FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   ...   13   14   15   16   17   18   19   20   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası

11 variant 

 


9.5. 

INKIŞAFETDİRICİ TƏLİM 

TEXNOLOGİYALARI 

Ali təhsilin müasir inkişaf səviyyəsində təlim texnologiyaları 

məzmunu, xüsusisyyətləri və metodikalarının özünəməxsusluğu ilə 

diqqəti cəlb edir. L.V.Zankov. D.B.Elkonin. 

V. 

V.Davıdov,  Q.S.Altşuller,  Q.K.Selevko,  İ.P.İvanov  və 



başqaları  inkişafetdirici  təlim  texnologiyalarının  hazırlanmasında 

uğurlu nəticələr əldə etmişlər. 

İnkişafetdirici  təlim  nə  deməkdir?  Onun  fərqləndirici 

xüsusiyyətləri hansılardır? Üstünlükləri nədədir? 

İnkişafetdirici təlim deyərkən, təlim prosesinin yeni fəal 

növü 


başa düşülür. İnkişafetdirici təlim ənənəvi izahlı- 

illüstrativ təlim tipindən 

fərqli  olaraq,  şəxsiyyətin  qısa  zaman  kəsiyində  inkişafını,  başqa 

sözlə,  fiziki  və  psixi  parametrlərinin  sadədən-mürəkkəbə  doğru 

irəliləməsini nəzərdə tutur. 

Yaxşı təşkil olunmuş ənənəvi təlim, söz yox ki, təhsilalanın 

inkişafı üçün müvafiq şərait yaradır. Lakin tədqiqatlar göstərir ki, 

ənənəvi  təlim  təhsilalanların,  intellektual  inkişafını  və  digər  psixi 

proses  və  keyfiyyətlərinin  yüksək  inkişaf  səviyyəsini  təmin  edə 

bilmir. Deməli, şəxsiyyətin tam inkişafını təmin  etmək məqsədilə 

inkişafetdirici ləlimdən istifadə etmək lazımdır. 

Müasir  dövrdə  inkişafetdirici  təlim  texnologiyası  yaratmaq 

üçün didaktika elmi kifayət qədər imkanlara malikdirmi? 

Müasir  dövrdə  psixologiya,  pedaqogika  və  didaktika 

inkişafetdirici  təlim  konsepsiyasını  yaratmaq  üçün  kifayət  qədər 

fundamental imkanlara malikdir. Və bu istiqamətdə dəyərli nəzəri 

və eksperimental tədqiqatlar aparılmışdır. 

Mükəmməl  inkişafetdirici  təlim  konsepsiyasını  yaratmaq 

üçün  təfəkkür  proseslərinin  mexanizmini  dərindən  dərk  elmək 

lazımdır. 

İnkişafetdirici  təlim  didaktikasının  müasir  inkişaf 

səviyyəsində onun aşağıdakı xarakteristikasını vermək olar: 

• Təlim-inkişafetdirici xarakterə malik olmalıdır. 

300 


•  İnkişafetdirici  talim  öz  məqsəd  və  vəzifələrinə, 

iştirakçıların  (öyrədən  və  öyrənənlərin)  fəaliyyətinin  xarakterinə 

görə ənənəvi təlim texnologiyalardan prinsipial surətdə fərqlənir. 

•  Təlim yalnız o halda produktiv təfəkkürün inkişafını təmin 

edir  ki.  öyrənənin  bütün  idrak  prosesləri  aktiv  fəaliyyətə  cəlb 

edilmiş olsun. 

•  İnkişafetdirici  təlim  təkcə  güclü  və  orta  səviyyəli 

tələbələrin  deyil,  zəiflərin  də  yaradıcılıq  potensialını  nəzərə 

çarpacaq dərəcədə artırır. 

Təlim prosesi necə təşkil olunmalıdır ki, inkişafı təmin edə 

bilsin?  Cavab  birmənalıdır:  şəxsi  səy  və  müstəqil  axtarıcılıq 

qabiliyyəti olmadan insanın inkişafı mümkün deyil. İnkişaf müxtəlif 

fəaliyyət  növlərində  aktiv  surətdə  iştirak  etməklə,  bacarıq  və 

qabiliyyətlərə yiyələnmək prosesində baş verir. 

Təhsilalananın təfəkkürünü və digər psixi proseslərini inkişaf 

etdirmək  məqsədilə  təlimi  necə  təşkil  etməli?  Cavab  yenə 

birmənalıdır:  təlim  prosesində  öyrənənin  müstəqil  və  yaradıcı 

fəaliyyəti  üçün  əlverişli  şərait  yaradılmalıdır.  Bu  məqsədlə 

təhsilalanlar qarşısında problemlər qoyulmalı, onlar (təhsilalanlar) 

müstəqil axtarıcılığa, tədqiqatçılığa cəlb edilməlidir. Lakin bu işdə 

müvəffəqiyyət  qazanmaq  üçün  öyrənənin  idrak  bacarıqlarını, 

təfəkkür  proseslərini  inkişaf  etdirmək  lazımdır.  Çünki  bunlarsız 

yeni problemlərin müstəqil həlli mümkün deyil. 

Öyrənənin  fəaliyyətinin  belə  təşkili  öyrədənin  də  fəaliyyət 

xarakterinin  dəyişməsini  tələb  edir.  İnkişafetdirici  təlimi  təşkil 

etmək üçün öyrədənin-müəllimin fəaliyyətinə yeni elementlər daxil 

edilməlidir.  Bu  elementlərdən  hcuşhvası  öyrənəni  müstəqil 

axtarıcılığa  sövq  etmək  bacarığıdır.  Di^rVİ  təlim  prosesini  yeni 

strukturda  qurmaq  qabiliyyətidir.  Üçünami,  inkişafetdirici  təlimi 

ənənəvi təlimdən köklü  surətdə fərqləndirən  yeni texnologiyaların 

tətbiqidir. 

Yeni  suallar  meydana  çıxır:  inkişafetdirici  təlimin 

müvəffəqiyyətlə reallaşdırılmasını təmin etmək üçün müəllim 

301 


hansı  professional  bacarıqlara  malik  olmalıdır?  İnkişafcldirici 

lolimin  strukturu  necə  olmalıdır?  İnkişafetdirici  təlimin  səmərəli 

təijkilinin şərtləri hansılardır? 

İnkişafetdirici  təlimin  birinci  əsas  şərti  təhsilalanların 

müvafiq  bilik  ehtiyatına  malik  olmasıdır.  Bunsuz  qarşıya  çıxan 

problemləri  həll  etmək  mümkün  deyil.  Belə  bir  həqiqətlə 

razılaşmaq lazımdır ki. insan ona məlum olmayan sferada problem 

həll edə bilməz. Bütün idrak prosesləri kimi, yeni problemin də həlli 

uzunmüddətli hafizənin hifz ekliyi ► biliklərə əsaslanır. 

İkinci əsas şərt, öyrənənin idrak imkanları və bacarıqlarıdır. 

İnkişafetdirici  təlimin  elmi-tədqiqat  metodikasına  əsaslandığını 

nəzərə  alsaq,  onda  məlum  olar  ki.  təhsilalanı  müstəqil  axtarıcılıq 

fəaliyyətilə bağlı idrak bacarıqları ilə silahlandırmaq lazımdır. Bu 

bacarıqları belə qruplaşdırmaq olar: 

•  yeni problemi dərk etmək bacarığı; 

•  problemin  həlli  üçün  zəruri  olan  materialı  (.sənədlər, 

faktlar, məlumatlar) təhlil elmək, müxtəlif mövqelərlə tanış olmaq, 

müqayisə elmək bacarığı; 

•  problemin həllinin strategiya və taktikasının hazırlanması 

bacarığı  (axtarıcılıq  fəaliyyətinin  planının  tərtibi,  hipotezin  irəli 

sürülməsi, müxtəlif mənbələr üzərində iş, faktlar arasında əlaqələri 

tapmaq, mövcud bilikləri yeni situasiyaya tətbiq etmək və s.; 

•  ümumelmi və konkret elm sahəsi ilə bağlı biliklərə malik 

olmaq  və  onlardan  problemin  həllinin  optimal  yolunu  tapmaq 

məqsədilə istifadə etmək bacarığı. 

•  təhsilalanlar həmçinin, yeni problemin həlli mərhələlərini 

müəyyən ardıcıllıqla reallaşdırmaq bacarığına malik olmalıdır. Bu 

mərhələlər, aşağıdakılardır: 

•  məsələnin şərtinin öyrənilməsi, problemin mahiyyətinin 

və həlli üçün mövcud imkanların aşkarlanması: 

•  problemin həlli strategiyasının, başqa .sözlə, fəaliyyətin 

ümumi planının hazırlanması; 

302 


•  problemin  həlli  laktikasınm  (koııkrcl  moiodım) 

hazırlanması; 

•  nəticələrin ilkin məkımaliarla müqayisəsi; 

•  uyğunsuzluq (ziddiyyət) olduğu təqdirdə əqli qabiliyyətin 

fəallığı. 

Qeyd  olunan  bacarıqlar  tədqiqatçılıq  te.xnologiyasımn 

ayn-ayn  elementləridir.  Bu  bacarıqların  izahlı-illüstrativ  təlim 

bacarıqlarından  nə  qədər  fərqli  olduğunu  aşağıdakı  müqayisədən 

görmək olar. 

İzahlı-reproduktiv təlim 

İnkişafetdirici təlim 

T,ılinı  malerialtannı  dinləmək  və 

qavramaq

 

Problemi  dərk  etmək  \ə  ifadə 



elmək

 

İnformasiyanı



 

konspektləşdirmək

 

Faktları  təhlil  elmək,  müxtəlif 



mənbələr üzərində işləmək

 

Kitab üzərində iş



 

Hipotez irəli sürmək

 

Təlim materialını yadda saxlamaq və 



yada salmaq

 

Hipolcz.in 



doğruluğunu 

yoxlamaq


 

Bilikləri  tanış  situasiyada,  yaxud 

aiqorilm əsasında tətbiq elmək

 

Nəticələr çıxarmaq



 

 

Diskussiyada 



öz 

mövqeyini 

müdafiə elmək

 

Cədvəldən  göründüyü  kimi,  izahlı-reprodukiiv  və 



inkişafetdirici  təlimdə  öyrənənin  mümkün  bacarıqları  əks 

etdirilmişdir.  İzahlı-reproduktiv  təlimlə  inkişafetdirici  təlimin  bu 

müqayisəsi bir daha sübut edir ki, inkişafetdirici təlim öyrənəndən 

tədqiqatçılıq  fəaliyyətinin  elementləri  olan  kompleks  idrak 

bacarıqları 

tələb 


edir. 

Kompleks 

idrak 

bacarıqlarının 



formalaşdırılması 

tədricən 

elmi-tədqiqatçılıq 

(əaliyyətinə 

qoşulmağa şərait yaradır. Bu işin texnoloji əsasını isə problem-idrak 

tapşırıqları, təlimin xüsusi metod və formaları təşkil edir. 



Bcl,')likb,  inkişafetdirici  təlimin  əsas  fərqləndirici  cəhəti 

onun yaradıcı xarakter daşımasıdır. İkincisi, reprodukliv 

}03 


təfəkkürü  inkişaf  etdirən  ənənəvi  təlimdən  fərqli  olaraq, 

inkişafetdirici  təlim  produktiv  təfəkkürün  inkişafına  səbəb  olur. 



Üçüncüsü, inkişafetdirici təlim təhsilalandan daha çox müstəqillik, 

öz qüvvə və imkanlarına inam tələb edir. 

Bunu  nəzərə  alaraq,  bir  çox  xarici  didakllar  təhsüalanları 

tədqiqatçılıq  fəaliyyətinə  tədricən  qoşmağı  tövsiyə  edirlər  və  bu 

məqsədlə üç səviyyə (mərhələ) qeyd edirlər: 

Birinci  saviyyjth  müəllim  problemi  qoyur  və  həlli  yollarını 

göstərir. Öyrənən onu aiqoritm əsasında həll edir. 



İkinci  səviyyədə  müəllim  problemi  qoyur,  lakin  həlli 

yollarını göstərmir. Öyrənən problemi özü müstəqil olaraq həll edir. 



Üçüncü,  daha  yüksnk  ssviyy^da  öyrənənlər  müstəqil  olaraq 

problemi  aşkar  edir.  Həlli  metodunu  müəyyənləşdirir  və  həll 

edirlər. 

Problemin  müstəqil  həlli  təhsilalanm  hazırlığından  çox 

asılıdır.  Digər  tərəfdən,  .  təhsüalanları  tədqiqatçılıq  fəaliyyətinə 

hazırlarkən  onların  fərdi-psixi  xüsusiyyətləri  və  imkanları  nəzərə 

alınmalı və bu məqsədlə tapşırıqlar diferen- siallaşdınlmalıdır. 

İnkişafetdirici  təlimin  müvəffəqiyyətini  təmin  etmək 

məqsədilə  şəxsiyyətin  inkişafının  xüsusiyyətlərini  və  onun 

qanunauyğunluqlarını nəzərə almaq lazımdır. 

•  Formalaşma  və  inkişaf  şəxsiyyətin  son  dərəcə  mühüm 

xüsusiyyətidir  (immanentlik  xüsusiyy^)ti)  {immanentlik  -  latınca 

immanentis-nəyinsə  daxilində  olan,  nəyə  isə  xas  olan  deməkdir. 

Hər  hansı  predmetə,  hadisəyə,  prosesə  xas  olan  bu  və  ya  digər 

xassəni, qanunauyğunluğu bildirən anlayış xüsusiyyəti). 

•  Şəxsiyyətin formalaşması və inkişafında irsiyyət amilinin 

rolu çox böyükdür (hiogen xüsıısiyy^ıt). 

•  Şəxsiyyətin  formalaşması  və  inkişafına  sosial  mühitin 

təsiri qaçılmazdır (sosiogen xüsusiyyət)’, 

•  Şəxsiyyət  özünüidarə  edən  və  özünütənzimləyən 

mürəkkəb sistemdir. 

304 


•  Şəxsiyyət  özünəməxsus  xüsusiyyətləri,  keyfiyyətləri, 

təkrarolunmaz  fərdi  inkişaf  variantı  olan  unikal  bir  varlıqdır 



{fərdilik xüsusiyyəti). 

• 

 Şəxsiyyətin 



inkişafı 

ümumi 


dialektik qanunauyğunluqlar əsasında baş verir {mərhələli inkişaf). 

•  Hər  bir  şəxsiyyətin  özünəməxsus  inkişaf  tempi  var 



(inkişafın qeyri-bərabər və ziddiyyətli olması). 

• 

 Psixi  inkişafın  kəmiyyət  və  keyfiyyət  dəyişmələri 



fiziki dəyişmələrlə müəyyən edilir. 

Beləliklə məlum olur ki, inkişafetdirici təlimi təşkil edərkən, 

müvəffəqiyyət  qazanmaq  üçün  həm  şəxsiyyətin  inkişaf 

qanunauyğunluqları,  həm  də  hər  bir  fərdin  özünəməxsus 

xüsusiyyətlərini və inkişaf səviyyələrini nəzərə almaq lazımdır. 

İnkişafetdirici  təlimin  son  dərəcə  mühüm  fərqləndirici 

əlaməti  budur  ki,  pedaqoji  təsir  təhsilalanların  irsi  imkanlarının 

inkişafını “qabaqlayır”, stimullaşdırır və sürətləndirir. 

Məhz  təlim  prosesi  bu  əsasda  qurulduqda  təhsilalan 

(öyrənən) təlimin bütün mərhələlərində tam hüquqlu subyekt olur 

(obyekt  yox!).  Təlim  prosesinin  hər  bir  mərhələsi  şəxsiyyətin 

inkişafına  özünəməxsus  şəkildə  təsir  göstərir.  İnkişafetdirici 

təlimdə  məqsədin  bu  tərzdə  qoyulması  təhsilalanda  məqsəd 

ardıcıllığı,  müstəqillik,  azadlıq,  ləyaqət  və  qürur  hissini  inkişaf 

etdirir.  İnkişafetdirici  təlimin  planlaşdırılması  təhsilalanda 

təşəbbüskarlıq,  yaradıcılıq  və  mütəşəkillik  kimi  keyfiyyətlər 

doğurur  və  iradəni  möhkəmləndirir.  Məqsədlərin  reallaşdırılması 

prosesində  əməksevərlik,  təkidlilik,  fəallıq  kimi  xarakterik 

əlamətləri  formalaşır.  Təhlil  mərhələsi  məsuliyyət  hissini  artırır, 

qiymətləndirmə  kriteriyalarını  müəyyənləşdirir.  Təhsilalanların 

obyekt  kimi  yox,  subyekt  kimi  inkişafının  göstəricisi  və 

üstünlükləri məhz bununla müəyyənləşir. 

İnkişafetdirici  təlim  texnologiyasının  uğurlu  təşkili 

müəllimdən  bir  sıra  bacarıqlar  tələb  edir.  Bu  bacarıqlar 

aşağıdakılardır: 

•  problemi qoymaq (sadəcə ifadə etmək yox, məhz qoymaq) 

bacarığı; 

305 


tahsUaUmda problemin hollino maraq vo istok oyai- 

maq: 

•  prohlemb əlaqədar uyğun situasiya yaratmaq hacarığt: 

•  təhsilalam  fəal  təfəkkür  fəaliyyətinə  (fakt  və  hadisələrin 

təhlili, onlar arasındakı əlaqələrin müəyyənləşdirilməsi, hipote- zin 

irəli sürülməsi və s.) cəlb etmək; 

•  təhsilalanın təfəkkür fəallığım düzgün istiqamətləndirmək; 

•  təhsilalam axtarıcılıq fəaliyyəti üçün zəruri olan vəsaitlə 

(lüğət,  tekst,  didaktik  materiallar,  tədris  vəsaitləri,  tədqiqatın 

aparılması üçün avadanlıq və s,) təmin etmək', 

•  için təşkilinin bütün formalarından (fərdi, qrup, kollektiv, 



qarışıq) istifadə etmək; 

•  təşkilatçılıq,  idarəetmə,  rəhbərlik,  nəzarət  etmək  və 



korreksiya aparmaq; 

•  təlimi fərdiləşdirmək və təhsilalanla əməkdaşlıq etmək; 

•  alınmış  nəticələrin  təhlili,  işin  yekunlaşdırılması  və 

obyektiv qiymətləndirilməsi və s. 

Yuxarıdakı  cədvəldə  ənənəvi  və  inkişafetdirici  təlimin 

öyrənənlərdən  tələb  etdiyi  bacarıqları  müqayisəli  şəkildə 

göstərmişdik. Analoji müqayisəni müəllim fəaliyyəti üçün aparaq. 

İzahlı reproduktiv təlim

 

İnkişafetdirici təlim



 

Təhsilalanlann

 

motivləşdirilməsi



 

Problem-situasiya

 

yaradılması



 

Tədris materialının izahı

 

Problemin 



aşkarlanması 

və 


qoyulması

 

Yeni biliklərin mənimsənib məsi 



prosesinin təşkili

 

Təhsilalanlann 



yaradıcılıq 

fəaliyyətinin təşkili

 

Biliklərin  möhkəmləndirilməsi 



və yoxlama

 

İştirakçıların  diskussiyaya  cəlb 



edilməsi 

işin 



yekunlaşdırılması

 

Cədvəl  izahlı  reproduktiv  və  inkişafetdirici  təlimdə 



müəllimin pedaqoji fəaliyyətinin əsas elementlərini əks etdirir 

306 


Cədvəldən  bir  daha  məlum  olur  ki,  ənənəvi-reprodukiiv 

fəaliyyətdə  müəllim  “öyrədir”  (hazır  informasiyalar  verir  və 

mənimsənilmə  səviyyəsini  yoxlayır),  inkişafetdirici  (produk-  liv) 

təlimdə  isə  öyrənəni  “öyrənməyə”,  bilikləri  müstəqil  surətdə  əldə 

etməyə yönəldir. 

İnkişafetdirici 

təlim 

prosesində 



fərdin 

inkişafının 

.xüsusiyyətlərini nəzərə almaq vacibdir. 

Müasir pedaqogika və psixologiya elmində şəxsiyyətin psixi 

xüsusiyyətləri aşağıdakı kimi qruplaşdırılır: 

•  hiHk, bacarıq və vərdirlər - BBV; 

•  əqli fəaliyyət qaydaları - ƏFQ; 

•  şəxsiyyətin özümUdarrj mexanizmləri - ŞÖM; 

•  emosional-əxlaqi sfera - EƏS; 

•  praktik fəaliyyət mühiti- PFM. 

Bu keyfiyyətlər biri-birilə sıx vəhdətdədir və mürəkkəb tam, 

dinamik  bir sistem tiəşkil  edir.  İnsanlar arasındakı  bu və  ya digər 

fərdi  fərqlər  hər  bir  fərddə  keyfiyyətlərin  inkişaf  səviyyəsini 

müəyyənləşdirir. 

İnkişafetdirici  təlim  texnologiyası  şəxsiyyətin  bütün 

keyfiyyətlərinin  ahəngdar  inkişafını  təmin  etməlidir.  Əgər, 

inkişafetdirici  təlimi-İT  ilə  işarə  etsək,  onda  bu  texnologiyanı 

formula şəklində belə göstərə bilərik: 

İT=BBV+ƏFQ+ŞÖM+EƏS+PFM 

İnkişafetdirici  təlim  şəxsiyyətin  «yaxm  inkişaf  zonası»na 

(L.S.Vıqotski) əsaslanır. 

L.V. Zankov, D.B. Elkonin, V.V. Davıdov, Q.S.Altşul- ler və 

başqalarının  hazırladıqları  inkişafetdirici  təlim  texnologiyalarını 

ümumiləşdirdikdə məlum olur ki, bu innovasiya texnologiyalardan 

aşağıdakı məqsədlər aşkarlanır: 

•  nəzəri və praktik təfəkkürü formalaşdırmaq; 

•  BBV-dən daha çox ƏFQ inkişaf etdirmək; 

•  təlim prosesində elmi və məntiqi təfəkkürə istinad etmək. 

Deməli, inkişafetdirici təlim texnologiyaları: 

307 


•  idrak motivlərinin; 

•  məqsədəuyğun inkişafın; 

•  öyrədənlə-öyrənən 

arasındakı 

«subyekt-subyekt» 

münasibətlərinin; 

•  BBV və ƏFQ-nin; 

•  yaradıcı  refleksiyamn  ahəngdar  formalaşmasını  təmin 

etməlidir. 

Ali  təhsil  sistemində  inkişafetdirici  təlim  texnologiyaları, 

qeyd  edilənlərlə  yanaşı,  aşağıdakı  vəzifələrin  də  həllinə  şərait 

yaratmalıdır: 

•  gələcək  mütəxəssisin  -  bugünkü  tələbinin  yaradıcılıq 

qabiliyyətlərini üzə çıxarmaq; 

•  tələbələri yaradıcı fəaliyyətə qoşmaq; 

•  - tələbələrdə yaradıcı təfəkkürü inkişaf etdirmək; 

•  fəal həyat mövqeyinə malik şəxsiyyət tərbiyə etmək; 

•  öz  mədəni  sferasını  daim  genişləndirən  insan, 

respublikamızda hüquqi demokratik cəmiyyətin tərəqqisinə xidmət 

edən vətəndaş yetişdirmək. 

Bu  vəzifələrin  müvəffəqiyyətli  həllinə  nail  olmaq  üçün 

texnologiyaların  təşkili  zamanı  aşağıdakı  prinsiplərə  əməl 

olunmalıdır: 

1)  məzmunun tamlığı və sistemliliyi; 

2)  təlimin ən yüksək çətinlik səviyyəsində qurulması; 

3)  sürətli təlim; 

4)  şüurlu təlim motivasiyası; 

5)  təlimin diferensiallaşdırılması; 

6)  innovasiya təlim metodlarının tətbiqi; 

7)  rasional  və  emosional  psixi  düşüncə  tərzinin  vəhdətdə 

inkişaf etdirilməsi; 

Ənənəvi  təlim  modeli  ilə  inkişafetdirici  təlim  modelini 

müqayisə  etdikdə,  inkişafetdirici  təlimin  üstünlükləri  daha  aydın 

şəkildə nəzərə çarpır. 

308 


Ənənəvi təlim texnologiyası 

MF 


TF 

Təhsilalanları 

qavrama prosesinə hazırlamaq -------------- ► Motivləşmə 

Tədris materialının izahı 



Qavrama 

, 1  

A * 


Biliklərin 

möhkəmləndirib, 

məsinin təşkili 

” 

İnkişafetdirici təlim texnologiyası 

Anlama 

Problem  situasiyanın 



yaradılması 

Problem situasiyanın qəbul 

-> edilməsi 

:*■ Tədqiqat probleminin?: 

aşkarlanması 

Təhsilalanlann axtarıcılıq 

fəaliyyətinin təşkili 

Müstəqil  yaradıcılıq 

fəaliyyətinin təşkili 

Diskussiya ^ 

(nəticələrin müzakirəsi) 

Burada MF - müəllimin fəaliyyəti; 

TF - təhsilalamn fəaliyyəti deməkdir. 

Ənənəvi təlimdə təhsilalamn mənimsəmə prosesi aşağıdakı 

ardıcıllıqla gedir; 

•* Q •*'A Burada; 

M - motivləşmə; 

Q - qavrama; 

A - anlama deməkdir. 

309 


İnkişafetdirici  təlimdə  təkcə  motivləşmə  kifayət  deyil. 

Təhsilalan  problemli-situasiya  şəraitinə  salınmalıdır.  Faktların 

toplanması,  təhlili,  hipotezin  irəli  sürülüməsi  və  yoxlanması 

şəraitində  qavrama  və  anlama  prosesləri,  ənənəvi  təlimdə  olduğu 

kimi,  ciddi  ardıcıllıqla  getmir,  onlar  qaynayıb  qarışır.  Təhsilalan 

mənimsəmənin yüksək səviyyəsinə qalxır, mənimsənilən biliklər və 

bacarıqlar  şəxsi  «mən»ə  keçir,  «özününküləşir»,  «özəlləşir», 

«interiorizasiya» baş verir. 

Deməli,  inkişafetdirici  təlim  aşağıda  göstərilən  ardıcıllıqla 

cərəyan edir: 

PS ^ Q -»• A -> «interiorizasiya». 

Burada PS - problem situasiya; 

Q - qavrama; 

A - anlama deməkdir. 

Ənənəvi və inkişafetdirici təlimi digər parametrlər əsasında 

da müqayisə edək: 

Didaktik

 

parametrlər



 

Ənənəvi təlim

 

İnkişafetdirici təlim



 

1

 



2

 

3



 

Məqsəd


 

Bilik, bacarıq və 

vərdişlərin 

formalaşdırılması. 

Biliklərin nümunə 

əsasında tətbiqi

 

Şəxsiyyətin psixi 



keyfiyyətlərinin inkişaf 

etdirilməsi. Biliklərin yeni 

şəraitdə tətbiqi

 

Mahiyyət



 

İnformasiyaların 

verilməsi, dərk edilməsi, 

möhkəmləndirilməsi, 

mənimsəmənin 

yoxlanılması

 

Təhsilalanm müstəqil 



tədqiqatçılıq fəaliyy,ətinə 

qoşulması: problemin həlli, 

fəaliyyətin yeni qaydalarının 

mənimsənilməsi

 

Tətbiqetmə



 

imkanları

 

Praktik olaraq həmişə 



mümkündür

 

Təhsilalanlann problemlə 



bağlı baza bilikləri və idrak 

bacarıqları olduğu təqdirdə 

müəllim və təhsilalanlann 

axtarıcılıq fəaliyyətini təşkil 

etdikdə mümkündür

 

310 



l

 

2



 

3

 



Üslımlükləri

 

Bilik, bacarıq və vərdişlər 



sisleminin formalaşması 

üçün şərait yaradır. Vaxta 

qənaət olunur. Müəllim 

şəxsiyyətinin (elmə 

ehtirasının, zəngin 

mənəviyyatının, yüksək 

mədəniyyətinin) rolu 

böyükdür


 

Maraqlan, təfəkkürü və digər 

psixi prosesləri inkişaf 

etdirir. Təhsiialanları 

özüınit.əhsil prosesinə təhrik 

edir. Diskussiya bacarığı və 

mədəniyyəti formalaşdırır

 

Prinsipial



 

xarakterli

 

ç.">tinliklor



 

Auditoriyanın diqqətini 

cəlb etmək. Qavramanı 

idarə etmək. Təlimi 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin