Fesil-12. indd


-ci ildə neftin qiymətinin ucuzlaşması, ixrac prosesində neftin



Yüklə 28,04 Mb.
Pdf görüntüsü
səhifə26/43
tarix02.01.2022
ölçüsü28,04 Mb.
#1971
1   ...   22   23   24   25   26   27   28   29   ...   43
2008-ci ildə neftin qiymətinin ucuzlaşması, ixrac prosesində neftin 

çəkisinin əhəmiyyətli yer tutduğu bütün ölkələrin büdcələrinə öz təsirini 

göstərdi. 

Təbii resursların ixracından daxil olan gəlirlərin volatilliyinin ikinci mənbəyi, 

zaman ərzində onların hasilatı səviyyəsində baş verən dəyişikliklərdir. Bir qayda 

olaraq, təbii resursların hasilat həcmi istismarın ilk bir neçə ili ərzində pik həddə 

çatır, amma daha sonra, ehtiyatlar tükənən ərəfədə, hasilat həcmi də aşağı enir 

ki, bu da onların satışından daxil olan gəlirlərin səviyyəsinə təsir etməyə bilməz.

45

 Как избежать ресурсного проклятья. Под редакцией Макартена Хамфриса, Джеффри 



Д. Сакса и Джозефа Ю. Стиглица. – М.: 2011.


371

İqtisadçılar  neft  resursları  ilə  zəngin  olan  ölkələrdə  makroiqtisadi  qeyri-

sabitliyin  daha  bir  səbəbini  gətirirlər

46

.  Birincisi,  belə  bir  risk  mövcuddur  ki, 



makroiqtisadi vəziyyətin volatilliyi, bütövlükdə ölkədə, ələlxüsus da neft hasi-

latı regionlarında siyasi qeyri-sabitlik kimi amilin nəticəsində daha da dərinləşə 

bilər. İkincisi, volatillik səbəbini neft istehsal edən şirkətlər və hökumətin ara-

sındakı razılaşmanın xarakterində axtarmaq lazımdır. Xüsusi olaraq, əgər neft 

şirkətləri ilk bir neçə il ərzində neft çıxartmadan əldə edilən gəlir vergilərindən 

azad olunursa, maliyyə yığımları isə dövlətin gəlirlərinin əsas mənbəyi sayılırsa, 

neft şirkətləri üçün vergilərin tətbiqi gəlirlər səviyyəsində böyük sıçrayışa səbəb 

olmalıdır.

Təbii resursların satışından daxil olmalar və müvafiq qeyri-stabil mak-

roiqtisadi  vəziyyət,  iqtisadi  artım  templərinə  neqativ  təsir  edən  bir  sıra 

problemlərin yaranmasına gətirib çıxara bilər. Onlardan ən vacibləri bundan 

ibarətdir ki, risk get-gedə güclənir və uzunmüddətli planlaşdırma çətinləşir; 

investorlar isə çox dəyişkən iqtisadi mühitdə layihələrdən imtina edə bilərlər

47

 



ki, bu da öz növbəsində iqtisadiyyatın qeyri-resurs sektorlarının inkişafını da-

yandıracaq.




Yüklə 28,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin