FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   ...   22   23   24   25   26   27   28   29   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası

şəhərlərində  yerləşən  ali  məktəblər  gənclərin  «kənd-şəhər»  və 

«şəhər-şəhər»  istiqamətində  miqrasiyası  üçün  «cazibə»  rolunu 

oynayır. 

Təcrübə  göstərir  ki,  şəhər  və  kənd  gənclərinin  perspektiv 

planları, ali təhsili başa vurduqdan sonra iş yerini seçmələri, ümumi 

sosial yönümünün xarakteri və s. fərqli spesifik təzahürə malikdir. 

Bütün  bu  faktorlar  ali  məktəbdə  tərbiyə  prosesinin  strukturu  və 

təşkili formalarında nəzərə alınmalıdır. 

Gəncliyin sosial strukturunun mühüm parametrlərindən biri 



aihnin  t^hsH  səviyyəsidir.  Gənclərin  ali  təhsilə  cəhdi  bu 

parametrdən çox asılıdır. Bu sahədə aparılan tədqiqatlar həmçinin 

göstərir ki, abituriyentin daxil olduğu və tərbiyə 

505 


aldığı  sosial  mikroqrup  da  bu  yönümə  qüvvətli  təsir  göstərir.  Ali 

məktəbə qəbul olunmaqla gənc bir sosial qrupdan başqasına keçir. 

Yəni onun sosial mövqeyi dəyişir. Respublikamızda həyatın bütün 

sahələrində  demokratiyanın  inkişafı  ilə  əlaqədar  gənclərin  həyat 

perspektivləri mühüm ictimai proseslər kimi indi sosial mühitindən, 

sosial  mənşəyindən,  ictimai  mövqeyindən  daha  çox  bazar 

iqtisadiyyatının tələbləri, bütövlükdə cəmiyyətin maddi və mədəni 

imkanları,  dövlətin  mənafeyi  və  «sifarişi»  ilə  getdikcə  daha  artıq 

dərəcədə şərtlənir. Bu, Azərbaycanın tələbələrinin mütəşəkiliiyini, 

gənc  mütəxəssislərin  gələcək  peşə-ixtisas  və  sosial  funksiyalara 

hazırlığını təmin edir. Respublikamızda gənclərin sosial və ideoloji 

birliyi  tələbələrin  ictimai  davranışının  və  praktik  fəaliyyətinin 

əsasını təşkil edir. Onların sosial-psixoloji simasını, əxlaqi davranış 

normalarını,  dəyərlərini  şərtləndirir.  Bu  səbəbdən  də,  tələbəlik  - 

özünəməxsus sosial-psixoloji birlik kimi fəaliyyət göstərir. Tələbə 

birliyinin əsas əlamətləri artıq ali məktəbə istiqamətlənmə zamanı 

özünü büruzə verir. Ali məktəbə daxil olan gənclərin müvafiq ali 

təhsil  almaq  üçün  malik  olduqları  maraq,  meyil  və  qabiliyyətlər 

mütəxəssis  hazırlığının  əsasını  təşkil  edir.  Ümumiyyətlə,  müasir 

dövrdə ali təhsil ümumi sosial dəyər kimi yüksək prestijə malikdir. 

Gəncləri  ali  təhsilə  cəlb  edən  amilləri  belə  qruplaşdırmaq 

olar; 


•  seçilmiş  peşənin,  ixtisasın  sosial  əhəmiyyəti,  yaradıcı 

xarakteri, peşə-ixtisas fəaliyyətinin perspektivləri; 



•  sosial vəziyyəti dəyişmək cəhdi (şəhərdə yaşamaq, mədəni 

səviyyəni artırmaq arzusu və s.); 



•  fərdin şəxsi keyfiyyətləri, qabiliyyətləri, biliklərinin həcmi 

və dərinliyi, xüsusi hazırlıq səviyyəsi və s. 

Tədqiqatlarla  müəyyən  olunmuşdur  ki,  gənclər  ali  təhsili 

peşə-ixtisas  maraqlarının  təmin  olunmasından  daha  çox,  ictimai 

irəliləyiş  amili  kimi  qiymətləndirirlər.  Hətta  ictimai  irəliləyiş 

naminə  gənc  özünün  bu  və  ya  digər  ixtisasa  qa-  billiyini  də 

nəzərdən qaçırır. Gənclərin sosial irəliləyişə. 

306 


«yiiksəlİşə»  cəhdi  cəmiyyətimizin  sosial  slnıktunmun  yüksək 

mobilliyindən irəli gəlir. Cəmiyyətimiz bütövlükdə özünün hər bir 

üzvünün  sosial  və  professional  yüksəlişi  üçün  ideoloji  imkanlar 

yaradır  (təhsil  hüququ,  əmək  hüququ  və  s.  buna  misal  ola  bilər). 

Şəxsiyyətin konkret həyati planları bu sosial amillərin təsiri altında 

formalaşır. 

Ali  təhsil  müəssisəsində  tərbiyə  prosesi  mütəxəssis 

hazırlığının  təmin  edildiyi  şəraitdən  də  asılıdır.  Ali  məktəbdə 

tərbiyə prosesinin spesifik xüsusiyyətlərini aşkar etmək üçün, hər 

.şeydən əvvəl, spesifik sosial qrup olan tələbəliyin əsas əlamətlərini 

müəyyən etmək lazımdır. Bu əlamətlər aşağıdakılardır: 

•  Tələbəlik  -  mobil  sosial  qrupdur,  onun  əsas  məqsədi 

müəyyən proqram əsasında maddi və mənəvi istehsal sahəsi üçün 

yüksək peşəkarlar hazırlığının təmin olunmasıdır. 

•  Ali təhsil - insan ömrünün müəyyən bir kəsiyidir. Odur ki, 

tələbə  kollektivinin  mütəxəssis  şəxsiyyətinin  inki.şafı-  na  təsiri 

müvəqqəti  xarakter  daşıyır.  Halbuki  istehsal  kollektivinin 

şəxsiyyətə  təsiri  daha  uğurlu  və  davamlıdır.  Çünki  fərd  istehsal 

prosesində daha uzun müddət iştirak edir. 

•  Təhsil, təlim, tərbiyə - tələbəliyin əsas fəaliyyət növləridir. 

•  Tələbələrin  tərkibinin  yüksək  müsabiqə  yolu  ilə 

müəyyənləşdirilməsi  cəmiyyətin  müasir  inkişaf  səviyyəsi  üçün 

obyektiv zərurətdir. 

•  Tələbələr  müxtəlif  sosial  qrupun  nümayəndələrini  əhatə 

etdiyindən,  bu  qrupların  tipik  əlamətlərini  və  xüsusiyyətlərini 

özündə  əks  etdirdiyindən  bunu  ali  məktəbin  tərbiyə  prosesində 

nəzərə almaq vacibdir. 



•  Tələbə  gəncliyə  cəmiyyətin  müxtəlif  ictimai  və  peşə- 

ixtisas qrupları ilə intensiv və geniş əlaqələrə girmək xarakterikdir. 



•  Tələbəlik iqtisadi mənada əməyin  subyekti deyil, əsasən, 

təlim idrak prosesinin və ürsiyyətin subyektidir. 



•  Tələbəlik kollektiv fəaliyyətin müxtəlif formalarını həyata 

keçirməklə fərqlənir. 

507 


• Tələbəlik  həyatının  və  məişətinin  təşkilinin  kollektiv 

formaları üstünlük təşkil edir. 

Ali  məktəbdə  təhsil-tərbiyə  işi  təşkil  edilərkən,  tələbə 

gənclərə  xas  olan  bu  spesifik  xüsusiyyətlər  nəzərə  alınmaqla 

gələcək  mütəxəssis  kimi  əmək  fəaliyyətində  müvəffəqiyyətini 

təmin  edən  peşə  keyfiyyətlərinin  formalaşdırılması  təmin 

olunmalıdır. Buna görə də aparılan təhsil-tərbiyə işi dövrün inkişaf 

tempinə uyğun və effektiv olmalı, yəni gözlənilən nəticələrə gətirib 

çıxarmalıdır.  Təhsil-tərbiyə  prosesinin  effektivliyi  tərbiyənin 

vasitələrindən  və  vaxtdan  səmərəli  istifadəni,  .şəxsiyyətin  daxili 

aləmindəki  deformasiyaları  aradan  qaldırmağı  və  onun 

məqsədəuyğun istiqamətə dəyişməsini nəzərdə tutur. 

Ali  məktəbdə  tərbiyə  işi,  tələbə  şəxsiyyətinin  maksimum 

inkişafını  təmin  etməklə,  ali  təhsilli  mütəxəssis  üçün  zəruri  olan 

keyfiyyətlərin formalaşdırılması prosesidir. 

Tərbiyə prosesində iki tərəf iştirak edir: 



•  pedaqoji  vəzifələri  müəyyənləşdirən,  məqsədəuyğun 

vasitə  və  metodlar  seçən,  nəticələri  yoxlayan,  korreksiya  işi 

aparan,  öz  fəaliyyəti,  hərəkətləri,  davranış  tərzi  ilə  fərqlənən 

tələbələrə məqsədyönlü təsir edən müəllim; 



•  tərbiyəvi təsirlərə məruz qalan, ona müəyyən münasibət 

bəsləyən,  müxtəlif  yaşantılar  keçirən,  fəallıq,  yaxud  passivlik 

göstərən tələbə. 

Deməli,  ali  təhsil  müəssisəsində  tərbiyə  müəllimlərin  və 

tələbələrin  qarşılıqlı  fəaliyyətidir.  Bu  fəaliyyətin  müvəffəqiyyəti, 

bir tərəfdən öyrədəndən, tərbiyə  edəndən, digər tərəfdən təhsil və 

tərbiyə  alandan,  üçüncü  tərəfdən  isə,  təhsil,  təlim  və  tərbiyənin 

qarşılıqlı əlaqə zamanı tətbiq edilən metodlardan asılıdır. Bu və ya 

digər  əlaqə  və  asılılıqlar  arasında  həm  ümumi,  həm  də  fərqli 

cəhətlər vardır. Təlim və tərbiyənin hər birinin məqsədi, məzmunu, 

prinsipləri, metodları, şərtləri, nəticələri, qanunauyğunluqları vardır 

ki, fərqlər də buradan irəli gəlir. 



Təhhənin  tərbiyəsi  deyərkən,  onun  dünyagörüşünün, 

qahiliyyətlərinin, şüurhduğunun, məsuliyyət hissinin, intizam- 

50S 


Itltğın,  özüniiirvujic/  özünül^rhixuvıhı.  özüınuhvk  vn  özıinü  i(kn\y 

etmiyin,  adamlarla  işhnuık  hacanğının

  ıv? 


diy^v

  .y,).v.v/ 



keyfiyyəti 

fərinin  inkişafı  məqsədilə  onun  psixologiyasına,  fəaliyyət 

davranışına edilən məqsədəuyğun təsirlər haşa düşülür. 

Tobbənin 

dünyagörüşünün, 

davranışının. 

ləaliyy.''t 

molivlərinin,  əqidə  və  həyati  motivlərinin,  məqsəd  və 

perspektivlərinin,  maraqlarının,  cəmiyyətin  və  dövlətin  mənafeyi 

ilə  üst-üstə  düşməsi  tərbiyə  prosesinin  effektivliyinin  əsas 

göstəricisidir. 

Fərdi xüsusiyyətlər və keyfiyyətlər şəxsiyyətin bütövlüyünü 

təmin  edir.  Buraya  idrak,  motivlər,  emosional  və  iradi 

keytlyyətlərin  özünəməxsus  xəlitəsi,  məzmunu,  səviyyəsi  və 

təzahür formaları daxildir. 

Ali  təhsil  müəssisəsində  tələbənin  tərbiyəsinin  əsas 

istiqamətləri aşağıdakılardır: 

•  aktiv təlim fəaliyyətinin təmin edilməsi; 

•  ictimai və digər tapşırıqların verilməsi və icrası; 

•  motivlərin inkişaf etdirilməsi və s. 

Ali məktəbdə tələbənin tərbiyəsi işini səmərəli qurmaq üçün 

onun  hər  bir  şəxsi-psixoloji  keyfiyyətini,  tələbatını,  psixoloji 

strukturunu dərindən bilmək lazımdır. Unutmaq olmaz ki. hər hansı 

bir şəxsi keyfiyyətin formalaşmasının başlanğıcı müəyyən hadisələr 

və  faktlarla  bağlıdır.  Bunların  düzgün  müəyyənləşdirilməsi 

mənimsədilən və formalaşdırılan keyfiyyətə müsbət münasibət və 

inam  yaranır.  Daha  sonra  intellektual,  emosional,  iradi  və 

motivləşmə prosesinin sintezi baş verir, keyfiyyətlərin sabit xəlitəsi 

yaranır.  Bütün  bunlar  yalnız  və  yalnız  fəaliyyətdə  baş  verir. 

Məsələn,  ali  məktəbdə  tələbədə  öz  ixtisasına  maraq  və  məhəbbət 

onda  seçdiyi  ixtisasla  bağlı  aydın  təsəvvürlərin,  biliklərin 

formalaşdırılması və ixtisasının ictimai əhəmiyyətini dərk etməsi ilə 

formalaşdırılır.  Bununla  yanaşı,  hər  bir  tələbədə  öz  peşəsinin 

yararlılığına  inam  oyatmaq,  ali  məktəbdə  tədris  edilən  bütün 

fənlərin faydalılığını dərk etdirmək, tələbənin şəxsi istək və arzuları 

ilə cəmiyyətin tələblərini uzlaşdırmaq, cəmiyyət 

509


 

quruculuğunda  yerini  və  rolunu  başa  salmaq,  qabaqcıl 

mütəxəssislərin iş təcrübəsini öyrətmək, öziiniitəkmilləşdirmə- yə 

və özünütərbiyəyə səy oyatmaq lazımdır. 

Deməli, bu və ya digər keyfiyyətin formalaşmasım, sadəcə 

olaraq,  bilik,  bacarıq  və  vərdişlərin  mənimsənilməsi  kimi  başa 

düşmək  düzgün  olmazdı.  Bununla  yanaşı,  həm  də  motivlərin 

inkişafı,  gerçəkliyə  münasibətin  dəyişməsi,  zəruri  psixoloji 

situasiyaların yaradılması, tələbənin fərdi xüsusiyyətləri və inkişaf 

prosesindəki  ziddiyyətlərin  nəzərə  alınması  vacibdir.  Fikrimizi 

müəllim  hazırlığı  məsələləri  ilə  konkretləşdirək.  Ali  məktəbdə 

tələbələrin  pedaqoji  praktikasının  təşkili  və  keçirilməsində 

qazanılan təcrübə aşağıdakı nəticələrə gəlməyə imkan verir: 



•  pedaqoji  məsələləri  həll  edərkən,  tələbə  nə  qədər  çox 

fəallıq  və  yaradıcılıq  göstərirsə,  o,  şagirdlərin  tərbiyəsi  işindəki 

çətinlikləri bir o qədər çox dərk edir; 

•  məktəbdə  çoxcəhətli  fəaliyyətin  çətinliklərinin  dərk 

edilməsi  və  aradan  qaldırılması  tərbiyə  sahəsində  müvafiq 

bacarıqları inkişaf etdirir, pedaqoji ustalığın əsasını qoyur: 

•  pedaqoji praktika müddətində tələbələrin məktəbdə tərbiyə 

işinin  çətin  aspektlərinə  (məsələn,  çətin  şagirdlərlə  işə)  cəlb 

edilməsi, onlarda pedaqoji məharətin və taktm inkişafı üçün şərait 

yaradır; 



•  pedaqoji praktika müddətində subyektiv  yaşantılar tələbə 

şəxsiyyətinin  fərdi-tipoloji  xüsusiyyətlərindən  asılıdır.  Odur  ki, 

pedaqoji praktika prosesində hər bir tələbənin fərdi xüsusiyyətləri 

nəzərə alınmalı və o məktəb fəaliyyətinin müxtəlif istiqamətlərinə 

yönəldilməlidir. 

Tərbiyə  prosesində  tələbələrin  yaş  xüsusiyyətləri  ilə 

hesablaşmamaq olmaz. Məsələn, I kurs tələbələrində şəxsi ləyaqət 

hissinin çox «yüksək», əxlaqi keyfiyyətlərin mütiəqliyi və birtərəfli 

olması özünü göstərir. Onlarda maksimalizm nəzərə çarpır. Bu yaşa 

rasioanilizm (latmcarationalist- düşüncəli. dərrakəli, məntiqi, ağıllı 

deməkdir),  yaşlılara,  o  cümlədən,  ali  məktəb  müəllimlərinə 

inamsızlıq  xasdır.  Bu  isə  tələbələrin  tərbiyəsinə  daha  mütəhərrik 

yanaşmağı, onların 

510


 

səviyyəsinə  enməyi,  davranışlarını  lazımi  isliqaməiə  yönəltməyi, 

onların  psixikasının  müsbət  cəhətlərinə  istinadən  yüksək  mənəvi 

ideallar  aşılamağı,  vətəndaşlıq  yetkinliyi  və  nikbinlik  tərbiyə 

etməyi tələb edir. 

Tələbələrin  çoxunun  əmək  təcrübəsi  olmadığından  onlar 

hələ  maddi  və  mənəvi  dəyərləri  qorumağı,  böyüklərin  əməyinə 

hörmət etməyi bacarmırlar. Odur ki, gənclərin tərbiyəyə çox böyük 

ehtiyacı  vardır.  Bu  işdə  tələbənin  müəllimlərlə  ünsiyyətinin  rolu 

çox  böyükdür.  Bu  ünsiyyət  əsasında  tələbənin  müvafiq  bilik, 

bacarıq  və  vərdişlərə  yiyələnməsi  onun  həm  də  ümumi  psixi 

inkişafını təmin edir. 

Ahəngdar  inkişaf  etmiş,  müasir  tələblərə  cavab  verən 

şəxsiyyətin  inkişafını  təmin  etmək  üçün  tərbiyənin  məqsədinin 

əvvəlcədən aydın surətdə dərk edilməsi çox vacibdir. Xalqın milli 

xüsusiyyətləri cəmiyyətin tələbləri həm tərbiyə edənlərin, həm də 

tərbiyə olunanların daxili tələbatına çevrilməlidir. 

Tələbə  şəxsiyyətinin  tərbiyəsinin  son  nəticələri  gündəlik, 

xüsusi, daim dəyişən, ən müxtəlif formalarda təzahür edən tərbiyə 

vəzifələrinin  həlli  yolu  ilə  əldə  edilir.  Odur  ki.  tərbiyədə  cari  və 

perspektiv məqsədləri düzgün müəyyənləşdirmək lazımdır. Məqsəd 

- şəxsi  davranışın cəmyyətin tələblərinə zahirən uyğunlaşdınlması 

deyil,  elə  daxili  motiv  tərbiyə  etməkdir  ki,  bu,  cəmiyyətimizin 

ruhuna,  milli  xüsusiyyətlərinə  tam  uyğun  olsun,  əxlaqi  davranış 

daxili tələbata çevrilsin. 

Aydındır  ki,  insanın  formalaşması  və  inkişafı  ömrü  boyu 

davam  edir,  lakin  mütəxəssis  keyfiyyətlərinin  əsası  məhz  ali 

məktəbdə təhsil illərində qoyulur. Ali təhsil müəssisəsində t.vbiya 

plcınhlu/, perspektivlik, fəallıq,  ışə.xsiyytilin layihələ.)-  (Hrihnəsi, 

ciiaqnosllai'clınlmsı  və  proqnoz}a!<({ınJmasiiu  tələb  edir. 

Tələbənin  tərbiyəsi  işində  bunları  nəzərə  almadan  müvəffəqiyyət 

qazanmaq  mümkün  deyil.  Tələbə  şəxsiyyətinin  formalaşmasında 

tərbiyənin  prinsip  və  metodlarının  düzgün  tətbiqi  də  xüsusi 

əhəmiyyət  kəsb  edir  və  mütəxəssis  hazırlığının  effektivliliyini 

təmin edir. 

Ali  məktəbdə  tərbiyənin  prinsiplərini  orta  məktəbdə 

tərbiyənin prinsipləri ilə eyniləşdirmək olmaz. Ali məktəbdə tərbiyə 

prosesinin özünəməxsus xüsusiyyətləri olduğundan. 

511 


burada  məktəb  prinsiplərindən  başqa,  xüsusi  prinsiplər  də 

mövcuddur.  Yalnız  ali  məktəbə  xas  olan  tərbiyə  prinsipləri 

aşağıdakılardır: 

•  Təhbmin ya^, sosial, psixoloji va fardi xiisıısiy- yathnnin 

ııpz^ro alınması prinsipi. 

•  Ali  maktdhdə  tnhbdnin  ünbiyosinin  ictimai-istehsal  v/> 

elmi-tfidqiqatçılıq foaliyyoti ih ulaqohndirihmsi prinsipi 

•  Ali  moktobdo  torbiymin  peşo-ixtisas  istiqanwtli  olması 

prinsipi. 

•  Tohbonin ali moktob tohsiliıuhn sonrakı praktik fbaliyyotə 

hazırlanması prinsipi V9 s. 

Ali  məktəb  müəllimi  tələbə  qrupunun  tərkibini,  onların 

hər birinin fərdi xüsusiyyətlərini, tərbiyəlilik səviyyəsinin tərbiyəvi 

təsirlərə  münasibətlərini  nəzərə  alaraq,  tərbiyənin  yollarını 

müəyyənləşdirməlidir.  Pedaqoji,  psixoloji  faktorlardan  səmərəli 

istifadə  yollarını, mənfi  təsirləri (məsələn,psixoloji baryeri, təlimə 

formal  münasibəti  və  s.)  aradan  qaldırmaq  vasitələrini  ali  məktəb 

müəllimi özü axtarıb tapmalıdır. 

Tələbənin tərbiyəsinin əsas yolu aktiv praktik fəaliyyətdir. 

Aktiv praktik fəaliyyət tələbədə təlimə, kollektivə, özünə və 

başqalarına  düzgün  münasibətlər  sistemi  formalaşdırır  və  gələcək 

mütəxəssisin inkişafını təmin edir. 

Buradan  çıxan  məntiqi  nəticə  odur  ki,  təlimi,  tərbiyəni  və 

inkişafı  heç  kəsə  «hazır»  şəkildə  «təqdim  etmək»  mümkün  deyil. 

Təhsilə, təlimə, tərbiyəyə, deməli,  həm  də inkişafa istiqamətlənən 

hər kəs buna öz şəxsi fəallığı, şəxsi qüvvələri və səyi sayəsində nail 

olmalıdır.  Xaricdən  ancaq  müəyyən  təhrik,  stimul  ola  bilər. 

Təlim-tərbiyə  incəsənəti  də  yalnız  və  yalnız  kimisə  nəyəsə  təhrik 

etmək  incəsənətidir.  Şəxsi  qüvvələrini  sərf  etmədən,  səy 

göstərmədən  qazanılan  -  insanın  «özünün-  kü»  deyil 

(A.V.Disterveq). 

512 


15.2.  ALI MƏKTƏBDƏ TƏLİM VƏ TƏRBİYƏ 

PROSESLƏRİNİN VƏHDƏTİ 

Müəyyən fərqlərə baxmayaraq, tələbələrin təlim və tərbiyəsi 

vəhdət  təşkil  edir.  Təlim  və  tərbiyə  tələbə  şəxsiyyətinin 

formalaşması  və  inkişafının  iki  müxtəlif  tərəfini  əks  etdirsə  də, 

təlim  prosesi  tərbiyəyə,  tərbiyə  prosesi  isə  təlim  məqsədlərinin 

reallaşdınimasma təsir göstərir və pedaqoji prosesin tamlığını ifadə 

edir. 


Pedaqoji  prosesin  tamlığı  aşağıda  qeyd  olunan  amillərlə 

müəyyən olunur: 

•  şəxsiyyətin bütövlüyü ilə; 

•  təhsildə, təlim və tərbiyədə məqsəd və məzmunun vəhdəti 

ilə; 

•  hərəkətverici qüvvələrə malik olması ilə; 



•  müəyyən  əlaqə  və  asılılıqların,  qanunauyğunluqların 

mövcudluğu ilə. 

Ümumiyyətlə, insan şəxsiyyətinin əqli keyfiyyətləri əxlaq i 

keyfiyyətlərindən 

ayrılıqda 

inkişaf 


etmir. 

Şəxsiyyəti 

səciyyələndirən  bütün  keyfiyyətlər  qarşılıqlı  surətdə  inkişaf  edir, 

biri-birini şərtləndirir, biri-birini tamamlayır. 

Təhsil, təlim və tərbiyə məqsədlərində, məzmununda eynilik, 

təlimin  və  tərbiyənin  prinsiplərində  ümumi  cəhətlər,  təlimin  və 

tərbiyənin  metodlanndakı  oxşarlıq,  təlim  və  tərbiyənin  təşkili 

formalarmdakı  vahidlik  ali  məktəbdə  pedaqoji  prosesin,  başqa 

sözlə,  təhsilin,  təlimin,  tərbiyənin,  təkmilləşmə  və  inkişafın 

vəhdətini və tamlığını təmin edir. Hər bir ali məktəb tələbəni təkcə 

bilik,  bacarıq  və  vərdişlərlə  silahlandırmır,  eyni  zamanda  ixtisas 

hazırlığını və ahəngdar inkişafını təmin edir. Bütün sonrakı təhsil 

(aspirantura, ixtisasartırma kursları vəs.) bunun üzərində qurulur. 

Təlim  və  tərbiyənin  vəhdətinin  pedaqoji  mahiyyəti  ondan 

ibarətdir ki, ləlim prosesində tələbənin dünyagörüşü, əxlaqi hissləri, 

estetik  tələbat  və  zövqləri,  fiziki  keyfiyyətləri  və  intellektual 

qabiliyyətləri vəhdətdə inkişaf edir. 

Şübhəsiz, 

təlim-tərbiyənin 

vəhdətini 

reallaşdırarkən, 

tələbələrin sosial-psixoloji və fərdi xüsusiyyətləri, təlimə və 

513

 


ixtisasa münasibətləri, yaşlan nəzərə alınmalıdır. Təlim prosesində 

aşılanan  biliklər  yalnız  tələbənin  həqiqi  sərvətinə,  dəyərinə 

çevrildiyi  təqdirdə,  wşəxsi  mahiyyəl»  kəsb  edir  və  şəxsi 

münasibətlər prizmasından keçir. 

Ali  məktəb  tələbəsi  yüksək  intellektual  imkanlara  malik 

şəxsdir.  Tələbənin  idrak  tələbatları,  mənəvi  aləmi,  əxlaqi  siması, 

fiziki keyfiyyətləri onun irəliyə doğru inkişafının əsas amilləridir. 

Sosial  müstəqillik  və  gələcək  perspektivlərə  doğru  yönəlmə 

tələbənin peşəyə və ixtisasa yiyələnmə prosesini sürətləndirir. 

Deməli,  ali  təhsilli  mütəxəssis  hazırlığı,  yalnız  tələbənin 

təlim  və  tərbiyəsinin  vəhdəti  prosesində  səmərəli  surətdə  həyata 

keçirilə  bilər.  Sosial,  professional  və  idrak  motivlərinin  vəhdəti 

tələbənin  təlimə  şüurlu  münasibətini  qüvvətləndirir,  şəxsiyyətinin 

formalaşmasını təmin edir. 

Tələbə  şəxsiyyətinin  inkişaf  prosesində  özünütəhsilin, 

özünütərbiyənin, özünütəkmilləşdirmə cəhdinin rolu çox böyükdür. 

Təlim  və  tərbiyə  tələbəni  özünütəhsilə  və  özü-  nütərbiyəyə  cəlb 

etmirsə,  deməli,  məqsədəmüvafıq  deyil.  Doğrudan  da,  ən 

məzmunlu,  ən  maraqlı  mühazirə  tələbənin  şəxsi  idrak  fəaliyyəti 

(əlavə  ədəbiyyat  oxumaq,  tapşırıqlar  icra  etmək  və  s.)  ilə 

möhkəmləndirilməzsə,  öz-özlüyündə  mütəxəssis  hazırlığını  təmin 

edə bilməz. 

Qanunauyğun olan budur ki, xarici təsirlər tələbənin daxili 

aləmi  ilə  şərtlənir.  Xarici  aləmin  tələbəyə  göstərdiyi  hər  bir  təsir 

onun keçmiş yaşantıları ilə bağlıdır. Deməli, pedaqoji təsirlər artıq 

kök  salmış  olan  müsbət  keyfiyyətlərə  əsaslandığı  halda  daha 

effektli olur. 

Tələbənin  psixikası,  davranış  və  fəaliyyət  motivləri,  fərdi 

keyfiyyətləri onun bir şəxsiyyət kimi inkişafının daxili amilləridir. 

Qanunauyğun  haldır  ki,  psixi  inkişaf  düz  xath  getmir.  Bu 

eynilə  tələbənin  də  psixi  inkişafına  aiddir.  Bu,  onda  öz  ifadəsini 

tapır  ki,  psixi  proseslər  və  fərdi  keyfiyyətlər  müxtəlif  zaman  və 

məkan  kəsiyində,  həm  də  ayrı-ayrı  tələbələrdə  özünəməxsus 

formada inkişaf edir. Bu isə o deməkdir ki, ali məktəbdə təlim və 

tərbiyənin nəticələri tələbələrin malik 

514 


olduqları  şəxsi  keyfiyyətlərdən,  ixtisasa  və  təlim  əməyinə 

münasibətlərindən, kollektivə və Özünə yanaşma tərzindən asılıdır. 

Deməli,  mütəxəssis  tərbiyəsi  təkcə  optimal  daxili  və  xarici 

amillərdən  deyil,  həm  də  tələbənin  daxili  psixi  inkişaf 

qanunauyğunluqlarından  asılıdır.  Pedaqoji  təsir  o  zaman  effektli 

olur  ki,  onun  məzmun  və  formaları  həm  təlim-tərbiyənin 

məqsədinə, həm də tələbənin  yaş, fərdi və sosial  xüsusiyyətlərinə 

uyğun olsun. 

Tələbələrin  ya^'  ra  favdi  xüsusiyy^thrinin  nazirə  alınmast 

təlim  və  tərbiyənin  vəhdətini  daha  effektiv  surətdə  təmin  etməyə 

imkan verir. 

Ali məktəbdə təlim və tərbiyənin vəhdətinin təmin edilməsi 

_/«.v/7a.«z  və  mürakkah  prosesdir.  Tələbəni  öyrədən  və  tərbiyə 

edən hər bir müəllim bu prosesin mahiyyətini  dərk etməli və onu 

idarə etməyi bacarmalıdır. 

Ali məktəbdə təlim və tərbiyənin vəhdətini müəllim yalnız o 

zaman  təmin  edə  bilər  ki,  təlim-tərbiyə  məqsədlərini  real  surətdə 

kursdan-kursa  keçdikcə,  tələbənin  inkişaf  dinamikasına  uyğun 

tərzdə  müəyyənləşdirsin,  müvafiq  mütəxəssisin  professioqramını 

yaxşı  bilsin.  Ali  məktəbdə  hər  bir  fənnin  məzmunu 

müəyyənləşdirilərkən  tədris  fənninin  qarşısında  duran  təhsil 

vəzifələri  ilə  yanaşı,  tərbiyə  məqsədləri  də  konkretləşdirilməlidir. 

Ona görə də hər bir müəllim tədris etdiyi fənnin məzmunu vasitəsilə 

tələbəyə  hansı  əxlaqi  keyfiyyətləri  aşılamaq  mümkün  olduğunu 

bilməli, gələcək mütəxəssis üçün zəruri olan idraki, əxlaqi, estetik, 

fiziki  keyfiyyətləri,  fəaliyyət  və  davranış  normalarını  aydın 

təsəvvür etməlidir. 

Ali  məktəbdə  təhsil  prosesində  tərbiyə  vəzifələrini  həll 

elmək,  ləlim  və  tərbiyənin  vəhdətini  təmin  elmək  məqsədilə 

aşağıdakı prinsiplar nəzərə alınmalıdır: 

•  tələbələrin sosial, psixoloji, yaş və fərdi xüsusiyyətlərinin 

nəzərə alınması; 

•  gələcək mütəxəssis üçün zəruri  olan hər bir keyfiyyət  və 

xüsusiyyətin məzmun və strukturunun müəyyənləşdirilməsi və dərk 

olunması; 

515


 

•  tələbənin  metodoloji  və professional  hazırlığının optimal 

surətdə bir-biri ilə uzlaşdırılması; 

•  müəllimin  tədris  etdiyi  fənnin  tərbiyəvi  və  yaradıcı 

imkanlarından maksimum istifadə etməsi; 

•  müəllimin pedaqoji etikası və ustalığı; 

•  müəllim-tələbə münasibətlərində məqsəd ardıcıllığı; 

•  ali  məktəbdə  pedaqoji  ünsiyyətin  müxtəlif  formalarının 

səmərəli təşkili; 

•  ali məktəbdə pedaqoji prosesin ideya istiqamətinin düzgün 

müəyyənləşdirilməsi. 

15.3.  ALİ MƏKTƏBDƏ TƏLİM-TƏRBİYƏ İŞİNİN 

TƏKMİLLƏŞDİRİLMƏSİNİN KONSEPTUAL 

PROBLEMLƏRİ 

Respublikamızda  iqtisadi,  siyasi,  mənəvi  inkişafın  gələcək 

üfüqləri  onun  hər  bir  vətəndaşının  şüurkıluğıından.  intizamından, 

idraki  və  yaradıcı  fəaliyyətindən  asılıdır.  Deməli,  qarşıda  duran 

quruculuq vəzifələrini həyata keçirmək üçün vətəndaşların tərbiyəsi 

daha  yüksək  səviyyəyə  qaldırılmalı,  bu  məqsədlərin  yerinə 

yetirilməsi təmin edilməlidir. 

Gənc  nəslin  tərbiyəsi  prosesində  fərdi  və  ictimai  şüurla 

ictimai həyatın qarşılıqlı əlaqəsi nəzərə alınmalıdır. ,^ydIndıı■ ki, 

fərdi şüurla ictimai şüıının inkişafını biri-birindən ayırma'q olmaz. 

Lakin  bu  zaman  insanın  həyat  lərzi  ilə  əlaqədar  olaraq,  fərdi 

şüurunun  özünəməxsus  xüsusiyyətləri  nəzərə  alınmalıdır.  Bu, 

tərbiyə  prosesində  insanların  .şüurundan  və  davranışından  asılı 

olaraq, onlara diferensial yanaşına lərzi lələb edir. 

Ali  məktəbdə  tərbiyənin  pedaqoji  vasitələrini  və  '.ərzlərini 

müəyyənləşdirərkən  aşağıdakı  konseptual  prinsiplər  nəzərə 

alınmalıdır: 

®  gənc  nəslin  tərbiyəsinin  cəmiyyətimizin  və  dövlətimizin 

mənafeyinə və «sifarişinə» uyğun olaraq qurulması; 

.'U- 


•  tərbiyə 

işinin 


humanistləşdirilməsi 

və 


demokratikləşdirilməsi; 

•  əmək vasitəsilə tərbiyə

•  kollektivdə və kollektiv vasitəsilə tərbiyə; 

•  tərbiyəçinin şəxsi nümunəsi və nüfuzu; 

•  sistemlilik və ardıcıllıq. 

Bu prinsiplər pedaqoji prosesin məntiqinə və dialektika- sma 

əsaslanır. 

Tərbiyə 


prosesinin 

dialektikası 

insanın 

fərdi 


xüsusiyyətlərinin  nəzərə  alınması  ilə  başlayır.  Tələbələri  yaxşı 

öyrənmədən  tərbiyə  prosesinin  səmərəliliyini  və  intensivliyini 

təmin elmək mümkün deyil. Tələbəni düzgün tərbiyə etmək üçün 

onun hərəkətlərini və davranışını adekvat surətdə qiymətləndirmək, 

onun  müsbət  və  mənfi  cəhətlərini  düzgün  məy-  yənləşdirmək 

lazımdır. İctimai rəyin, tərbiyəvi ənənələrin, müsbət nümunənin və 

təcrübənin də təsirini qeyd etmək lazımdır. 

Hər  bir  pedaqoq  tərbiyə  etmək  sənətinə  bələd  olmalı,  öz 

təcrübəsində yeni tərbiyə metodlarını öyrənməli, ümumiləşdirməli 

və yaradıcılıqla istifadə etməlidir. 

Təcrübə göstərir ki, tərbiyə sisteminin ayn-ayrı elementləri. 

prinsipləri,  metodları  ilə  şəxsiyyətin  inkişaf  qanunauyğunluqları 

arasında müəyyən uyğunsuzluq var. Ən geniş yayılmış uyğunsuzluq 

ali məktəbdə tərbiyə işinin orta məktəbdəkinə nisbətən zəif təşkili, 

digər tərəfdən isə, məhz ali məktəbdə şəxsiyyətin hərtərəfli inkişaf 

etdirilməsi ideyasının pozulmasıdır. 

Hərtərəfli  inkişaf  ideyasını  mənimsəmək  və  onu  gündəlik 

işdə  reallaşdırmaq,  məhz  bu  gün  cəmiyyətimizdə  ən  çətin  və  ən 

vacib  problemlərdəndir.  Ali  məktəbin  tərbiyəvi  iş  sistemində 

formalizm  və  subyektivizm,  hər  şeydən  əvvəl,  tərbiyə  işinə 

birtərəfli və qeyri-elmi yanaşmanın nəticəsidir. 

Müasir tərbiyə nəzəriyyəsi və praktikasında kök salmış belə 

bir səhv mövqe mövcuddur ki, guya insanın inkişafının əsas amili 

yalnız və yalnız onun şüurluluq səviyyəsidir. Bu- 

517

 


nunla da süni olaraq, şüur davranışdan ayrılır və biri-birinə qarşı 

qoyulur. 

Söz  yox  ki,  şüurluluq  bizim  tərbiyə  işində  əsaslandığımız 

əsas amildir, lakin yeganə deyil. Şüurluluğun insanın inkişafında 

yeganə  amil  kimi  qəbul  edilməsi  tərbiyə  işini  çox  ağır  bir  işə 

çevirir,  tərbiyə  prosesinin  effektivliyini  azaldır.  Halbuki,  etik 

normalar  şüurdan  ümumi  təcrübəyə,  ənənələrə,  adətlərə  keçdiyi 

təqdirdə,  daha  nüfuzedici  xarakter  daşıyır,  daha  qüvvətli  və  tez 

təsir etmək imkanı qazanır, ictimai rəy tərəfindən «dəstəklənir». 

Tərbiyə işində insanın sinir-psixi sferasının, yəni onun 

iradəsinin, xarakterinin, təxəyyülünün, hisslərinin, tempera- 

mentinin özünəməxsus xüsusiyyətlərini nəzərə almaq və ona • zəruri 

adətləri aşılamaq gərəkdir. Ancaq bu halda insanın hərəkətləri, 

davranışı onun şüuruna daha çox uyğun gələcək. Ümumiyyətlə, adət 

və vərdişlər tərbiyə etməklə tərbiyə işi üçün möhkəm Özül 

yaradılmış olur. 

Tərbiyə prosesinin 

və fasihsiz

 

olması tərbiyə 



işində  insanın  şüuruna,  əqidəsinə  və  davranışına  təsir  göstərən 

bütün  obyektiv  amillərin  nəzərə  alınması  deməkdir.  Ali  məktəb 

müəlliminin vəzifəsi bütün bu amilləri düzgün qiymətləndirmək və 

tərbiyə  işini  buna  uyğun  qurmaqdır.  Xarici  amillərin  tələbə 

şəxsiyyətinə  təsirini  qeyd  edərkən,  unutmaq  olmaz  ki,  tələbə  öz 

fəaliyyəti ilə şəraitə təsir göstərir.  Bu prosesdə o özü də dəyişir, 

tərbiyə olunur. Buradan belə bir nəticə çıxır: twbiya prosesi yalnız 

o  zaman  effektli  ola  bihr  ki,  tahb!)  amnyyot  heyatımla,  yaradıcı 

dimlah  pal  surntdə  iştirak  etsin,  ictimai  fəaliyyato  qoşiılsun.

 

Deməli,  tələbə  şəxsiyyötinin  inkişafı  xarici  şərait  və  amillərin 



daxili imkanlarla vəhdətində baş verir. 

Ali  məktəbdə  qabaqcıl  pedaqoji  təcrübə  göstərir  ki,  müasir 

şəraitdə təlim və tərbiyə işini ancaq ənənəvi  yollar və formalarla 

qurmaq olmaz. Müasir şəraitdə ali məktəbdə istər təlim, istərsə də 

tərbiyə  işi  daha  çox  məlumatverici  xarakter  daşıyır.  Təlim  və 

tərbiyənin  bu  iş  forması  zamanı  müəllimin  əsas  diqqəti  təlim  və 

tərbiyə proqramının məzmununa yönəlir, tələbə arxa plana keçir, 

onun fərdi imkanları unu- 

518 


duİLir. Belə bir mövqeyi əsas götürən müəllimin, bir qayda olaraq, 

tələbə  ilə  ayrıca  məşğul  olmağa  nə  vaxtı  qalır,  nə  də  həvəsi. 

Tələbənin  rastlaşdığı  çətinliklər,  onun  motivləri,  tələbatı,  iş 

qaydaları müəllimi maraqlandırmır. 

Son  dövrdə  ali  məktəbdə  təlim  prosesi  ənənəvi  formaları 

saxlamaqla  yanaşı,  cəmiyyətin  və  elmi-texniki  tərəqqinin  təsiri 

altında  tədricən  təkmilləşməkdədir.  Bir  çox  ixtisaslar  üzrə  tədris 

planlarına  və  proqramlara  yenidən  baxılır,  kurrikumlar  hazırlanır. 

Daha keyfiyyətli dərsliklər və tədris vəsaitləri, metodik tövsiyələr 

hazırlanır. 

Etiraf  etmək  lazımdır  ki,  yuxanda  adı  çəkilən  tədbirlər  ali 

məktəbin  təlim-tərbiyə  fəaliyyətində  müəyyən  irəliləyişlərə  səbəb 

olmuşdur.  Lakin  bütün  bu  ideyalar  tələbə  şəxsiyətinə  fəal  təsir 

amillərini  müəyyənləşdirmədən  və  pedaqoji  praktikaya  tətbiq 

etmədən təlim-tərbiyə nəzəriyyəsinə və praktikasına özlüyündə bir 

şey verə bilməz. Ali məktəbin müasir vəziyyəti bu problemləri həll 

etməyi  tələb  edir.  Bu  isə  təlim-tərbiyə  nəzəriyyəsini 

zənginləşdirmədən qeyri- mümkündür. Çünki təlim-tərbiyənin hər 

bir  yeni  proqramı,  nəticə  etibarilə,  təlim-təriyə  nəzəriyyəsinin 

praktik olaraq reallaşdırılmasıdır. 

Ali 

tədris 


müəssisələrində 

təlim-tərbiyə 

işini 

təkmilləşdirmək, konseptual problemləri həll etmək məqsədilə; 



*  ali məktəbdə təhsilin məzmununu yenidən işləmək; 

* cəmiyyətin  inkişafında  fundamental  və  sosial-iqtisadi 

elmlərin rolunu müəyyənləşdirmək; 

*  tədris 

fənləri 

arasındakı 

əlaqə 

və 


varisliyi 

müəyyənləşdirmək; 

*  tədris fənləri arasındakı nisbəti düzgün həll etmək

* müəyyənləşdirilmiş 

müddətdə 

(tədris 


müddətində) 

tələbələrə zəruri informasiyaların keyfiyyətlə çatdırılması yollarını 

müəyyən etmək lazımdır. 

Ali  məktəbdə təlim və tərbiyə işini  müasir tələblərə uyğun 

qurmaq,  ali  məktəb  psixologiyasının  müddəalarına  ciddi  əməl 

etmək lazımdır. 

Qeyd etmək lazımdır ki, tələbələrin psixologiyasını, onların 

bir şəxsiyyət kimi inkişafı qanunauyğunluqlarını 

519 


kifayət qədər dəqiqliyi ilə bilmək olduqca çətindir. Tələbənin əqli 

fəaliyyəti, təlim materialı üzərində təfəkkür əməliyyatları, nəyi nə 

cür qavraması və mənimsəməsi, hansı  metodun  və vasitənin  daha 

effektiv olmasını bilmək o qədər də a.san deyil. Ali məktəbdə təlim 

və  tərbiyə  işini  təkmilləşdirmək  məqsədilə  yuxarıda  qeyd 

olunanlardan  başqa,  daha  bir  sıra  konseptual  məsələlər 

reallaşdırılmalıdır. Bunlar aşağıdakılardır: 

•  tələbələrin  psixologiyasını  və  bir  şəxsiyyət  kimi  inkişaf 

qanunauyğunluqlarını daha dərindən öyrənmək; 

•  tələbələrin təlim-idrak fəaliyyətini daim diqqət mərkəzində 

saxlamaq; 

•  ali  təhsil  problemlərini  dərin  tədqiqatçılıq  səviyyəsində 

öyrənmək; 

•  təlim-tərbiyə prosesini elmi əsaslarla təşkil etmək: 

•  təlim-tərbiyə  işlərinin  daha  mükəmməl  metodikalarını  və 

texnologiyalarını hazırlamaq; 

•  ali təhsil problemlərini dəqiq surətdə diaqnostlaşdır- maq 

və proqnozlaşdırmaq. 

Ali 

təhsil 


müəssisəsində 

təlim-tərbiyə 

işini 

təkmilləşdirməyin bir neçə konkret yolu vardır: 



1. Təlim  prosesinin  intensivlə^jdirilməsi  və  səmərəliliyinin 

artırılması. 

Bu,  o  deməkdir  ki,  təlim  işini  daha  intensiv  qurmaq, 

tələbələrin  potensial  qüvvə  və  imkanlarından  maksimum 

düşünülmüş  şəkildə  və  «qənaətlə»  istifadə  etmək,  zəruri  ləlim 

materialını  məqsədəuyğun  surətdə  seçmək,  tələbələrə  pedaqoji 

cəhətdən əsaslandırılmış ən tipik, ən zəruri, ən effektiv tapşırıqlar 

vermək,  vaxta  maksimum  surətdə  qənaət  etmək,  tələbələrin 

müstəqil işlərinin daha rasional metod və priyomların- dan istifadə 

etmək, elmə olan marağı daha da inkişaf etdirmək, ixtisasla bağlı 

biliklərin mənimsənilməsi cəhdini artırmaq lazımdır. 



2. Tələbələrdə  elmə  marağın  artırılması  yollarını  və 

vasitələrini müəyyənləşdirmək. 

Bu.  tələbələri  həm  təlim  prosesində,  həm  də  müstəqil  iş 

prosesində elmi axtarışlara sövq etməyə imkan verir. Tələbə 

520


 

nin  şc?xsi  elmi  axtarışları  kollektiv  idrak  fəaliyyəti  ilə  pedaqoji 

cəhətdən düzgün surətdə uzlaşdırılmalıdır. Hər bir tələbəni şə.KSİ 

elmi  axtarıcılığa  yönəltmək  məqsədilə  konkret  və  mükəmməl 

elmi-metodik tövsiyələr hazırlanmalıdır. 

Ali  məktəbdə  təlim  və  tərbiyə  prosesi  müəyyən  ümum- 

pedaqoji qanunauyğunluqlara və qaydalara tabedir. Bununla belə, 

həm təlim, həm də tərbiyə prosesinin məzmunu, vəzifələri, yolları 

və təşkili formaları özünəməxsus spesifik xüsusiyyətlərə malikdir. 

Beləliklə, ali məktəbdə təlim-tərbiyə işini təkmilləşdirməyin daha 

bir neçə istiqamətini qeyd edə bilərik, ali məktəbdə təlim prosesinin 

təşkilinin yeni formalarını müəyyənləşdirmək, tədris metodikasının 

ümumi məsələlərini işləmək, xüsusi metodikaları təkmilləşdirmək, 

ali məktəbdə pedaqoji psixologiyaya diqqəti artırmaq. 

15.4.  ALİ MƏKTƏB HƏYATINA ADAPTASİYANIN . 

PEDAQOJİ ƏSASLARI 

Adaptasiya (latınca adaptatio - uyğunlaşma deməkdir) və ya 

alışma,  orqanizmin  ətrqf  mühitə,  düşdüyü  şəraitə  uyğunlaşması 

deməkdir.  Adaptasiyanı  həm  də  şəxsiyyətin  so-  siallaşmasmın 

tərkib hissəsi kimi də qiymətləndirmək olar. 

Psixoloq  və  sosioloqlar  adaptasiyanın  iki  növünü  qeyd 

edirlər: 

*  psİxo-fiziloji adaptasiya; 

*  sosial-psixoloji adaptasiya. 

Psixo-fızioloji  adaptasiya  analizatorların  fəaliyyəti  və 

onlarda  həssaslığın  dəyişməsi  ilə,  sosial-psixoloji  adaptasiya  isə 

şəxsiyyətin yeni sosial situasiyaya daxil olması ilə əlaqədardır. 

521

 


Psixoloji-

 

Sosjıl-



 

Pnırcssioııal

 

l'ızioluji



 

psixoloji

 

iidapuısij-a



 

iidaplitsiya

 

aduptnsiy



a

 

 



Pozitiv 

iiıliiplüKİya 

Növləri 

Ncıituiv 

ıııkıpliLSİya 

Nəticəsi — Adaptasiya 

Morhuloləri 

ramsl


ıq 

ıııtıriiiihısi 

Mexanizmi 

Uzıaımikklətlmi 

QısaniLRİılıılli 

Məclmıi 


Könüllü 

Kol adapınsiynsı

 

 

Özünülusdiııcimo



 

morholəsi

 

 

nnıılı; ikisi



 

Sosial


 

 

Professional



 

funksiyaların

 

 

rolların qobiıl



 

qobul cdilınosi

 

 

cdilınosi



 

Sosial-psixoloji adaptasiya nəticəsinə görə iki cür olur; 



pozitiv, neqativ. 

Mexanizminə görə sosial-psixoloji adaptasiyanın iki forması 

ayırd edilir; könüllü, nwcburi. 

Sosial-psixoloji adaptasiya bir neçə mərhələdə cərəyan edən 

prosesdir: 

tanışlıq  nmiwhsi,  rol  adaptasiyası  nmlı^bsi, 

özünütəsdiqetmd mərhəbsi. 

Sosial-psixoloji adaptasiya - konkret sosiallaşma prosesidir. 

Sosiallaşmanın məzmunu sosial təsirlər, siyasi proqramlar, kütləvi 

informasiya  vasitələri,  mədəniyyət,  davranış  normaları,  fərdin 

xüsusiyyətləri, şəxsiyyətə təsir edən mühit və sosial situasiyalarla 

müəyyən edilir. 

Adaptasiyanın  professional  adaptasiya  deyilən  xüsusi  bir 

forması  var  ki,  bu  zaman  insanın  yeni  fəaliyyət  növünə  alışması 

başa düşülür. Fəaliyyət  növü dəyişdikcə insan əmək qabiliyyətini 

və  daxili  mühitinin  müəyyən  sabitliyini  saxlaya  bilməlidir. 

Professional  adaptasiya  dəyişmiş  fəaliyyət  şəraitində  işin 

səmərəliliyini təmin etməyə kömək edir. 

Adaptasiya  qısamüddətli  və  uzunmüddətli  mexanizmləri 

özündə birləşdirən mürəkkəb prosesdir. Adaptasiya prosesi 

522

 


müəyyən  vaxt  tələb  edir.  İş  qabiliyyətinin  saxlanması  insan 

orqanizminin dəyişkən şəraitə adaptasiyası ilə sıx bağlı olur. 

Müasir  şəraitdə  professional  adaptasiya  insanların  birgə 

fəaliyyətini  təmin  edir,  fəaliyyət  üsulları  dəyişir,  əmək  şəraiti 

dinamik  xarakter  alır.  Bu  zaman  qrup  və  birliklərdə  birləşən 

şəxslərin  məqsədlərinin  yaxınlaşması,  onların  oriyentasiyası, 

qrupun rol strukturuna daxil olması, qrup normalarını, ənənələrini 

qrupun mədəniyyətini qəbul etməsi prosesi baş verir. 

Professional  adaptasiya  insanın  özündə  müvafiq  daxili 

dəyişikliklər etməsi bacarığından çox asılıdır. Təbiidir ki. insan bu 

halda  öz  arzu,  istək  və  maraqlarım  qrupla  uzlaşdırmalı,  ümumi 

məqsədlər uğrunda mübarizəyə qoşulmalıdır. 

Ali  təhsil  müəssisələrində  mütəxəssis  hazırlığı  gənclərin 

tələbəlik  həyatının  özünəməxsus  rollarına,  davranış  normalarına 

uyğun  fəaliyyət  növlərinə  qoşulması  prosesi  ilə  sıx  vəhdətdədir. 

Gəncərin  tələbəlik  həyatına  qoşulması,  başqa  sözlə,  adaptasiya 

prosesi  ali  məktəb  həyatının  (mikromühitin)  sosial  təcrübəsini  və 

fəaliyyət  formalarını  mənimsəmək,  ali  məktəb  həyatına 

«qaynayıb-qarışmaq» deməkdir. 

Adaptasiya  tələbə  şəxsiyyətinin  inkişafında  spesifik  bir 

mərhələ kimi xüsusi əhəmiyyətə malikdir. Çünki; 

• məhz  adaptasiya  prosesində  tələbələrin  davranışını  elə 

istiqamətləndirmək  lazımdır  ki,  bu  istiqamət  onun  şəxsi  simasını 

müəyyən etsin və sonrakı inkişafını təmin etsin; 

• adaptasiya  prosesində  tələbə  kollektivinin  sosial-psixoloji 

birlik kimi formalaşması təmin edilməlidir; 

• adaptasiya  prosesi  tələbənin  yeni  sosial  funksiyaları,  yeni 

davranış normalarını mənimsəməsini təmin etməlidir. 

Bir halda ki, adaptasiya prosesi gəncin - tələbəlik həyatının 

normalarını, davranış və fəaliyyət formalarını, tələb və maraqlarını 

mənimsəməsini  və  «özününküləşdirməsini»  təmin  edir,  deməli, 

adaptasiya  prosesi  pUmlaı^dırılmah,  idara  olunmalı

  ra 


gedişim'} 

ndzarət edilməlidir. 

Tələbənin  seçdiyi  peşəyə  yaradıcı  münasibəti  məhz 

adaptasiya  prosesində  formaşır.  Ali  məktəb  həyatının  müxtəlif 

sahələrinə adaptasiya tələbənin seçdiyi peşəyə də uygunlaş- 

523

 


masını  təmin  edir.  Tələbənin  gələcək  həyat  planlarını  seçdiyi 

peşə-ixtisasla  əlaqələndirməsi  onun  öz  professional  roluna 

alışınasının ən yaxşı göstəricisidir. 

Müşahidələr  göstərir  ki,  tələbə  gənclərin  çoxunun  gələcək 

həyatla  bağlı  planları  ali  məktəbdə  qazandıqları  professional 

kvalifikasiya  ilə  bağlı  olur.  Lakin  ali  məktəbə  daxil  olarkən, 

qarşısına  qoyduqları  peşə  məqsədlərilə  müəyyən  fakültədə  təhsil 

illərində meydana gələn planları biri-birinə uyğun gəlməyən, həyat 

mövqeləri qeyri-müəyyən olan, ali məktəbdə öyrədilən peşəyə və 

ixtisasa bağlı olmayan tələbələr də az deyil. İxtisaslaşma ilə bağlı bu 

vəziyyət  ali  məktəbi  bitirdikdən  sonra  iş  yeri  seçməkdə  də  öz 

ifadəsini  tapır.  Apardığımız  anket  sorğusunda  iştirak  edən 

tələbələrin  2\3  hissəsi  ali  məktəbdə  təhsili  başa  vurduqdan  sonra, 

aldıqları ixtisas üzrə işləməyi arzu edirlər. Tələbələrin böyük qismi 

isə digər motivləri əsas götürürlər: məsələn, şəhərdə qalmaq istəyi: 

dostlara və qohumlara yaxın olmaq cəhdi: şəhərin mədəni həyatının 

cazibədarlığı:  yüksək  əmək  haqqı  və  s.  Əlbəttə,  bu  amillər  bütün 

tələbələr üçün bu və ya digər dərəcədə əhəmiyyətlidir. Lakin bəzi 

tələbələr üçün onlar həlledici, digərləri üçünsə ikinci dərəcəlidir. 

Tələbələrin  seçdikləri  peşəyə  münasibətləri  göstərir  ki, 

adaptasiya prosesinin əsasında təkcə professional amillər deyil, həm 

də  yeni  sosial  mövqe,  status,  mənəvi  tələbatlar  və  digər  amillər 

durur. 

Tələbələrin ali məktəb həyatına adaptasiyası prosesində iki 



mərhələ  xüsusilə  fərqlənir:  sosial  funksiyaların  ıpiml  edil-  nwsi, 

professional rolların qabul edilıtmi. 

Adaptasiyanın məzmunu və səviyyəsi şəxsiyyətin sosial və 

peşə meyillərinin birirbirinə nə dərəcədə uyğun olmasından asılıdır. 

Qeyd etmək lazımdır ki, ali məktəbin müasir inkişaf səviyyəsində 

tələbələrin  peşəyə  adaptasiyası  ilə  onların  təhsilin,  mədəniyyətin, 

davranışın müxtəlif dəyərlərinə adaptasiyası vaxt etibarilə üst-üstə 

düşmür. Tələbənin peşə və ixtisasa müəyyən və davamlı münasibəti 

əsasən dördüncü kursda təşəkkül tapır. Halbuki ali məktəbin sosial 

mühitinə adaptasiya 

524. 


prosesi artıq ikinci kursda başa çatır. Ziddiyyətli situasiya yaranır. 

Bir  tərəfdən,  ali  məktəbə  qeyri-müəyyən  pc.şə  oriyentasiyasına 

malik  gənclər  daxil  olur.  Digər  tərəfdən,  ali  məktəbdə 

ixtisaslaşmanın  gec  başlanması  peşə  oriyenlasiyasın-  dakı 

qeyri-müəyyənliyin  daha  artıq  dərinləşməsinə  səbəb  olur.  Ali 

məktəb  həyatına  və  davranış  normalarına  adaptasiyanın  bu 

istiqaməti  müəyyən  peşəyə  uyğun  tələbə  deyil.  «iimu-  miyyətlə 

tələbə» formalaşdırır ki, bu da məqsədəuyğun deyil. 

Tədqiqatlar göstərir ki, hər beş tələbədən heç olmazsa, birini 

seçdiyi peşə-ixtisas qane etmir, baxmayaraq ki. onların ali məktəbə 

münasibətləri  müsbətdir.  Bunu  da  qeyd  elmək  lazımdır  ki,  yuxarı 

kurslara  qalxdıqca,  belə  tələbələrin  sayı  artır.  Yalnız  dördüncü 

kursda  istehsalat  praktikasının  keçirildiyi  müddətdə  tələbələr 

seçdikləri ixtisaslar haqqında dolğun təsəvvürlər əldə edirlər. 

Deməli, tələbənin peşəyə real adaptasiyası  yuxarı kurslarda 

baş  verir,  çünki  məhz  yuxarı  kurslarda  ixtisaslaşma  prosesi  və 

tələbələrin müxtəlif fəaliyyət növlərinin mərkəzi həlqəsinə çevrilir. 

Tələbələrin seçdikləri peşə və ixtisasa adaptasiya səviyyəsi demək 

olar ki, bütün hallarda, onların akademik müvəffəqiyyətilə üst-üstə 

düşür.  Adətən,  zəif  oxuyan  tələbələr  öz  ixtisasına  daha  az  maraq 

göstərir,  bununla  əlaqədar  olaraq  gələcək  fəaliyyət  planları  da 

qeyri-müəyyən olur. 

Tələbələrin  peşəyə,  ixtisasa  adaptasiyanın  bu  aşağı 

səviyyələri, ali məktəbə qəbul sisteminin nöqsanlarından irəli gəlir. 

Abituriyentlərin  80%-ə  qədəri  peşəyə  davamlı  surətdə  yönəlmiş 

olmurlar,  tələbələrin  qalan  hissəsinin  motivləri  isə  geniş  sosial 

məzmunu ilə səciyyələnir. Buradan belə bir nəticə çıxır ki, tələbənin 

ali  məktəb  həyatına  və  onun  dəyərlərinə  adaptasiyası  ümumi 

xarakter daşıyır, peşəyə adaptasiyası isə zəif təzahürə malik olur. 

Peşəyə,  ixtisasa  adaptasiyanın  aşağı  səviyyəsi  təbiidir  ki, 

tələbələrin  təhsil-tərbiyə  prosesinə  münasibətlərinə  də  mənfi  təsir 

göstərir.  Odur  ki,  ali  məktəbdə  formal  olaraq  özünə  peşə  seçmiş 

tələbələrlə xüsusi iş aparılmalıdır. 

Ali  məktəbdə  tələbələrin  peşə  oriyentasiyasının  inkişaf 

etdirilməsi yollarının, metodikalarının işlənib hazırlanması ali 

525 


məktəb  pedaqogikasının  aktual  problemlərindəndir.  Hələ  aşağı 

kurslarda fərdi və kütləvi tərbiyə işinin düzgün təşkili, tələbələrin 

yuxarı kurslarda ixtisas seçməsinə psixoloji hazırlığını təmin edir 

və peşəyə adaptasiya üçün əlverişli şərait yaradır. Ali məktəb aşağı 

kurslardan  başlayaraq  tələbələrdə  peşə  etikası,  qürur,  vəzifə  və 

məsuliyyət  hissi  tərbiyə  etmək  üçün  bütün  vasitələrdən  (iclaslar, 

mühazirələr, müsahibələr, mütəxəssislərlə  görüşlər,  gecələr və s.) 

kompleks halında istifadə etməlidir. Bunsuz ali məktəb mütəxəssis 

hazırlığında tam müvəffəqiyyət qazana bilməz. 

Tədqiqatlarda tələbələrin təlim və idrak prosesində fəaliyyət 

və  davranışının  üç  tipi  müəyyənləşdirilmişdir.  Bu.  tələbələrin  ali 

məktəb  həyatına  və  onun  mədəniyyətinə  adaptasiyasının 

səviyyəsini müəyyən etməyə imkan verir. 

Birinci tipa daxil olan təbbabr ali məktəbdə təhsilin məqsəd 

və  vəzifələrinə  geniş  mənada  yanaşırlar.  Onlar  tədris 

proqramlarında nəzərdə tutulan biliklərlə kifayətlənmir, daha geniş 

informasiyalara  yiyələnməyə  səy  göstərirlər,  elmi  tədqi-  qatçıhğa 

meyil  edirlər,  kollektiv  fəaliyyətin  müxtəlif  formalarında  sosial 

aktivlik göstərirlər. 



İkinci  tip  tubbsbr  dar  ixtisaslaşmaya  yönəlirlər.  Burada  da 

tələbələrin  idrak  fəallığı  tədris  proqramının  hüdudlarını  keçir. 

Lakin  birinci  tip  tələbələrdə  olduğu  kimi  «genişliyə»  yox, 

«dərinliyə»  yönəlmiş  olur.  Bu  tipə  daxil  olan  tələbələrin  mədəni 

tələbatları ixtisasla məhdudlaşır. 

Üçüncü  tip  təbb^br  ancaq  tədris  proqramında  nəzərdə 

tutulmuş  biliklərlə  kifayətlənirlər,  fəallıq  və  yaradıcılıq 

göstərmirlər. 

Birinci və ikinci  kurs tələbələrinin  adaptasiyası  ali məktəb 

həyatının  müxtəlif  dəyərlərini  mənimsəməklə  bağlı  olur.  Üçüncü 

kursda  bu  proses  demək  olar  ki,  başa  çatır,  adaptasiya  prosesi 

xüsusi hazırlığa yönəlir. Tələbələrin bu mövqeyi yuxarı kurslarda 

da davam edir. 

Tələbələrin adaptasiya prosesini çətinləşdirən, deməli, həm 

də ya.xşı oxumalarına mane olan əsas amillər aşağıdakılardır: 

* sistematik işləmək bacarığının olmaması; 

526 


*  lədris proqramlarının ağırlığı; 

*  vaxtın çatmaması; 

*  tənbəllik, həvəsin olmaması; 

*  təlim motivlərinin qeyri-müəyyənliyi; 

*  seçilmiş ixtisasın şəxsi tələbatlara uyğun gəlməməsi. 

Buradan belə bir nəticə çıxarmaq olar ki. ali məkiəb 

tələbələrə  mənəvi  normalar  aşılamaqla  kifayətlənməməli,  həm  də 

onlarda  peşə-ixtisas  maraqlarını  inkişaf  etdirməli,  pe.şəyə 

yiyələnməyin konkret yollarım və qaydalarını öyrətməlidir. 

Tələbənin  əxlaqi  tərbiyəsi  onun  mütəxəssis  kimi 

hazırlanması  ilə  vəhdətdə  həyata  keçirilməlidir.  Ali  məktəb 

pedaqogikasının  spesifikliyi  də  buradan  irəli  gəlir.  Tələbələrin 

tərbiyəsi  prosesində  dəyərləndirmə  və  utilitar  (funksional) 

(fransızca  utiüiaire,  latınca  utilitas  -  fayda,  mənfəət,  yalnız  əməli 

fayda,  yaxud,  xeyir  götürməyə  uyğunlaşdırılan)  yanaşmalarının 

vəhdəti təmin olunmalıdır. Bu prinsipin nəzərə alınması tələbələrin 

ictimai,  siyasi,  mədəni,  mənəvi  tərbiyəsi  işini  lazımi  səviyyədə 

qurmağa imkan verir. 

Tələbənin  ali  məktəb  həyatına  adaptasiyası  prosesinə 

səmərəli  təsir  etmək  məqsədilə  həyata  keçirilən  təlim  və  tərbiyə 

işini də götürmək lazımdır. Deməli, ali məktəb özünün çoxcəhətli 

fəaliyyətini  tələbələrdə  sosial  və  mənəvi  dəyərlərin,  habelə  insan 

cəmiyyətinə,  ictimai  faydalı  əməyə  düzgün  münasibətlərin 

formalaşdırılmasına  və  nəticə  etibarilə,  mükəmməl  mütəxəssis 

yetişdirilməsinə  yönəltməlidir.  Bu  məqsədlə  tələbələri  ictimai 

faydalı  işlərə  (maarifiəndirmə  tədbirlərinə,  tərbiyə  və  hamilik 

işlərinə  və  s.)  cəlb  etmək  lazımdır.  Aşağı  kurs  tələbələrinin  ali 

məktəb həyatına adaptasiyasının əsas forması fəaliyyətin məhz bu 

sferasıdır. Yuxarı kurslarda isə fəaliyyətin formaları əsasən gələcək 

peşə-ixtisas maraqlarını təmin etməlidir. Yuxarı kurs tələbələrinin 

fəaliyyətləri  aşağı  kurslara  nisbətən  daha  çox  utilitar  (funksional) 

məzmunna malik olur. Odur ki, aşağı kurslarda fəaliyyətin müxtəlif 

formalarında əxlaqi başlanğıca daha çox diqqət yetirilir. 

Tələbələrin adaptasiyası prosesinə pedaqoji təsirin vacibliyi 

həm də onunla şərtlənir ki, ali məktəbin real şərai- 

527


 

lincİDiı  və  özünün  şəxsi  keyfiyyətlərindən  asılı  olaraq,  tələbə  öz 

şəxsiyyətini  ya  əsasən  birtərəlli.  yaxud  da  əsasən  hərtərəfii 

inkişafını  təmin  etməyə  yönəlir.  Tərbiyəvi  işlərin  təsiri  isə  fərdin 

mənəvi  aləminin  zənginliyinə  və  çoxçalarlığına  əsaslanaraq, 

tələbənin ahəngdar inkişafını təmin edir. Bu və ya digər səbəblərlə 

əlaqədar, inkişafın bu normaları  kortəbii olaraq pozulur. beləliklə 

birtərəfli inkişaf etmiş tələbələr meydana gəlir. Müəyyən edilmişdir 

ki.  tələbələrin  böyük  bir  qismini  ixtisasla  bağlı  olan  xüsusi 

biliklərdən başqa heç bir şey cəlb  etmir. Belə tələbələrin  mədəni, 

estetik fəaliyyət formaları radio, televiziya. İNTERNET, kino və s. 

bu kimi qeyri-fəal xarakterdə olur. Tələbələrin çox az hissəsi fəal, 

yaradıcı  estetik  fəaliyyətlə  (məsələn,  bədii  yaradıcılıqla)  məşğul 

olur.  Tələbələrin  asudə  vaxtlarını  nə  cür  təşkil  etdiklərini 

öyrənərkən, məlum olur ki. tələbələr öz mənəvi tələbatlarını, əsasən 

mədəni  dəyərlərdən  passiv  surətdə  istifadə  etməklə  təmin  edirlər, 

onların asudə vaxtları kifayət qədər inkişaf etməmiş struktura malik 

olur. 

Bu  məqsədlə,  tələbələrdə  professional  və  sosial 



perspektivləri  inkişaf  etdirmək,  estetik  və  mədəni  tərbiyəvi  işi 

gücləndirmək,  tələbələri  asudə  vaxtlarında  fəaliyyətə,  xüsusən  də 

fəaliyyətin  yaradıcı  növlərinə  cəlb  etmək  lazımdır.  Bununla  da 

tələbəni  birtərəfli  inkişafdan,  məhdud  dünyagörüşündən, 

passivlikdən «xilas» etmək olar, 

15.5.  ALİ MƏKTƏB MÜƏLLİMİ TƏRBİYƏÇİ KİMİ 

Ali  məktəb  müəlliminin  tərbiyəçi  kimi  rolu,  hər  şeydən 

əvvəl,  onun  ali  məktəbdə  təlim  prosesinin  və  ictimai  həyatın 

iştirakçısı,  təşkilatçısı  və  rəhbəri  olması  ilə  müəyyənləşir. 

Müəllimin  dərin  elmi,  nəzəri,  peşə  hazırlığı,  həyat  təcrübəsi, 

davranış  mədəniyyəti, ali  məktəbdə özünəməxsus  tərbiyəvi  mühit 

yaradır.  Tələbələr  hörmət  etdikləri  müəllimlərin  haqlı  tənqidini, 

yerində  edilmiş  iradını  qəbul  edir  və  səhvlərini  düzəltməyə 

çalışırlar. Elmi və ictimai fəaliyyəti ilə seçilən müəllimlərə ləlim, 

elmi,  həyati,  hətta  şəxsi  problemləri  ilə  əlaqədar  məsləhət  üçün 

müraciət  edirlər.  Bir  sözlə,  ali  məktəbdə  hər  bir  tələbənin  fərdi 

imkanlarının inkişafı kompleks biliklərin, sağ- 

528


 

laın  əqidənin,  ideya-siyasi  durumun  daşıyıcısı  olan  ali  məktəb 

müəllimindən  çox  asılıdır.  Tələbənin  tərbiyəsi  dekanlığın, 

kafedranın,  onun  hər  bir  üzvünün  elmi  dərəcəsindən  və  elmi 

adından  asılı  olmayaraq  əsas  vəzifəsidir.  Bəzən  fakültə  dekanları 

zəif  tələbələrlə  işin  təşkilinə  birinci  dərəcəli  əhəmiyyət  verir, 

qüvvəliləri  diqqətdən  kənarda  saxlayır,  tələbələrin  elmi-  tədqiqat 

işlərinə  rəhbərlik  kimi  mühüm  funksiyalarını  «unu-  durlar». 

Halbuki, yaxşı oxuyanlar tələbələrin böyük hissəsini təşkil edir və 

ölkə  iqtisadiyyatının  yaradıcı  kadrlara  ehtiyacım  sonralar  məhz 

onlar  təmin  edir.  Bunu  nəzərə  alaraq  fakültə  dekanları  qüvvəli 

tələbələrlə  işin  təşkilinə,  onların  elmi  maraqlarının,  fərdi 

imkanlarının,  xüsusi  qabiliyyətlərinin  inkişaf  etdirilməsinə 

müntəzəm  diqqət  yetirməli,  «zəif»lərlə  işlərkən  «qüvvəli»lər 

unudulmamalıdır. 

Təlim əməyini və tərbiyə prosesini vəhdətdə həyata keçirən 

pedaqoq  tərbiyə  sahəsində  az-çox  müvəfəqiyyət  qazana  bilir. 

Tələbəni  təlimdənkənar  vaxtda  «tək»  qoymaq  olmaz,  ona  etibarlı 

məsləhətçi,  mənəvi  dəstək  lazımdır.  Bu  rolu  isə  ancaq 

müəllim-tərbiyəçi öz üzərinə götürə bilər. 

Mürəkkəb tərbiyə işi müəllim-tərbiyəçi şəxsiyyətinə bir sıra 

ciddi  tələblər  verir.  Ən  başlıcası  budur  ki,  «tərbiyə  verənin  özü 

tərbiyəli olsun». 

Müəllimin  ancaq  elmi,  yeni  texnologiyanı  bilməsi  kifayət 

deyil. O, həm də, tələbələrlə işləmək bacarığına malik olmalıdır. Ali 

məktəb 

müəllimi 



himayəçi, 

nəzarətçi, 

qəyyum 

rolunu 


oynamamalıdır,  o,  əsil  nümunə,  nüfuz  sahibi  olmalıdır.  O,  ali 

məktəb kollektivinin yüksək mədəniyyətinin daşıyıcısı olduğunu bir 

an  belə  unutmamalı,  elmi  erudisiyası,  dərin  ideyalıhğı,  mədəni 

davranışı  və  hərəkətləri,  aydın  və  səlis  nitqi  ilə  fərqlənməlidir. 

Müəllim  özünün  təlim-tərbiyə  fəaliyyətini  qurarkən,  tələbə 

auditoriyasının  xüsusiyyətlərini,  bilik  və  hazırlıq  səviyyəsini, 

seçdikləri ixtisası, təhsil ilini (kursu), müstəqil işləmək bacarığını, 

praktik təcrübəsini və digər amilləri mütləq nəzərə almalıdır. Tələbə 

auditoriyasının  xüsusiyyətləri  haqqında  bilgilər  müəllimdə 

təhsil-tərbiyə işi prosesində tədricən yaranır. 

529

 


Ali  məktəbdə  professor-müəllim  heyətinin  tərbiyə  işində 

kütləvi  surətdə  iştirakının  əsas  forması  kuratorluqdur.  Təcrübə 

göstərir  ki,  akademik  tələbə  qrupunda  mühazirə,  yaxud  seminar 

məşğələləri  aparan  və  buna  görə  də  qrupun  tərkibinə,  qarşılıqlı 

münasibətlər  sisteminə,  maraqlarına  yaxşı  bələd  olan  müəllim 

kuratorluq etdikdə, orada tərbiyəvi effekt daha yüksək olur. Odur ki, 

akademik  qrupa  kurator  təyin  olunarkən  bu  cəhət  mütləq  nəzərə 

alınmalıdır. 

Aydındır ki, tələbə tərbiyə prosesinin fəal iştirakçısıdır. Odur 

ki, 


müəllim 

tələbə 


təşəbbüskarlığının, 

müstəqilliyinin, 

özfəaliyyətinin təşkilatçısı, təhrikedicisi kimi çıxış etməli, tərbiyəvi 

tədbirlərin  keçirilməsində  həlledici  rolu  onların  üzərinə  qoymağı 

bacarmalıdır.  Tərbiyə  işinin  məhz  bu  cür  qoyuluşu  tələbələrdə 

təşkilatçılıq bacarıqlarını və siyasi-ideoloji bilikləri inkişaf etdirir. 

Gənclərdə  müstəqillik  keyfiyyətləri  inkişaf  etdirmədən  onları 

cəmiyyətin  fəal  qurucusuna  çevirmək  olmaz.  Respublikamızın 

müasir  siyasi,  iqtisadi,  mənəvi-mədəni  həyatı  tələbə  gənclərin 

tərbiyəsi  işini  qüvvətləndirməyi  tələb  edir.  Bu  gün  tələbələri  elə 

tərbiyə  etməliyik  ki,  onlar  gələcəkdə  respublikamızın  quruculuq 

işlərində  aparıcı  qüvvə  ola  bilsinlər.  Dar  ixtisaslaşmanı 

təlimdənkənar  humanitar  hazırlıqla  əlaqələndirmək  lazımdır. 

Kifayət qədər mədəni mühit olmadan mükəmməl təhsil prosesi da 

yoxdur. Ali məktəbdə məhz belə bir sfera yaradılması tərbiyə işinin 

əsas məqsədi olmalıdır. Tərbiyə işini təşkil edərkən ali məktəbin bir 

sıra  özünəməxsus  xüsusiyyətləri  nəzərə  alınmalıdır.  Ali 

məktəblərdə  ixtisasların  çoxluğu  tərbiyə  prosesində  maraqların 

müxtəlifiiyini  nəzərə  almağı  çətinləşdirir.  Digər  tərəfdən, 

professor-müəllim heyətinin müxtəlif ixtisaslara malik adamlardan 

ibarət olması tələbələrin ən müxtəlif maraqlarını təmin etməyə real 

şərait yaradır. 

Tələbə kollektivi içərisində tərbiyə işi aparmaq müəllimdən 

dərin bilik, xüsusi hazırlıq tələb edir. Çünki o, ümum- təhsil almış, 

müəyyən  hazırlığa  və  həyat  təcrübəsinə  malik,  daim  inkişafda  və 

təkmilləşmədə  olan,  həyatı  başa  düşən,  təhlil  etməyi  və 

ümumiləşdirməyi  bacaran,  öz  fikri,  düşüncə  tərzi  olan  adamlarla 

işləyir. 

530 


Hər  bir  kursda  tərbiyə  işləri  özünəməxsus  şəkildə  həyata 

keçirilməlidir.  Bu  zaman  əsas  diqqət  birinci  kurslara 

yönəldilməlidir,  çünki  məhz  birinci  kursda  tələbənin  imkan  və 

qabiliyyətləri  müəyyənləşir,  onun  ixtisas  seçiminin  düzgün  olub- 

olmaması  bəlli  olur.  Məhz  birinci  kursda  məktəblinin  -  tələbəyə, 

«müstəqil şəxsiyyətə çevrilməsi» prosesi baş verir. Birinci kursda 

aparılacaq  tərbiyəvi  işlər  planlaşdırılarkən  və  reallaş-  dırıiarkən 

məhz  bu  xüsusiyyətlər  nəzərə  alınmalıdır.  Bu  məqsədlə  də 

tələbəliyə qəbul təntənəli surətdə qeyd olunmalı, ali məktəbin tarixi, 

ənənələri, muzeyləri haqqında birinci kurs tələbələrinə məlumatlar 

verilməli, məzunlarla görüşlər keçirilməlidir və s. 

Birinci kursda tərbiyə işinin ikinci mühüm vəzifəsi tələbələri 

ali  məktəbdə  təhsil  prosesinə  hazırlamaqdır.  Bu  məqsədlə  əqli 

əməyin  psixoloji  əsaslan,  əqli  əməyin  gigiyenası  və  elmi  təşkili 

(mühazirələrdə  qeydlər  götürülməsi,  seminar  və  praktik 

məşğələlərə  hazırlıq,  biblioqrafik  iş  və  s.)  haqqında  birinci  kurs 

tələbələrinə  mühazirələr  oxumaq  lazımdır.  Bütün  bunlar  birinci 

kurs tələbələrinin ali məktəbin təlim və ictimai həyat ritminə daha 

tez «qoşulmasım» təmin edir. 

Sonrakı  kurslarda  aparılan  tərbiyə  işləri  konkret  biliklərə 

daha  tez  yiyələnmək,  ixtisaslaşma,  peşə  maraqlarının  daha  artıq 

dərinləşdirilməsi, praktik fəaliyyətə hazırlıq və başqa bu kimi işlərlə 

əlaqəli olmalıdır. Ali məktəbdə təhsil və tərbiyənin, təlim və elmi 

işin, ideya və siyasi, əmək və estetik, fiziki tərbiyənin vəhdəti bir 

məqsədə  -  gələcək  fəal,  mədəni,  möhkəm  əqidəyə  malik 

mütəxəssislərin  tərbiyə  edilməsinə  yönəldilməlidir.  Buna  nail 

olmaq  üçün  müəllim  hər  bir  tələbəyə  uyğun  yanaşma  tərzi 

seçməlidir. Müəllimin hər bir tələbə ilə fərdi tərbiyəvi işi - tərbiyə 

prosesinin  effektivliliyinin  ən  mühüm  başlanğıcı,  ən  etibarlı 

əsasıdır. 

Tərbiyə  prosesində  hər  bir  tərbiyəvi  tədbirin  konkret 

vəzifələri müəyyənləşdirilməlidir. Əsas vəzifə - əməklə tərbiyədir, 

çünki, əməksiz insanın əsil və böyük səadətə qovuşması mümkün 

deyil.  Əməklə  tərbiyə  tələbəni  səmərəli  təlim  prosesinə,  fəal 

peşə-ixtisas  fəaliyyətinə  yönəldir.  Ali  məktəbə  daxil  olan 

abituriyentlər bəzən heç təlim əməyinə də alışmış olmur- 

531 


lar.  Odur  ki,  ali  məktəb  tələbələrinin  əmək  tərbiyəsini  ön  plana 

çəkmək,  onları  peşə-ixtisas  fəaliyyətinin  çətinliklərini  aradan 

qaldırmağa hazırlamaq lazımdır. 

Elm və texnika hansı vüsətlə inkişaf edirsə etsin, o, etikanı, 

əxlaq qanunlarını «geridə» qoya bilməz. Öz ixtisasının dərin bilicisi 

olan müəllim ümumi mənəvi durumları konkret situasiyalara tətbiq 

etməklə, tələbələrdə peşə etikasını inkişaf etdirməlidir. Peşə etikası 

mütəxəssisi öz vəzifə borcuna məsuliyyətlə yanaşmağa təhrik edir, 

vətəndaşlıq mövqeyini möhkəmləndirir. 

Müəllimin  -  tərbiyəçinin  qarşısında  duran  mühüm 

vəzifələrdən  biri  də  tələbənin  şüuruna  təsir  göstərməklə  onda 

əxlaqi-mənəvi durumu formalaşdırmaqdır. 

Tələbələrin  tərbiyəsi  işinin  müvəffəqiyyəti  ali  məktəb 

həyatına  xas  olan  mütərəqqi  ənənələrin  yaradılması  və  inkişaf 

etdirilməsi  ilə  bağlıdır.  Söz  yox  ki,  köhnə  ənənələri  bir  kənara 

«atmaq»  olmaz,  onları  möhkəmləndirməklə  yanaşı  daha  faydalı 

ənənələrə istinad etmək vacibdir. 

Tələbələrin 

hərbi-vətənpərvərlik 

ruhunda 


tərbiyəsi 

professor-müəllim  heyətinin  fəal  təsiri  olmadan  mümkün  deyil. 

Müasir  dövrün  informasiya  bolluğu  içərisində  məhz  yüksək 

kvalifikasiya  daşıyıcısı  olan  müəllimlər  müvafiq  tərbiyə  yollarını 

seçə bilir; bir halda tələbəyə xarici ölkəyə səfərindən sonra həmin 

ölkənin  təhsil  sistemindən  danışır,  başqa  halda  ədəbiyyat  və 

incəsənət sahəsindəki müasir konsepsiyalardan söhbət açır, üçüncü 

halda hansısa bir əsəri oxumağı və sonra birlikdə müzakirə etməyi 

tövsiyə edir və s. Ali məktəbdə rektor da, prorektorlar da, müəllim 

və  professor  heyəti  də  özlərinin  fəaliyyətləri,  davranışları, 

nümunələri ilə tələbəyə tərbiyəvi təsir göstərir. 

Müəllimlə  tələbənin  birgə  elmi  fəaliyyəti,  elmi  ideyaların 

müzakirəsi, tələbələrin kafedra və laboratoriyaların elmi işlərində, 

elmi  seminarlarda,  konfranslarda,  simpoziumlarda  iştirakı,  tələbə 

elmi işlərinin çap edilməsi, müsabiqələr, baxışlar, elmi problemlər 

üzrə klublar, mütəxəssislərin diskussiyaları, elmi problemlərə həsr 

olunmuş  gecələr,  tədqiqatçıların  elmi  ezamiyyətləri  haqqında 

söhbətləri,  elmin  gələcəyi,  proqnozları  və  sosial  əhəmiyyəti 

haqqında mühazirələr elmi fəaliyyətin 

532 


mürəklcob  və  çoxcəhətli  formaları  olub,  tələbəni  təkcə  mürəkkəb 

elmi  fəaliyyətə  deyil,  həm  də  ümumiyyətlə  əmək  həyalına 

hazırlayır, estetik cəhətdən tərbiyə edir. 

Tələbələrin  nümayəndələrinin  Elmi  Şuranın,  elmi 

tədqiqatçılıq  qruplarının  tərkibinə  daxil  edilməsi,  professor- 

dosent-aspirant-magistr-bakalavr 

əməkdaşlığının 

yaradılması 

böyük  tərbiyəvi  əhəmiyyətə  malikdir.  Elmin  tarixinə,  elmi 

problemlərin  fəlsəfi,  metodoloji  əsaslarına  həsr  olunmuş 

mühazirələr  tələbələrə  çox  qüvvətli  tərbiyəvi  təsir  göstərir.  Bir 

sözlə, ali məktəb həyatının təlim, elmi, tərbiyəvi sferaları biri- birilə 

sıx əlaqədə fəaliyyət göstərməlidir. 

Ali  məktəbdə  daha  ox  tətbiq  olunan  mühazirə  tələbənin 

şüuruna  bilavasitə  təsir  edən,  elmə,  mədəniyyətə,  ədəbiyyata, 

incəsənətə,  peşəyə  maraq  oyadan,  yüksək  insani  hisslər  aşılayan 

özünəməxsus  tərbiyə  metodudur,  gələcək  mütəxəssisi  həyata  - 

praktik fəaliyyətə hazırlayan tərbiyə formasıdır. 

Sübut  etmək,  əsaslandırmaq,  informasiya  bolluğuna  malik 

olmaq,  elmi  tədqiqatları  yekunlaşdırmaq,  elmin  perspektivlərini 

görə  bilmək  bacarığı,  elmi  problemlərə  şəxsi  yanaşma  tərzi 

müəllimi  tələbə  üçün  elə  qüvvətli  tərbiyə  amilinə  çevirir  ki,  ona 

ekvivalent  olan  digər  vasitə  tapmaq  çətindir.  Bu  cür  mühazirə 

tələbədə yeni biliklərə həvəs oyadan çox qüvvətli stimuldur. 

Ali  məktəb  müəllimləri  bəzən  tələbənin  özünütəhsilinin 

təşkilinə kifayət qədər diqqət yetirmirlər. Halbuki öz tələbələrinin 

arzu  və  istəklərinə  yaxşı  bələd  olan  hər  bir  müəllim  tələbəni 

özünütəhsilə cəlb edə bilər, ona özünütəhsilin sistemini, texnikasını 

öyrədə bilər. 

Ali  məktəbdə  düzgün  təşkil  olunan  məsləhətlər  və  kol- 

lekviumlar da böyük tərbiyəvi əhəmiyyətə malikdir. Məsləhətlər və 

kollekvİumlar bütün  digər forma və metodlara nisbətən tələbə ilə 

daha  artıq  və  daha  yüksək  səviyyədə  əlaqələr  yaratmağa  imkan 

verir. 


Tələbə  özfəaliyyətinin,  bədii  yaradıcılıq,  siyasi  təbliğat, 

tələbə  klubları  kimi  iş  formalarının  da  tərbiyəvi  imkanları  çox 

böyükdür  və  müəllim  bu  imkanlardan  istifadə  etməlidir.  Fəlsəfi 

dialoqlar,  gənc  mühazirəçilər  məktəbi,  «dəyirmi  stol»  ətrafında 

söhbətlər, ədəbi diskussiyalar, peşə klubları, təbliğat 

533


 

və təşviqat işləri müəllimin tərbiyə məqsədilə istifadə edə biləcəyi iş 

formalarıdır. 

Ali məktəb muzeylərlə müntəzəm əlaqə saxlamalı və habelə 

özünün  muzeylərini  yaratmalıdır.  Hər  bir  ali  məktəb  özünün 

yaranma və inkişaf tarixini əks etdirən sənədli film çək- dirçali, ali 

məktəbin həyatını əks etdirən qəzet və jurnal buraxmalıdır ki, bütün 

bunlar böyük tərbiyəvi təsirə malikdirlər. 

Müasir  şəraitdə  cəmiyyət  qarşısında  duran  quruculuq 

vəzifələri  ali  məktəbdə  yeni  tərbiyə  vasitələrinin,  forma  və 

metodlarının  müəyyənləşdirilməsini  və  daha  artıq  təkmilləşdiril- 

məsini aktuallaşdırir. 

Pedaqoji  peşə  özündə  əbədi  gəncliyin  sirlərini  saxlayır. 

Nəsillər  biri-birini  əvəz  etsə  də,  müəllimlər  həmişə  gənclərin 

əhatəsində  olur.  Buna  görə  gənclərin  tərbiyəsi  onların  ən  ümdə 

vəzifələri olmalıdır. 

ƏSAS MÜDDƏALAR 



Tdbbəlik  dövrü  i/mımn  sosicdla^ması  prosesinin  son  d,-)- 

ı\7cə  miilıüm  msrhdhsi  olub,  ali  təhsil  sistemində  müəyyən  sosial 

faktorların  təsiri  altında  ictimai  təcrübənin  mənimsənilməsi 

prosesidir.

 

Tələbə daxil olduğu ali məktəbin, üzvü olduğu akademik 



qrupun norma və tələblərini qəbul edir, onları öz dəyərlərinə çevirir. 

Bəşəriyyətin  tarixən  yaratmış  olduğu  təcrübəni  (bilik,  bacarıq  və 

vərdişlər  sistemi,  münasibətlər  sistemi,  yaradıcılıq  təcrübəsi) 

mənimsəyir. 

Sosiallaşma  prosesində  tələbə  ictimai  təcrübəni,  sosial 

normaları, sosial rolları, fəaliyyətin yeni növlərini, ünsiyyətin yeni 

formalarını  mənimsəyir.  Tələbəlik  dövründə  sosiallaşma  bir  çox 

mexanizmlərin  vəhdətdə fəaliyyəti prosesində baş verir:  tələbənin 

öz  sosial  rolunu  mənimsəməsi;  «peşəkar  mü-  təxəssis»  rolunun 

mənimsənilməsinə  hazırlıq;  təlqin  və  təqlid,  professor-müəllim 

heyətinin  tələbə  qruplarına  və  ayrı-ayrı  fərdlərə  sosial  təsiri, 

konformizm  və  digər  mexanizmlər  qarşılıqlı  əlaqədə  və  qarşılıqlı 

təsirdə fəaliyyət göstərərək, tələbənin şəxsiyyət və mütəxəssis kimi 

inkişafını təmin edir. 

Ali  təhsil  tələbə  şəxsiyyətinə  qüvvətli  və  həlledici  surətdə 

təsir göstərən faktordur. Ali təhsil sistemində sosializasiya 

534

 


prosesi  tələbə  və  müəllimlərin  məqsədəuyğun  fəaliyyəti,  pedaqoji 

ünsiyyəti, əməkdaşlığı prosesində baş verir. 

Tələbələrin 

sosializasiyası 

prosesinə 

müəllimin 

məqsədəuyğun  tərbiyəvi  təsiri  lazımdırmı?  Əgər  biz  tələbənin 

tərbiyəsi  prosesini  ali  təhsil  prosesində  şəxsiyyətin  özünütəhsil, 

özünü-  tərbiyə,  özünüinkişaf  və  özünütəkmilləşdirmək  üçün 

optimal şəraitin yaradılması kimi qəbul etsək, onda cavab birmənalı 

olacaq: bəli, lazımdır. 

Müəllimin  tələbə  şəxsiyyətinə  təsirinin  effektivliyini  təmin 

etmək üçün nə lazımdır? 

Birincisi,  ali  məktəbdə  hər  bir  müəllimin  tərbiyə  prosesini 

düzgün layihələşdirməsi. 



İkincisi,  tələbələrin  təhsil,  təlim  və  tərbiyəsinin  vəhdətinin 

təmin edilməsi. 



üçüncüsü,  ali  məktəbdə  təlim-tərbiyə  işinin  dövrün 

tələblərinə  və  prioritetlərinə  uyğun  istiqamətlərinin  dəqiq 

müəyyənləşdirilməsi. 

Dördüncüsü,  tələbənin  ali  məktəb  həyatına  adaptasiyasını 

asanlaşdıran  və  intensivləşdirən  mexanizmlərin  birgə  təmin 

edilməsi. 

Beşincisi,  hər  bir  ali  məktəb  müəlliminin  özünün  tərbiyəvi 

funksiyalarını  təhsilləndirici  və  inkişafetdirici  funksiyaları  ilə 

vəhdətdə həyata keçirməsi. 

Altıncısı, hər bir tələbədə özünün peşə yararlıhğına inamının 

gücləndirilməsi,  ali  təhsilin  tədris  planına  daxil  edilən  bütün 

fənlərin dərindən öyrənilməsinin təminatçısı olması. 

Yeddincisi,  tələbədə  tanınmış  mütəxəssislərin  fəaliyyətini 

izləmək və həmin təcrübəni mənimsəmək cəhdinin yaradılması. 



Səkkizinci,  tələbədə  özünütərbiyə  prosesini  ümumi  işin 

xeyrinə yönəltmək bacarığı formalaşdırılması. 



Doqquzuncu,  ali  təhsil  müəssisələrində  tərbiyə  prosesinin 

«lələbə  birliyi-müəllim  kollektivi»;  «müəllim-tələbə»;  «tələbə- 

tələbə» sistemində reallaşdırılması. 

Onuncu, tələbə şəxsiyyətinin tərbiyəsində professor-müəllim 

heyətinin, xüsusən də kuratorun rolunu artırmaq. 

Akademik  qrupda  kuratorun  Özünəməxsus  mövqeyi  var. 

Kurator rəhbər kimi tələbələrlə çox vaxt keçirdiyindən 

535

 


tələbə  kollektivinin  üzvünə  çevrilir.  Digər  tərəfdən,  tələbə  qrupu 

kuratordan  asılı  olmayaraq,  yaşayır  və  inkişaf  edir,  öz  liderlərini 

irəli sürür. Həyat təcrübəsi, sosial status, yaş fərqi kuratora tələbə 

qrupunun «tam hüquqlu üzvü» olmasına imkan vermir. 

Akademik  qrup  sosial-psixoloji  orqanizmdir  və  ona  fərdi 

surətdə  yanaşmaq  lazımdır.  Yalnız  bu  halda  möhkəm  tələbə 

kollektivi formalaşdırmaq, onun hər bir üzvü üçün optimal inkişaf 

mühiti  yaratmaq,  özünütərbiyəsi  üçün  əlverişli  «iqlim  şəraiti» 

proqnozlaşdırmaq mümkündür. 

Ali rrləktəbdə tərbiyə prosesinin mahiyyətini nə təşkil edir? 



<3> Ali məktəbdə təlim və tərbiyə proseslərinin vəhdəti nccə ləmin olunur? 

^ Adaptasiya nə deməkdir, növləri, mərhələləri hansılardır? 

Tələbələrin  ali  məktəb  həyatına  adaptasiyasına  mane  olan  əsas  amillər 

hansılardır və onları necə aradan qaldırmaq olar? 



<2> Ali məktəb müəlliminin tərbiyəçi kimi funksiyaları hansılardır? 

^

 Ali məktəb 

müəlliminin tərbiyəçi kimi keyfiyyətlərini müəyyənləşdir. 

Təhsilin bakalavr pilləsində adaptasiya prosesi ilə magistratu- radakı adaptasiya 

proseslərini  müqayisə  et,  adaptasiya  prosesini  asanlaşdırmaq  və 

intensivləşdirmək məqsədilə tövsiyələrini ver. 







ÜJ

 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin