FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   ...   22   23   24   25   26   27   28   29   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası

Ədəbiyyat 

Bayramov Ə.S., Əlizadə Ə.Ə, 

Sosial psixologiya. B.ıQapp- 

Poliqraf. 2003. 

Bayramov Ə.S., Əlizadə Ə.Ə. 

Psixologiya. B.:ÇİNAR-ÇAP. 

2002. 


Əhmədov H.M. və b. İdarəetmənin pedaqogika və psixologiyası. B.:Maarif. 

2000. 


Qurbanov A. Kurator və tələbə. B.ıAPİ. 1989. 

Bəşirov B. Ali məktəb didaktikası. B.rMaarif. 1992. rieAarorHKa 

Bbicuıen 

mıcoAbi (naya. pe^. npo(j). TanoHOB fl.M.). BopoHOK. 1969. 

rieflarorHKa Bbicuıen uiKOJibi (

OTB


. pea- BaöancKHH K).K.). PocTOB. 

1972.


 

536


 

 

Rəhhədik etmək,yəni adamları öyrətmək və tərbiyələndirmək üçün 

gərək mənəvi haqqın olsun. 

H. Əliyev 

İdarəetmək məharəti namuslu olmaq məharətindən ibarətdir. 

T.Cefferson 

Kollektiv öz rəhbərinə oxşayır. 

D.Karnegi 

Ən çətin sənət idarəetmə sənətidir. 

K. Veher 

Əməl əksən vərdiş biçərsən, vərdiş əksən xarakter biçərsən; xarakter 

əksən tale biçərsən 

İ. Tekkersu 

İdarəetmənin 4 rüsvayçı üsulu: 

L Qabaqcadan xəbərdarlıq etmədən işdən qovmaq-bu, qəddarlıqdır. 

2.  Möhlət vermədən işçidən nəticə tələb etmək-bu, zorakılıqdər. 

3.  İşçi ilə ədavət aparmaq- bu,nadanlıqdır. 

4.  İşçinin əmək haqqım kəsmək- bu ədalətsizlikdir. 

Konfiisi 

Uğurlu idarəetmənin 3 meyarı: l -Müdriklərə yüksən rütbə 

verilməzsə xalq onlara hörmət etməz 

2-  Miidrəklərə cüzi əməkhaqqı verilərsə, xalq onların zəruri 

olduğuna inanmaz. . 

3-  Müdriklərin tabeliyinə adamlar verilməzsə, xalq onlardan 

qorxmaz 

Mao Tszı 

53S 


XVI 

FƏSIL


 

ALİ MƏKTƏB FƏALİYYƏTİNİN İSTİQAMƏTLƏRİ 

16.1. 

ALİ MƏKTƏB FƏALİYYƏTİNİN ƏSASLARI 



Ali məktəb öz fəaliyyətində aşağıdakı sənədləri əsas 

götürür: 

• Azərbaycan Respublikasının Konstitusiyası. 

Ədalətli  iqtisadi  və  sosial  quruluşa  əsaslanan,  xalqın 

iradəsini  ifadə  edən  qanunların  aliliyini  təmin  edən,  hüquqi, 

dünyəvi, demokratik quruluşa təminat verən, bəşəri dəyərlərə sadiq 

olaraq  bütün  dünya  xalqları  ilə  sülh,  dostluq  və  əmin-  amanlıq 

şəraitində yaşamaq və qarşılıqlı fəaliyyət göstərmək niyyətində olan 

Azərbaycan  Respublikasıııın  Əsas  Qanunu  insan  hüquqları  və 

azadlıqlarını ifadə edir və ona təminat verir. 

Bütün başqa sahələrdə olduğu kimi, ali təhsil sistemi də öz 

fəaliyyətində  Azerbaycan  Respublikasının  Konstitusiyasına 

əsaslanır. 

Konstitusiyanın 42-ci maddəsində yazılır: 

I.  Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. 

II.  Dövlət pulsuz, icbari, ümumi orta təhsil almaq hüququnu 

təmin edir. 

III.  Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. 

IV.  Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin 

təhsilini davam etdirməsinə dövlət zəmanət verir. 

V.  Dövlət minimum təhsil standartlarını müəyyən edir. 

Bu müddəalara istinad edən ali məktəb öz fəaliyyətini 

təkcə bu günün deyil, həm də gələcəyin tələbləri əsasında qurmağa 

çalışır, dünya təhsil sisteminə inteqrasiya edərək, qlobal proseslərin 

həllinə qoşulur. Respublikamızın ictimai- sosial həyatında, habelə 

bütün,  dünyada  baş  verən  mütərəqqi  inkişafa  uyğun  olaraq  elmi 

surətdə  əsaslandırılmış  islahatlar  keçirir;  təhsilin  yeni  modelini 

yaradıcılıqla 

proyektləşdirir; 

pedaqoji 

paradiqmaları 

təkmilləşdirməyə çalışır; təhsil 

539

 


alanlarda  analitik,  tənqidi,  proyekt-konstruktiv  xarakterli  düşüncə 

tərzi formalaşdırmaq məqsədilə innovasiya təlim metodları yaradır; 

professor-müəllim  heyətinin  professional-  pedaqoji  mədəniyyətini 

və  yeni  təlim  texnologiyaları  səviyyəsini  yüksəltməyə  səy  edir; 

bütün  fəaliyyətini  cəmiyyətin,  iqtisadiyyatın,  şəxsiyyətin  tələb  və 

ehtiyaclarını  təmin  etməyə  qadir  olan  effektiv  ali  təhsil  sistemi 

yaratmağa istiqamətləndirir. 

Konstitusiyanın  “Vətənə  sədaqət  müqəddəsdir”,  “Hər  bir 

vətəndaş  Azərbaycan  Respublikasının  dövlət  rəmzlərinə  - 

bayrağına, gerbinə və himninə hörmət etməlidir” {maddə 

75)  ; “Vətəni müdafiə hər bir vətəndaşın borcudur” (maddə 

76)  maddələrini  əsas  götürən  ali  məktəb  təkcə  mükəmməl  təhsil 

almış  yüksək  ixtisaslı  kadrlar  hazırlığı  qayğısına  qalmır.  Həm  də 

Respublikamızın  inkişaf  etmiş  dünya  dövlətləri  səviyyəsinə 

qalxması üçün bütün potensial imkanlarından istifadə edən, doğma 

yurdun  düşmənlərdən  qorunması  üçün  mübarizəyə  hazır  olan 

vətəndaşlar formalaşdırır. 

• 

Azifi’baycan Respublikasımn Tshsil Qmumt. 

Azərbaycan  Respublikasında  təhsil  milli  zəminə,  bəşəri 

dəyərlərə əsaslanır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. 

Ali məktəb öz fəaliyyət proqramını Təhsil haqqında Qanuna, digər 

qanunvericilik  aktlarına  və  beynəlxalq  hüquq  normalarına  uyğun 

olaraq  qurur.  Öz  fəaliyyətində  və  idarə  olunmasında  siyasi 

partiyaların, dini və digər ictimai-siyasi təşkilatların strukturlarının 

yaradılmasına yol vermir. Ali məktəb müəlliminin və işçisinin hər 

hansı  siyasi  partiyanın,  dini  və  ya  ictimai-siyasi  təşkilatın  üzvü 

olması ali məktəbdə təhsil-tərbiyə prosesinə mane olmamalıdır. 

Öz  fəaliyyətində  Təhsil  Qanununa  istinad  edən  ali  məktəb 

təhsildə  varisliyi,  fasibsizliyi,  “Ömrü  boyu”  təhsili  almam  təmin 

edir; dövlətin və cəmiyyətin, elmin və texnikanın tələbatına uyğun 

ixtisaslı mütəxəssis hazırlığını həyata keçirir, təhsilin məzmununu 

qabaqcıl ölkələrin təhsil standartlarına uyğun olaraq müəyyən edir; 

elmi-tədqiqat və elmi-metodiki qurumlarda elmi araşdırmalar üçün 

müvafiq şərait yaradır; öz 

540 


işini təhsilin keyfiyyətini yüksəltmək istiqamətində qurur; pedaqoji 

işçilərin  normal  əmək  və  məişət  şəraitini,  istirahətini,  tibbi 

xidmətdən  istifadə  etməsini,  ixtisasının  artırılmasım  təmin  edir; 

beynəlxalq  müqavilələr  əsasında  təhsil  sahəsində  beynəlxalq 

əməkdaşlıq edir; təhsildə “mobilliyi” təmin edir. 

*  Ali təhsil müəssisəsi haqqında Əsasnamə, 

Bütün ali məktəblər (institutlar, universitetlər, akademiyalar 

və  ali  təhsil  verən  digər  təhsil  müəssisələri)  öz  fəaliyyətində 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  .10.03.95-ci  il 

tarixli,  72  saylı  qərarı  ilə  təsdiq  edilmiş  “Ali  təhsil  müəssisəsi 

haqqında  Əsasnamə»yə  istinad  edirlər.  Əsasnamə  ali  məktəbin 

çoxcəhətli fəaliyyətinə əməli istiqamət verir. 

*  Ali məktəbin Nizamnaməsi. 

Hər bir ali məktəb öz fəaliyyətinin spesifik xüsusiyyətlərini 

peşə-ixtisas 

hazırlığı 

istiqamətlərini 

nəzərə 


alaraq 

öz 


Nizamnaməsini  hazırlayır.  Hər  bir  ali  məktəb  öz  Nizamnaməsini 

hazırlarkən aşağıdakı dövlət sənədlərinə istinad edir-: 

*  Azərbaycan Respublikasının Konstitusiyası. 

*  Azərbaycan Respublikasının Təhsil Qanunu. 

*  Ali təhsil müəssisəsi haqqında Əsasnamə. 

*  Dövlət təhsil standartları. 

Ali  məktəbin  Nizamnamə  layihəsi  təhsil  naziri  tərəfindən 

təsdiq ediləndən sonra qüvvəyə minir 

16.2.  ALİ MƏKTƏBİK ELMİ ŞURASI, REKTORU, 

REKTOR KÖMƏKÇİSİ VƏ REKTOR 

MƏSLƏHƏTÇİSİ 

Ali  təhsil  müəssisəsinə  ümumi  rəhbərlik  mövcud  qaydada 

təşkil  olunmuş  və  rektorun  başçılıq  etdiyi  Elmi  Şura  tərəfindən 

həyata keçirilir. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir. Tutduqları 

vəzifələrinə  görə  Elmi  Şuranın  tərkibinə  ali  təhsil  müəssisəsinin 

rektoru  (sədr),  tədris  işləri  üzrə  prorektoru  (sədr  müavini), 

prorektorlar,  elmi  katib,  dekanlar,  ali  təhsil  müəssisəsinin 

tərkibində  fəaliyyət  göstərən  elmi  tədqiqat  institutlarının 

direktorları (əməkdaşları və tələbələri), azad 

541


 

həmkarlar  birliklərinin  sədrləri,  şöbə  müdirləri,  tələbə  elmi 

birliyinin sədri daxil olur. 

Ali təhsil müəssisəsinin Elmi Şurası: 

•  ali təhsil müəssisəsinin Nizamnaməsini qəbul edir; 

• ali  təhsil  müəssisəsinin  daxili  intizam  qaydalarını  təsdiq 

edir; 


•  ali təhsil müəssisəsinin inkişaf proqramını təsdiq edir; 

• hər il ali məktəbin fəaliyyəti haqqında rektorun hesabatını 

dinləyir; 

• təlim-tərbiyə  və  elmi-tədqiqat  işləri  ilə  bağlı  məsələləri 

həll edir; 

• mütəxəssislərin,  elmi-pedaqoji  kadrların  hazırlanması, 

onların  ixtisaslarının  artırılması  və  yenidən  hazırlanması 

məsələlərinə baxır; 

•  Elmi Şuranın üzvlərindən Şuranın katibini seçir

• təhsil və elm, sosial-iqtisadi və təsərrüfat fəaliyyətləri üzrə 

komissiyalar  yaradır;  onların  hesabatlarını  dinləyir  və  müvafiq 

qərarlar qəbul edir; 

• fakültələrin, kafedraların və ali təhsil müəssisəsinin digər 

struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili məsələlərini 

həll edir; 

• vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri 

haqqında hesabatlarını dinləyir; 

• təhsil  müəssisəsinin  əməkdaşlarını  professor  və  dosent 

elmi  adlarına,  eləcə  də  Respublikanın  fəxri  ad  və  mükafatlarına, 

orden və medallara təqdim edir; 

• kafedra  müdirlərini,  professorları,  dosentləri  seçir  və 

onların  vaxtından  əvvəl  tutduqları  vəzifədən  azad  olunmaları 

məsələsinə baxır. 

Elmi Şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş iş 

planı əsasında işləyir. Elmi Şuranın iş planı Şura iclasında müzakirə 

olunub qəbul edilir və rektor tərəfindən təsdiq edilir. 

Elmi Şuranın qərarları yalnız ali məktəbin rektoru tərəfindən 

təsdiq olunduqdan sonra qüvvəyə minir. 

542 


Elmi  Şuranın  sədri  -  rektordur.  Rektor  ali  məktəbin  l'əa- 

liyyəti barədə müntəzəm olaraq Elmi Şura qarşısında hesabat verir. 

Ali  məktəbə,  onun  profilinə  uyğun  yüksək  ixtisaslı  elmi- 

pedaqoji  işçilər  arasından  mövcud  qaydada  seçilmiş  və  ya  təyin 

olunmuş  rektor  rəhbərlik  edir.  Rektor  Təhsil  Nazirliyinin  təsdiq 

etdiyi  nümunəvi  qaydaları  özündə  əks  etdirən  ali  təhsil 

müəssisəsinin Nizamnaməsinə müvafiq olaraq 5 il müddətinə (iki 

müddətdən artıq olmayaraq) seçilir və özünü doğrultmadığı halda 

geri  çağırılır.  Rektor  ali  məktəb  həyalının  bütün  sahələrinə 

bilavasitə  rəhbərlik  edir  və  bütün  istiqamətlərdə  işin  keyfiyyəti, 

səmərəliliyi  üçün  tam  məsuliyyət  daşıyır.  Rektor  mövcud 

qanunvericiliyə uyğun olaraq ali məktəb adından fəaliyyət göstərir. 

Bütün  orqanlar,  yuxarı  təşkilatlar,  idarələr,  müəssisələr 

onunla müvafiq  müqavilələr bağlayır, etibarnamələr verir, bankda 

hesab açır. 

Rektor öz səlahiyyəti daxilində ali məktəbin bütün işçiləri, 

aspirantlar,  doktorantlar,  tələbələr  üçün  məcburi  olan  əmrlər, 

sərəncamlar və göstərişlər verir. 

Rektor 

prorektorların 



konkret 

vəzifələrini 

və 

məsuliyyətlərini  müəyyən  etmək,  öz  səlahiyyətlərinin  bəzilərinin 



icrasını onlara vermək hüququna malikdir. 

Rektorla  ali  təhsil  müəssisəsinin  Elmi  Şurası  arasında 

səlahiyyətlərin  bölünməsi  Elmi  Şuralar  haqqında  Əsasnamə  və 

müəssisənin Nizamnaməsi ilə müəyyən olunur. 

Rektor  əmək  qanunvericiliyinə  uyğun  olaraq  ali  məktəbin 

fəhlə  və  qulluqçularını  işə  götürür  və  işdən  azad  edir,  kadrların 

seçilməsini və yerləşdirilməsini həyata keçirir. 

Rektor  yüksək  elmi  səviyyəsi,  erudisiyası,  mənəvi 

zənginliyi,  mədəni  davranışı  və  əxlaqi  saflığı  ilə  fərqlənməli  və 

başqalarına  nümunə  olmalıdır.  Böyük  bir  kollektivin  diqqət 

mərkəzində olduğunu bir an belə unutmamalıdır. 

Rektor  ali  məktəbdə  baş  tərbiyəçi  və  baş  təşkilatçıdır.  Ali 

təhsil  müəssisəsində  bütün  tərbiyə  işləri  rektorun  göstərişi  və  ya 

razılığı ilə reallaşdırılır. Ali məktəbdə heç bir tədbir onun razılığı 

olmadan həyata keçirilə bilməz. Bununla belə, 

543 


reklor  professor-müəllim  heyəti  və  tələbələrin  təşəbbüskarlığına 

rəvac verməli, onları müdafiə etməli və həvəsləndirməlidir. 

Rektor öz vəzifələrinin müvəffəqiyyətli icrasını təmin etmək 

üçün aşağıdakıları bilməlidir: 

•  təhsil-təriyə  məsələlərinə  dair  hökumət  və  dövlət 

orqanlarının qərarlarını; 

•  ali təhsillə bağlı normativ sənədləri

•  ali  məktəb  pedaqogikası  və  psixologiyasını,  elementar 

tibbi gigiyena məsələlərini; 

•  təhsilin iqtisadiyyatının əsaslarını; 

•  əmək qanunvericiliyinin əsaslarını; 

•  maliyyə-təsərrüfat fəaliyyətinin əsaslarını; 

•  əməyin  mühafizəsi,  texniki  təhlükəsizliyi  və  yanğından 

mühafizə qaydalarını. 

Rektor  ali  məktəb  strukturlarına  tədris,  elm,  tərbiyə, 

təsərrüfat  və  digər  sahələr  üzrə  rəhbərliyi  müvafiq  prorektorlar 

vasitəsilə həyata keçirir. 

Ali məktəb vektorunun könwkçisi və nwsh/ıptçisi olur. 

Rektor  köməkçisi  yuxarı  təşkilatlardan  ali  məktəbə  daxil 

olan  əmr  və  sərəncamları  rəhbərliyə  çatdırır,  reklorlu-  gun  bütün 

tədbirlərinin keçirilməsinə kömək edir, rektora lazım olan sənədləri 

toplayır,  rektorun  qəbul  günlərində  iştirak  edərək,  müraciət  və 

şikayətləri  qeydə  alır  və  icrası  üçün  aidiy-  yatı  olan  şəxslərə 

(kafedra  müdiri,  dekan,  şöbələr  və  s.)  çatdırır,  nəticəsi  barədə 

rektora  məlumat  verir,  ali  məktəb  rəhbərliyinin  tapşırıqlarını  ali 

məktəbin struktur bölmələrinin rəhbərlərinə çatdırır. 

Rektor  köməkçisi  rektorluğa  müraciət  edən  şəxslərlə 

nəzakətli  davranmağı,  etik  normalara  riayət  etməyi  bacarmalı, 

müvafiq  nomativ  sənədlərin,  qaldırılan  məsələlərin  və  edilən 

müraciətlərin kimə aid olduğunu yaxşı bilməlidir. 



Rektor köməkçisi ali təhsilli, adamlarla iş sahəsində təcrübəsi 

olan şəxs təyin edilməlidir. 



Rektorun  məsləhətçisi  ali  məktəbin  təhsil-tərbiyə  və  elmi 

fəaliyyətinə yaxından kömək edir, təsisçinin və dövlət 

544

 


orqanlarının  əmr  və  göstərişlərinin  icrasına  nəzarət  edir.  Bimi 

Şuranın  keçirilməsində  fəal  iştirak  edir.  Ali  məktəbin  müvafiq 

bölmələrinə və rəhbərlərinə faydalı məsləhətlər verir, müvafiq rəy 

və təkliflər hazırlayır. Rektorun göstərişi ilə aparılan yoxlamaların 

nəticələrini  ümumiləşdirir  və  rektora  məsləhət  xarakterli 

məlumatlar verir. Rektorun qəbul günlərində ərizəçi və şikayətçilərə 

müvafiq məsləhətlər verir. 

Retkorun  məsləhətçisi  ali  məktəb  işini  yaxşı  bilən,  yüksək 

təşkilatçılıq qabiliyyətinə və kollektivdə yüksək nüfuza malik olan, 

elmi  ad  və  dərəcəyə  malik  professor-müəllim  heyəti  tərkibindən 

təyin edilir. 

16.3. 


ALİ MƏKTƏB FİLİALININ DİRBKTORU 

Filiallar  ali  təhsil  müəssisəsinin  tərkib  hissəsi  olub,  həmin 

təhsil müəssisəsindən kənarda fəaliyyət göstərir. Filiallarda onların 

yerləşdiyi  regionda  ehtiyac  duyulan  və  yalnız  əsas  ali  məktəbdə 

hazırlanan  istiqamət  və  ixtisaslar  üzrə  bakalavr  pilləsində 

mütəxəssis hazırlanır. 

Ali məktəbin filialında tədris, tədris-metodiki və elmi işlərə 

bilavasitə ali məktəb filialının direktoru rəhbərlik edir. Fakültələrin 

və kafedraların işini istiqamətləndirir. Filialın tərkib hissəsi olduğu 

ali  məktəbin  keçirdiyi  bütün  tədbirlərdə  (konfranslar,  müşavirə, 

iclaslar və s.) iştirak edir. 

Ali  məktəb  filialının  direktoru  rəhbərlik  etdiyi  filial  üçün 

elmi-pedaqoji  kadrların  hazırlanmasını  və  onların  ixtisasının 

artırılmasım  nəzarətdə  saxlayır.  O,  tədris  və  elmi-  tədqiqat 

laboratoriyalarının,  tələbə  elmi  birliyinin  (TEB)  normal  fəaliyyət 

göstərmələri  üçün  müvafiq  şərait  yaradır.  Filialda  tədris  edilən 

ixtisaslar 

üzrə 


tədris 

planlarının 

hazırlanmasına 

və 


reallaşdırılmasma rəhhbəriik edir. 

Filialın  direktoru  tabe  olduğu  ali  məktəb  qarşısında 

müntəzəm olaraq hesabat verir. 

Filialın direktoru nələri bilməlidir? 

• təhsillə bağlı dövlət sənədlərini və təhsilin məzmununu əks 

etdirən dövlət standartlarını; 

545

 


rişləri; 

Təhsil Qanununu; 

təhsillə bağlı qərarları, əmrləri, sərəncamları, göstə- 

•  ixtisasların proffessioqrafıyası və professioqramını. 

16.4. 

ALİ MƏKTƏB PROREKTORLARI 



16.4.1.  Tədris işləri üzrə prorektor 

Ali məktəbin tədris işləri üzrə prorektoru həmin müəssisənin 

tədris, tədris-metodiki və tərbiyə işlərinə bilavasitə rəhbərlik edir. 

Bu işlər üçün rektor qarşısında cavabdehlik daşıyır. 

Ali  məktəbin  tədris  işləri  üzrə  prorektorunun  vəzifələri 

aşağıdakılardır: 

•  fakültə və kafedralarda tədris, tədris-metodiki və tərbiyəvi 

işlərin təşkilinə rəhbərlik; 

•  tədris-köməkçi  qurumların  (tədris  emalatxanaları,  tədris 

təsərrüfatları və s.) işinə rəhbərlik; 

•  tələbələrin tədris və istehsalat praktikasının keçirilməsinə 

nəzarət; 

•  tədris metodiki konfransların təşkili işinə rəhbərlik; 

•  rektor olmadıqda onun səlahiyyətlərini icra etmək. 

Ali məktəbin tədris işləri üzrə prorektoru aşağıdakıları 

bilməlidir; 

•  gənclərin  təhsili  və  tərbiyəsi  ilə  bağlı  hökumətin.  Milli 

Məclisin, Prezidentin qərar və göstərişlərini; 

•  ali təhsillə bağlı bütün normativ sənədləri; 

•  ali  məktəb  pedaqogikasını  və  psixologiyasını,  elementar 

tibbi gigiyena normalarını; 

•  tədris planlarının tərtibi və tətbiqi qaydalarını; 

•  ali təhsil sahəsindəki innovasiyaları; 

•  təhsilin iqtisadiyyatının maliyyələşdirilməsi prinsiplərini; 

•  tədris prosesinin təşkili və idarə olunması yollarını. 

546 


16.4.2. Elm və texnika üzrə (elmi işlər 

üzrə) prorektor 

Elmi-metodiki və elmi işlərə bilavasitə rəhbərlik etmək elmi 

işlər üzrə prorektorun vəzifə borcudur. 

Kafedraların  elmi-metodiki  və  elmi-tədqiqat  işlərinin 

təşkilinə,  elmi-praktik  konfransların  keçirilməsinə,  aspirantların 

hazırlanmasına və elmi-pedaqoji kadrların ixtisasının artırılmasına 

nəzarət elmi işlər üzrə prorektorun funksiyaları sırasına daxildir. 

Elmi  nailiyyətlərin  bazar  iqtisadiyyatına  tətbiqi  üzrə 

tədbirlərin  reallaşdırılması,  tələbə  elmi  birliyinə  rəhbərlik, 

elmi-tədqiqat bölməsinə rəhbərlik, elmi-tədqiqat laboratoriyalarına 

rəhbərlik də elmi işlər üzrə prorektor tərəfindən həyata keçirilir. 

Ali məktəbin elm və texnika üzrə prorektoru (elmi işlər üzrə 

prorektor) aşağıdakıları bilməlidir; 

* elmi-tədqiqat işləri və texnika ilə bağlı dövlət və hökumət 

orqanlarının qərar, göstəriş və tövsiyələrini, normativ sənədləri və 

metodiki sənədləri; 

* xarici  ölkələrin,  o  cümlədən  MDB  dövlətlərinin  elm 

sahəsindəki nailiyyətlərini. 

16.4.3. Tərbiyə işləri üzrə prorektor 

Ali  məktəbdə  tərbiyə  işlərinə  tərbiyə  işləri  üzrə  prorektor 

rəhbərlik edir və həmin işlər üçün məsuliyyət daşıyır. 

Tərbiyə işləri üzrə prorektor ali təhsil müəssisəsində fakültə 

və  kafedralarda,  digər  struktur  bölmələrdə  tərbiyəvi  işləri 

əlaqələndirir, ona nəzarət və rəhbərliyi həyata keçirir. 

Tələbələrin  təlim  prosesində  və  təlimdənkənar  vaxtlarda 

tərbiyəsi ilə bağlı keçirilən tədbirlərə nəzarət edir, istiqamətləndirir, 

ali təhsil müəssisəsində keçirilən bütün tərbiyəvi tədbirlərdə iştirak 

edir,  prorektoru  olduğu  ali  məktəbin  tərbiyə  işlərini  digər  ali 

məktəblərdə aparılan tərbiyəvi işlərlə əlaqələndirir. 

547 


Elmi işlər üzrə prorektor öz vəzifə borcunu müvəffəqiyyətlə 

həll etmək məqsədilə aşağıdakıları bilməlidir; 

•  tərbiyə  məsələləri  ilə  bağlı  direktiv  orqanların  qərar  və 

göstərişlərini, tərbiyə ilə bağlı normativ sənədləri; 

•  ali  məktəb  psixologiyası  və  pedaqogikasını,  tərbiyə 

texnologiyalarını; 

•  müəllim-tələbə  münasibətlərinin,  pedaqoji  ünsiyyətin  və 

pedaqoji əməkdaşlığın elmi əsaslarını; 

•  tərbiyə sahəsindəki innovasiyaları. 

16.4.4. 


Qiyabi və axşam şöbələri üzrə 

prorektor 

Qiyabi  və  axşam  şöbələri  üzrə  prorektorun  funksiyaları 

aşağıdakılardır; 

•  qiyabi  və  axşam  şöbələrində  təhsil-tərbiyə  və  metodiki 

işlərə bilavasitə rəhbərlik etmək; 

•  həmin işlər üçün rektor qarşısında məsuliyyət daşımaq; 

•  qiyabi  təhsil  alan  tələbələrin  yoxlama  və  kurs  işi 

mövzularının vaxtında götürülməsi və təhvil verilməsinə nəzarət; 

•  rektor və I prorektor qarşısında hesabat vermək. 

Bu  vəzifələrin  müvəffəqiyyətli  həlli  qiyabi  və  axşam 

şöbələri üzrə prorektordan aşağıdakıları bilməyi tələb edir: 

•  hökumətin müvafiq qərar, əmr, göstəriş və sərəncamlarını; 

•  axşam və qiyabi şöbələrdə təhsilin məzmunu; 

•  axşam və qiyabi təhsillə bağlı normativ sənədləri; 

•  müvafiq təlimatlarla işləməyi. 

16.4.5. 

Beynəlxalq əlaqələr üzrə prorektor 

Beynəlxalq əlaqələr üzrə prorektorun vəzifə borcu: 

•  xarici  ölkələrin  təhsil  və  elmi  müəssisələri  ilə  birbaşa 

əlaqələrin yaradılması, inkişaf etdirilməsi və reallaşdırılması; 

548 


•  beynəlxalq 

səviyyəli 

tədbirlərdə 

ali 


məktəb 

nümayəndələrinin iştirakını əlaqələndirmək və təmin etmək; 

•  Təhsil  Nazirliyinin  müvafiq  idarəsi  vasitəsilə  beynəlxalq 

proqram  və  layihələrdə  öz  ali  məktəbinin  iştirakını  təmin  etmək 

üçün  əməkdaşlığın  başlıca  istiqamətlərinin  hazırlanmasını  təşkil 

etmək; 


•  xarici  tələbələrlə  tədris-tərbiyə  və  metodiki  işlərə 

bilavasitə rəhbərlik etmək; 

•  xarici  ölkələrdə  təhsil  sisteminin  quruluşunu,  tədris- 

tərbiyə-metodiki işlərin məzrhun və xüsusiyyətlərini öyrənmək. 

Beynəlxalq əlaqələr üzrə prorektor bütün bu işlər üçün rektor 

qarşısında cavabdehlik daşıyır. 

Beynəlxalq əlaqələr üzrə prorektor vəzifə borcu ilə əlaqədar 

aşağıdakı bilgilərə malik olmalıdır: 

•  xarici tələbələrin regional xüsusiyyətlərini; 

•  xarici dillərdən birini; 

•  təhsil və tərbiyə ilə bağlı normativ sənədləri; 

•  əlaqə  saxladığı  xarici  ölkələrdə  ehtiyac  hiss  olunan 

fəaliyyət sahələrini; 

•  xarici  tələbələr  üçün  tərtib  olunmuş  tədris  planları  və 

proqramlarını. 

16.4.6. 


İnzibati-təsərrüfat işləri üzrə prorektor 

İnzibati-təsərrüfat  işləri  üzrə  prorektorun  vəzifə  borcu 

a.şağıdakılardır: 

•  tədris  müəssisəsinin  təsərrüfat,  mədəni-məişət  işlərinə 

bilavasitə rəhbərlik edir; 

•  ali 


məktəbin 

auditoriyalarında, 

kabinet 

və 


laboratoriyalarında,  tədris-idman  bazalarında,  yataqxanalarda, 

yeməkxanalarda  sanitar-gigiyena  vəziyyətini  və  müvafiq 

qayda-qanunu təmin edir; 

•  tikintiyə, əsaslı və cari təmirə rəhbərlik edir

549

 


•  tədris  korpusunu,  laboratoriyaları,  kabinetləri,  təsərrüfat 

və  mədəni-məişət  müəssisələrini  avadanlıqlarla,  inventar  və 

materiallarla təmin edir; 

•  tələbələrin və professor-müəllim heyətinin mədəni- məişət 

şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər keçirir; 

•  rektorun  tapşırığı  ilə  maliyyə-təsərrüfat  məsələləri  üzrə 

digər müəssisələrlə əlaqə saxlayır. 

İnzibati-təsərrüfat  işləri  üzrə  prorektor  aşağıdakıları 

bilməlidir: 

•  tədris 

müəssisəsinin 

maddi-texniki 

bazasının 

möhkəmləndirilməsinə yönəldilmiş qərar, əmr və sərəncamları; 

•  texnika və texnologiya sahəsindəki innovasiyalan; 

•  müvafiq normativ sənədləri; 

•  tikinti və onun iqtisadiyyatı məsələlərini. 

16.5. 


Fakültə dekanı 

Fakültə  dekanı  fakültədə  tədris,  tərbiyə  və  elmi  işlərə 

bilavasitə rəhbərliyi həyata keçirir. 

Fakültə  ali  təhsil  müəssisəsinin  tədris,  elm  və  inzibati 

bölməsi olub, eyni sahə və istiqamət daxilindəki bir və ya biri-birinə 

yaxın olan bir neçə ixtisas üzrə bakalavr, magistr, aspirant, doktor 

hazırlanması,  müvafiq  sahə  üzrə  rəhbər  işçilərin  və  ixtisaslı 

mütəxəssislərin,  kadrların  ixtisasının  artırılması  və  yenidən 

hazırlanması işini həyata keçirir. 

Fakültə  tərkibindəki  ixtisaslar  üzrə  olan  kafedraları,  tədris 

laboratoriyalarını, 

fənn 


kabinetlərini, 

zalları, 

muzeyləri, 

emalatxanaları, tədris bazalarını və s. özündə birləşdirir. Tələbələrin 

sayı  100  nəfərdən  çox  olduqda  fakültə  daxilində  uyğun  şöbələr 

(əyani  şöbə,  axşam  şöbəsi,  qiyabi  şöbə,  ayrı-  ayrı  ixtisaslar  üzrə 

şöbələr) yaradıla bilər. 

Fakültə  ali  təhsil  müəssisəsinin  Elmi  Şurası  tərəfindən 

yaradılır.  Müəyyən  ixtisas  və  ya  istiqamətlər  üzrə  fakültələr 

tələbələrin  sayı  (bakalavr  və  magistr  birlikdə)  300  nəfərdən  çox 

(bundan 200 nəfərdən çoxu əyani şöbədə) olduqda yara- 

550 


dıhr.  Fakültəyə  mövcud  qaydada  seçilmiş  və  ya  təyin  olunmuş 

dekan rəhbərlik edir. 

Fakültənin  fəaliyyətinə  dair  məsələlərə  baxmaq  üçün 

fakültədə dekanın sədrliyi ilə mövcud qaydada təşkil olunmuş Elmi 

Şura fəaliyyət göstərir. Fakültə Elmi Şurası ali təhsil müəssisəsinin 

başçısının  əmrinə  əsasən  3  il  müddətinə  seçilir.  Fakültə  Elmi 

Şurasının  sədri  dekandır.  Fakültə  Elmi  Şurasının  tərkibi  rektor 

tərəfindən  təsdiq  olunur.  Fakültə  Elmi  Şurasının  işi  hər  semestr 

üçün  hazırlanan  plan  əsasında  həyata  keçirilir.  Ali  təhsil 

müəssisələrində  fakültələrin  işinə  dekan  rəhbərlik  edir.  Dekan 

həmin  ali  məktəbin  ştatında  olan  professor  və  ya  dosentlər 

sırasından  dörd  il  müddətinə  (ardıcıl  iki  dəfədən  çox  olmayaraq) 

seçilir. Dekan fakültənin profilinə uyğun mütəxəssis olmalıdır. 

Bütün hallarda fakültə yaranan kimi ştatda fakültə dekanının 

müavini nəzərdə tutulur. Tələbələrin sayı 800 nəfərdən çox olduqda 

isə hər əlavə 500 nəfər əyani şöbədə oxuyan tələbə üçün bir dekan 

müavini ştatı əlavə olunur. Digər fakültələr (hazırlıq, ixtisasartırma 

və s.) müvafiq  kontingent  olduqda  yaradılır. Fakültələrə  dekanlıq' 

rəhbərlik  edir.  Dekan  və  dekan  müavinləri  tutduqları  vəzifə  üçün 

müvafiq  normativ  əsasında  əmək  haqqı  alır.  Dekan  fakültə  Elmi 

Şurasının sədri, yekun (buraxılış) attestasiyası sədrinin müavinidir. 

Dekan  fakültədə  dərs  və  imtahan  cədvəllərinin  tərtibinə  rəhbərlik 

edir  və  onların  düzgün  icrasına,  habelə  fakültə  tələbələrinin 

semestr-kurs  məqbul  və  imtahanlarının,  dövlət  imtahanlarının 

gedişinə  nəzarət  edir.  Buraxılış  imtahanlarına  və  ya  buraxılış 

işlərinin müdafiəsinə tələbələrin buraxılması işinin obyektiv təşkili 

üçün cavabdehlik daşıyır. 

Dekan  mövcud  qaydalara  uyğun  olaraq  tələbələrin  təqaüd 

alması üçün təkliflər verir, fakültədə aspirantların və doktorantların 

hazırlanması  işi  üçün  məsuliyyət  daşıyır,  tədris  yükünün 

hesablanması və bölgüsünə nəzarət edir. 

Dekan fakültə Elmi Şurasında vəzifəyə seçkilər - assis- tent, 

müəllim, baş müəllim, dosent və başqa vəzifələrin seçkisi üçün tara 

cavabdehdir. 

351

 


Dekan  fakültənin  professor-müəllim  heyətinin  ixtisasının 

artırılması üzrə plan və qrafik tərtib edir. Fakültənin tərkibinə daxil 

olan  kafedralar  üzrə  tədris  olunan  fənlərin  proqramlarının 

hazırlanması, dərsliklərin yazılması və tədris- metodiki vəsaitlərin 

hazırlanması üçün məsuliyyət daşıyır. 

Fakültə  və  kafedralararası  elmi  və  elmi-metodiki 

konfransları,  elmi  seminarları  təşkil  edir,  birbaşa  fakültənin 

profilinə  uyğun  simpozium  və  konfransların  təşkilində  və 

keçirilməsində iştirak edir. 

Fakültə  tələbələrinin  və  əməkdaşlarının  elmi-metodiki 

işlərinə  şərait  yaradır  və  hesabatlarını  tələb  edir.  Mütəxəssis 

hazırlığı üçün zəruri olan müxtəlif istiqamətli tədbirləri reallaşdırır. 

Fakültə  tələbələri  və  .əməkdaşlarım  öz  səlahiyyətləri  daxilində 

həvəsləndirir. Ali məktəbin rektoruna və Elmi Şurasına fakültə ilə 

bağlı  təkliflərlə  müraciət  edir.  Dekan  fakültənin  istehsalatla  və 

xarici  ölkələrlə  əlaqələrini  təşkil  etmək  məqsədilə  təkliflər  verir. 

Bütün  bunlarla  yanaşı,  dekan  fakültənin  elmi-pedaqoji,  habelə 

tədrisə yardımçı heyətinin seçilib yerləşdirilməsinə nəzarət edir. 

Dekan fakültə üzrə cədvəl tərtibi üçün də məsuliyyət daşıyır. 

Bəzən ali məktəbdə cədvəl tərtibinə ikinci dərəcəli iş kimi baxılır. 

Halbuki,  tədris  planlarının  reallaşdırılması  cədvəlin  düzgün 

tərtibindən çox asılıdır. 

Məşğələlərin  cədvəli  ali  təhsil  müəssisəsində  təlim 

prosesinin gedişini özündə əks etdirən güzgüdür. 

Cədvəl  təlim  prosesinin  müxtəlif  komponentlərini  vahid 

sistemdə  birləşdirir  və  ali  təhsil  müəssisəsinin  ahəngdar,  ritmik, 

sistemli işini təmin edir. Tələbə kollektivinin, ayrıca götürülmüş hər 

bir tələbənin yə bütövlükdə ali təhsil müəssisəsinin və onun bütün 

komponentlərinin ahəngi cədvəllə tənzimlənir. 

Cədvəl tərtib edilərkən, ali təhsil müəssisəsi qarşısında duran 

pedaqoji  vəzifələr  əsas  götürülərsə,  tələbələrin  təlim-  idrak 

maraqları  nəzərə  alınarsa,  tələbələrin  iş  rejimi,  müstəqil  işlərə 

ayırdığı vaxt məqsədəuyğun və qənaətlə təşkil olunarsa, onda təlim 

prosesi  və  bütövlükdə  ali  təhsil  müəssisəsinin  bütün  fəaliyyətinin 

məhsuldarlığı təmin edilmiş olur. Əgər 

552 


cədvəl tərtibi, sadəcə olaraq, müəlimlərin istək və arzularına uyğun 

olaraq  fənlərin  mexaniki  yerləşdirilməsi  prinsipi  üzərində 

qurulursa,  bu  halda  cədvəl  təlim  prosesinin  ritmik  təşkilində 

«əngəl»ə çevrilir.'Qna görə də cədvəl tərtib edənlər həm tələbələrin, 

həm  də  müəllimlərin  imkanlarım  nəzərə  almalı,  onların 

vaxtlarından rasional surətdə istifadə etmələrinə şərait yaratmalıdır. 

Cədvəl  tərtibi  -  mürəkkəb,  çətin  bir  işdir.  Cədvəl  tərtibçisi 

tədris  planları  və  proqramlarını  dərindən  bilməli,  ali  təhsil 

müəsssəsinin  bütün  tədris,  laborator-təsərrüfat,  madii  imkanlarına 

dərindən  bələd  olmalı,  elmi-pedaqoji  kadrları  yaxşı  tanımalıdır. 

Bunları nəzərə almadan tutulan cədvəl müvafiq pedaqoji tələblərə 

cavab  verə  bilmir.  Cədvəl  tərtibi  üçün  məsuliyyətin  və  onun 

icrasına nəzarətin dekanın üzərinə qoyulması bununla bağlıdır. Son 

dövrlər  cədvəl  tərtibi  zamanı  müxtəlif  texniki  vasitələrdən  və 

kompüterlərdən geniş istifadə olunur. 

Ali  təhsil  müəssisələrində  cədvəl  tərtibinə  verilən  əsas 

tələblər aşağıdakılardır: 

•  tədris ili və semestrlər üzrə təlim məşğələlərinin məzmunu 

müəyyənləşdirilməlidir; 

•  hər  kurs  və  qrup  (ixtisaslar  üzrə)  üçün  məşğələlərin 

məzmunu dəqiqləşdirilməlidir; 

•  qrupların  və  hər  qrupda  tələbələrin  sayı  müəyyən- 

Kəşdirilməlidir  (bu,  mühazirə  birləşmələrinin  yaradılması 

imkanlarını üzə çıxarmaq üçün lazımdır); 

•  auditoriya  fondu  (auditoriyalar,  laboratoriyalar  və  s.) 

nəzərə  alınmalıdır  (bu,  qrup  halında  praktik  və  laborator 

məşğələlərinin  səmərəli  təşkili  və  habelə  birləşmələrin 

yerdəyişməsinin minimuma endirilməsi üçün vacibdir); 

•  imkan  daxilində  ayrı-ayrı  kurslar  və  qruplar  üçün  daimi 

auditoriyalar, xüsusi təşkil olunmuş kabinetlər nəzərdə tutulmalıdır. 

Məlumdur ki, tədris planlarında öyrəniləcək fənlərin tərkibi 

(siyahısı  və  adları),  hər  fənnə  ayrıdan  saatların  ümumi  miqdarı, 

onların semestrlər və məşğələlər üzrə bölüşdürülməsi 

553


 

öz əksini tapır. Habelə, kurs layihələrinin (kurs işlərinin) han- 

sı semeslrdə hazırlanması, zaçot və imtahanların keçirilmə 

vaxtı tədris planlarında dəqiqləşdirilir. Cədvəl tərtibi üçün 

bunları bilmək kifayət deyil. Hər semestrə ayrılan saatlar 

təlim məşğələləri arasında düzgün bölüşdürülməlidir. Bununla 

yanaşı, cədvəl tərtibçisi keçən tədris ilində hər bir kursda və 

hər bir tələbə qrupunda planın necə yerinə yetirildiyinə də bə- 

ləd olmalıdır. 

Cədvəl tərtibi zamanı yerli şəraitə uyğun olaraq, ekskur- 

siyaların keçirilmə müddəti, praktik və laborator məşğələlərin 

vaxtı da dəqiqləşdirilməlidir. 

Cədvəl tərtibçisi fənlərarası əlaqələr haqqında nəzəri 

bilikləri yaxşı bilməklə yanaşı, tədris məşğələlərinin təşkili za- 

manı bu əlaqələrin aşkarlanması və praktik surətdə istifadə 

edilməsi üçün şərait yaratmalıdır. 

Bir sıra ali məktəblərdə tədris işinin səmərəli təşkili 

məqsədilə «semestrlər üçün tədris planı» tərtib edilir, qeyd 

edilən bütün struktur elementləri nəzərə alınır. «Semestr plan- 

ları» fakültə dekanları tərəfindən tərtib olunur və prorektor 

tərəfindən təsdiqlənir. «Semestr planları» cədvəllərin səmərəli 

təşkilində həlledici rol oynayır. 

Cədvəl stabil olmalıdır. Bu məqsədlə də tədris cədvəli 

dekan tərəfindən təsdiqləndikdən sonra rektor (tədris işləri 

üzrə prorektor) tərəfindən təsdiqlənir və xüsusi icazə olmadan 

ona heç bir dəyişiklik edilmir. Bu, fonmlizm deyil, ali təhsil 

müəssi-səsinin rejimini, ritmini və fəaliyyət qaydalarını müəy- 

yən edən son dərəcə mühüm amildir. 

Dekan öz vəzifə borcu ilə əlaqədar aşağıdakıları bilmə- 

lidir; 

•  təhsil-tərbiyə ilə bağlı hökumətin qərar və göstəriş- 



lərini; 

• 

təhsillə  bağlı  normativ  sənədləri,  metodiki 



tövsiyələri; 

tədris planlarının və proqramlarının tərtibi qayda- 

larını; 

yətləri; 

təhsillə bağlı xarici ölkələrdə qazanılmış son nailiy- 

554


 

•  tələbələrə təqaüdün verilməsi prinsiplərini; 

•  tələbələrin  tərbiyəsi  və  istirahəti  üçün  lazımi  tədbirlər 

görməyi. 

Fakültə  dekanının  ən  yaxın  köməkçisi  onun  müavinidir. 

Dekan  müavini  fakültədə  tədris-tərbiyə  və  elmi  işlərin  gedişinə 

rəhbərlik edir. 

Fakültədə  tədris  prosesinə,  tələbələrin  tədris-istehsalat 

praktikasına,  fakültədə  tədrisin  keyfiyyətinə,  kafedralarda 

elmi-tədqiqat  işlərinin  vaxtında  müzakirə  olunmasına  və  təhvil 

verilməsinə nəzarət edir. 

Dekanhqda  və  kafedralarda  tədris  prosesi  ilə  bağlı  işlərin 

təşkilini təmin  edir, tələbələrin  tədris, tərbiyə və elmi  fəaliyyətini 

istiqamətləndirir, tədrisin təşkili ilə bağlı dekana təkliflər verir, dərs 

cədvəlini hazırlayıb dekanın təsdiqinə verir. 

Dekan olmadıqda onu əvəz edir. 

Dekan  müavini  öz  işini  tələb  olunan  səviyyədə  qurmaq 

məqsədilə  tədris,  tərbiyə  və  elmlə  bağlı  qərar,  sərəncam  və 

göstərişləri,  tədrislə  bağlı  normativ  sənədləri,  metodiki  sənədləri, 

metodiki  tövsiyələri,  tədris  planlarının,  işçi  planlarının  tərtibi 

qaydalarını, ali məktəb pedaqogikası və psixologiyasını bilməlidir. 

555

 


16.6. Kafedra müdiri 

Kafedra - ali məktəbin (fakültənin) əsas tədris-elm struktur 

bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris-metodiki və 

elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, yenidən 

hazırlanması,  ixtisaslarının  artırılması,  təhsil  alanlar  arasında 

tərbiyə işlərini həyata keçirir. 

Müəyyən ixtisaslar üzrə kafedralar minimum 3000 saat dərs 

yükü  ştatında,  minimum  3  nəfərin  elmi  adı  və  dərəcəsi  olduqda 

yaradılır.  Kafedraların  yaradılması  və  fəaliyyəti  üçün  lazım  olan 

dərs yükü hesablandıqda kurs, buraxılış və dissertasiya işlərinə elmi 

rəhbərlik, məqbul və imtahanlar, eləcə də məsləhətlər üzrə ayrılan 

saatlar nəzərə alınmır. 

Dərs  yükü  10  min  saatdan  az  olduqda  eyni  adda,  eyni 

yönümdə və ya eyni ümumelmi fənnlərin müxtəlif bölmələri üzrə 

kafedraların  yaradılmasına  icazə  verilmir.  Ayrı-ayrı  fakültələrin 

nəzdində  yalnız  həmin  fakültəyə  xidmət  edən  qeyri-ixtisas 

kafedralarının yaradılmasına yol verilmir. 

Kafedraya ümumi rəhbərlik elmi dərəcəsi və elmi adı olan 

kafedra  müdiri  tərəfindən  həyata  keçirilir.  Kafedra  müdirinin 

ayrı-ayrı sahələr üzrə (tədris,  elmi,  tərbiyə və s.) ictimai  əsaslarla 

müavinləri olur. 

Kafedranın  kollektiv  idarəetmə  orqanı  onun  iclasında  öz 

səlahiyyətlərini həyata keçirən kafedra kollektividir. 

Kafedraya  Təhsil  Nazirliyi  tərəfindən  müəyyən  olunmuş 

qaydada  seçilmiş  və  ya  təyin  olunmuş  müdir  başçılıq  edir. 

Kafedranın işi Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnamə 

və ali məktəbin Nizamnaməsinə müvafiq tələbləri əsasında qurulur. 

Kafedra müdiri mühazirələrin, seminar, laborator və praktik 

məşğələlərin  və  s.  təşkili  və  keçirilməsində  kafedra  üzvlərinə 

rəhbərlik edir. 

Yekun  (buraxılış)  imtahanlarına,  istehsalat  praktikasına, 

kurs  və  diplom  layihələrinə,  tələbələrin  müstəqil  işlərinə,  kurs 

imtahan və məqbulların keçirilməsinə, tələbələr arasında tərbiyəvi 

işlərin  təşkilinə  rəhbərlik  və  nəzarət  də  kafedra  müdiri  tərəfindən 

həyata keçirilir. 

556 


Kafedra miidiri kafedranın professor-müəilim lıeyəlinin dors 

yiıkünün  bölgüsünü,  müzakirəsi  və  təsdiqini  lə.'jkil  edir. 

Professor-müəllim heyətinin fərdi və təqvim planlarını təsdiq edir; 

kafedrada  tədris  olunan  fənlər  üzrə  tədris  proqramlarının  işlənib 

hazırlanmasına  rəhbərlik  edir  və  təsdiq  etdirir.  Bu  proqramlara 

uyğun  dərsliklərin,  tədris-metodiki  və  tədris  vəsaitlərinin 

hazırlanmasını  təmin  edir;  kafedralararası  əlaqələr  yaradır; 

professor-müəllim  heyətinin  və  tələbələrin  elmi-  tədqiqat  işləri 

aparması  üçün  şərait  yaradır;  bitmiş  elmi-tədqiqat  işlərinin 

müzakirəsini  keçirir  və  nəticələrinin  istehsalatda  tətbiqinə  nəzarət 

edir. 

Kafedra  müdiri  professor-müəllim  heyəti  seçkiləri  ilə  bağlı 



kafedrada  müzakirə  təşkil  edir,  kafedrada  vakaııt  yerlərə  və 

saathesabı işləyənlərə təqdimat verir. 

Ali  məktəb  rəhbərliyinin  göndərişi  ilə  daxil  olmuş  kənar 

tədqiqatçıların, eləcə də kafedra əməkdaşlarının müdafiəyə təqdim 

etdiyi dissertasiyaların müzakirəsini təşkil edir. Kafedra üzvlərinin 

ixtisasartırmaya  (və  ya  stajkeçməyə)  göndərilməsi  üçün  təkliflər 

verir. 

Vəzifəsi ilə bağlı funksiyaları düzgün və uğurla həll etmək 



üçün kafedra müdiri aşağıdakıları bilməlidir: 

•  təhsil-tərbiyə,  xüsusən  ali  təhsillə  bağlı  dövlət  və 

hökumətin qərar, əmr və göstərişlərini; 

•  ali  təhsil  sistemi  ilə  bağlı  normativ  sənədləri,  metodiki 

tövsiyələri; 

•  tədris planlarının tərtibi qaydalarını, dərs yükünü bölməyi; 

•  kafedranın təlimdənkənar işlərinin məzmımumı; 

•  müəllim  və  tələbələrin  elmi-tədqiqat  işlərinə  rəhbərlik 

qaydalarım, aspirant və doktorantlara rəhbərlik etməyi. 

557


 

16.7. Ali məktəbin digər struktur bölmələri 

Ali  məktəbin  fakültə  və  kafedralarında  tədris-metodiki 

işlərin  təşkilinə  t?dris  şöbəsinin  müdiri,  aspirant,  dissertant, 

doktorantların  təhsilinin  təşkilinə  doktorantura  və  aspirantura 



şöbəsinin müdiri; ali tədris müəssisəsinin kadrlarla təmin olunması 

işinə 


kadrlar şöbəsinin müdiri 

rəhbərlik edir. 

Təhsil-tərbiyə  müəssisəsində  qanunçuluğun  gözlənilməsini 

və  onun  hüquqlarının  müdafiəsini 

hüquq  şöbəsinin  müdiri 

(baş 


hüquqşünas) təmin edir. 

Ali məktəbdə hazırlanan peşə ixtisasları üzrə mövcud tədris 

normaları  və  illik  tədris  yükü  əsasında  dərs  cədvəllərinin 

nizamlanması,  auditoriyaların  müəyyənləşdirilməsi 

dispetçerin 

(baş 


dispetçer də daxil olmaqla) vəzifə borcudur. 

Ali  məktəbdə  istehsalat  praktikasının  təşkili,  aparılması  və 

yekunlaşdırılmasına  ümumi  rəhbərlik 

istehsalat  praktikasının  rəhbəri 

tərəfindən həyata keçirilir. 

Ali  təhsil  müəssisəsində  arxiv  işinin  aparılması,  sənədlərin 

qəbulu,  qeydiyyatı, sistemləşdirilməsi, mühafizəsi  və istifadəsinin 

təmin olunması 

arxiv müdirinin 

vəzifə borcudur. 

Ali məktəbdə nəşriyyatın bütün fəaliyyətinə 

nəşriyyat direktoru, 

nəşriyyatın  redaksiya  fəaliyyətinə 

baş  redaktor 

rəhbərlik  və  nəzarəti 

həyata keçirir. 

Elmi  kitabxana 

ali  məktəbin  mühüm  tərkib  hissəsidir.  Onun 

bütün  fəaliyyəti  ali  məktəbdə  tədrisin  və  elmin  informasiya 

təminatına yönəldilir. Elmi kitabxananın fəaliyyəti «Ki- tabxana işi 

haqqında» Azərbaycan Respublikasının Qanunu, həmçinin rektorun 

təsdiq etdiyi müvafiq Nizamnamə ilə tənzim olunur. 

16.8.  ALİ

 MƏKTƏBIN 

NİZAMNAMƏSİ 

Ali  məktəbin  Nizamnaməsi  Azərbaycan  Respublikasının 

Təhsil  Qanunu  və  ali  təhsil  müəssisəsi  haqqında  Əsasnamə 

bazasında  mütəxəssis  hazırlığının  spesifik  xüsusiyyətləri  nəzərə 

alınmaqla hazırlanır. 

558


 

Nizamnamə  bir  qayda  olaraq  «Vmumi  müil(halar»la 

başlayır. 

Burada 

ali 


məktəbin 

fəaliyyət 

istiqamətləri 

müəyyənləşdirilir. 

Nizamnamənin  ikinci  bölməsinə  Ali  ı^hsil  müMsisMİnin 

struktur bölmələri, statusu vt> funksiyaları adlanır. 

«AH nu')ktt)bin kollektivi» adlı üçüncü bölmədə ali məktəb 

kollektivinin hüquq və vəzifələri dəqiqləşdirilir. 

Nizamnamənin dördüncü bölməsi aii mahtaba rabbarlik va 

ulara olunması probleminə həsr olunur. Burada qeyd olunur ki, ali 

məktəbin  başçısı  və  rəhbəri  qanunvericiliklə  müəyyən  olunan 

rektordur.  Rektor  ali  məktəbə  vahid  rəhbərliyi  kollegialhqla 

uzlaşdırır. 



«Ali  maktabin  amiakı  va  maliyya  tasarrüfalı»  adlı  sonrakı 

bölmədə əsaslandırılır ki, ali məktəb dövlət mülkiyyətidir. 

Altıncı  bölmədə  fakiUtalarin,  elmi-taclqiqat  institutlarınm 

(ETİ),  filiallarmın  va  digar  struktur  bölmalarinin  funksiyaları 

konkretləşdirilir. 

Yeddinci  bölmədə  ali  taclris  nniassisasinin  kafedralannııı 

lahoratoriyalarınm,  elmi-tadqiqat  institutlarının,  .fiha  va 

filiallarının funksiyaları ətraflı şərh edilir. 

Ali məktəbin beynəlxalq fəaliyyətinə həsr olunan səkkizinci 

bölmədə göstərilir ki, ali tədris müəssisəsi təhsil, elm və mədəniyyət 

sahəsində  beynəlxalq  fəaliyyətini  Azərbaycan  Respublikasının 

beynəlxalq  sazişləri,  digər  qanunvericilik  aktları  və  Nizamnamə 

əsasında  həyata  keçirir,  xarici  ölkələrlə  təhsil,  elm  və  mədəni 

istiqamətlərdə əməkdaşlıq edir. 

Ali təhsil müəssisəsinin Nizamnaməsi onun ali orqanı olan 

Elmi Şurada qəbul olunur və təsisçi tərəfindən təsdiq olunduqdan 

sonra Təhsil Nazirliyində qeydə alınır. 

Nizamnamədə ali tədris müəssisəsinə nəzarət probleminə də 

geniş yer verilir. Ali məktəb öz fəaliyyətini daim təkmilləşdirmək 

məqsədilə  daxili  özünənəzarət  mexanizmi  yaradır.  Öziinənəzarət 

məqsədilə  rektor  tərəfindən  qrup  yaradılır.  Qrupun  fəaliyyəti 

haqqında ali məktəbin Elmi Şurasında hesabat verilir. 

55!) 


Ali  məktəbin  özünənəzarət  mexanizmindən başqa xaricdən 

nəzarət mexanizmləri də mövcuddur. Bunlar aşağıdakılardır: 

•  ali  məktəbdə  tədris-metodiki  istiqamətli  işlərin  və 

ı.ihsil-ı.vhiy,!  prosesinin  keyjİyy,ıtinr-)  nazurM

 

Təhsil  Nazirliyi 



tərəfindən həyata keçirilir

•  ali  təhsil  müəssisəsinin  maliyy/)-f(Xswıiifat  /Mİiyy/tfiıw 



nəzarəti  mövcud  qanunvericiliyə  uyğun  olaraq  Maliyyə  Nazirliyi 

həyata keçirir; 

•  ali təhsil müəssisəsi Öz fəaliyyətinin nnihasihal tn^o- innn 

reallaşdırır;  təsdiq  edilmiş  formalar  üzrə  statistik  və  mühasibat 

hesabatı aparır; müəyyən olunmuş müddətdə bu hesabatı müvafiq 

dövlət orqanlarına təqdim edir; 

•  tələbələrin təhsilinin keyfiyyətinə, aspirant (dissertant) və 

doktorantların hazırlığına, mütəxəssislərin ixtisasının artırılmasına 

və  yenidən  hazırlanmasına  dövlət  nəzarəti  müəyyən  olunmuş 

qaydada attestasiya yolu ilə həyata keçirilir: 

•  Nizamnamənin  və  Azərbaycan  Respublikasının  digər 

qanunvericilik aktlarının yerinə yetirilməsinə nəzarət müvafiq icra 

hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 

Nizamnamə,  bir  qayda  olaraq,  yekun  müddəaları  ilə 

tamamlanır və yekun müddəalarında aşağıdakılar öz əksini tapır: 

1. Müvafiq ali məktəbin Nizamnaməsi Elmi Şura tərəfindən 

qəbul olunur və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. 

2. Nizamnamə  dövlət  qeydiyyatından  keçdiyi  andan 

qüvvəyə minir. 

3. Nizamnamədə  nəzərdə  tutulmayan  digər  məsələlər 

qanunvericilikdə müəyyən edilmiş qaydada təsisçi tərəfindən həll 

edilir. 


4. Nizamnamə  təsisçinin  qərarı  əsasında  tamamlana,  tam, 

yaxud qismən dəyişdirilə bilər. 

5. Müvafiq ali məktəbin fəaliyyəti ancaq təsisçinin qərarı ilə 

dayandırıla bilər. 

560

 


Nəhayət,  Nizamnamənin  sonunda  müvafiq  ali  təhsil 

müəssisəsinin hüquqi ünvanı göstərilir. 

ƏSAS MÜDDƏALAR 

'y  Ali  təhsil  müəssisələrinin  fəaliyyəti  aşağıdakı  sənədlər 

əsasında reallaşdırılır: 

•  Azərbaycan Respublikasının Konstitusiyası, 

•  Azərbaycan Respublikasının Təhsil Qanunu. 

•  Ali təhsil müəssisəsi haqqında Əsasnamə. 

•  Ali məktəbin Nizamnaməsi. 

>  Ali təhsil müəssisəsinə ümumi rəhbərlik mövcud qaydada 

təşkil  olunmuş  və  rektorun  başçılıq  etdiyi  Elmi  Şura  tərəfindən 

həyata keçirilir. 

>  Ali  təhsil  müəssisəsinin  fəaliyyətinin  bütün  sahələrinə 

bilavasitə  rektor  rəhbərlik  edir.  Rektor  ali  təhsil  müəssisəsinin 

bütün  istiqamətlərdə  fəaliyyətinin  keyfiyyəti  və  səmərəliliyi  üçün 

cavabdehdir. 

Rektorun köməkçisi və məsləhətçisi olur. 

>  Ali  təhsil  müəssisəsinin  müxtəlif  istiqamətlər  üzrə 

fəaliyyətinə nəzarəti rektor prorektorlar vasitəsilə həyata keçirir. Ali 

təhsil  müəssisəsində  prorektorlar  aşağıdakı  sahələr  üzrə  təyin 

olunur: 


•  tədris işləri üzrə; 

•  elmi işlər üzrə; 

•  tərbiyə işləri üzrə; 

•  beynəlxalq əlaqələr üzrə; 

•  inzibati-təsərrüfat işləri üzrə. 

>  Ali  təhsil  müəssisəsinin  tədris,  elm  və  inzibati 

bölmələrindən  ən  başlıcası  -  fakültədir.  Fakültə  tərkibindəki 

ixtisaslar  üzrə  olan  kafedraları,  tədris  laboratoriyalarını,  fənn 

kabinetlərini,  zalları,  muzeyləri,  emalatxanaları,  tədris  bazalarını 

özündə birləşdirir. 

Fakültədə tədris,  tərbiyə.və elmi  işlərə rəhbərliyi  bilavasitə 

fakültə dekanı həyata keçirir. Fakültə dekanının ən yaxın köməkçisi 

onun müavinidir. 

561 


Ali təhsil müəssisəsinin (fakültənin) əsas tədris-elm struktur 

bölmələrindən biri kafedradır. Kafedraya ümumi rəhbərlik kafedra 

müdiri  tərəfindən  həyata  keçirilir.  Kafedra  müdirinin  tədris, 

tərbiyə, elm və s. sahələr üzrə ictimai əsaslarla, müavinləri olur. 

 

^  Ali  məktəb  fəaliyyətinin  ümumi  əsaslan  deyərkən  nə  başa 

düşülür? 

Ali məktəb rektorunun vəzifələri hansılardır? 

<2>  Ali  məktəb  prorektorlarının  fəaliyyət  istiqamətləri  haqqında 

danış. 


Fakültə dekanının funksiyaları hansılardır? 

Kafedra müdirinin fəaliyyəti haqqında danış. 

fü Kazımov N. Ali məktəb pe- 

daqogikası. B.: Nicat, 

1999. 

ffl Təhsil sahəsi işçilərinin qul- 



luqçu vəzifələrinin vahid 

tarif-ixtisas sorğu kitabçası. B.: Təhsil, 1997. 

£□ Bakalavr hazırlığı. Normativ sənədlər toplusu. B.: Ünsiy- 

yət, 2001. 

 

562 


MÜNDƏRİCAT 

ÖN SÖZ ..................................................................................................... 3 

1  BÖLMƏ 

AÜ MƏKTƏB PEDAQOGİKASININ ÜMUMİ ƏSASLARI ................. 5 

FƏSİL. ALİ MƏKTƏB PEDAQOGİKASININ PREDMETİ 



VƏ VƏZİFƏLƏRİ 

1.1.  Pedaqogika elminin predmeti və əsas kateqoriyalan  ......................... 7 

1.2.  Pedaqogikada diferensiasiya və inteqrasiya prosesləri ....................... 16 

1.3.  Ali məktəb pedaqogikası ümumi pedaqogikanın sahəsi kimi ............ 24 

1.4.  Ali məktəb pedaqogikasının əsas tədqiqat aspektləri .......................... 35 

1.5.  Ali məktəb konsepsiyası ..................................................................... 43 

Ə.va.v 

nıüddnalar ................................................................................... 47 

Sual və tapşırıqlar .................................................................................. 48 

Əıhhiyyat .............................................................................................     4$ 

II 


FƏSİL. ALİ MƏKTƏB PEDAQOGİKASININ TƏŞƏKKÜLÜ 

VƏ FORMALAŞMASI 

2.1.  Ali məktəb pedaqogikasmın təşəkkülü ............................................... 49 

2.1.1. 


Rusiyada ali məktəb pedaqogikasımn inkişafı................................ 50 

2.1.2. 


Azərbaycanda ali məktəb pedaqogikasının inkişafı ......................... 55 

2.2. 


Elmi dərəcə və elmi adların yaranma tarixi  ...  ............................... 58 

2.4.  Azərbaycanda elmi dərəcə və elmi adlann verilməsi .......................... 64 



Əsas müddəalar. ..................................................................................... 67 

Sual və tapşırıqlar .................................................................................. 68 

Ədəbiyyat ................................................................................................ 68 

III 


FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA TƏHSİL 

SİSTEMİ 


3.1.  Təhsil sistemi haqqında anlayış .......................................................... 69 

.3.2. Azərbaycan Respublikasında təhsil sisteminin quruluşu ....................... 70 

3.3.  Azərbaycan Respublikasının Təhsil Qanunu .................................... ..73 

3.4.  Azərbaycan Respublikasında təhsil sisteminin prinsipləri .................. 74 

3.5.  Dünya təhsil sisteminin inkişaf strategiyası: inteqrasiya və 

unitıkasiya problemləri  ...................................................................... 77 



Əsas müddəalar ...................................................................................... 95 

Sual və tapşırıqlar .................................................................................. 96 

Ədəbiyyat ................................................................................................ 96 

IV 


FƏSİL. PEDAQOJİ FƏALİYYƏTİN STRUKTURU 

4.1.  Pedaqoji fəaliyyət təşkilati-idarəetmə proses kimi ............................. 97 

4.2.  Ali məktəb müəlliminin fünksiyalan və ona verilən 

563


 

tMəblər ............................................................................................   101 

4.3.  Ali məktəb müəlliminin pedaqoji ustalığı........................................... 107 

4.4.  Ali məktəb müəllimi tərbiyəçi kimi ..............  ...  ................................. İIO 

4.5.  Müəllimin özünütəkmilləşdirməsinin səmərəli yolları... .................... 117 

4.6.  Ali məktəb müəlliminin attestasiyası.................................................. 122 

Əsas müddəalar ...................................................................................... 126 

Saat və tapüirıqlar .................................................................................. 128 

Ədəbiyyat ..............................................................................................   128 

II 


BÖLMƏ 

ALİ MƏKTƏB DİDAKTİKASININ ƏSASLARI ..................................... 129 

FƏSİL. ALİ MƏKTƏBDƏ TƏLİMİN MAHİYYƏTİ. 



HƏRƏKƏTVERİCİ QÜVVƏLƏRİ VƏ 

PRİNSİPLƏRİ 

5.1.  Ali məktəb didaktikasının əsas kateqoriyaları .................................... 131 

5.2.  Təlimin mahiyyəti və hərəkətverici qüvvələri ..................................   134 

5.3.  Ali məktəbdə təlimin prinsipləri  ....................................................     145 

Əsas müddəalar ...................................................................................... 151 

Sual və tap^mqlar ................................................................................... 152 

Ədəbiyyat ................................................................................................ 152 

VI 


FƏSİL. TƏHSİLİN MƏZMUNU VƏ ONUN 

TƏKMİLLƏŞDİRİLMƏSİNİN PEDAQOJİ 

ƏSASLARI 

6.1.  Ali məktəbdə təhsil prosesinin məzmunu ........................................... 153 

6.2.  Təhsil məzmununu əks etdirən normativ sənədlər .............................. 164 

6.3 Ali məktəbdə təhsilin məzmununu təkmilləşdirilməsinin 

elmi əsasları.......................................................................................... 178 

Əsas müddəalar ........................................................................................... 186 

Sual və tapşırıqlar .................................................................................. 188 

Ədəbiyyat  ............................................................................................... 188 

VII 


FƏSİL. ALİ MƏKTƏBDƏ TƏLİM METODLARI 

7.1.  Təlim metodunun mahiyyəti  .............................................................. 189 

7.2.  Təlim metodlarının təsnifatı  .............................................................. 197 

7.3.  Təlim metodlarının ümumi xarakteristikası ........................................ 202 



Əsas müddəalar ...................................................................................... 208 

Sual və tapşırıqlar .................................................................................. 210 

Ədəbiyyat  .............................................................................................   211 

Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin