot və imtahanlarda müşahidəçi kimi 

iştirak etmək. 

Yaxşı  olar  ki,  magistrant  müşahidə  gündəliyi  yazsın, 

müəyyən  qeydlər  götürsün,  müşahidə  etdiklərinə  öz  münasibətini 

bildirsin. 

Bu istiqamətdə müəyyən hazırlıqdan sonra magistrant tələbə 

bakalavr  pilləsində  seminar  müəlliminin  iştirakı  ilə  sınaq 

seminarları  apara  bilər.  Və  nəhayət,  ciddi  hazırlıqdan  sonra 

mühazirə oxuya bilər. 

Magistrantları  ali  məktəbdə  təlim  fəaliyyəti  ilə  yanaşı, 

tərbiyəvi  fəaliyyətə  də  hazırlamaq  və  bu  məqsədlə  onu  bakalavr 

pilləsində  keçirilən  auditoriyadankənar  məşğələlərə  cəlb  etmək 

lazımdır. 

376


 

11.2.

 PEDAQOJI 

PRAKTİKANIN

 

PSİXOLOJİ



 

ƏSASLARI


 

Tələbələri  gələcək  müəllimlik  fəaliyyətinə  elə  hazırlamaq 

lazımdır  ki,  onlar  müasir  məktəblinin  həyata  hazırlığı  qarşısında 

duran problemləri müvəffəqiyyətlə həll edə bilsinlər. Bu problemlər 

aşağıdakılardır: 

•  məktəblinin fizioloji-psixoloji sağlamlığını təmin etmək; 

•  məktəblinin  iradi,  emosional  və  intellektual  sferalarım 

inkişaf etdirmək; 

•  məktəblinin  fərdi  psixi  keyfiyyətlərinin  inkişafını  təmin 

etmək; 


•  məktəbdə əlverişli təhsil-tərbiyə şəraiti yaratmaq. 

Gələcək müəllimləri bu problemlərin həllinə ali məktəb 

partası arxasından başlayaraq hazırlamaq lazımdır. Bu işdə pedaqoji 

praktikanın rolu çox böyükdür. 

Bunu  nəzərə  alaraq  praktika  müddətində  tələbələri 

təhsil-tərbiyənin psixoloji problemləri ilə tanış etmək lazımdır. 



H?r  !şeydm  avra/,  məktəblinin  təlimi  ilə  psixoloji  inkişafı 

proseslərini  uzlaşdırmaq  lazımdır.  İnkişaf-təlim  prosesi  ilə  təmin 

olunur  və  «yaxın  inkişaf  zonası»  yaradır.  Müəllim  məktəblinin 

təşəkkül  tapmış  psixi  keyfiyyətlərinə,  yəni  «aktual  zonası»  ilə 

yanaşı,  həm  də  təlimdə  inkişaf  edəcək  səviyyəsinə,  başqa  sözlə, 

«yaxın inkişaf zonası»na istinad etməlidir. Bu zaman məktəblinin 

təlim  məqsədləri  və  motivləri,  fəaliyyəti  və  fəaliyyət  vasitələri 

nəzərə aimmahdır. 



İkincisi,  məktəblinin  psixoloji  sağlamlığı  problemidir. 

Müasir dövrdə bu, təhsilin diqqətçəkən problemidir. Tədqiqatlarla 

müəyyən  edilmişdir  ki,  indiki  şəraitdə  müxtəlif  səbəblər  üzündən 

uşaqların bir qismi məktəb təliminə psixoloji cəhətdən hazır deyil, 

məktəblilərin  bir  qismi  əsəb-  psixoloji  xəstəliklərə  düçar  olub, 

böyük bir qisminin isə ümumi inkişafında qüsurlar nəzərə çarpır. 



Üçüncüsü,  təhsilin  məzmunu  problemidir.  Müasir  dövrdə 

təhsilin məzmunu «yüksək çətinlik səviyyəsi»ndə 

377

 


qurulur.  Məktəblilərin,  xüsusən  də  kiçik  yaşlıların  fiziki  və  psixi 

potensialı 

nəzərə 

alınmadan, 



təhsilin 

məzmunu 


daim 

mürəkkəbləşdirilir,  bu  isə  şagirdlərin  təlimdə  geri  qalmasına, 

yetirməməsinə və təlimə marağın azalmasına səbəb olur. Odur ki. 

bu  problemi  ayrı-ayrı  «tələsən»  şəxslər  yox,  elmi  mərkəzlərin  və 

ümumtəhsil məktəblərinin müəllimləri və tədqiqatçı alimləri birgə 

əməkdaşlıq prosesində həll etməlidirlər. 



Dördüncüsü,  təlimin  metod  və  vasitələrinin  inkişafetdirici 

xarakterdə  olması  problemidir.  Etiraf  etmək  lazjmdır  ki, 

ümumtəhsil  məktəblərində  istifadə  edilən  pedaqoji  metod  və 

vasitələrin  heç  də  hamısı  məktəblinin  tam  inkişafını  təmin  etmir. 

Məktəblərdə  hələ  də  inkişafın  ən  səmərəli  vasitəsi  kitab  hesab 

olunur:  məktəbliyə  kitab  üzərində  işləməyi  öyrətmək,  oxumaq, 

qeydlər  götürmək,  oxunmuş  materialı  yazmaq,  mütaliə  etmək  və 

şairəni öyrətmək ön plana çəkilir. Digər tərəfdən, yeni informasiya 

texnologiyalarının, xüsusən də, təkcə müsbət cəhətləri deyil, həm 

də qüsurları ilə uşağa mənfi təsir göstərən kompüter texnologiyaları

 

ciddi mübahisələr doğurur. Təlim 



metodlarının seçilməsi bu gün də aktual problem olaraq qalır. 

Betjincisi,  yaş  dövrlərinin  inkişaf  böhranları  (krizisləri)  və 

senzitiv (latınca sensus - hiss, duyğu deməkdir. İnsanın baş verən 

hadisələrə  həssas  münasibətində  təzahür  edən  xarakteri 

xüsusiyyəti) dövrlərin nəzərə alınması problemi. 

Hər bir yaş dövrünün özünəməxsus psixi krisisləri var. Hər 

yaş  dövründə  məktəbli  «yeniləşir»,  keyfiyyətcə  yeni  psixi 

xüsusiyyətlər kəsb edir. Bununla əlaqədar olaraq, qarşıya iki ciddi 

problem  çıxır:  inkişafın  böhranlı  təzahürlərini  «qabaqlamaq»  və 

məktəbliyə optimal «yeniləşmə»də kömək göstərmək. 

Uşağın  həyatının  senzitiv,  yəni  inkişaf  üçün  daha  əlverişli 

dövrlərini nəzərə almaq lazımdır. Senzitiv dövrlərdə bu və ya digər 

psixi  keyfiyyətlərin  inkişafı  üçün  optimal  şərait  olur.  Müəllim, 

tərbiyəçi  belə  bir  qanunauyğunluğu  unutmamalıdır  ki,  senzitiv 

dövrlər «geri qayıtmır», əgər 



müvafiq  dövr  nəzərdən  qaçırılıbsa,  məqsədgüdən  isliqamətə 

yönəldilməyibsə,  müvafiq  psixi  keyfiyyətlərin  döyərincə  inkişafı 

mümkün olmayacaq. 

Altıncısı,  təhsil  müəssisələrinin  sosial  mühitinin  .şagird 

şəxsiyyətinə  və  onun  təliminə  həlledici  təsiri  problemi.  Bu.  o 

deməkdir  ki.  uşağın  sosial  sferasında  islahata  nail  olmadan,  yeni 

pedaqoji texnologiyalar axtarışının mənası yoxdur. 



N^lıayift, məktəblilərin, xüsusən də yeniyetmə və gənclərin 

dəyər istiqamətlərinin transformasiyası problemi. Dəyər 

-  insanın  gerçək aləmin  onun üçün şəxsi  məna kəsb  edən, həyati 

əhəmiyyəti  olan  predmet  və  hadisələrinə  ehtiraslı  münasibətidir. 

İnsanın özü üçün nəyi dəyər hesab etməsi onun bütün psixi aləminin 

istiqamətini müəyyən edir. Dəyərlər necədirsə - düşüncələr, hisslər, 

davranış da elədir. Odur ki. məktəbli şəxsiyyətini əhatə edən «sosial 

bazisi» dəyişməklə, onun şəxsiyyətinin «yeniləşmə»sinə; əxlaqi və 

mənəvi  dəyərlərə  istiqamətlənməsinə;  öz  həyatını  və  taleyini  həll 

etməyə yönəldilməsinə, potensial imkanlarından tam dolğunluğu ilə 

istifadə  edilməsinə,  yenilikçiliyə  və  sosial  yaradıcılığa  təhrik 

edilməsinə şərait yaradılmış olur. 

Beləliklə, təhsilin klassik problemlərinə yeni bir problem 

-  tədris müəssisələrində inkişafetdirici sosial mühitin yaradılması 

problemi əlavə olunur. 

Tələbəni  təhsilin  bu  ciddi,  mürəkkəb  və  aktual  problemləri 

ilə praktika müddətində tanış etmək və onları özlərinin müəllimlik 

fəaliyyətlərini  bu  istiqamətdə  qurmağa  təhrik  elmək  lazımdır. 

Pedaqoji praktikanın psixoloji əsaslarının mahiyyəti məhz bundan 

ibarətdir. 



>79 

11.3. 

MÜƏLLIM 


HAZIRLIĞINDA

 

PEDAQOJİ



 

PRAKTİKANIN

 

ROLU 


1 1 . 3 . 1 .  

Pedaqoji praktikanın məqsəd və vəzifələri 

Ali məktəb tələbələrinin pedaqoji praktikası yüksək ixtisaslı 

müəllim kadrları hazırlığı sisteminin ayrılmaz struktur elementidir. 

Müasir  dövrdə  ali  məktəbdə  aparılan  islahatlar  müəllim 

kadrları  hazırlığına  daha  məsuliyyətlə  yanaşmağı  tələb  edir. 

Respublikamızın  ictimai  həyatında  baş  verən  mütərəqqi 

dəyişikliklər, təhsil sisteminin köklü surətdə dəyişməsi, ali təhsilin 

Boloniya prosesinə qoşulması geniş dünyagörüşünə, erudisi- yaya, 

möhkəm  əqidəyə,  saf  əxlaqa,  zəngin  mənəviyyata,  yüksək 

elmi-nəzərəi,  pedaqoji-psixoloji  hazırlığa  malik  olan  yaradıcı 

müəllim kadrlarına ehtiyac doğurur. Ali pedaqoji təhsilin yenidən 

qurulması  müəllim  kadrları  hazırlığının  keyfiyyətini  yüksəltməyi 

tələb  edir.  Aydındır  ki,  bu  işdə  «ağıriıq  mərkəzi»  pedaqoji 

praktikanın üzərinə düşür. Bu, ondan irəli gəlir ki, pedaqoji praktika 

prosesində təhsil-tərbiyə məsələləri kompleks şəkildə həll olunur. 

Pedaqoji praktika gələcək müəllimin psixoloji, pedaqoji, metodik, 

ixtisas  hazırlığını  təmin  edir,  ali  məktəbdə  tədris  prosesində 

qazandığı  nəzəri  bilikləri  dərinləşdirir,  ümumi  bacarıqlarını 

möhkəmləndirir,  peşə  ilə  bağlı  müvafiq  bacarıqlar  formalaşdırır, 

müəllimlik  fəaliyyəti  üçün  zəruri  olan  şəxsi  keyfiyyətləri  inkuşaf 

etdirir, yaradıcılıq təcrübəsini, təşəbbüskarlığı, müstəqil və tənqidi 

düşünməyi öyrədir. 

Deməli,  pedaqoji  praktikanın  əsas  məqsədi  yüksək 

professional hazırlığa malik müəllim kadrları yetişdirməkdir. 

Buradan çıxış edərək pedaqoji praktikanın qarşısında duran 

vəzifələri aşağıdakı kimi konkretləşdirmək olar: 

•  tələbələrdə  müəllimlik'  peşəsinə  hörmət  və  məhəbbət 

tərbiyə etmək; 

•  ali  məktəbdə  təhsil  illərində  tələbələrin  pedaqogika, 

psixologiya, metodika və ixtisasla bağlı qazandıqları nəzəri 

3S0 


bilikləri  daha  artıq  zənginləşdirmək,  nəzəri  biliklərin  praktika  ilə 

əlaqəsini təmin etmək; 

•  tələbələri  bilavasitə  praktik  müəllimlik  fəaliyyətinə 

hazırlamaq, zəruri peşə bacarıq və vərdişləri ilə silahlandırmaq; 

•  gələcək  müəllimləri  tədris  prosesinə  hazırlamaq,  tərbiyə 

işlərinin metodikası ilə tanış etmək; 

•  tələbələri tədrisin və tərbiyənin müasir vəziyyəti, qabaqcıl 

müəllimlərin  iş  təcrübəsi,  mütərəqqi  təlim  metodları,  pedaqoji 

innovasiyalarla tanış etmək; 

•  şagirdlərin yaş və fərdi xüsusiyyətlərini öyrənmək yolları 

və  fərdi  xarakteristikalarım,  habelə  kollektivin  xarakteristikasını 

tərtib etmək qaydaları ilə tanış etmək; 

•  tələbələrdə kommunikativ qabiliyyətləri inkişaf etdirmək, 

ünsiyyət mədəniyyəti formalaşdırmaq; 

•  pedaqoji fəaliyyətə yaradıcı münasibət formalaşdımaq; 

•  tələbələrdə  analitik  və  tənqidi  pedaqoji  təfəkkür 

formalaşdırmaq; 

•  tələbələri 

özünütəhsil 

və 


özünütəkmilləşdirmək 

fəaliyyətinə təhrik etmək və s. 

Pedaqoji  praktika  öyrədici,  tərbiyəedici,  inkişafetdirici, 

nəzarətedici funksiyaları yerinə yetirir. 

Pedaqoji  praktikanın  öymdicifunksiyası

 

-  tələbələrin 



nəzəri  biliklərinin  dərinləşdirilməsi  və  zənginləşdirilməsində; 

t

 

-  tələbədə  peşə  keyfiyyətləri  və  şəxsi 



keyfiyyətləri  formalaşdırmasında;  inkişafetdirici  funksiyası  - 

tələbənin  bir  şəxsiyyət  kimi  təşəkkülünü  təmin  etməsində,  tw- 



zarətedici  funksiyası

 

-  pedaqoji  praktikanın  səmərəliliyinin  təmin 



edilməsində,  tələbənin  pedaqoji  fəaliyyətinin  keyfiyyətinin  idarə 

olunmasında, məqsədəmüvafiq korreksiyalar aparılmasında təzahür 

edir. 

Pedaqoji  praktikanın  əhəmiyyəti  qeyd  olunanlarla 



məhdudlaşmır. 

Pedaqoji  praktika  tələbənin  nəzəri  hazırlığı  ilə  onun 

tədris-tərbiyə müəssisəsində müstəqil fəaliyyətini əlaqələndirir. 

3Sl 


Tələbə  auditoriyada öyrəndiyi  nəzəri bilikləri pedaqoji praktikada 

tətbiq edir və bununla da elmi biliklərin həyati əhəmiyyətini dərk 

edir, öyrəndiklərindən daha şüurlu və fəal surətdə istifadə etməyə 

çalışır. 

Pedaqoji praktikada yaradıcılıq potensialını inkişaf etdirmək 

məqsədilə tələbəni elmi-tffdqiqat işinə zəbt etmək lazımdır. Çünki 

müasir məktəbin tələb etdiyi tədqiqatçı, yaradıcı, yenilikçi müəllimi 

ali  məktəbdə  təhsil  illərində,  xüsusən  də  pedaqoji  praktika 

müddətində hazırlamaq lazımdır. 

Göründüyü  kimi,  pedaqoji  praktikanın  qarşısında  çox  ciddi 

vəzifələr durur. Onların müvəffəqiyyətli həlli pedaqoji praktikanın 

yüksək səviyyədə təşkili və keçirilməsini tələb edir. 

Pedaqoji  praktika  müddətində  tələbə  tədris  eldiyi  fənni 

şagirdlərinə  sevdirməyə  çalışır.  Dərin  biliyi,  nəzəri  hazırlığı, 

erudisiyası, mədəni davranışı, pedaqoji mədəniyyəti ilə şagirdlərin 

nüfuzunu qazanır. Bunu hiss edən tələbə özünə qarşı daha tələbkar 

olur, özünütəhsilə və özünütəkmilləşdirməyə daha məqsədəmüvafıq 

surətdə yönəlir. 

Tələbə  məktəbin  tərbiyəvi  tədbirlərinə  qoşulur,  onların 

təşkilində  və  keçilməsində  iştirak  edir  və  bu  zaman  şagirdləri  öz 

nümunəsi ilə tərbiyə etdiyini dərk edir. 

Pedaqoji  praktika  tələbələrin  yaradıcılıq  qabiliyyətlərinin 

inkişafı  üçün  də  əlverişli  şərait  yaradır.  Pedaqoji  təcrübə 

müddətində  müxtəlif  pedaqoji  situasiyalar,  müxtəlif  şagird 

xarakterləri, şagird konfliktləri ilə üzləşən tələbə başa düşür ki, heç 

bir  «Pedaqogika»  dərsliyi  onlara  universal  «reseptlər»,  vahid 

tövsiyələr  vermək  imkanına  malik  deyil.  Tələbə  dərk  edir  ki, 

müəllimlik  peşəsi  yaradıcı  xarakterə  malikdir:  hər  bir  konkret 

pedaqoji  situasiya  özünəməxsus  şəkildə  həll  olunmalıdır.  Tələbə 

başa  düşür  ki,  mükəmməl  nəzəri  biliklərə  yiyələnmək,  ixtisas 

hazırlığı  keçmək,  pedaqogika,  psixologiya,  metodikanı  bilmək, 

qabaqcıl pedaqoji təcrübəni öyrənmək azdır. Yaxşı müəllim olmaq 

üçün bunlar vacibdir, lakin kifayət deyil. Bu ümumi 

İ82


 

bilgilərdən  konkret  pedaqoji  situasiyalarda  yaradıcılqıla  istifadə 

etməyi  bacarmaq  lazımdır.  Nəhayət,  praktikanl-  lələbə  anlayır  ki, 

ustad  müəllim  olmaq  üçün  insandan  yaradıcılıq  qabiliyyəti  tələb 

olunur. 


Buradan  belə  bir  nəticə  çıxır  ki,  pedaqoji  praktika  həm  də 

yaradıcı  funksiyanı  yerinə  yetirir.  Pedaqoji  praktikada  yaradıcılıq 

potensialını  inkişaf  etdirmək  məqsədilə  tələbəni  elmi-tədqiqat 

işlərinə qoşmaq lazımdır. 

1 1 . 3 . 2 .  P e d a q o j i   p r a k t i k a n ı n   t o ş k i l i   v a   k e ç i r i l m o s i  

Ali  məktəblərin  tələbələri  tədris  planına  uyğun  olaraq 

müəyyən  müddət  ərzində  ümumtəhsil  məktəblərində  pedaqoji 

praktika keçirlər. 

Pedaqoji  praktika  ali  məktəbdə  giriş  konfransı  ilə  başlanır. 

Giriş konfransında tədris işləri üzrə prorektor, pedaqoji praktikanın 

ali məktəb üzrə ümumi rəhbəri, fakültələr üzrə pedaqoji praktikanın 

ümumi  rəhbəri,  metodistlər,  pedaqoq  və  psixoloqlar,  bir  sözlə, 

pedaqoji  praktikaya  təhkim  olunmuş  məsul  şəxslər  və  pedaqoji 

praktika  keçəcək  bütün  tələbələr  iştirak  edirlər.  Məsul  şəxslərin 

çıxışlarında tələbələrin qarşısında duran vəzifələr və onlara verilən 

tələblər  aydınlaşdırılır.  Daha  sonra  tələbələrin  hansı  məktəblərə 

təhkim  olunduğu  və  pedaqoji  praktikanın  rəhbərləri  (metodist, 

pedaqoq, psixoloq və b.) konkretləşdirilir. 

Sonra pedaqoji praktika rəhbərləri təhkim olunduqları tələbə 

qrupları ilə tanış olur və giriş müsahibəsi keçirirlər. 

Ertəsi gün tələbələr müəyyən olunmuş vaxtda məktəbə gəlir, 

məktəb rəhbərlərinin (məktəb direktoru, tədris hissə müdiri və b.) 

söhbətini  dinləyir,  məktəbin  iş  rejimi,  daxili  qaydaları  ilə  tanış 

olurlar.  Daha  sonra  siniflərə  təhkim  olunur  və  pedaqoji  praktika 

müddətində fərdi iş planları əsasında fəaliyyət göstərirlər. 

Pedaqoqun  məsləhəti  və  tələbənin  təhkim  olunduğu  sinfin 

rəhbərinin iştirakı' ilə hər bir tələbə pedaqoji 

İ83 


praktikanın  fərdi  planını  tərtib  edir.  Pedaqoq  tələbələrin  fərdi 

planlarını  təsdiq  edir,  praktika  müddətində  tələbələri  fərdi  planın 

icrasına istiqamətləndirir, onun icrasına nəzarət edir, qiymətləndirir 

və korreksiya işi aparır. 

Hər bir tələbə fərdi planına uyğun olaraq məktəbdə altı saat 

işləməlidir (fərdi planda hər gün üçün nəzərdə tutulan işlər altı saatı 

əhatə etməlidir). 

Tələbənin pedaqoji praktika müddətində görəcəkləri işlərin 

iki böyük blokunu xüsusilə qeyd etmk lazımdır. 

T

D

U

W

 işhri bloku: 

nwktəhin  müvafiq  fənn  müəllimlərinin  dərslərini 

mü.'f'aliidə etmək: 

məktəbin tədris planı ilə tanış olmaq; 

müvafiq fənn proqramları,  dərsliklər,  tədris  vəsaitləri 

ilə tanış olmaq; 

fənn müəllimlərinin təqvim-tematik planı ilə tanış 

olmaq; 

müvafiq fənn üzrə məktəbin kabineti, laboratoriyaları, 

onların  təchizat,  fənn  üzrə  əyani  va.sitələri,  tezniki  vasitələri  ilə 

tanış olmaq; 

dər,sə hazırlıq (metodistin və fənn müəlliminin iştirakı 

ilə  keçiriləcək  mövzunun  müəyyənləşdirilməsi,  mövzu  ilə  tanışlıq, 

əlavə  informasiyaların  toplanması,  dərsin  icmalının  tərtibi, 

metodist və fənn müəllimi tərəfindən təsdiq edilməsi); 

,sınaq dərslərinin aparılması; 

dərsin - metodist, fənn müəllimi, pedaqoq, p.si.xoloq və 

praktikant-tələbələrin iştirakı ilə müzakirəsi; 

protokolun  yazılması  (hər  bir  tələbə  digər  tələbənin 

sınaq dərsinin protokolunu tərtib edir. Bu, bütün tələbələrə protokol 

yazmaq səriştəsi qazandırır); 

dərsdənkənar təlim işi (yazı işlərinin yoxlanması; zəif 

şagirdlərlə  əlavə  məşğələlər,  qüvvəli  şagirdlərin  maraqlarına 

uyğun  olaraq  elmi  söhbətlərin  təşkili,  fənn  dərnəyinin  iş 

proqramına uyğun olaraq məşğələlərin təşkili və keçirilməsi, fənn 

üzrə .sual-cavab saatlarının təşkili və s.). 

3S4


 

Tərbiyəvi işhr bloku: 

sinif rdhhərinin tərhiyavi iş proqramı ih tanışlıq: 

məktəbin tərbiyə işləri üzrə təşkilatçısının tərbiyəvi iş planı ilə 

tanışlıq; 

AUB-nun  (Azərbaycan  Uşaqlar  Birliyi)  fəaliyyət 

proqramı ilə tanışlıq: 

'*'■ məktəbin müxtəlif uşaq birliklərinin, şagird özünüidarə 



orqanlarının işi ilə tanışlıq: 

^ tərbiyə işlərinin təşkili texnologiyaları ilə tanışlıq: sinif 

rəhbərinin tərbiyəvi iş proqramı əsasında, sinif rəhbəri ilə 

razılaşmaqla, bir tərbiyəvi tədbirin planlaşdırılması və ssenarisinin 

hazırlanması, təşkili və keçirilməsi; 

^ əxlaqi-etik söhbətin icmalını hazırlamaq və keçirmək; 

sinif  kollektivinin  və  ayrı-ayrı  şagirdlərin  öyrənilməsi 

metodikası  ilə  tanış  olmaq,  pedaqoji-psixoloji  xarakteristika  tərtib 

etmək; 

əvvəlcə sinif rəhbərinin köməkçisi kimi, sonra isə sinif 

rəhbəri kimi sistematik iş. 

Hər həftənin sonunda tələbələr həftə ərzində gördükləri işlər 

haqqında  pedaqoqa  hesabat  verir  və  yeni  həftənin  fərdi  iş  planını 

tərtib edirlər. 

Pedaqoji  praktikanın  sonunda  hər  bir  tələbə  aşağıdakı 

sənədləri pedaqoji praktik rəhbərinə təqdim edir: 

•  fərdi iş planı; 

•  pedacjoji praktikanın gündəliyi: 

•  .sınaq dərslərinin planı-icmalı və protokolları; 

•  bir tərbiyəvi tədbirin icmalı; 

•  şagird kollektivinin,ya.xııd bir şagirdin pedaqoji- psi.xoloji 

.xarakteristikası ; 

•  pedaqoji praktika haqqında yazılı hesabat ; 

•  pedaqoji  praktikanın  daha  səmərəli  təşkili  ilə  bağlı 

təkliflər; 

•  sinif  rəhbərinin  praktika  müddətində  tələbənin  fəaliyyəti 



haqqında rəyi; 

385


 

• metodist torəfindən tələbəyə verilən xasiyyətnamə. 

Pedaqoji praktika iki mərhələdə yekunlaşdınhr. 

Birinci mərhələdə praktikanın keçdiyi məktəbdə metodist, 

pedaqoq, psixoloq, fənn müəllimləri və tələbələr iştirak edirlər. 

Hər tələbə pedaqoji praktika müddətində gördüyü işlər haqqında 

şifahi  hesabat  verir,  pedaqoji  praktikaya  münasibətini  bildirir, 

pedaqoji  praktikanın  sənədlərini  təhvil  verir.  Pedaqoji 

praktikanın  rəhbərləri  və  fənn  müəllimləri  hər  tələbənin 

fəaliyyətinə  münasibətini  bildirir,  qiymətləndirir  və  gələcək 

müəllimlik fəaliyyəti ilə bağlı tövsiyələrini verirlər. 

Pedaqoji praktikanın yekunlaşdırılmasınm ikinci mərhələsi 

ali  məktəbdə  keçirilir.  Müxtəlif  baza  məktəblərində  pedaqoji 

praktika  keçmiş  bütün  tələbələr,  pedaqoji  praktika  rəhbərləri, 

müvafiq  kafedraların  müdirləri,  pedaqoq  və  psixoloqlar, 

praktikanın  keçdiyi  məktəblərin  nümayəndələri  yekun 

konfransında iştirak edir və öz mülahizələrini bildirir, gələcəkdə 

pedaqoji  praktikanın  daha  səmərəli  təşkili  məqsədilə  təkliflər 

verirlər. 

11.3.3. 

Tələbələrin pedaqoji praktika müddətində fəaliyyətinin əsas 

istiqamətləri 

Tələbənin gələcək müəllim kimi hərtərəfli hazırlığı pedaqoji 

praktikada  həyata  keçirilməli  və  o,  (pedaqoji  praktika)  məktəb 

müəlliminin  real  peşə  fəaliyyətinə  maksimum  dərəcədə  yaxın 

olmalıdır.  Pedaqoji  praktika  fəal  xarakter  daşımalı,  tələbə  Özünü 

məktəbdə,  dərsdə,  dərsdənkənar  tədbirlərdə  müəllim  kimi  hiss 

etməli,  müəllim  kimi  davranmalı  və  fəaliyyət  göstərməlidir.  Bu 

məqsədlə,  hər  bir  pedaqoq,  psixoloq,  metodist  tələbələri  pedaqoji 

praktika başlamazdan xeyli əvvəl görəcəkləri işlərin məzmunu ilə 

ətraflı tanış etməlidir. 

Əyani  şöbənin  3-cü  və  4-cü,  qiyabi  şöbənin  5-ci  kurs 

tələbələrinin  pedaqoji  praktika  müddətində  pedaqogika  üzrə 

görəcəkləri işlərin istiqamətlərini belə müəyyənləşdirmək olar; 

386


 

L Nayi öyrənməli: 

•  sinif  jurnalı,  şagirdlər  haqqında  ümumi  məlumat, 

şagirdlərin şəxsi işləri, tibb vərəqləri, gündəlikləri; 

•  ayn-ayrı şagirdləri; 

•  sinif kollektivini; 

•  şagirdlərin kollektivçilik münasibətlərini; 

•  müəllim-şagird münasibətlərini; 

•  şagirdlərin idrak fəaliyyətinin xüsusiyyətlərini. 



2.  Fənn üzrə təlim-tərbiyə işləri: 

•  fənn  müəllimlərinin  dərslərini  dinləmək  və  pedaqoji 

təhlilini vermək; 

•  fənn  üzrə  şagirdlərin  bilik,  bacarıq  və  vərdişlərinin 

səviyyəsini müəyyənləşdirmək; 

•  praktika müddətində deyiləcək sınaq dərslərinin qrafıkini 

tərtib etmək; 

•  sınaq dərslərinin icmalını və geniş planını hazırlamaq; 

•  təcrübəçi tələbələrin dərslərini dinləmək, qeydlər aparmaq 

və müzakirəsində iştirak etmək; 

•  fənn üzrə dərsdənkənar tədbir (ən azı iki) keçirmək. 

3.  Məktəbin təlim-tərbiyə işləri ilə tanışlıq: 

•  məktəbin  müəllimləri,  sinif  rəhbərləri,  metodbirləş- 

mələrin  rəhbərləri,  sinif  və  məktəb  üzrə  valideyn  komitəsinin 

nümayəndələri ilə söhbətlər; 

•  məktəbin baza müəssisələri ilə birgə fəaliyyət planlarının 

təhlili; 

•  məktəb  kabinetləri,  onların  maddi-texniki  və  didaktik 

təchizatı,  məktəbin  rejimi,  məktəb  kitabxanası  və  metod 

birləşmələrin işi ilə tanışlıq. 

4.  Sinif rəhbərinin köməkçisi kimi fəaliyyət göstərmək: 

•  şagirdlərin tərbiyəlilik səviyyəsini müəyyənləşdirmək; 

•  praktika  müddətində  görüləcək  tərbiyəvi  işlərin  planını 

tərtib etmək; 

•  məktəbin keçirdiyi kollektiv tədbirlərə qoşulmaq; 

387 


•  sinif və məktəb üzrə növbətçilikdə iştirak etmək; 

•  sinif iclası,  sinif saatı, .disput və konfransların  təşkili  və 

keçirilməsində məktəbin müəllimlərinə kömək göstərmək; 

•  valideynlərlə söhbətlər. 

5, 

Metodik iş: 

•  pedaqoji  praktika  müddətində  öz  fəaliyyətini  sistematik 

şəkildə təhlil etmək; 

•  məktəbin pedaqoji şurasının və metodbirləşmələrin işində 

iştirak etmək. 

6. 


Tədqiqatçılıq işi: 

•  kurs və buraxılış işi üçün empirik material toplamaq; 

•  pedaqoji praktikanın daha səmərəli təşkili üçün tövsiyələr 

hazırlamaq. 

11.3.4. 

Praktikant tələbələrin hüquq və vəzifələri 

Pedaqoji  praktika  müddətində  tələbə  müəyyən  hüquqlara 

malikdir  və  o,  öz  hüquqlarından  istifadə  etməyi  bacarmalıdır. 

Praktikant tələbənin hüquqları

 

aşağıdakılardır: 



•  pedaqoji praktika müddətində qarşıya çıxan problemlərlə 

əlaqədar olaraq pedaqoji praktikanın rəhbərliyinə, praktika keçdiyi 

məktəbin müdiriyyətinə, fənn müəllimlərinə, sinif rəhbərlərinə, ali 

məktəbin rəhbərliyinə, müvafiq kafedranın müdirinə müraciət edə 

bilər; 

•  praktika  keçdiyi  tədris-tərbiyə  müəssisəsinin  ictimai 



təşkilatlarının  işində,  müəssisənin  keçirdiyi  müxtəlif  tədbirlərdə 

iştirak edə bilər; 

•  məktəbin 

kitabxanasından, 

fənn 

kabinetlərindən, 



laboratoriyalardan  və  təchizatdan,  tədris-metodik  vasitələrdən 

istifadə edə bilər; 

•  özü  müstəqil  olaraq  məktəbdə  təlim  və  tərbiyə 

istiqamətində müxtəlif tədbirlər hazırlayıb keçirə bilər; 

•  işə  yaradıcılıqla  yanaşaraq  müxtəlif  innovasiyalardan 

istifadə edə bilər; 

388 


•  məktəbdə  təlim-tərbiyə  işini  daha  səmərəli  qurmaq 

məqsədilə öz təklillərini verə bilər. 

Praktikant 

tələbələrin 

üzərinə 

düşən 


vəzifələr 

aşağıdakılardır: 

•  praktikant  tələbə  məktəbin  bütün  təlim-tərbiyə  işlərində, 

ictimai həyatiında fəal surətdə iştirak etməlidir; 

•  məktəbin  daxili  intizamına  tabe  olmalı,  qaydalara  əməl 

etməlidir; 

•  pedaqoji  praktika  proqramında  nəzərdə  tutulmuş  bütün 

işləri vaxtında və keyfiyyətlə yerinə yetirməlidir; 

•  praktikant tələbə özünü mənəviyyatca zəngin insan kimi 

nümayiş etdirməlidir; 

•  müəllimlik  peşəsini  sevən  gənc  mütəxəssis  kimi 

davranmalıdır; 

•  intizamı və əməksevərliyi ilə ümumməktəb kollektivinin 

hörmətini qazanmalıdır; 

•  şagirdlərlə  müəllim  kimi  davranmalı,  bütün  etik 

normalara əməl etməlidir; 

•  tələbə  pedaqoji  praktika  müddətində  geyiminə  diqqətlə 

yanaşmalı,  zahiri  görkəmində  şagirdlərin  diqqətini  cəlb  edəcək 

elementlərə (kosmetika, ziynət əşyaları və s.) yol verməməlidir. 

Praktikant tələbə işin səmərəsi xatirinə bir sıra qaydalam 

əməl etməlidir. Bu qaydalar aşağıdakılardır: 

•  tələbə  pedaqoji  praktika  müddətində  məktəbin  pedaqoji 

kollektivinin  üzvü  hesab  olunur  və  buna  görə  də  özünü 

müəllim-tərbiyəçi kimi aparmalıdır; 

•  praktikant  tələbə  dərslərin  başlanmasından  xeyli  əvvəl 

məktəbə gəlməli və hər gün altı saat məktəbdə olmalıdır; 

•  praktikant tələbə məktəbin daxili intizam qaydalarına tabe 

olmalıdır (məktəbin işçiləri və şagirdlərlə nəzakətli rəftar etməlidir; 

zəngdən  sonra  dərsə  girməməli,  yaxud  zəng  vurumamış  dərsdən 

çıxmamalıdır;  davranışında  yersiz  hərəkətlərə  və  sözlərə  yol 

verməməlidir və s.); 

3S9 


•  pedaqoji  praktikanın  proqramı  ilə  tanış  olmalı  və  onu 

yerinə yetirməlidir; 

•  hər həftə üçün fərdi plan tərtib etməli, bir gün üçün nəzərdə 

tutulan altı saatın dörd saatını təlim, bir saatını pedaqoji, bir saatını 

isə psixoloji istiqamətli işlərə həsr etməlidir; 

•  yoxlama  (sınaq)  dərsinə  iki-üç  gün  qalmış  icmalı  fənn 

müəlliminin  və  metodistin  təsdiqinə  verməlidir.  Yalnız  icmalını 

təsdiq etdirdikdən sonra dərsə girməlidir; 

•  tələbə dərsini qrafik üzrə nəzərdə tutulan gün keçməlidir. 

Fənn müəllimi, metodist və bir neçə praktikant tələbə sınaq dərsində 

iştirak  etməli,  sonra  dərsin  müzakirəsi  keçirilməli,  protokol 

yazılmalı və dərs qiymətləndirilməlidir; 

•  fərdi  planda  nəzərdə  tutulmuş  tərbiyə  işlərini  həyata 

keçirərkən,  praktikant-tələbə  sinif  rəhbəri,  pedaqogika  və 

psixologiya  kafedrasının  nümayəndələri  ilə  məsləhətləşməli; 

keçirəcəyi  tədbirin  planını  və  ya  icmalını  tərtib  etməli;  bütün 

təşkilati-hazırlıq işlərini yerinə yetirməli, sonra isə tədbiri müəyyən 

olunmuş  vaxtda  sinif  rəhbəri  və  pedaqogika  kafedrasının 

nümayəndəsinin  iştirakı  ilə  həyata  keçirməlidir.  Praktikant 

tələbənin  keçirdiyi  tərbiyəvi  tədbir  sinif  rəhbəri,  pedaqoqun  və 

tələbələrin iştirakı ilə müzakirə olunmalı və qiymətləndirilməlidir; 

•  praktika  müddətində  tələbə  bir  şagird,  yaxud  sinif 

kollektivi  üzərində  müşahidə  aparmalı,  müxtəlif  psixoloji 

metodlardan  istifadə  edərək  məlumatlar  toplamalı  və  praktikanın 

sonunda pedaqoji-psixoloji xarakteristika tərtib etməlidir; 

•  tələbə  praktika  rəhbərlərinin  fərdi  və  ya  qrup  şəklində 

keçirdiyi  söhbətlərdə,  məsləhətlərdə,  metodik  seminarlarda, 

praktika  ilə  əlaqədar  təşkil  edilən  başlanğıc  (giriş)  və  yekun 

konfranslarında  iştirak  etməli,  məktəb  və  praktika  rəhbərlərinin 

bütün göstərişlərinə əməl etməlidir. 

Hər  bir  tələbə  praktika  müddətində  müəllimlik  fəaliyyəti 

üçün  zəruri  olan  peşə  keyfiyyətlərinə,  pedaqoji  bacarıq  və 

qabiliyyətlərə {didaktik - öyrətmə məharəti, akademik - öz 

390


 

ixtisası  ilə  bağlı  innovasiyalara  bələd  olması,  konstrurkiv  -  təhsil 

alanın  inkişafını  layihələşdirmək;  kommunikativ

  - 

ünsiyyət; 



təşkilatçılıq - şagirdlərin fəaliyyətini və asudə vaxtını düzgün təşkil 

etmək), şəxsi iradi-emosional keyfiyyətlərə bələd olmalı və onlara 

yiyələnməyə çalışmalıdır. 

11.3.5. 


Tələbənin sınaq dərslərinə hazırlaşması, dərsin müşahidəsi və təhlili 

Tələbənin  sınaq  dərslərinə  hazırlaşması  texnologiyası 

aşağıdakı əməliyyatlardan ibarətdir: 

•  mövzunun  nə  vaxt  və  hansı  sinifdə  keçiriləcəyini 

dəqiqləşdirmək; 

•  müvafiq proqramla tanış olmaq; 

•  dərsliklə, əlavə ədəbiyyatla, yeni məlumatlar və faktlarla 

tanış olmaq; 

•  yeni  mövzunun  keçmiş  mövzularla  əlaqəsini  (fəndaxili 

əlaqə), habelə digər fənlərdən keçilən müvafiq mövzularla əlaqəsini 

(fənlərarası əlaqə) müəyyənləşdirmək; 

•  yeni mövzunun əsas mahiyyətini, baza anlayışlarını, əsas 

müddəalarını aşkarlamaq; 

•  dərsin  qarşısında  duran  məqsəd  və  vəzifələri 

müəyyənləşdirmək; 

•  dərsin 

təlimedici, 

tərbiyəedici, 

inkişafetdirici 

funksiyalarını aşkarlamaq; 

•  dərsin  tipini,  təşkili  formasını,  metod  və  vasitələrini 

müəyyənləşdirmək; 

•  dərsdə  şagirdlərin  icra  edəcəkləri  müstəqil  iş  növlərini 

planlaşdırmaq; 

•  dərsin planını tərtib etmək (dərsin deyiləcəyi tarix, mövzu, 

məqsəd  və  vəzifələr,  təchizat,  dərsin  strukturu  -  mərhələləri,  hər 

mərhələdə işin məzmunu, istifadə ediləcək metod və priyomlar, ev 

tapşırığı). 

Praktika  müddətində  pedaqogika  müəllimi  tələbələrə  təlim 

metodları, təlimin təşkili formaları, dərsin tipləri və s. 

391

 


haqqında  ali  məktəbdə  qazandıqları  nəzəri  bilikləri  xatırlatmalı, 

sonra onlara dərsi necə müşahidə və təhlil etmək lazım olduğunu 

öyrətməlidir. 

Əlbəttə, 

fənnin 

xüsusiyyətlərindən, 



tədrisi 

metodikasından,  dərsin  qarşısında  duran  məqsəddən  asılı  olaraq 

onun müşahidəsi və təhlili qaydası dəyişir. Yeni bilik verən dərs tipi 

nümunəsində dərsin müşahidəsi  və təhlili  texnologiyası  aşağıdakı 

əməliyyatlar sistemi şəklində reallaşdırılır; 

•  dərsin  mövzusu,  məqsədi,  təhsil  və  tərbiyə  vəzifələrinin 

müəyyənləşdirilməsi; 

•  sinfin təşkili, dərsə davamiyyətin yoxlanması; 

•  şagirdlərin keçmiş mövzu ilə bağlı bilik və bacarıqlarının 

yoxlanması,  müəllimin  verdiyi  sualların  xarakteri  və  sistemi, 

şagirdlərin  cavablarının  keyfiyyəti,  müəllimin  şagirdlərin 

cavablarını korreksiya etməsi; 

•  şagirdlərin  oxumağa  qabilliyi,  mənimsəmə  səviyyəsi, 

fəallıq  və  şüurluluq  dərəcəsi,  bütün  sinfin  fəal  işə  cəlb  edilməsi, 

sorğuya sərf edilən vaxt, cavabların düzgün qiymətləndirilməsi; 

•  yeni  mövzunun  öyrədilməsi  metodikası;  istifadə  edilən 

metod və tərzlər, onların  səmərəliliyi  və  yeniliyi;  yeni  mövzunun 

şərhinə sərf edilən vaxt, şərhin həcmi və ardıcıllığı; elmi və ideya 

istiqaməti, həyatla əlaqəsi, tərbiyəedici xarakteri; şərhin aydınlığı, 

müvafıqliyi,  elmiliyi;  müəllimin  nitqinin  aydınlığı,  sürəti, 

emosionallığı; şərh zamanı şagirdlərin fəallaşdırılması priyomları; 

yeni biliyin mənimsənilməsi prosesində şagirdlərin müstəqil işinin 

xarakteri;  yeni  mövzunun  yekunlaşdırılması,  əsas  ideyaların, 

müddəaların qeyd edilməsi; 

•  yeni 

mövzunun 

möhkəmləndirilməsi 

metodikası; 

möhkəmləndirmənin yollan, təkrar, çalışmalar; şagirdlərin fərdi və 

kollektiv  iş  formalarının  uzlaşdırılması;  şagirdlərə  diferensial  və 

fərdi  yanaşma  tərzləri;  şagirdlərin  müstəqillik  dərəcəsi;  icra 

olunmuş tapşırıqların  yoxlanması; möhkəmləndirməyə sərf edilən 

vaxt; 

392


 

•  ev  tapşırıqlarının  məzmunu,  məqsədi,  həcmi,  növləri;  ev 

tapşırığına  verilən  izahat,  tapşırığın  gündəlikdə  yazılması;  fərdi 

tapşırıqların verilməsi; 

•  dərs  müddətində  şagirdlərin  psixi  inkişafının  (psixi 

proseslərin  inkişafı,  iradi  keyfiyyətlərin,  müsbət  xarakter 

əlamətlərinin  formalaşdırılması)  diqqət  mərkəzində  saxlanması, 

şagirdlərin  əhvalları,  maraq  və  meyilləri,  dərsdə  intizamın 

vəziyyəti, proqram materialının mənimsənilməsi səviyyəsi; 

•  müəllimin  dərsdə  fəaliyyəti:  fənnini  və  keçdiyi  mövzunu 

dərindən bilməsi, ünsiyyət mədəniyyəti, pedaqoji taktı və məharəti, 

sərbəstliyi və yaradıcılığı; 

•  dərsin  nəticəsi;  dərsdə  qarşıya  qoyulmuş  təhsil,  tərbiyə, 

inkişaf  funksiyalarının  yerinə  yetirilməsi,  dərsin  təşkilinin,  metod 

və formalarının optimallığı, müəllimin innovasiya fəaliyyəti. 

11.3.6. 

Praktika dövründə tələbələrin elmi tədqiqat işi 

Praktikanı  tələbənin  məktəbdə  təcrübə  müddətində  elmi 

tədqiqat  xarakterli  işlər  görmək  imkanı  vardır.  Tələbə  elmi 

axtarışları aşağıdakı texnoloji mərhələlərdən ibarətdir: 

•  tədqiqatın  obyektinin  mioyytntbşdirilnwsi (nəyi  öyrənmək 

lazımdır?); 

•  tədqiqatın preclmetinin  mıoyymh!^dirilnwsi (obyekt hansı 

baxımdan, hansı cəhətdən öyrənilməlidir?); 

•  tədqiqatın  ımqsədinin  müoyytmhşdirdnwsi  (tədqiqatın 

konkret nəticəsi nədən ibarət olmalıdır?); 

•  tədqiqatın  vozifəhrinin  konkrelh^dirdnw.'ii  (qarşıya 

qoyulmuş məqsədə çatmaq üçün nə etmək lazımdır?); 

Yuxarıda  qeyd  edilən  struktur  elementlərindən  ibarət  olan 

empirik mərhələ tədqiqatın fərziyyəsini müəyyənləşdirməyə imkan 

verir. 


Hipotetik  (fərziyə)  morhələsi  adlanan  beşinci  mərhələdə 

tədqiqat  üçün  ilkin  nəzəri  zəmin  (çıxış  konsepsiyası)  yaradılır; 

öyrənilən  problemin  elmdəki  vəziyyəti  necədir,  nələr  öyrənilib, 

nələr hələ öyrənilməyib, hansı asılılıq, hansı 

393 


ziddiyyət aşkarlanmalıdır, qarşıdakı problemin həlli üçün hansı yol 

və vasitələrdən istifadə edilməlidir. 

Hipotetik  mərhələ  tədqiqatın  empirik  səviyyəsindən 

eksperimental  nəzəri  səviyyəsinə  keçməyə  şərait  yaradır.  Bu 

mərhələdə  tədqiqatın  metodikası  hazırlanır;  fərziyyəni  necə 

yoxlamaq  və  sübut  etmək  lazım  olduğu  müəyyənləşdirilir.  Daha 

sonra eksperiment həyata keçirilir, tədqiqat metodikası tətbiq edilir. 

TMİqiqatın  proqnostik  mərhəbsi:  alınan  faktların  ümumi- 

ləşdirlməsi, nəticələrin araşdırılması, yeni ideyanın irəli sürülməsi 

və praktikada tətbiq edilməsi. 

Tələbənin  pedaqoji  praktikadakı  elmi  istiqamətli  fəaliyyəti 

onun ali məktəbdə apardığı elmi-tədqiqat işinin davamı olmalıdır. 

Tələbənin  pedaqoji  praktika  müddətində  apardığı  elmi 

axtarışların müvəffəqiyyəti bir sıra amillərdən asılıdır: 

•  məktəbdə  praktikant  tələbənin  bu  istiqamətdə  fəaliyyəti 

üçün müvafiq şərait yaradılması; 

•  pedaqoq  və  psixoloqun  tələbə  elmi  fəaliyyətini 

istiqamətləndirməsi; 

•  tədqiqatın metodikasının düzgün hazırlanması; 

•  metodların adekvatlığı və s. 

1 İ.3.7. Pedaqoji praktika müddətində metodistin, 

pedaqoqun və psixoloqun vəzifəlləri 

Metodist-muallim

 

pedaqoji  praktikanın  əsas  təşkilatçısı  və 



rəhbəridir, pedaqoji praktikanın normal gedişi • üçün cavabdehdir. 

Metodist məktəbin tədris hissə müdirinin iştirakı ilə praktikantları 

siniflərə təhkim edir, onları fənn müəllimləri və təhkim olunduqları 

siniflərlə  tanış  edir,  fənn  üzrə  tədris  proqramları  və  dərsliklər 

haqqında məlumat verir, məktəbin fənn üzrə kabinetlərini tanıtdırır, 

fənn üzrə dərnəyin işi ilə tanış edir. 

Hər  həftə  üçün  keçiləcək  mövzuları  bölüşdürür,  tələbələrə 

konkret məsləhətlər verir, icmal yazmağın 

394

 


quydalarını  öyrədir,  tələbənin,  hazır  icmalım  yoxlayıb  imza  edir, 

tələbənin  dərsə  hazırlıq  səviyyəsini  suallarla  yoxlayır  və 

tövsiyələrini bildirir. 

Metodist  mütləq  tələbənin  sınaq  dərsini  dinləməli, 

praklikantlar və fənn müəllimi ilə birlikdə müzakirəsini keçirməli, 

protokolun yazılmasını təmin etməli, dərsi qiymətləndirməlidir. 

Metodist  tələbələrin  praktikaya  davamiyyətinə  müntəzəm 

surətdə nəzarət etməlidir. Müəyyən üzürlü səbəbdən praktikaya gələ 

bilməyən  tələbə  metodistə  məlumat  verməli  və  ya  müvafiq  sənəd 

(məsələn,  xəstəlik  haqqında  arayış)  təqdim  etməlidir.  Tələbə 

üzürsüz  olaraq  praktikaya  gəlmirsə,  metodist  dekanhğa,  yaxud 

pedaqoji  praktikanın  fakültə  üzrə  ümumi  rəhbərinə  məlumat 

verməlidir. 

Pedaqoji  praktika  müddətində  pedaqoqıın  icra  etdiyi 

vəzifələr aşağıdakılardır: 

• tələbələri pedaqoji praktikanın məqsəd və vəzifələri ilə tanış 

etmək; 

• pedaqoji praktika sənədlərinin tərtibi yollarını öyrətmək; 



• praktikantm  fərdi  iş  planının  tərtibinə  kömək  etmək  və 

təsdiqləmək; 

• sinif  rəhbəri  ilə  birlikdə  tələbələrin  praktika  müdətində 

reallaşdıracağı tərbiyəvi tədbirləri planlaşdırmaq; 

• tələbələri  məktəbdə  tərbiyə  işlərinin  metodikası  ilə  tanış 

etmək; 


• tələbələrə  ümumtəhsil  sistemində  aparılan  islahatlar  və 

təhsil-tərbiyənin aktual məsələləri haqqında məlumat vermək: 

• müasir  dərsə  verilən  tələblər,  interaktiv  .  təlim  metodları, 

pedaqoji  texnologiyalar,  pedaqoji  innovasiyalar  haqqında  elmi 

məlumatlar vermək; 

• tələbələri dərsə hazırlıq, dərsin icmalının yazılması, dərsin 

təşkili və keçirilməsi ilə bağlı bilgilərlə məlumatlandırmaq; 

395


 

•  tələbələrə dərsin müşahidəsi və təhlili yollarını öyrətmək: 

•  tələbələrin  sınaq  dərslərini  dinləmək  və  müzakirəsində 

iştirak etmək: 

•  təlimdənkənar  tədbirlərin  təşkilində  və  keçirilməsində 

tələbələrə  kömək  etmək,  onları  (keçirilən  tədbirləri)  təhlil  edib 

qiymətləndirmək; 

•  tələbələri  şagirdlərin  tərdi  xüsusiyyətlərinin  öyrənilməsi 

metodları ilə tanış etmək; 

•  pedaqoji  praktikaya  dair  sərgi  təşkil  etmək  məqsədilə 

nümunəvi materialların toplanmasında iştirak etmək; 

•  hər həftə tələbələrin gördükləri işlər haqqında hesabatlarını 

dinləmək; 

•  pedaqoji  praktika  üzrə  zaçot  qəbulunda  və  ümumi 

qiymətləndirmədə iştirak etmək; 

•  tələbələrin  pedaqoji  praktikanın  səmərəlilyini  artırmaq 

məqsədilə verdikləri təkliHəri müvafiq strukturlara çatdırmaq; 

•  başlanğıc (giriş) və yekun konfransda iştirak etmək: 

•  pedaqoji  praktikanın  təşkili,  gedişi  və  yekunu  barədə 

kafedrada hesabat (həm yazılı, həm də şifahi formada) vermək. 

Pedaqoji  praktikaya  təhkim  olunmuş  psixoloqun

 

da  bir  sıra 



vəzifələri var. Bu vəzifələr aşağıdakılardır; 

•  tələbələri məktəb psixoloqu və onun iş proqramı ilə tanış 

etmək; 

•  tələbələrə  məktəbə  psixoloji  xidmət  haqqında  elmi 



məlumat vermək; 

•  tələbələri məktəb psixoloqunun fəaliyyətinə qoşmaq; 

•  ayrı-ayrı  şagirdlərə  və  sinif  kollektivinə  psixoloji 

xarakteristika yazılması metodikasını öyrətmək və s. 



M:tkl?b psixoloqu

 

ilə əsas əlaqə formaları aşağıdakılardır: 



• məktəb psixoloqunun təcrübəçi tələbəni sinfin və 

ayrı-ayrı şagirdlərin xarakteristikası ilə tanış etməsi; 

396

 


•  tələbənin  çətin  məqamlarında  kömək  üçün  məktəb 

psixoloquna müraciət etməsi; 

•  məktəb psixoloqunun fəaliyyəti ilə tanışlıq, psixologiya 

kabinetinin  təchizatı  ilə  tanışlıq,  psixoloji  məsləhətlərdə  və 

psixoloji korreksiya tədbirlərində iştirak etmək; 

•  praktika müddətində psixoloqun verdiyi tapşırıqları icra 

etmək, psixoloji maarifləndirmə, elementar psixodiaq- nostika; 

•  psixoloji xidmətin zəruriliyni dərk etmək. 

11.4.  PEDAQOJİ PRAKTİKA DÖVRÜNDƏ MƏKTƏBDƏ 

YARANAN MÜNAQİŞƏLİ SİTUASİYALARIN QARŞISININ 

ALINMASI 

Müəllimin  professional  hazırlığında  zəruri  elementlərdən 

biri də konfliktli situasiyaların kollektiv tərzdə həllidir. 

Ən önəmlisi budur ki, müəllim kəskin pedaqoji situasiyanın 

yaranmasının qarşısını almaq bacarığına malik olmalıdır. Bir qayda 

olaraq,  konfliktə  səbəb  müəllimin  məktəblinin  normaya  uyğun 

gəlməyən  davranışına  kəskin,  qeyri-taktiki  münasibətidir.  Belə 

münasibətin sxemi sadədir; məktəbli özünü pis aparır, müəllim ona 

kobud  surətdə  irad  tutur;  bununla  da  özünün  pedaqoji  zəifliyni 

təzahür etdirir; məktəbli və sinif kollektivi müəllimə qarşı çıxır. 

Məktəbdə əxlaqi - imperativ (latınca inperativus  - amiranə, 

hökmlü  deməkdir.  Etirazı,  seçimi  qəbul  etməyən  sərt  sistem) 

sistem,  başqa  sözlə,  heç  kəsin,  o  cümlədən  müəllimin  poza 

bilməyəcəyi  bir  sistem  yaratmadan,  nə  sinif  kollektivinin,  nə  də 

məktəbin inkişafı mümkün deyil. 

Məktəb  mühitini  «sərtləşdirməklə»  işi  irəli  aparmaq 

qeyri-mümkündür. 

Məktəb 


mühitini, 

məktəb 


«iqlimini» 

sağlamlaşdırmaq  hər  bir  müəllimin  vəzifə  borcudur.  Bu.  tərbiyə 

məqsədlərinin prioritetlərini reallaşdırmağa imkan verər. Buna nail 

olmaq üçün hər bir müəllim aşağıdakı qaydalara əməl etməlidir: 

397

 


Qayda 1. 

M^klMinin hay biy pis hayakatinda manfi mo- tivlay 

axtaymamaq.

 

Müəllimdə  «pedaqqji  fəhm»  olmaldır  ki,  o, 



həmkarları  və  yetirmələri  ilə  baş  verən  kəskin  məqamı  diqqət  və 

düşüncə ilə təhlil etməyi bacarsın. 

Qayda  2. 

Hay  hiy  daısa  ciddi  hazıylaı^maq.

 

Fənni  tədris 



edərkən,  ən  cüzi  qeyri-kompetentliyə  yol  verilməməlidir.  Şagirdə 

tərbiyəvi təsirin zəifləmisinin başlıca səbəblərindən biri müəllimin 

öz fənnini kifayət qədər kompetent tədris edə bilməməsidir. 

Qayda  3. 



Maktahlilaya  dolayı  yolla  tasiy  göstaymak. 

Ümumiyyətlə,  məktəbli  şəxsiyyətinə  iki  yolla  -  bilavasitə  və 

bilvasitə (dolayı) təsir etmək olar. Birinci yol ənənəvidir və təbiidir; 

zəruri, 


vacib 

olanı 


tələb 

etmək 


lazımdır; 

günahkar 

cəzalandırılmalıdır  və  s.  Təsirin  bu  tərzi  şəxsiyyəti  məhdudiyyət 

qarşısında qoyur, çünki şagird psixikası iradi təzyiqə məruz qalır və 

bu səbəbdən də səmərəli deyil. Hətta düzgün, ədalətli və obyektiv 

olan birbaşa təsir, müəllimin əsəbi və kəskin iradı şagirddə psixoloji 

gərginlik doğurur, neqativ xarakterli əks təsirlə (cavabla) nətcələnir. 

Bu  isə  məktəbli  və  bütövlükdə  siniflə  müəllim  arasında  və  sinfin 

şagirdləri arasında gərginlik doğurur, sinfin işgüzar ahəngi pozulur. 

Daha səmərəlisi ikinci  yoldur: dolayı təsir. Maraq, lələb və 

motivləri  «hərəkətə  gətirməklə»,  daha  çox  şeyə  nail  olmaq 

mümkündür.  Bu  cür  təsir  şagirdi  ümumİ  işin  və  kollektivin 

mənafeyinə uyğun hərəkətlərə təhrik  edir, ən başlıcası  isə  «özünü 

təsdiqləməyə» şərait yaradır. 

Dolayı  yoldan  istifadə  etmək  müəllimdən  professional- 

psixoloji  hazırlıq  tələb  edir.  Praktik  fəaliyyətdə  yaranmış 

situasiyadan və qarşıda duran məqsəddən asılı olaraq hər iki yoldan 

vəhdət  halında  istifadə  edilməlidir.  Bilavasitə  və  dolayı  yoldan 

istifadə strategiyasının mexanizmi məhz belədir. 

Qayda 4. 



Maktahli qayşısmda, kollektiv qayşısında talah- layi 

daqiq, ciddi va qati tavzda qoymaq, sonya tasiı in dolayı yollayım 

seçmak. 

398


 

Qaylda 5. M^kobli şDxsiyystini layiqincə qiymptlm- dinn^kh 

onu arzu olunan isüqamdt^ yönsitımk. 

Müəllim  məktəbli  şəxsiyyətini  düzgün  qiymətləndirmək 

üçün pedaqoji səriştəyə malik olmalıdır. Unutmamalıdır ki. insana 

verilən  müdrik,  elmi  surətdə  əsaslandırılmış  qiymət  onun  sosial 

inkişafına  təkan  verir.  Şəxsiyyəti  qiymətləndirmək  qaydalarını 

psixoloqlar aşağıdakı kimi müəyyənləşdirirlər. 

•  insana  verilən  müsbət  qiymət  onu  yüksək  tələbkarhqla 

uzlaşdıldıqda effektli olur; 

•  şəxsiyyəti tam müsbət  və  ya tam mənfi qiymətləndirmək 

olmaz; 


•  tam  müsbət  qiymətləndirmə  insanda  özünə  tənqidi 

münasbəti, lələbkarlığı azaldır, gələcək təkmilləşməsi üçün yolları 

bağlayır; 

•  tam  mənfi  qiymətləndirmə  məktəblinin  inamını  qırır, 

təlimə mənfi münasibət yaradır. 

etmsli? 

Qoşa  müsbət  və  parsial  mənfi  qiymətləndirmədən  istifadə 

etməli: 

• 

(binar,  parsial  (hissələrə  bölünmüş))  müshift  qiy- 



m,-)thndirnw.

 

müsbət  qiymətləndirilən şəxsdə konkret  uğuru üçün 



qürur  hissi  yaranır,  eyni  zamanda  bunu  da  başa  düşür  ki, 

müvəffəqiyyət arxayınçılığa, durğunluğa əsas vermir; 

• parsial mmfi qiyməthndirma:

 

insan dərk edir ki. o, konkret 



halda səhvə yol verib, onu aradan qaldırmaq lazımdır və buna onun 

gücü də, imkanı da çatır. 

Qayda  6.  Yax^ı  təşkil  olunmuş  birgs  !>ın?kdaşlıq  insanları 

biri-birina yaxınlaşdırır va nüfuzunu artırır. 

Sosioloqların  fikrincə,  birgə  əməkdaşlıq-təşkilatçılığın  ən 

yüksək formasıdır və ondan daha tez-tez istifadə etmək lazımdır. 

Qayda  7.  Müallimin  uzaqgöranliyi,  davranışının  oriyentir 



tarzi,  «elıtiyatlı  olmasın,  har  cür  situasiyalara  oncadan  «ltazır 

olmasın, gözlanilmaz situasiyalarda özünü idara etmak 

399


 

hacartğt, hir sözh korrektivHyi iinsiyy^tch •^av^inliyə imkan 

vennir.

 

Konflikt  haş  vermiiiso  ns  etməli?

 

Konfliktli  pedaqoji 



situasiya,  bir  qayda  olaraq,  qısa  zaman  kəsiyində  baş  verir  və 

müəllimlə  şagird  arasında  psixi  gərginliyi  artırır.  Psixoloji 

qarşıdurma  çox  kəskin  xarakter  daşıyır.  Və  müəllim  «məğİLib» 

tərəfdirsə,  yetirmələri  qarşısında  nüfuzunu  itirir.  Müəllimin 

müdafiə  etdiyi  və  konfliktdə  əməl  etdiyi  norma  və  dəyərlər, 

məktəblinin  əsas  fəaliyyət  növü  olan  təlim,  intizam,  çalışqanlıq, 

məsuliyyət və s. öz əhəmiyyətini və cazibə qüvvəsini itirir. 

Aydındır  ki,  sinfin,  məktəbin  qəbul  etdiyi  normalar, 

müəllimin  qoyduğu  tələblər  məktəbli  üçün  faydalıdır.  Ancaq  nə 

qədər  paradoksal  olsa  da,  uşaqlar  mənfi  normalara  daha  meyilli 

olurlar.  «İntizamsızlar»  öz  davranışlarını  bu  paradoks  üzərində 

qururlar.  «İııtizamsızlar»  əmindirlər  ki,  sinif  onların  «arxasında» 

durur.  Beləliklə,  konfliktdə  iştirak  edən  şagird  sinfə  tənbəllik, 

qeyri-mütəşəkkillik, məsuliyyətsizlik kimi mənfiliklər sirayət edir. 

Bu, sinfin «intizamsızları» sükutla dəstəklədiyi zaman baş verir. 

Müəllim  hər  hansı  konfliktin  həlli  məqamında  ləyaqət  və 

yaradıcılıq  nümayiş  etdirməli,  məktəblilərin  sosial  əhəmiyyətli 

normalarını, təlim fəaliyyətinin aparıcı ideyalarını müdafiə etməyi 

bacarmalıdır.  Psixoloji  qarşıdurmada  «udmaq»  üçün  aşağıdakı 

qaydalara əməl olunmalıdır. 

Qay«Qarşı-qarştya duran iki

 .>v7.v.y /lar 



iki t:>r,-}füçiin 

faydalı ola hibcok ümumi razdaşmaya goh hilmoz»> 

Qayda 2. Unutmamalı: «QdZifbU haijda ağıl olmaz» 

Qayda  3.  Unutmamalı:  «Aaqlı  qalxan  dik  otıırar».

 

Kəskin 



situasiyada  özünü  ələ  almaq,  öz  hisslərini  idarə  etmək  məqsədilə 

iradi səy göstərmək, əsəbiləşməmək və kobud ifadələrdən istifadə 

etməmək. Yeniyetmə və gənclər sakitliyi, səbirliliyi, dözümlülüyü, 

gərgin  situasiyalarda  yumoru,  yerinə  düşən  replikanı  yüksək 

qiymətləndirirlər. 

Qayda 4. «Cavab reaksiyasının hngidilntdsh. 

400 


Qayda  5.  «Müdrikc,xsinə  lmgumh>.

 

«Yerində  susmağı 



bacarmaq ləyaqətdir». 

Opponenllə  dərhal  polemikaya  girmək  lazım  deyil.• 

Özünüzü  elə  göstərin  ki,  guya  «intizamsızı»  görmüsünüz,  eyni 

zamanda ona hiss etdirmək lazımdır ki, sizin nəzərinizdən heç nə 

yayınmır.  Bu  pedaqoji  tərzin  mənası:  guya  «şuluğun»  hərəkəti  o 

qədər də «diqqətçəkən» deyil və «müəllimə dəxli yoxdur». 

Açıq-aşkar  pozuntunu  «görməməzlik»  dezorqanizator  üçün 

gözlənilməz  olur  və  onun  aktivliyinin  enməsi  ilə  nəticələnir.  Və 

şagirdlərin  mövqeyində  tərəddüd  yaradır:  kimi  müdallə  etmək  - 

müəllimi,  ya  sinif  yoldaşını?  «Ləngimə»  10-  15  saniyə  çəkir, 

halbuki  konfliktli  situasiyada  bu  böyük  interval  kimi  qavranıhr. 

Şagirdlər müəllimin reaksiyasını səbirsizliklə gözləyirlər. 

Qayda  6.  «Reaksiyanın  keçmlm3si»

 

(ötürülməsi;  təxirə 



salınması). 

Bu  priyom  dezorqanizatorun  şəxsiyyətini  və  davranışını 

təhlil etmək üçün əlverişli məqam yaradır. Müəllim təxirə salınması 

«dözülməz»  olan  situasiyada  nəzərini  pəncərəyə  yönəldir;  yaxud 

jurnalı yazmağa başlayır, səmimi bir tərzdə sinfə müraciət edir və s. 

Nəticədə  konfliktin  «qəhrəmanı»  öz-  özü  ilə  tək  qalır  və  onun 

«mübarizəsinin mənası» azalır. 

Qayda 7. «Situasiyanın reallaşdırılması^. 

Məlumdur ki, müəyyən zaman kəsiyindən sonra ətrafdakıla- 

ra  gülməli  və  yersiz  görünən  hərəkət  təsir  qüvvəsini  və 

«təhlükəsini»  itirir.  Gülüş  hədəfinə  çevrilən  şagird  «intizannsız» 

mənfi  normalar  «daşıyıcısı»  kimi  sinfin  nəzərindən  düşür  və 

beləliklə,  onun  sinfə  mənfi  təsiri  zəifləyir.  Müəllimin  nüfuzu  və 

təsiri isə artır. 

Konfliktli  situasiyada  müəllimin  yumordan  istifadə  etməsi 

gərginliyi  azaldır,  sinfin  dostanə  gülüşü  «intizamsızın» 

intizamsızlığına  son  qoyur.  Konflikt  həll  olunur,  müəllim 

«qalib»dir.  «Qələbə»  sevinci  bütün  sinfə,  həm  də  konfliktin 

«qəhrəman»ına əxlaqi-saflaşdırıcı təsir göstərir. 

Qayda 8. «Paradoksal» reaksiya 

«İntizamsızın»  qərəzli  davranışına  mane  olmaq  məqsədilə 

dərsin xeyrinə dərsi saxlamaq. İroniya ilə intizamı 

401

 


pozana «təşəkkür» etmək. Bu qaydadan məharətlə istifadə etməyi 

bacaran müəllim şagirdlərin nəzərində ucalır. 

Əlavə I. 

Praktikant tələbənin fərdi iş planının təxmini sxemi 

JV



İşin məzmunu 



Vaxt  Qeyd 

Pedaqoji  praktikaya  həsr  olunmuş  başlanğıc 



(giriş) konfransında iştirak etmək. 

 

 



2  Fənn müəllimlərinin dərslərini müşahidə etmək. 

 

 



Fənn  üzrə  proqram  və  dərsliklə,  fənn 

müəlliminin  təqvim  tematik  planı  ilə  tanış 

olmaq. 


 

 

4  Sınaq dərsləri demək. 



 

 



Praktikantların  dərslərində  və  müzakirəsində 

iştirak etmək. 

 

 

6  Sinif rəhbərinin tərbiyəvi iş planı ilə tanış olmaq. 



 

 

7  Sinifdə bir tərbiyəvi tədbir keçirmək. 



 

 



Məktəb üzrə bir tərbiyəvi tədbirin təşkilində və 

keçirilməsində iştirak etmək. 

 

 



Pedaqoq və psixoloqun tapşırıqlarını icra etmək. 

 

 



10  Pedaqoji praktika sənədlərini tərtib etmək. 

 

 



11 

Pedaqoji  praktikanın  səmərəliliyini  artırmaq 

məqsədilə təkliflər vermək. 

 

 



12 

Pedaqoji praktika haqqında hesabat hazırlamaq. 

 

 

13  Yekun konfransında iştirak etmək. 



 

 

Pedaqoqun imzası: 

Əlavə 2. 

Pedaqoji praktikanın gündəliyinin sxemi 

Tarix

 

Görülmüş işin 



məzmunu

 

Saat



 

Qeyd


 

 

 



 

 

 



 

 

 



402

 


Əlavə 3. 

Dərsin planı - icmalı (təxmini) 

Mövzu; 

Məqsəd; 


Dərsin tipi; 

Təlim metodu; 

Təchizat: 

Dərsin mərhələləri və vaxt bölgüsü 

1.  Sinfin təşkili 

2 dəq. 


2.  Keçmiş mövzunun frontal sorğusu 4 dəq. 

3.  Keçmiş mövzunun fərdi sorğusu 

10 dəq. 

4.  Keçmiş mövzu ilə yeni mövzu 

arasında əlaqənin yaradılması 

3 dəq. 


5.  Yeni mövzunun izahı 

20 dəq. 


6.  Yeni mövzunun möhkəmləndirilməsi 

2 dəq, 


7.  Şagirdlərin biliyinin qiymətləndirilməsi  2 dəq 

8.  Dərsin yekunlaşdırılması və evə 

tapşırıq verilməsi 

2 dəq. 


Dərsin gedişi. 

Praktikant tələbə; 

Fənn müəllimi; 

Metodist müəllim; 

403

 


« » 

sinfində 

Əlavə 4. 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin