FƏrrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix20.11.2019
ölçüsü6,79 Mb.
#29629
1   ...   10   11   12   13   14   15   16   17   ...   30
Fərrux rüstəmov - Ali məktəb pedaqogikası


dirməli, yararlılıq səviyyəsi və vacibliyini dərk etdirməlidir: 

•  


çıxu^lar üçün zəruri və əlavə ədəbiyyatı .seçməlidir: 

•  


kollektiv iş prosesində akademik qrupun hər bir üzvünün 

funksiyasını dəqiqləşdirməlidir: 

•  


hər bir tələbəni oynayacağı rola hazırlamalıdır: 

•  


seminarın işinə rəhbərlik etməlidir; 

•  


seminar məşğələsini yekunlaşdırmalıdır. 

8.4.  PRAKTİKÜMLAR HAQQINDA 

ÜMUMİ MƏLUMAT 

Müasir  ali  təhsil  sistemində  geniş  istifadə  olunan  prakti- 

kumlar  və  laborator  işləri  gələcək  mütəxəssisin  müvafiq  peşə 

sahəsinə nəzəri və praktik hazırlığının vəhdətini təmin edir. 

Praktik  məşğələlər,  bir  qayda  olaraq,  mühazirənin  davamı 

olub,  qazanılmış  nəzəri  bilikərin  həyatda  və  təcrübədə  tətbiqini 

təmin edir, tələbələrdə ixtisas bacarıqları və vərdişləri formalaşdırır. 

Praktikum əsasən iki formada həyata keçirilir: 

•  

praktikum gələcək mütəxəssisi elmi idrakla bağlı bu və ya 

digər bacarıq və vərdişlərlə .silahlandırır: 

•  


praktikum  bütövlükdə  tədris  kursunun  tətbiqinə  həsr 

olunur,  başqa  sözlə,  peşə  hazırlığının  tətbiqi  tərəfmi  reatla.^- 

dırmağa xidmət edir. 

246 


Praktik  məşğələlər  qarşısında  duran  vəzifələri

 

belə 



konkretləşdirmək olar: 

•  


mühazirə  materialı  üzrə  bilikləri  möhkəmləndirmək

  və 


<^eıü.slondirmək; 

•  


mühazirə materialı üzrə tapşırıqları icra etmək; 

•  


qazanılmış  biliklərdən  müstəqil  surətdə  istifadə  etmək 

qabiliyyətini inkişaf etdirmək; 

•  


ən  müasir  texniki  vasitələrlə  işləmək  bacarığı 

formalaşdırmaq; 

•  


müvafiq praktik bacarıq və vərdişlər formalaşdırmaq; 

•  


elmi  idrakın  metodologiyası,  ümumi  metodları  və  xüsusi 

metodikalarla tanış olmaq; 

•  


elmi-tədqiqat işinin mövzusunu kurs və burctxdtş işlərinin 

mövzusu ilə əlaqələndirmək; 

•  


tədqiqatın 

nəticələrini 

ümumiləşdirmək 

bacarığı 

formalaşdırmaq; 

•  


öyrənilən  elmlə  bağlı  ədəbiyyat

 

və  məlumatlarla  tanış 



olmaq; 

•  


öyrənilən elmlər arasında əlaqə yaratmaq; 

•  


tələbələrdə zehni əmək mədəniyyəti, məsuliyyət və intizam 

tərbiyə etmək; 

•  


tələbələrin  kamil  və  peşəkar  mütəxəssis  kimi  yetişməsini 

təmin etmək, onların peşə qabiliyyətlərini inkişaf etdirmək. 

Beləliklə məlum olur ki, praktikumlar yaradıcı istiqamətdə 

qurulmalı,  məşğələlər  üçün  seçilən  tapşırıqlar  metodik  cəhətdən 

əsaslandırılmalı, evristik, problemli təlim, tədqiqatçılıq metodları və 

müvafq innovasiyalardan geniş istifadə olunmalıdır. Yalnız bu halda 

praktikumlar tələbələri peşə-ixtisas təcrübəsinə qovuşdura bilər. 

8.5.  LABORATOR MƏŞĞƏLƏLƏRİ 

Öz  mənşəyini  uzaq  keçmişdən  götürən  laboratoriya 

(laborator - latın sözü olub labor - əmək, iş, çətinlik, laboro - 

247 


zəhmət  çəkmək,  səy  göstəmıək,  qayğı  göstəmıək,  işgüzarlıq, 

maneələri aradan qaldırmaq mənasım verir) anlayışı elmi və həyati 

məsələlərin  həlli  üçün  əvvəllər  məlum  olmayan  yolların  və 

vasitələrin aşkarlanması məqsədilə əqli və fiziki qüvvə sərf etmək, 

səy göstənnək mənasında işlədilirdi. 

Təsadüfi  deyil  ki,  praktik,  xüsusilə  laborator  iş  formasının 

ifadəsi kimi işlənən  «praktikum»  -  yunanca  «praktikos» sözündən 

götürülüb, mənası fəaliyyət deməkdir. 

Deməli,  həm  laborator,  həm  də  praktikumlar  tələbədən 

gərgin  fəaliyyət  tələb  edən  təlim  məşğələləri  formasıdır. 

Tələbələrdə  müşahidəçilik,  diqqətlilik,  təşəbbüskarlıq,  müstəqillik 

inkişaf  etdirməsi  baxımından  labobrator  işləri  təlimin  heç  bir 

fonnası ilə müqayisə etmək olmaz. Ona görə ki, laborator işlərinə 

ixtisasın xarakterindən asılı olaraq tədris vaxtının 20- 30%-i ayrılır. 

XX  əsrin  sonlarından  başlayaraq  ali  təhsil  müəssisələrində 

tədqiqat xarakterli laborator işlər geniş tətbiq olunmağa başlandı. 

İlk  dəfə  olaraq  bu  təcrübə  Moskva  Energetika  İnstitutunda 

həyata keçirildi və tədqiqat xarakterli laborator işlərinin məzmunu 

müəyyənləşdirildi,  laborator  məşğələlərinin  təşkili  metodikası 

hazırlandı.  Məcburi  xarakter  daşıyan  tapşırıqlar  tələbələrin 

maraqlarına və təlim müvəffəqiyyətinə uyğun olaraq fərdiləşdirildi. 

Laboratoriya 

məşğələlərinin 

qarşısında 

qoyulan 

məqsədəuyğun vəzifələri aşağıdakı kimi konkretləşdinnək olar: 

•  

öyrənilən elmin nəzəri müddəalannın miivafıq sahəsinin ən 

yeni  tədqiqat  texnologiyalarından  istifadə  təcrübəsi  ilə 

əlaqələndirmək; 

•  


qazanılmiş  nəzəri  bilikləri  tədris-idrak  və  tədqiqatçılıq 

vəzifələrinin yerinə yetirilməsinə istiqamətləndirmək; 

•  


nəzəriyyə ilə təcrübənin, təhsillə real həyatın, ali məktəblə 

cəmiyyətin vəhdətini təmin etmək. 

Laboratoiya məşğələlərinin ən üstün cəhətlərindən biri budur 

ki,  o,  tələbələrin  nəzəri-metodoloji  biliklərini,  praktik  bacarıq  və 

vərdişlərini vahid təlim-tədqiqatçılıq fəaliyyətində 

24S 


ifado  edir.  Laboratoriya  moşğələiərinin  əhəmiyyotini  aşağıdakı 

kimi doyərləndirmək olar: 

•  

nəzəriyyə və təcrübənin inteqrasiyasını təmin edİr; 

•  


tələbələrin idrak fəallığım yüksəkdir: 

•  


mühazirələrdə  təqdim  olıınmwf  elmi  informasiyaları, 

müstəqil  surətdə  qazandım.^  bilikləri  dənnUrşdirir  və 

möhkəmləndirir: 

•  


innovasiyaların  tətbiqi,  müasir  te.xnikadan  və  te.xnolo- 

giyalardan istifadə bacarıqları fonnahı.'fdırır: 

•  


tələbələrdə  yaradıcılıq,  tə.^əhbiiskarlıq.  müstəqillik, 

çeviklik, qətiyyətinik kimi fərdi idraki psixi xüsusiyyətləri inkiiiaf 

etdirir: 

•  


proqram materialının tələbələr tərəfindən daha dərindən 

mənimsənilməsini təmin edir: 

•  


laborator  tapşırıqlarının  icrası  zamanı  mənimsənilmiş 

nəzəri  biliklər  daha  artıq  konkretləşir,  tələbəyə  məlum  olmayan 

məlumatlar  aşkarlanır,  mürəkkəb  elii  məsələlər  daha  aydın 

surətdə dərk edilir. 

Beləliklə məlum olur ki, laboratoriya şəraitində nəzəriyyə 

və  təcrübənin  biri-birilə  əlaqəsi  tədris  materialının  şüurlu 

mənimsənilməsini  təmin  etməklə  yanaşı,  həm  də  tələbədə  l'əal. 

yaradıcı  təfəkkür  tərzi  inkişaf  etdirir.  Beləliklə,  laborator 

məşğələləri  olan  tədris  fənləri  tələbələrin  ritmik  və  intensiv 

fəaliyyətini reallaşdınnaqla, fənnin daha  fəal və möhkəm surətdə 

mənimsənilməsini  təmin  edir.  Digər  tərəfdən,  laborator 

məşğələləri  tələbələrə  məlum  olmayan  bir  sıra  həqiqətləri  kəşf 

etməyə  şərait  yaratmaqla,  onlarda  təkcə  təlim  motivlərini  deyil, 

həm  də  idrak  maraqlarını  inkişaf  etdirir,  elmə  və  tədqiqatçı  lığa 

həvəs yaradır. 

Qazanılmış  nəzəri  biliklərin  eksperimental  tətbiqini  və 

təsdiqlənməsin!  təmin  edən  laborator  məşğələlər,  praktikum. 

mühazirə  və  seminar  məşğələləri  ilə  vəhdətdə  olmalı,  onlara 

yaradıcı  elmi  xarakter  verməli  və  tamamlamalıdır.  Laboratoriya 

məşğələlərində  istifadə  olunan  metodologiya,  aparatlar  və 

cihazların  yeniliyi  məşğələlərin  tədqiqatçılıq  imkanlarını 

gcnişləndimıəlidir. Buna nail oliuaq məqsədilə məşğələlərdə ən 

249 


yeni  aparatlar  və  onların  modelləri,  müasir  tələblərə  cavab  verən 

metodikalar və texnologiyalar, elektron hesablama maşınları tətbiq 

edilməlidir.  Tələbələrə  eksperimentin  nəticələrini  ən  yeni 

metodlarla yoxlamaq bacarıqları aşılanmalıdır. Kompleks laborator 

məşğələlər bu vəzitələrin həlli üçün əlverişli şərait yaradır. 

Müasir  ali  məktəbdə  laborator  məşğələləri  praktik 

məşğələlərin  bütün  formaları  kimi  təlim-idrak  və  tədqiqatçılıq 

xarakteri  daşıdığından  real  istehsal  prosesinə  müvallq  və  gələcək 

mütəxəssisin fəaliyyətini modernləşdirməyə imkan verir. Laborator 

məşğələlərində  mütəxəssisin  həlledici  məqamda  çevik  surətdə 

düzgün qərarlar  çıxannasına, qətiyyətli  və təkidli olmasına imkan 

verən,  istehsal  proseslərinin  düzgün  idarə  edilməsi  bacarıqlarını 

formalaşdıran mikromühit yaradılır. 

O  da  aydındır  ki,  müxtəlif  tədris  fənləri  üzrə  laborator 

məşğələləri  məzmun  və  xarakterinə  görə  biri-birindən  fərqlənir. 

Laborator  məşğələlərinə  rəhbərlik  metodikalarını  hazırlarkən,  hər 

bir tədris fənninin mövzusu, məzmunu, metodologiyası və ümumi 

metodları,  habelə,  fənnin  tədrisi  texnologiyası  nəzərə  alınmalıdır. 

Bununla belə, bütün laborator məşğələləri üçün tipik olan bir sıra 

mühüm iimuıni xüsusiyyətlər də mövcuddur: 

•  

Lahorcılor mə.)ğololərin diızgün In^kili. 

Laborator  məşğələlərin  müvəffəqiyyəti  ali  məktəbdə 

təşəkkül  tapmış  məşğələ  formalarından,  onların  təşkilinə  verilən 

tələblərdən, müsbət təlim ənənələrindən asılıdır. Laborator işləri elə 

təşkil  olunmalıdır  ki,  tələbələrdə  yaradıcılıq  göstənnək  səyi  və 

həvəsi doğursun. 

•  

Laborator  mə^ğələhrində  elo  psixoloji  mühit,  sağlam' 

stimul  yaradılmaluhr  ki,  tələbə  öz  qüvvə

  və 


imkanlarına  inansın, 

onda  eksperimentin  (durş  tutmayacağı»  qorxusu  və  narahalçdıq 

hissi  olmasın,  tələbə  yaradıcı  surətdə  fəaliyyət  göstərməyə, 

təiiəhbüskarhğa, müstəqilliyə, axtarıcılığa can atmalıdır. 

•  


Laborator  mətfğələlərində  iştirak  edən  köməkyi  heyvət 

müəyyən elmi pedaqoji hazırlığa malik olmalıdır. Hər bir laborant. 

preparator  tələbəyə  nə  zaman,  hansı  məqamda,  necə  kömək 

göstərmək lazım olduğunu, hansı halda köməyin «zərər» 

250 


gətirəcəyini  bitməlidir.  Buna  görə  də  mühazirəçi  müəllim 

a.ssi.senti,  lahorant,  preparator  və  digər  köməkçi  əməkdaşları 

müntəzəm olaraq təlimatlanmalıdır. 

•  


Lahorator məşğələləri planlaşdırdarkən. nəzəri biliklərin 

tədrisi  prosesi  və  laboratoriyanın  inkişaf  perspektivləri  nəzərə 

alnımalıdır. Müstəqil (ytdnız bir fənn üzrə)

 ı-’ö 


birləşmiş (bir neçə 

ya.xın  fənn  üzrə)  laboratoriyalar  düzgün  təşkil  olunduqda: 

müntəzəm  olaraq  zənginlə.ş-dirildikdə;  təchizatı  daim  saz  (hazır) 

vəziyyətdə  .saxladıqda:  maddi-te.xniki  bazam  (həm  sənaye 

tərəfindən  isteh.sal  olunan  təchizat,  həm  də  tələbələrin  özlərinin 

hazırladığı  təchizat)  müntəzəm  olaraq  yoxlanıldıqda  laborator 

məşğələlərinin keçirilməsi üçün əlverişli .şərait yaranır və nəticədə, 

tələbələrdə  texniki  təfəkkürü,  səmərələşdirici

 

və 



axtarıcılıq 

qabiliyyətlərini inkişaf etdirmək imkanı yaradır. 

•  


Laborator  işlərinin  rəngarəngliyi  və  cəlbedici  olması 

təmin edilməli, daim təkmilləşdirilməli

 və 


modernlə-şdirilməli. yeni 

daha  səmərəli

  və 


maraqlı  işlərlə  əvəz  olunmalıdır.  Labo- 

Ratoriyanın  təşkilində

  və 


məşğələlərin  aparılma  texnologiyasında 

innovasiyalar  geniş  surətdə  tətbiq  edilməlidir.  Laborator 

məşğələlərinin  müvafiq  kafedralarda  müntəzəm  müzakirəsi 

keçirilməli,  tələbələrin  uğurları  və  müvəffəqiyyətsizliklərinin 

səbəbləri araşdırılıb təhlil olunmalı

 və 


korreksiya işi aparılmalıdır. 

•  


Laboratoriyalar  öz  görünüşünə  və  məzmununa  görə 

te.xniki  estetikanın

  və 


gigiyenanın  tələblərinə  cavab  verməli, 

burada  işin  mahiyyətini,  ə.sas  ideyasını,  metodlarım,  gözlənilən 

nəticələri  əks  etdirən  metodik  plakatlar,  əyani  vasitələr  olmalı 

və 


bütün bunlar diqqəti cəlb etməlidir. 

Laborator məşğələləri təşkili qaydasına görə iki böyük qrupa bölmək 

olar: 

Ardıcıl  məşğələlər  -

  nəzəri  kursun  tədrisi  başa  çatdıqdan  sonra 

təşkil olunur. 

Paralel məşğələlər

 - kursun öyrənilməsi ilə paralel surətdə yerinə 

yetirilir. 

Laborator məşğələlər kursun xüsusiyyətlərindən və təhsil 

251 


miiyssİsəsinin imkanlarından asılı olaraq üç formada təşkil oluna bilər.  

Frontal mə^ğəfəlor. 

Bu halda bütün tələbələr eyni işi icra edirlər. 



Qrup məşğələləri. 

Bu  halda  bir  neçə  tələbədən  təşkil  olunmuş  kiçik  qruplar  mü.xləlif 

tapşırıqları icra edirlər. 

Fərdi məşğələlər. 

Bu halda tapşırıq hər bir tələbəyə fərdi şəkildə verilir.  

Laborator  məşğələlərinin  (LMN)  məzmunundan  irəli  gələn 

aşağıdakı növlərini müəyyənləşdirmək olar; 

*  Təlim-tərbiyə  nəzəriyyəsinin  müxtəlif  məsələlərini 

əyani şəkildə 

öyrənməyə imkan verən 

pedaqoji məşğələlər. 

(PM) 


*  Psixologiyanın,  xüsusən  də  yaş  və  pedaqoji  psixologiyanın 

müxtəlif məsələləri ilə əlaqədar təcrübələr aparmağa imkan verən 



psixoloji 

məşğələlər. 

(PsM) 


*  Dilin  tarixi,  dil  nəzəriyyəsi,  dillərin  öyrənilməsi  metodikalara 

dillərarası  əlaqələr  və  s.  məsələlərin  tədqiqi  ilə  bağlı 



linqvistik 

məşğələlər. 

(LM) 


*  Adi  və  ya  ekstremal  şəraitdə  müxtəlif  ietimai  hadisələrin 

öyrənilməsinə xidmət edən 



ictimai məşğələlər. 

(İM) 


Biologiya,  kimya,  fiziologiya,  təbabət  və  digər  təbiət  elmlərinin 

praktik  tətbiqi  yolla  öyrənilməsinə  xidmət  edən 



təbiətşünaslıq 

məşğələləri. 

(TM) 


*  Texniki  elmlərin  tədqiqatlarla  öyrənilməsinə  şərait  yaradan 

texniki məşğələləri. 

(TxM) 


Laborator məşğələləri şərti olaraq bir neçə istiqamətdə (səviyyədə) 

təşkil olunur: 

•  

İlk tanışlıq məşğələləri (İM) 

İlk tanışlıq məşğələləri tələbələri laboratoriyanın təchizatı. tərtibatı, 

növləri, laboratoriyanın uğurları, perspektivləri və s. ilə tanış edir;  

•  


Öyrədici məşğələlər 

(ÖM)


 

252 


öyrədici  məşğələlərdə  məqsəd  tələbələri  müəyyən  praktik 

əməliyyatlara  hazırlamaq,  onları  yeni  bacarıq  və  vərdişlərk) 

silahlandırmaqdan ibarətdir. 

•  


Ekspevimenta! məşğolələr. 

B

LI



 qəbildən olan məşğələlər müəyyən fənnə, elmə məxsus 

məlumatla da xarakteristikaların doğruluğunu yoxlamaq məqsədilə 

keçirilir. 

•  


Problem-axUırıcüıq məiğə lo lə n\

  ( P M )



 

Problemli  məşğələlər  tələbələrdə  müstəqillik  və  yaradıcılıq 

qabiliyyətləri inkişaf etdirmək məqsədilə keçirilir. 

Tələbələrin  intellektual  inkişaf  səviyyəsinə  və  yaradıcı 

düşünmək  tərzinə 

görə  biri-birilərindən  fərqləndiyini  nəzərə 

alsaq, 

laborator məşğələlərini elə təşkil etmək lazımdır ki. onlar tələbələrin 



daha  yüksək  intellektual  inkişaf  səviyyəsini  təmin  etsin. 

Məşğələlərin müxtəlif və çətinlik səviyyəsi yüksək olan variantlarda 

təşkil olunması, hazırlıqlı tələblərə daha mürəkkəb, zəiflərə nisbətən 

asan tapşırıqların verilməsi o qədər də effektli və məbsuldar sayıla 

bilməz. Onu da nəzərə almaq iazzımdır ki, tələbə inkişaf səviyyəsinə 

uyğun tapşırıq aldıqda öz intellektinin daha yüksək pilləsinə qalxa 

bilmir. Deməli, tələbələrə verilən tapşırıqlar onların «aktual inkişaf 

zona.sı»nı  qabaqlamalıdır.  Təbii  ki,  bu  halda  tələbənin  müəllimin 

köməyinə  ehtiyacı  olur.  Müəllimin  köməyi  diferensial  xarakter 

daşımalıdır. Hazırlıqlı tələbəyə kömək minimum səviyyədə olmalı, 

orta qüvvəli tələbəyə bir qədər çox, zəiflərə isə maksimum kömək 

göstərilməlidir.  Müəllimin  köməyi  tapşırığın  müəyyən  şərtlərinin 

izahı, əsas cəhətlərin üzə çıxarılması, tələbələrin fəaliyyətinin lazımi 

məcraya yönəldilməsi və s. formada reallaşdırıla bilər. Bu məqsədlə 

də  tələbə  qrupu  intellektual  inkişaf  səviyyəsinə  görə,  bir  qayda 

olaraq üç yarımqrupa (qüvvəlilər, orta qüvvəlilər və zəiflər) bölünür 

və hər qrupla iş diferensial formada təşkil olunur. 

Laborator məşğələlərin yuxarıda qeyd edilən səviyyələri ilə 

yanaşı,  müasir  dövrdə  daha  iki  səviyyəsi  təklif  olunur.  Bu  təklifə 

görə,  birinci  soviyyə

 

ənənəvi  laborator  işləridir  (Əİ.I)  və  ali 



məktəbdə təhsilin bakalavr mərhələsində tətbiq olunmalıdır. İkinci 

səviyyə - innovasiyah laborator məşğələləri (İLM) lələ- 

253 


bolori  müəyyən  mövzular  üzrə  nəzəri  və  eksperimental  tədqiqat 

metodlarından  istifadə  etməyə  hazırlayır  və  təhsilin  daha  yüksək 

pilləsi olan magistraturada tətbiq edilir. İkinci səviyyəli la- borator 

işləri  bir  neçə  məşğələ  müddətində  yerinə  yetirilə  bilər.  Lakin 

qiymətləndimıə  zamanı  işin  icrasının  bütün  mərhələləri  nəzərə 

alınmalıdır.  Laborator  işlərinin  qiymətləndirilməsi  reytinq  sistemi 

ilə də keçirilə bilər. 

Laborator  məşğələlərinin  təşkili  zamanı  aşağıdakı 

göstəricilər nəzərə alınmalıdır. 

•  


Didaktik göstə ricilə r: 

laborator məşğələlərinə hazırlıq səviyyəsi; 



məqsədin  aydın  ifadə  olunması,  işin  icrasında  didaktik 

ardıcıllıq; 

tələbənin aparılan eksperimentdə fəallıq dərəcəsi; 



mühazirə matelialınm praktik işlərlə əlaqəsi; 

eksperimentin aparılma meiodikasımn dolğunluq səviyyəsi və 

mənimsənilməsi; 

müstəqil tədqiqatçılıq bacarıqlarının aşılanması; 



işin fərdiləşdirilməsi dərəcəsi; 

eksperimentin 



müzakirəsi, 

əsaslandırılması, 

ümumiləşdirilməsi və nəticənin çıxarılması. 

•  


To^kUati göstəricilər. 



kafedranın

  va 

müasir  istehsal  sahəsinin  avadanlığından 

istifadə olunması; 



məşğələlərin  metodik  cəhətdən  təchizatı

 

və  təhlükəsizlik 



qaydalarına əməl edilməsi; 



hesablama  texnikasından  və  kompüter  proqramlarından 



istifadə edilməsi; 



müəllimin davranış etikası. 

8.6.  ALİ MƏKTƏBDƏ TƏLƏBƏ MÜSTƏQİL İŞLƏRİ 

Müasir 


dövrdə 

respublikamızın 

təhsil 

sistemində 



qloballaşma  prosesi  sürətlənir,  təhsil  sistemində  ölkələrarası 

əlaqələr  genişlənir,  qabaqcıl  dünya  təcrübəsi  öyrənilərək  tətbiq 

edilir, İNTERNET-in imkanlarından istifadə olunur, dünya elmi 

254 


odəbiyyatından  istifadənin  səviyyəsi  yüksəlir,  yüksək  ixtisaslı 

mütəxəssis hazırlığına diqqət artır. Bu gün ali təhsil müəssisələrində 

hazırlanan  gələcək  professional  işçi  dünyanın  sürətli  inkişafı  ilə 

ayaqlaşa bilməli, həyatın dəyişikliklərinə dərhal adaptasiya olmağı 

bacannalı, bazar iqtisadiyyatı şəraitində hər cür rəqabətə dözümlü 

olmağa,  innovasiyalardan,  yeni  texnologiyalardan  istifadə  etməyə 

qabil  olmalıdır.  Yeni  dövrün  adamları  geniş  yaradıcılıq 

potensialına, çevik təfəkkürə, məntiqi düşüncə tərzinə malik olmalı, 

mütərəqqi  elmi-texniki  yenilikləri  qavramağa  və  anlamağa  qadir 

olmalıdır. 

Cəmiyyətimizin  ehtiyac  hiss  etdiyi  belə  şəxsiyyətin 

formalaşmasında müstəqil işlərin rolu çox böyükdür. Ali məktəbdə 

tələbələrin  müstəqil  idləri  təlimin  təşkili  formalarındandır.  Ali 

məktəb təcrübəsində uzun illər arxa plana keçən, diqqəti çəkməyən 

təlimin bu təşkili forması təhsil sistemində dövlət siyasətinin həyata 

keçirilməsi, böyük islahatlar və dünya miqyaslı proseslərlə əlaqədar 

hazırda ali məktəb pedaqogikasının aktual probleminə çevrilmişdir. 

Bu  səbəbdəndir  ki,  hazırda  ali  təhsil  sistemində  tələbələrin 

müstəqil  işlərinə  geniş  yer  verilir,  məzmunu  zənginləşdirilir, 

imkanları  araşdırılır,  yeni  fonnalar  da  tətbiq  edilir.  Məhz  ali 

məktəbdə  təhsil  illərində  tələbələri  müxtəlif  məzmunlu  müstəqil 

işlərə  cəlb  etməklə  onları  ziddiyyətli,  keşməkeşli,  mübarizələr  və 

rəqabətlə  dolu  bu  günün  həyatına  hazırlamaq  mümkündür.  Ali 

məktəb gənclərə hazır biliklər verməkdən daha çox «bilikləri əldə 

etmək» yollarını öyrətməlidir. Bunu cəmiyyətimizin sosial-iqtisadi 

inkişaf  səviyyəsi,  elmin  və  texnikanın  tərəqqisi,  müasir  gəncliyin 

intellektual aktivliyi tələb edir. 

Tələbələrin  müstəqil  işlərinin  təşkili  zamanı  aşağıdakı 

prinsiplərə əməl olunmalıdır: 

Sisteminik və ardıcıllıq prinsipi. 

Tələbələrin  müstəqil  işlərinin  səmərəliliyini  təmin  etmək 

məqsədilə  birinci  kursdan  başlayaraq  son  kursadək  ali  məktəbdə 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin