FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   ...   11   12   13   14   15   16   17   18   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası

təhsilin  bütün  mərhələ  və  pillələrində,  müstəqil  işlərin  ən  aktual 

foraıalanndan  istifadə  olunmalıdır.  Tələbələrin  müstəqil  işləri 

konkret və perspektiv məqsədlərə xidmət etməlidir. Ali məktəbdə 

müstəqil işlərin həm təlim, həm də təlimdənkənar 

255 


formalarından  geniş  istifadə  olunmalı,  onun  təşkilində  təsa- 

düfiliyə. pərakəndəliyə yol verilməməlidir. 



Sinergetik  yanaşma  prinsipinə  görə,  tələbəyə  müstəqil  işə 

müxtəlif  elmlərin  qarşılıqlı  əlaqəsi  baxımından  yanaşmaq 

öyrədilməlidir.  Sinergetik  yanaşma  tərzi  tələbə  müstəqil  işlərinin 

bütün  fonnalarında-referat,  kurs  işləri,  buxarılış  işləri  və  şairədə 

tətbiq edilir. Çünki pedaqoji faktlara, hadisə və proseslərə bir sıra 

elmlərin  predmeti  mövqeyindən  yanaşmadıqda  alınan  nəticələr 

məhdud  və  birtərəfli  olur.  Bu  əsasda  məhz  tələbədə  sinergetik 

düşüncə  bacarığı  aşılamaq  lazımdır.  Yalnız  bu  cür  düşünməyə, 

seçilmiş  məzmunun  ideyaca  əhatə  dairəsini,  pedaqogika. 

psixologiya,  sosiologiya,  iqtisadiyyat  və  digər  yaxın  elmlərin 

mövcud  nailiyyətlərini  nəzərə  almağı  öyrəndikdən  sonra 

«girişmək»  olar.  Deməli,  tələbəni  müstəqil  işə  qoşmazdan  əvvəl 

onu  düşünməyə,  həm  də  sadəcə  «düşiinməyə»  yox,  sinergetik 

tərzdə düşünməyə hazırlamaq lazımdır. 

İndi, sadəcə «elmi-texniki tərəqqi əsri» deyil, yeni ideyalar, 

düşüncələr, təbiətə, insana, həyata yeni anlamda yanaşmalar, bütün 

varlığı,  kainatı  tam,  bütöv  şəkildə  öyrənmə  əsridir.  Aparılan 

müstəqil  işlərin  məqsədi  tələbələri  məhz  belə  bir  əsrdə  yaşamağa 

hazırlamaqdan ibarət olmalıdır. 

Buradan  aydın  olur  ki,  tələbələrin  müstəqil  işləri  ancaq 

öyrədici  deyil,  həm  də  tərbiyəedici  xarakter  daşımalıdır.  Tələbə 

«ürəksiz»,  «duyğusuz»,  işgüzar  tədqiqatçı,  «faktlarla  nəfəs  alan 

quru fərd» kimi yox, mənəviyyatca zəngin, xeyirxah, başqaları üçün 

gərəkli olmağı bacaran insan kimi tərbiyə olunmalıdır. Elm mühüm 

tərbiyə  vasitəsidir,  insanın  şəxsiyyət  kimi  formalaşmasını  təmin 

edən qüdrətli amildir. Elm sadəcə məzmunu ilə yox, elmi öyrənmək 

üsulları,  elmə  yiyələnməyin  çətinlikləri  ilə  də  insanı  tərbiyə  edir, 

onda  işgüzarlıq,  dəqiqlik,  qətiyyət  kimi  fərdi  psixi  keyfiyyətlər 

fonnalaşdırır, öz düşüncələrini aydın şəkildə ifadə etmək, hadisələrə 

münasibət  bildirmək,  diskussiyaya  qoşulmaq,  öz  mövqeyini 

müdafiə  etmək,  əsaslandırmaq,  tərəf-  müqabilə  hönnət  etmək 

mədəniyyəti formalaşdırır. Təhsil təkcə elmli adamlar yox, həm də 

zəngin  mənəviyyata,  yüksək  mədəniyyətə,  təşkilatçılıq  bacarığına 

malik mütəxəssislər yetişdirməlidir. Bu baxımdan, müstəqil işlərin 

imkanları çox böyükdür. 

256 


Deməli,  tələbə  müstəqil  işləri  məzmununa,  təşkili  fonnalanna,  iş 

üsulları və tərzlərinə görə tərbiyəvi xarakter

 

daşımalıdır. Bu, tələbə 



müstəqil işlərinin təşkilinin mühüm prinsipidir. 

Tələbələrin  müstəqil  işinin  səmərəliliyini  təmin  edən 

prinsiplərdən  biri  də  vaxtdan  düzgün  istifadə  olunması  və 

yorğunluğa yol verilməməsidir. 

Tədqiqatlar  göstərir  ki,  bəzən  tələbələr  müstəqil  işləmək 

yollarına  bələd  olmadıqlarından  vaxt  itkisinə  yol  verir,  lüzumsuz 

yerə enerji sərf edir və heç bir nəticəyə nail olmurlar. Bu səbəbdən 

do  müstəqil  işə  maraq  azalır,  onun  icrası  cəhdi  zəifləyir.  Tələbə 

işdən  «soyuyur»,  vaxt  «itirir».  Məqam  yetişəndə  «aka-  demik 

borcu» olmasın deyə tələm-tələsik nəyisə üzündən köçürüb təhvil 

verir, müstəqil və yaradıcı surətdə işləmək əvəzinə, müstəqil işdən 

«canını qurtanr». Belə mənfi halların baş verməməsi üçün tələbəni 

birinci kursdan başlayaraq müstəqil işə cəlb etmək, onu müstəqil iş 

texnologiyaları ilə tanş etmək, yuxarı kurslara qalxdıqca, tədricən 

müstəqil  işin  daha  mürəkkəb  formalarına  cəlb  etmək  və  onlarda 

tədqiqatçılıq səriştəsi yaratmaq lazımdır. 

Buna nail olmaq üçün tələbənin təlim əməyini elmi surətdə 

təşkil  etmək  lazımdır.  Tələbə  müstəqil  işində  vaxtdan  düzgün 

istifadə  və  yorğunluğa  yol  verilməməsi  prinsipi  yeni  bir  prinsip  - 



tələbə  əməyinin  elmi  təşkili

 

prinsipini  doğurur.  Tələbənin  təlim 



əməyini  elmi  əsaslarla  qunnadan  nə  səmərəliliyi  və  məqsəd 

ardıcıllığını təmin etmək, nə də tələbənin əmək qabiliyyətini inkişaf 

etdirmək mümkün deyil. Sinergetik yanaşma prinsipi, tərbiyəedici 

prinsip,  vaxtdan  düzgün  istifadə  olunması  prinsiplərinin 

reallaşdırılması  tələbə  əməyinin  elmi  təşkilindən  çox  asılıdır. 

Tələbələrin müstəqil işinin səmərəliliyi və məhsuldarlığı məhz bu 

prinsiplərin vəhdətindən asılıdır. 

Tələbə  müstəqil  işinin  təşkili  prinsiplərindən  biri  də 



müstəqillikdir.

 

Bu, o deməkdir ki, müstəqil işin icrası zamanı tələbə 



elmi infonnasiyalan axtarıb tapa bilir, bu və ya digər fikri, ideyanı 

əsaslandırır,  idrakı  fəallıq  göstərir,  başqasını  təkrar  etmir,  elmdə 

özünəməxsus  «cığır»  açmağı  (elmin  geniş  yolu  «cığır»lardan 

başlayır), işin icrasının yeni, orijinal yolunu, tərzini tapır. Bir sözlə, 

müstəqil iş tələbənin inteqral xüsusiyyətlərini 

257 


formalaşdırır.  Tələbədə  müstəqil  elmi-pedaqoji  işləri  aparmaq 

imkanları açır, müvafiq bacarıq fonnalaşdınr. 

Tələbə müstəqil işlərinin təşkilində gözlənilməsi vacib olan 

bir sıra prinsiplərə diqqət yetirək: 

* intellektual  qüvvələrin,  potensial  imkanların  nəzərə 

alınması; 

*  müstəqil iş üçün əlverişli şəraitin yaradılması; 

* müasir  texnika  və  texnologiyalardan  (kompüter,  texniki 

vasitələr) istifadə bacarığının fomıalaşdınlması; 

*  ciddi fəaliyyət rejiminin yaradılınası; 

*  tələbənin sağlamlığına və səhhətinə qayğı göstərilməsi; 

* tələbədə  qətiyyət,  işgüzarlıq  kimi  iradi  keyfiyyətlərin 

inkişaf etdirilməsi. 

Deməli,  tələbələrin  müstəqil  işlərinin  təşkili  zamanı  təkcə 

pedaqoji  prinsiplərə  deyil,  həm  də  bir  sıra  mühüm  sosioloji, 

psixoloji, fizioloji prinsiplərə əməl olunmalıdır. 

Tələbə  müstəqil  işinin  effektivliyinin  təmin  edilməsində 

tələbəni müstəqil işə yönəldən metodların düzgün seçilməsinin rolu 

böyükdür. 

Tələbəni müstəqil işə yönəldən metodlar - müəllimin istifadə 

etdiyi  iş  üsullarıdır.  Müəllimin  məsləhəti,  xüsusən  də  başlanğıcda 

verdiyi  tə^-kiledici  məsləhət,  işin icrası  zamanı  l



məsləhət,  istiqamətverici  məsləhət,  inkişafa  təkanverici  məsləhət, 

müəllimin  bələdçilik  istiqamətli  məsləhəti,  müəllim-tələbə 



əməkdaşlığının  müxtəlif  formaları,  giriş,  ye-  kunUışdırıcı  və 

istiqamətverici  müsahibələr,  rəy  verilməsi  və  s.  tələbəni  müstəqil 

işə yönəldən metodlardır. 



İlk  mənbələr  üzərində  iş,  müşahidə  aparılması,  müsahibə, 

anket  sorğusu,  tədqiqat  xarakterli  işlər,  habelə  disputlar, 

müzakirələr,  elmi  diskussiyalar,  İNTERNET-dən  istifadə,  tələbə 

elmi konfransları və s. tələbənin müstəqil işlərinin reallaşdırılması 

fomıalandır. 

* Tələbə  elmi  işinin  təşkili  və  icrası  zamanı  pedaqoji, 

psixoloji,  metodik  prinsip  və  tələblərin  nəzərə  alınması  həm 

müəllimin,  həm  də  tələbənin  səmərəli  iş  metodlarının 

müəyyənləşdirilməsi, müəllim-tələbə əməkdaşlığı, tələbəyə hörmət 

258 


vo  onun  imkanlarına  inam,  tələbənin  müəllimə  etibarı  kompleks 

şəkildə ləlimin məhsuldarlığını təmin edir. 

Müstəqil  işin  birinei  mərhələsi  bir  qayda  olaraq  tədris 

prosesində  (auditoriyada),  ikinci  mərhələsi  isə  əsasən  auditori- 

yadankənarda həyata keçirilir. Aydındır ki. tədris prosesində əsası 

qoyulan  müstəqil  iş  auditoriyadankənar  müstəqil  işlə  tamamlanır, 

zənginləşir və təkmilləşir. Müstəqil işləri təşkil edərkən. onların ali 

məktəbdə  təlimin  digər  fonnaları  ilə  qarşılıqlı  əlaqəsi  təmin 

edilməlidir. 

Müstəqil  iş  tələbənin  bilikləri  və  informasiyaları  fəal 

qavramaq,  anlamaq,  yenidən  işləmək,  dərinləşdirmək  və 

möhkəmləndirmək məqsədilə istifadə olunan təlim formasıdır. 

Müstəqil işlərin əhəmiyyəti aşağıdakılardır: 

•  müstəqil  işlər  tələbələrin  bilikləri  şüurlu  surətdə 



qavramasına. dərk etməsinə və mənimsənilməsinə şərait yaradır; 

•  müstəqil  işlər  təlim  prosesində  qavrandmış  bilikləri 



möhkəmləndirməyə,  dərinləşdirməyə  və  genişləndirməyə  imkan 

verir; 

•  tələbədə ixtisasla bağlı bacanq və vərdişləri formalaşdırır 

və daha artıq təkmilləşdirir; 

•  tələbədə 



tədqiqatçılıq 

qabiliyyəti 

və 

bacarığı 

formalaşdırır; 

•  müstəqil  işlər  tələbədə  gələcək  peşə  ilə  bağlı 



qabiliyyətlərin inkişafına şərait yaradır. 

Ali  məktəbdə  təlim  prosesinin  bütün  mərhələlərində 

tələbələrin  ən  çox  istifadə  olunan  müstəqil  işi  formaları 

aşağıdakılardır: 

•  mühazirəni dinləmək \'ə konspektləşdirmək; 

•  tədris ədəbiyyatından və əlavə mənbələrdən istifadə 



etmək; 

.seminar məşğələlərinə hazırlaşmaq; 

laborator və praktik tapşırıqları icra etmək; 

islelualat və pedaqoji təcrübədə iştirak etmək; 

kurs və buraxılış işləri yazmaq; 

tədris və elmi-tədqiqat işləri ilə məşğul olmaq və s. 

259 


8.6.1. Referat işləri və yaradıcı tapşırıqlar 

Tədris  planı  üzrə  icra  olunan  müstəqil  işlərdə  müəyyən 

ardıcıllıq  mövcuddur  və  referat  bu  sahədə  tələbənin  atdığı  ilk 

addımdır. 



Referat  (latınca  «refero»  sözündən  götürülüb,  mənäsı 

«məlumat  vennək»  deməkdir)  hər  hansı  bir  əsərin  məzımmumm 

yazılı şəkildə qısa şərhindən ibarətdir. Referat bir faktın, hadisənin, 

yaxud  biri-birilə  əlaqəli  olan  bir  neçə  faktın  və  yaxud  aktual 

ideyaların məntiqi ardıcıllıqla şərhidir. 

Ali  məktəbdə  referat  ixtisasdan  asılı  olaraq  müxtəlif 

formalarda  icra  edilir:  tapşırılmış  əsəri  oxuyub  qısaca  şərhini 

vermək,  filmə  baxıb  məzmununu  yazmaq;  hər  hansı  sənədi  şərh 

etmək və s. 

Referatda iki hissə üzvü surətdə əlaqələnməlidir: 

•  ədəbiyyat mənbələrinin ümumiləşdirilməsi; 

•  praktika  müddətində  toplanmış  pedaqoji  faktların 



sistemləşdirilməsi. 

Referatm 

mahiyyətini 

öyrənilən 

mənbənin 

əsas 


məzmununun  şərhi  və  tənqidi  təhlili  təşkil  edir.  Referat  o  zaman 

uğurlu  hesab  olunur  ki,  tələbə  istifadə  etdiyi  ədəbiyyata  və 

materiallara  tənqidi  surətdə  yanaşır,  öz  fikrini  və  tənqidi 

mülahizələrini  bildirir.  İşin  bu  cür  təşkili  yeni  biliklərin  əldə 

edilməsinə,  pedaqoji  təfəkkürün  inkişafına,  pedaqoji  fakt  və 

hadisələrə  müəllimlik  mövqeyindən  yanaşma  bacanğının 

formalaşmasına,  pedaqoji  əlaqə  və  asılılıqları  gönnək  bacarığının 

yaranmasına şərait yaradır. 

Referat  mövzusu  seçilərkən,  tələbənin  arzu  və  istəkləri 

nəzərə alınmalıdır. 

Referatm  yazılmasına  hazırlıq  seminarlar  məşğələlərində 

başlanmalıdır. 

İlk 

mərhələ 


referat 

mövzusunun 

müəyyənləşdirilməsi  ilə  bağlıdır.  Sonra  materialın  toplanması, 

öyrənilməsi və sistemə salınması mərhələsi başlayır. Bu mərhələdə 

tələbə  müəllimə  işin  gedişi  barədə  məlumat  verir.  Referat 

tamamlandıqdan sonra, onun qrupda müzakirəsi keçirilir. Referatm 

əsas  məzmunu  haqqında  tələbə  elmi  dəməyin  məşğələsində, 

seminarda, habelə konfransda məlumat verə bilər. 

Referat 15 (əlyazması ilə),  yaxud 10 (çap) səhifədən  çox 

olmamalıdır. Referat giriş (mövzunun aktuallığı əsaslandırılır, 

2(50 


məqsəd  və  vəzifələr  müəyyənləşdirilir,  mənbələrin  qısa  təhlili 

verilir); əsas hissə (psixoloji-pedaqoji ədəbiyyatın, dövrü mətbuatın 

öyrənilməsi,  təhljlj-və.  habelə  məktəbin,  müəllimin  təcrübəsinin 

ümumiləşdirilməsi  əsasında  konkret  vəzifələrin  həlli  veri  lir)  və 



nəticədən  (müxtəsər  surətdə  əsaslandırılmış  nəticələr)  ibarət 

olmalıdır.  Titul  vərəqi,  plan,  giriş,  əsas  hissə,  nəticələr.  istifadə 

olunmuş ədəbiyyat siyahısı referatm strukturunu təşkil edir. 

Yaradıcı  tapmırıq  -  bu  və  ya  digər  pedaqoji  problemin 

aparıcı  ideyalarını  tezis,  yaxud  metodik  göstərişlər,  cədvəl,  sxem, 

diaqram,  məruzə  və  s.  şəklində  2-3  səhifə  həcmində 

hazırlanmasıdır. 

Referat  və  yaradıcı  tapşırıqlar  tələbənin  kurs  işi  yazmağa 

hazırlığını şərtləndirir. 

8.6.2. 

Kurs işləri 



Ali  təhsil  sistemində  ümumi  və  ixtisas  fənlərinin 

öyrənilməsi  kurs  itilərinin  yazılması  ilə  başa  çatır.  Kurs  işi  təlim 

tapşırığı  kimi  nəzərdə  tutulur  və  müəllimin  tədris  yükünə  daxil 

edilir.  Buna  görə  də  tələbəyə  kurs  işinin  hazırlanması  ilə  bağlı 

məsləhətlər verilməlidir. 

Kurs işləri, bir qayda olaraq, ümumi və ya ixtisas fənlərinə 

həsr  edildiyindən  mütəxəssis  hazırlığında  böyük  əhəmiyyətə 

malikdir. Təlimin bu fonnasının əsas məqsədi tələbələrin öz nəzəri 

biliklərindən  praktik  vəzifələrin  həllində  istifadə  bacarığını 

aşkarlainaq,  gələcək  mütəxəssisin  peşəyə  hazırlıq  səviyyəsini 

yoxlamaq və qiymətləndinnəkdir. Kurs işi tələbənin bu və ya digər 

elmi-nəzəri məsələni nə dərəcədə qavramasını, praktik əhəmiyyətini 

dərk  etməsini,  yaradıcılıq  göstərməsini,  faktları  seçmək,  təhlil 

etmək  və  ümumiləşdirmə  aparmaq  bacarıqlarını  aşkar  etməyə 

imkan verir. 

Kurs işini icra edən hər bir tələbə aşağıdakıları bilməlidir: 

•  mövzunu  elmi  cəhətdən  şərh  etməyi  bacarmaq,  müxtəlif 

mənbələrdən  istifadə  etməklə  ziddiyyətləri  aşkarlama,  müxtəlif 

müəlliflərin  fikirlərini  müqayisə  etmək,  hansının  daha  dolğun  və 

inandırıcı olduğunu qeyd etmək və əsaslandırmaq; 

261 


•  toplanmış faktik materialı təhlil etmək və otum elmi, 

praktik əhəmiyyətini müəyyənləşdirmək; 

•  eksperiment qoymaq; 

•  kur.s işinin texniki tərtibatı qaydalarına riayət etmək. 

Kurs işi təlimin referata nisbətən daha mürəkkəb 

fonnasıdır və tələbədən  daha artıq müstəqillik, idraki  fəallıq  tələb 

edir.  Referat  elmi  rəhbər  tərəfindən  qəbul  edilərək  şifahi  şəkildə 

qiymətləndirildiyi  halda,  kurs  işi  rəhbərin  iştirakı  ilə  xüsusi 

komissiya  tərəfindən  qəbul  edilir.  Tələbə  komissiya  üzvləri 

qarşısında kurs işinin məzmununu qısa şəkildə şərh edir, komissiya 

üzvlərinin və tələbələrin suallarına cavab verir. Komissiya tələbənin 

yazdığı kurs işini yazılı formada qiymətləndirir. 

Kurs  işinin  yazılması  və  müdafiə  olunması  tələbədə 

müstəqilliyin,  təşəbbüskarlığın,  yaradıcılığın,  elmİ  axtarış 

qabiliyyətinin inkişafına təkan verir. 

Tələbənin  kurs  işinin  müdafiəsinə  hazırlaşması  özü  də 

müstəqil  iş  hesab  olunur.  Kurs  işini  müdafiə  edən  tələbə  fikrini 

yığcam,  aydın,  məntiqi  şəkildə  ifadə  edə  bilmək  üçün  öz  nitqi 

üzərində çalışmalı olur. 

8.6.3.  Buraxılış işləri 

Ali məktəbdə təlimin mühüm təşkili formalarından biri də 

buraxılış 

işləridir. 

Mütəxəssis 

hazırlığının 

tamamlayıcı 

mərhələsində icra olunan buraxılış işinin qarşısında duran vəzifələr 

aşağıdakılardır: 

•  təltsil illərində ixtisas üzrə qazanılmış nəzəri və praktik 



bilikləri sistem ləşdirmək; 

•  nəzəri bilikləri konkret sahəyə tətbiq etmək; 

•  tədqiqatçılıq qabiliyyətini, müstəqil işləmək bacarığını 

inkişaf etdirmək; 

•  mütəxəssis hazırlığının .səviyyəsini müəyyənlə.'idirmək. 

Buraxılış işləri üçün baza rolunu, problem üzrə müvafiq 

ədəbiyyatın  öyrənilməsi  və  elmi  təhlili,  müəllim  və  şagirdlərin 

fəaliyyətinin  müşahidə  edilməsi,  qabaqcıl  pedaqoji  təcrübənin 

öyrənilməsi,  eksperimentin  qoyulması,  aparılmış  tədqiqatın 

nəticələri oynayır. 

262 


Buraxılış işinin yazılması bir neçə mərhələdən ibarətdir: 

•  mövzunun seçilməsi; 

•  problemlə bağlı ədəbiyyatın öyrənilməsi; 

•  i^in oriyentir planının tərtibi; 

•  tədqiqatın metodlarının müəyyənləşdirilməsi; 

•  materialın toplanması; 

•  alınmış nəticələrin təhlil edilməsi və ümumiləşdiril 

məsi; 

•  buraxılış işinin tərtibatı; 

•  buraxılış işinin müdafiə edilməsi. 

Buraxılış  işinin  icrası  zamanı  aşağıdakı  tələblər  nəzərə 

alınmalıdır:

 

•  buraxılış işi üçün seçilmiş mövzu aktual olmalıdır; 



•  mövzu üzrə psixoloji-pedaqoji ədəbiyyat öyrənilməli, qısa 

icmalı və tənqidi təhlili verilməlidir; 

•  buraxılış işi elmi-tədqiqat xarakteri daşımalıdır; 

•  kompleks tədqiqat metodlarından istifadə olunmalıdır; 

•  buraxılış  işi  mövzusunun  nəzəri  mə.sələləri  əsas 



bölmələrdə əhatə edilməlidir. 

• 

 qabaqcıl 



pedaqoji

 

təcrübə öyrənilməli 

 



ümıııniləşdirilməlidir. 

•  öyrənilən məsələlərə münasibət bildirilməlidir. 

•  buraxılış  işində  mövzunun  ardıcıl  şərhi  verilməli, 

ümumiləşdirmələr aparılmalı, nəticələr ə.saslandırılmalı və praktik 

tövsiyələr göstərilməlidir; 

•  nəticələr aydın, əlaqəli, ardıcıl, dəqiq və əsaslandırılmış 



olmalıdır. 

Buraxılış  işinin  yazılması  ilə  əlaqədar  olaraq,  tələbə 

məktəb  müəlliminin,  sinif  rəhbərinin,  tərbiyə  işləri  üzrə 

təşkilatçının, yaxud, məktəbin pedaqoji kollektivinin iş təcrübəsini 

öyrənərək  ümumiləşdirir  və  pedaqoji  prosesi  daha  da 

təkmilləşdirmək  məqsədilə  tövsiyələr  hazırlayır.  Ümumiləşdirmə 

zamanı tələbə aşağıdakı komponentləri əsas götünnəlidir: 

•  Tədqiqatın ə.sas təlim-tərbiyə vəzifələri. 

•  Pedaqoji təcrübənin məqsədəmüvqfiqliyi. 

263 


•  Müəllim və .şagirdlərin, habelə pedaqoji pro.se.sin digər 

i^tirakçdannm fəaliyyəti. 

® 

•  Şagirdlərin  təhsil-tərhiyəsi  idində  qazanılan  konkret 

nailiyyətlər. 

•  Buraxıb^ mövzusunun yeniliyi. 

•  Tədqiqat prosesində məktəb şəraitinin nəzərə alınması. 

•  Əldə edilmiş müsbət nəticələrin tətbiqi imkanları, yolları 



və va.sitələri. 

Buraxılış işi yazılarkən tələbələr mövzu ilə bağlı qabaqcıl 

pedaqoji təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirməlidirlər. 

Pedaqoji  təcrübənin  öyrənilməsi  zamanı  müşahidə, 

müsahibə, intervü, anket, pedaqoji situasiyaların təhlili, statistik və 

digər  metodlardan  vəhdət  halında  istifadə  olunmalıdır.  Pedaqoji 

təcrübənin öyrənilinəsi zamanı hər bir tələbə aşağıda qeyd olunan 

ardıcıllığa əməl etməlidir: 

•  təcrübəsi  öyrəniləcək  pedaqoji  kollektivin,  müəllimin, 

tərbiyəçinin, sinif rəhbərinin müəyyənləşdirilmə.si; 

•  pedaqoji 



təcrübənin 

öyrənilməsi 

nıeyarlarının 

aydınlaşdırılması: 

•  m iixtəlif informasiyaların toplanması; 

•  toplanmış materialların və faktların işlənməsi: 

•  təcrübədə 



tətbiq 

ediləcək 

ümumi 

ideyaların 

dəqiqləşdirilməsi; 

•  pedaqoji  təcrübənin  öyrənilmə.si  ə.sa.sında  toplanmış 



materialın  təhlili  və  elmi  tədqiqatın  bu  və  ya  digər  formasına 

(referat,  kurs,  buraxılış  işləri  vəs.)  verilən  tələblərə  uyğun 

yazılması. 

Buraxılış  işlərinin  yazılması  və  müvəffəqiyyətlə  müdafiə 

edilməsində  müvafiq  kafedraların  rolu  çox  böyükdür.  Kafedralar 

buraxılış  işlərinin  mövzularını  müəyyənləşdirməli,  onları  hər  il 

təzələməli,  kafedrada  müzakirə  etməli  və  fakültə  elmi  şurasının 

təsdiqinə vemıəlidir. Mövzular müəyyənləşdirilərkən, elmin müasir 

və perspektiv inkişafı, təhsil qarşısında duran real vəzifələr nəzərə 

alınmalı,  tələbələr  yüksək  hazırlıqlı  və  ixtisaslı  elmi  rəhbərlərlə 

təmin edilməlidir. Elmi rəhbər nəzəri və praktik hazırlığı, pedaqoji 

təcrübəsi, elmi fəaliyyətinin genişliyi, erudisiyası ilə seçilməlidir. 

264 


Buraxılış işi vcrorkən. talubənin ar/ıısu nəzarə almmalı. bu 

zaman  bacarıqlı  va  hazırlıqlı  talabalbrə  üstünlük  vcrilnıaliclir. 

Buraxılış  işi  tələbənin  aşağı  kurslarda  yerinə  yetirdiyi  kurs  işi. 

ladris-iədqiqat,  elmi-tədqiqat  işlərinin  davamı  olduqda  daha 

samarəli nəticələr alınır. 

Tələbənin  buraxılış  işi  kafedranın  qərarına  uyğun  olaraq 

rektorun əmri ilə rəsmiləşdirilir. 

Bundan sonra tələbə elmi rəhbərin köməyi ilə buraxılış işinin 

planını  tərtib  edir,  özünün  fərdi  planını  hazırlayır.  Müvafiq 

ədəbiyyatla, problemin tarixi ilə tanış olur, diplom işinin qarşısında 

duran  məqsəd  və  vəzifələri,  habelə  fərziyyəni  müəyyənləşdirir. 

Sonra  tədqiqatın  metodları  seçilir.  Eksperiment  aparılır,  alınmış 

nəticələr təhlil edilir, 

töv.siyələr hazırlanır.

 

Buraxılış  işi  bir  qayda  olaraq  qaralama  variantında  yerinə 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin