kollektivin yaranmasım təmin etmək və onu sosial- pedaqoji sistem
kimi inkişaf etdirmək lazımdır.
14.3. TƏLƏBƏ KOLLEKTİVİNDƏ MÜNAQİŞƏLƏR VƏ
ONLARIN ARADAN QALDIRILMASI YOLLARI
Konflikt nəzəriyyəsinin tarixi qədimdir. «Sosial konUik-
tologiya» termini isə ilk dəfə alman filosofu və sosioloqu 0-Zimmel
(1858-1918) tərəfindən elmə gətirilmişdir. Hazırda bu sahədə
sosioloji, sosial-psixoloji, hüquqi və digər aspektlərdə çoxcəhətli
tədqiqatlar aparılmaqdadır. Konfliktologiya hətta ayrıca bir elm
kimi formalaşmışdır. Bu elmin tədqiqat obyekti ziddiyyətlər,
onların
yaranması,
inkişafı
və
həllinin
ümumi
qanunauyğunluqlarıdır.
«Konflikto!ogiya»
elminin
əsas
kateqoriyaları
aşağıdakılardır:
• konflikt;
• konfliktin strukturu;
• konfliktin dinamikası;
• konfliktin inkişaf mərhələləri;
• konfliktlərin tipologiyası.
Konflikt çoxsəviyyəli, çoxölçülü, çoxfunksiyalı sosial-
pedaqoji və psixoloji hadisədir. Konflikt nükro, mcza ra ınakro
səviyyələrdə çoxçalarlı sosial ziddiyyətləri (münaqişələri) özündə
birləşdirir.
Konfliktologiya elmində konfliktlərin dörd növü ayırd
edilir;
• sosial konfliktlər.
• şəxsiyyətdaxili konfliktlər.
• kiçik, orta və böyük sosial qruplar arasındakı konfliktlər.
A92
konniktlər: bir qayda olaraq tələbə kollektivlərində (qruplarında)
təzahür edir. Lakin tələbə kollektivlərində şəxsiyyət- lərarası
münasibətlər zəminində yaranan konfliktlərə daha geniş təsadüf
olunur. Şəxsiyyəflərarası konfliktlər, «rol göz- ləmələri» ilə
əlaqədar olur.
Tələbəlik dövründə insanın yoldaşa, dosta daha çox ehtiyacı
olur. İnsanın həyatında dostların rolu artır. Yoldaşları və dostları ilə
ünsiyyət tələbənin psixi həyatının emosional - iradi sferasına
çevrilir. Yoldaşlar və dostlar arasında müəyyən normalara əməl
olunması kollektivdaxili (qrupdaxili) münasibətlərin yaranmasına
və məqsədəuyğun istiqamətdə inkişafına şərait yaradır. Bu
normalar şəx- siyyətlərarası münasibətlər sistemində «yoklaşhq
kodeksi» kimi həlledici rol daşımağa başlayır. Tələbələr qrup
yoldaşlarının bütün mülahizələrini, hərəkət və davranışlarını
«yoldaşlıq kodeksi» prizmasından dəyərləndirir, bu prizmaya
uyğun gəlməyən situasiyalardan narazı qalır, inciyir, mübahisə edir,
sözləşirlər. Beləliklə də, tələbə kollektivində konfliktlər yaranmağa
və dərinləşməyə başlayır.
Konflikt təkcə tələbələrin öz aralarında baş vermir.
Konfliktlər çoxşaxəlidir. Tələbə öz valideynləri ilə. ailənin digər
üzvləri ilə, müəllimləri ilə, fakültənin işçiləri və dekanlıq
nümayəndələri ilə münasibətlərdə anlaşılmazlıq üzündən konfliktə
girə bilər.
Tədqiqatlar göstərir ki, valideynlər, yaxud ailənin digər
üzvləri ilə konfliktlər, bir qayda olaraq, ailə-məişət zəminində baş
verir. Lakin qəribə burasıdır ki, ailədaxili konfliktlər və ailə
münasibətindəki
anlaşılmazlıqlar
tələbələrin
qrupdaxili
münasibətlərinə ciddi surətdə təsir edir. Evdən əsəbi, pərişan, yaxud
kədərli çıxmış tələbə bəzən özü də hiss etmədən qrup yoldaşı ilə
«heç nəyin üstündə» münaqişəyə girir, yaxud müəllimin haqlı iradı
onu «təbdən çıxarır», özü də gözləmədən müəllimə cavab qaytarır
və s.
Sosioloji və psixoloji araşdırmalarla tələbənin ailədaxili
konfliktləri məzmunca aşağıdakı kimi müəyyənləşdirilmişdir:
• tələbənin üzürsüz dərs buraxması;
A
94
• tələbənin təlim uğursuzluqları;
• valideynin övladının norma və sərvətlərindən narazı
qalması;
• tələbənin zahiri görkəmi, geyimində milli menlaliicii
gözləməməsi;
• tələbənin «oturub-durduğu», ünsiyyətdə olduğu adamların
valideynləri qane etməməsi;
• tələbənin asudə vaxtını səmərəsiz keçirməsi, faydalı işlərlə
məşğul olmaması və s.
Ümumtəhsil məktəbində bu qəbildən olan konfliktləri həll
etmək nisbətən asandır. Müəllim, sinif rəhbəri konfliktlərin həllində
dolayısı ilə iştirak edir. O, şagirdin ailədə sosial inkişaf şəraitini,
ailədəki statusunu, konfliktlərin hansı zəmində baş verməsini
məharətlə, tərəflərin ləyaqət hissini alçaltmadan, mənliyini təhqir
elmədən həll etməyə çalışır. Valideynlərin nədə səhvə yol
vediklərini aşkarlayır. onlara elmi-metodik məsləhətlər verir. Digər
tərəfdən isə. şagirddə öz valideyninə hörmət hissi oyatmağa,
qəlbindəki kini neytrallaşdırmağa çalışır.
Lakin tələbə orla məktəb şagirdi deyil. Orta məktəb
şagirdinə münasibətdə istifadə edilən yollarla ona təsir elmək
mümkün deyil. Məktəb şagirdin ailəsinə nüfuz edə bilir, onunla
müxtəlif əlaqələrə girir, tərbiyəvi təsir göstərir. Tələbənin ailəsi ilə
ali təhsil müəssisəsi arasında «Çin səddi» mövcuddur. Yeganə təsir
obyekti tələbənin özüdür. Qrupun kuratoru, qrupda müxtəlif
məşğələlər aparan müəllimlər, bilavasitə tələbəyə, onun
yoldaşlarına və dostlarına, bütövlükdə tələbə qrupuna təsir
göstərməklə, müvafiq məsləhətlər verməklə, özünün həyat
təcrübəsi ilə övlad-valideyn konfliktlərinin səbəblərini aşkarlaya və
onları neytrallaşdıra bilər.
Tələbə kollektivində konfliktlərin ikinci istiqam.əti
tələbə-müəllim münasibətlərindəki anlaşılmazlıqlardan irəli gəlir
və əsasən bir neçə sferanı əhatə edir: aU f<)/ısi/ ıııiiM- sisəsin'm
daxili qaydalarına uyw^a hilnhvih-)kd
tədris prosesində müəllimlərin verdiyi tələblərlə.
495
yolli hərəkətlər situasiyam gərginləşdirir. Tərətlərin sərt
toqquşması, açıq mübarizəsi baş verir.
Dördüncü marhah - konfliktlərin həlli mərhələsi.
Kon-
lliktlərin həlli yolları müxtəlif olur:
• tərəfləri barındırmaq yolu ilə konfrontasiyanın
(fransızca
confrontation, lat cum-birlikdə, əleyhinə və frons, adhq halda
frontis-alm, cəbhə deməkdir. Qarşıdurma-sosial sistemlərin. sinfi
mənafelərin, ideya-siyasi prinsiplərin və s.-nin birİ- birinə qarşı
qoyulması, qarşıdurması, toqquşması) tanı dayandıniniası;
• hər iki tərəfln qarşılıqlı güzəştə getməsi zərurəti və
tələblərinin qismən ödənilməsi əsasında kompromis
(qarşılıqlı
güzəşt əsasında razılaşma, uzlaşma) əldə edilməsi;
• konfliktin prinsipial, işgüzar həlli',
• konfliktli tərəflərin obyektiv tələbləri və iddialarının
ödənilməsi yolu ilə konstruktiv
(lantınca constructio-quraş- dırma,
qurma deməkdir)/ir?///;
• tərəflərin davranışının əsassız olduğunu sübut etmək və
onları tənbeh etmək;
• konfliktin destrııktiıv
(latınca destructio-pozulma, nəyinsə
normal strukturunun dağılması deməkdirj həlli.
Konfliktin təhlili mürəkkəb prosesdir. Bunun üçün, hər
şeydən əvvəl, onun funksiyasını və tipologiyasını aşkarlamaq,
quruluşunu və dinamikasını təhlil etmək lazımdır.
Hər bir konflikt aşağıdakı struktur elementlərindən ibarətdir;
• konfliktin iştirakçıları (konfliktə girən tərəflər);
• konfliktin cərəyan eldiyi şərait;
• konfliktli situasiya haqqında tərəflərin və iştirakçıların
təsəvvürləri;
• konflikt iştirakçılarının davranışı;
• konfliktin nəticələri.
Aydındır ki, konfliktin hər bir iştirakçısı konflikt zəruriy-
yətini özünəməxsus şəkildə, öz dəyərlərindən çıxış edərək
497
təsəvvür edir və qiymətləndirir. Müvafiq təsəvvürləri belə
qruplaşdırmaq olar:
• konflikt iştirakçılarından hər birinin şəxsi motivləri və
meyilləri, məqsədləri və dəyərləri, arzu və imkanları, bir sözlə, özü
haqqında təsəvvürləri;
• qarşı tərəfin məqsədləri, sərvətləri, imkanları, ümumən
şəxsiyyəti haqqında düşüncələri;
• tərəflərin baş vermiş hadisələri necə anlaması və hansı
baxımdan qiymətləndirməsi;
• konfliktin baş verdiyi mühit haqqında təsəvvürlər.
Deməli, konfliktin düzgün həlli üçün, hər şeydən öncə,
konfliktin baş verdiyi şəraiti, konflikti doğuran motivləri, kollektiv
üzvlərinin konflikt iştirakçılarına münasibətini, konfliktə girənlərin
biri-birinə münasibətini; qrupun hadisələrin iştirakçısı və ya
müşahidəçisi olan, yaxud konflikti həll etməyə çalışan müəllimə
münasibətini, tələbə kollektivinin inkişaf səviyyəsini aşkarlamaq
lazımdır. Bunsuz konflikti həll etmək, nizamlamaq, aradan
qaldırmaq mümkün deyil.
Hər hansı bir konflikti uğurla həll etmək məqsədilə konfliktin
«xəritəsini» tərtib etmək lazımdır. Konflikt «xəritəsi» aşağıdakıları
əks etdirməlidir:
• konflikt hansı problem əsasında baş verib: problemin
ümumi xarakteristikası;
• konfliktin iştirakçıları adətən onun səbəblərini müxtəlif
yollarla gizlətməyə çalışırlar, bununla əlaqədar olaraq konfliktin əsl
səbəbini müəyyənləşdirmək lazımdır;
• konfliktin yaranması üçün bəhanə kimi istifadə olunan
hallan fərqləndirmək;
• konfliktin tələbə kollektivində hansı işgüzar və ya şəxsi
münasibətlərlə əlaqədar olduğunu, başqa sözlə, onun «obyektiv
zonasını» müəyyən etmək;
• konfliktin həqiqi iştirakçılarını müəyyən etmək;
• konfliktin motivlərini aydınlaşdırmaq, konfliktin əsas
iştirakçılarının maraqlarını, tələbatlarını, dəyərlərini öyrənmək,
onların nədən ehtiyat etdiklərini, nədən çəkindiklərini aşkarlamaq;
498
• konfliktin baş verdiyi situasiyaya qədər onun iştirak-
çıtarının şəxsi münasibətlərini Öyrənmək;
• konfliktdə iştirak edən tələbələrin konkret fəaliyyətinin,
davranışının məzmun və istiqamətini müəyyənləşdirmək;
• konfliktdə iştirak elməyən, onun pozitiv və ya neqativ həlli
üçün maraqlı olan tələbələrin konfliktə münasibətlərini
müəyyənləşdirmək.
Təcrübə göstərir ki, «konflikt xəritəsi» konfliktli situasiyanın
ümumi strategiyasını, daha səciyyəvi mərhələlərini və həlli yollarını
müəyyən etmək imkanı yaradır.
Konflikti həll edərkən, kollektivin ümumi mənafelərini,
davranış kriteriyalarını, sərvət meyillərini nəzərə almaq lazımdır.
Bir məsələni unutmaq olmaz ki, konllikti məişət-güzəran
təcrübəsi baxımından deyil, elmi-metodik əsasda həll etmək
lazımdır. Yalnız bu halda, baş vermiş konfliktləri aradan qaldırmaq
və hətta sonrakı konfliktlərin qarşısını almaq mümkündür.
Ən başlıcası isə budur ki, konfliktləri həll etməyi tələbə
kollektivinin öhdəsinə buraxmaq lazımdır. Lakin bunun üçün,
kollektivə konfliktlərin həlli yollarını öyrətmək lazımdır. Əgər
kollektiv üzvləri konfliktli situasiyaları təhlil etmək, konfliktləri
səmərəli yollarla həll etmək bacarığına malikdirsə, müəllimin
konfliktin həllinə müdaxilə etməsinə ehtiyac qalmır. Əks halda,
t|rup kuratoru, müəllim, yaxud dekanlığın nümayəndəsi hadisələri
dərindən təhlil edərək, heç kəsin hüquqlarını pozmadan, təhqirə yol
vermədən, tələbələrin nüfuzunu aşağı salmadan, ləyaqətini
alçaltmadan konflikti sivil yolla həll etməyə nail olmalıdır.
Demokratik yaşayış tərzinin geniş inkişaf etdiyi indiki şəraitdə bu,
son dərəcə önəmlidir.
Ümumiyyətlə,
tələbələrdə
ünsiyyət
mədəniyyəti
formalaşdırmaqla konfliktlərin qarşısını almaq mümkündür. Lakin
bununla belə, hər bir insan konflikti sivil yollarla həll etmək
bacarığına malik olmalıdır.
499
ƏSAS MÜDDƏALAR
> Qrup tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış
ümumi mənafe, dəyərlər və davranış normalarına malik olan
insanların nisbətən sabit birliyidir.
> Qrup özünəməxsus sosial-psixoloji qanunauyğunluqları
ilə xarakterizə edilən və müəyyən struktura malik mürəkkəb
sistemdir. Adamların qeyri-mütəşəkkil yığımından, təsadüfi
birliyindən fərqli olaraq qrup üzvləri qrup üçün lipik olan fəaliyyət
növlərinə qoşulurlar. Hər bir qrupda fərdlər biri-birilə, həm də
bütövlükdə cəmiyyətlə qarşılıqlı münasibətlərdə olur. Qrup
üzvlərinin qarşılıqlı münasibətləri qrupun normalan və dəyərləri ilə
tənzim olunur.
> İnkişaf etmiş qrupun ən yüksək forması kollektivdir.
Kollektiv cəmiyyətin bir hissəsi olan, birgə fəaliyyətin
ümumi məqsədlərinə tabe olan insanların birliyidir. Kollektiv
sosial-pedaqoji fenomendir. Kollektiv ictimai orqanlara malik
mütəşəkkil şəxslərin aydın məqsədli kompleksidir.
Cəmiyyətin özünəməxsus modeli olan tələbə kollektivi bir
neçə əlaməti ilə səciyyələnir:
• tələbə kollektivinin özünütəşkil, özünüidarə və özünü-
tənzimləmə xüsusiyyətlərinə malik avtonom sistem olması;
• tələbə kollektivinin bir sistem kimi daha mürəkkəb birlik
olan ali təhsil müəssisəsinin üzvü tərkib hissəsi olması;
• tələbə kollektivinin ali təhsil müəssisəsinin təsirilə
yaranan və onun təşkilati strukturunu müəyyənləşdirən rəsmi və
habelə qrupdaxili şəxsi münasibətlərin formalaşdırdığı qeyri- rəsmi
strukturlarının olması;
• cəmiyyətə xas olan ictimai münasibətlərin tələbə
kollektivində öz konkret ifadəsini tapması;
• tələbə kollektivinə daxil olan fərdlərin təlim, idrak, tərbiyə
və digər ümumi məqsədlər ətrafında birləşməsi (qarşıda birgə
məqsəd qoyulduqda, bu məqsəd uğrunda birgə mübarizə
aparıldıqda kollektiv yaranır, formalaşır və möhkəmlənir);
500
• tələbə kollektivinin ictimai orqanlara malik olması qarşıya
qoyulmuş məqsədə çatmaq üçün kollektiv ayrı-ayn konkret
vəzifələri olan müvafiq orqanlar yaradır. Həmin orqanların başında
kollektivin təyin etdiyi müvəkillər-məsul şəxslər durur.
• «Kollektiv canlı ictimai orqanizmdir. Ona görə orqanizmdir
ki, onun orqanları vardır: burada vəkalət, məsuliyyət hissələr
arasında nisbət, qarşılıqlı asılılıq vardır. Bunlar olmazsa, kollektiv
də ola bilməz, sadəcə güruh və ya yığın ola bilər» (A.S.Makarenko).
• tələbə kollektivinin yaranması və yaşaması üçün onun
müxtəlif orqanları, eləcə də müvəkillərlə kollektivin başqa üzvləri
arasında qarşılıqlı əlaqə və asılılıqların mövcud olması;
• təlim-idrak fəaliyyətinin tələbə kollektivinin əsas fəaliyyət
növü olması;
• kollektivin tələbələri ictimai faydalı fəaliyyət növlərinə
cəlb etməklə onların ünsiyyət tələbatlarını təmin etməsi;
• tələbə kollektivinin gələcək mütəxəssisin formalaşmasını
təmin etməsi, onu mənəvi və əxlaqi cəhətdən tərbiyə etməsi, konkret
peşə sahəsi üçün zəruri olan keyfiyyətlərlə zənginləşdirməsi;
• qrupdaxili münasibətlər təcrübəsinin . mənimsəməsinin
tələbələrin bir şəxsiyyət kimi inkişafının həlledici amili olması;
• tələbə kollektivinin bazar iqtisadiyyatı şəraitində yaşamağa
qabil olan, hər cür rəqabətə dözə bilən, həyatın hər cür sınaqlarına
qalib gələ bilən, çox sürətlə inkişaf edən və dəyişən sivilizasiyada
yaşamağa qadir olan insan tərbiyəsini təmin etməsi;
• tələbə kollektivinə pedaqoji rəhbərliyin həyata keçirilməsi.
Tələbə kollektivi tərbiyənin subyektidir. Tələbə şəxsiyyəti
yalnız kollektivdə daha mükəmməl və hərtərəfli inkişaf edə bilər.
Kollektiv və ümumiyyətlə cəmiyyət üçün çalışmaq arzusu;
tapşırılan iş üçün məsuliyyət və borc hissi; təşəbbüs-
501
karlıq və müstəqillik, təşkilatçılıq və icraçılıq, yoldaşlıq və dostluq,
qayğıkeşlik və sədaqət kimi əxlaqi keyfiyyətlər kollektivdə yaranır
və formalaşır. Tələbə kollektivinin ən böyük məziyyətlərindən biri
budur ki, tələbə qrup yoldaşlarının birliyinə və dəstəyinə
arxalanaraq öz potensial imkan və qüvvələrini daha artıq
genişləndirmək üçün əlverişli şərait əldə edir.
Tələbə qruplarında konfliktli situasiyaların qarşısını almaq
məqsədilə ziddiyyətləri proqnozlaşdırmaq və profilaktik tədbirlər
görmək lazımdır. Tələbə qruplarında sağlam ictimai rəyin
formalaşdırılması, tələbələrin təlim, idrak, elmi-tədqiqat işlərinə
cəlb edilməsi, asudə vaxtlarının düzgün təşkili, ən başlıcası isə
müəllimin pedaqoji məharəti və taktı, yüksək mədəniyyəti,
davranışı və iş üslubu konfliktli situasiyaları neytrallaşdırmağa,
qrupda yüksək işgüzar şərait yaratmağa səbəb olur. Bunlarla yanaşı
hər bir müəllim pedaqoji konfliktologiyanın ümumi elmi-nəzəri
məsələlərini dərindən bilməli və baş vermiş konfliktləri ustalıqla
həll etməyi bacarmalıdır.
<3> Tələbə qrupu nə deməkdir?
0 Tələbə kollektivinin əsas əlamətləri hansılardır?
Tələbə kollektivində konfliktlərin yaranması səbəbləri
hansılardır?
Üzvü olduğun akademik qrupun pedaqoji-psixoloji
xarakteristikasım ver.
Tələbə qrupu ilə tələbə kollektivinin ümumi və fərqli
cəhətlərini müəyyənləşdir.
Təhsil aldığın ali məktəbin pedaqoji kollektivini səciyyələndir.
502
XV
FƏSIL
ALİ MƏKTƏBDƏ TƏLƏBƏLƏRİN TƏRBİYƏSİNİN
SOSİAL-PEDAQOJİ ƏSASLARI
15.1. ALİ MƏKTƏBDƏ TƏRBİYƏ
PROSESİNİN MAHİYYƏTİ
Respublikamızın müasir ictimai-siyasi və iqtisadi inkişaf
səviyyəsində ali məktəbdə təhsil alanların tərkibi cəmiyyətin
sosial-iqtisadi strukturu, gənclərin müxtəlif qruplarının ictimai və
professional istiqamətləri, həyat və fəaliyyət perspektivlərinin
xarakteri ilə müəyyənləşir. Bu mahiyyətdən doğan obyektiv və
subyektiv amillərin aşkarlanaraq ali təhsilin nəzəriyyə və
praktikasında nəzərə alınması gələcək mütəxəssis hazırlığının və
tərbiyəsi işinin təkmilləşdirilməsinə təkan verir. Heç şübhəsiz,
tələbə kontingentini formalaşdıran şəraitin və amillərin hərtərəfli
öyrənilməsi ali məktəbdə tələbə gəncliyin təlimi və tərbiyəsi ilə
bağlı mürəkkəb və çoxcəhətli vəzifələrdən «baş açmağa»,
mütəxəssis hazırlığı qarşısında duran bir çox önəmli vəzifələrin
genezisini görməyə imkan verir.
Ali məktəbdə tələbə kontingentinin formalaşmasının əsasını,
hər şeydən əvvəl, gənclərin orta təhsil səviyyəsində ümumi və
xüsusi biliklərə malik olması, ikincisi, onlarda ictimai istehsalın
müəyyən sahəsində fəaliyyət göstərməyə, müəyyən ixtisasa
yiyələnmə potensialının mövcud olmasıdır. Gənclərin ümumi və
xüsusi hazırlıq səviyyəsi bir qayda olaraq orta ümumtəhsil
məktəbinin fəaliyyəti ilə əlaqələndirilir. Əlbəttə, bununla
razılaşmaq olmaz. Orta ümumtəhsil məktəbi ali məktəbə daxil olan
abituriyentlərin hazırlıq səviyyəsinə nə qədər ciddi təsir göstərsə də,
yuxarıda qeyd olunan əsasların formalaşması təkcə məktəbin
fəaliyyəti ilə məhdudlaşdırıla bilməz. Tələbə gənclərin həyat
tərzinin, ictimai davranışının, peşə-ixtisas maraqlarının öyrənilməsi
göstərir ki, tələbə kontingenti bir çox amillərin birgə təsiri ilə
formalaşır. Bu obyektiv amilləri belə qruplaşdırmaq olar:
504
• ölkə iqtisadiyyatının ali təhsilli mütəxəssis kadrlarına
olan tələbatı (ali məktəblərin sayı, müxtəlif fakültələrə qəbulun sayı
və s. bununla müəyyən edilir);
• respublikada ali məktəblərin regional yerləşməsi;
• ali məktəbin, peşə və ixtisasın ictimai, yaxud akademik
preslijliyi;
• şəhər və kənd gənclərinin maddi və mədəni həyal şəraiti:
• gəncləri əhatə edən sosial mühitin xarakteri;
• məktəb təhsili və tərbiyəsinin səviyyəsi və s.
Tələbə kontingentinin formalaşmasının subyektiv amilləri
sırasına gənclərin şəxsi maraqlan, idealları, mənəvi dəyərləri,
qabiliyyətləri və s. daxildir. Bu amillərin hər biri ali məktəbə daxil
olan gənclərin tərkibinin kəmiyyət və keyfiyyət göstəricilərini
müəyyən edir.
Sosioloji tədqiqatlarla müəyyən olunmuşdur ki, abituriyent
kontingenti əsasən şəhər gənclərinin hesabına formalaşır. Bu,
təbiidir. Şəhərdəki həyat tərzi, inkişaf elmiş təhsil sistemi, sivil
mədəniyyət və məişət, kommunikasiya və informasiya şəbəkəsinin
genişliyi gəncləri ali təhsilə yönəldir. Lakin belə bir faktı da
unutmaq olmaz ki, abituriyent kontingentinin formalaşmasına kənd
məktəblərini bitirmiş gənclər də öz təsirini göstərir. Şəhərdə
yaşamaq və təhsil almaq imkanları kənd gənclərinin ali təhsil
müəssisələrinə daxil olmasını stimullaşdırır. Respublikamızın iri
3> Dostları ilə paylaş: |