12.3.
Azərbaycan üçün gələcəyə baxış: dayanıqlı artım ilə inkişaf
etmiş ölkələr sırasına qoşulmaq
Son iki onillik ərzində Azərbaycan tarixi ölçülərə rəğmən böyük inki-
şaf yolunu keçmişdir. Silahlı münaqişəyə tab gətirmək və iqtisadi böhranın
öhdəsindən gəlməklə, Azərbaycan iqtisadi inkişafını bərpa etməklə yanaşı, həm
də onun yüksək templərinə nail ola və orta-gəlirli ölkələrin sırasına daxil olmağa
müvəffəq oldu. Şübhəsiz ki, ölkənin əsas sərvətlərindən biri, ölkə iqtisadiyyatı-
nın gələcək inkişafı, məhz iqtisadiyyatda struktur islahatların və diversifikasiya-
nın həyata keçirilməsi, iqtisadi artımın yeni və sabit mənbələrinin yaradılması
üçün əsas aktiv sayılan neft bu məsələdə əhəmiyyətli rol oynadı.
Azərbaycan öz qarşısına inkişaf etmiş ölkələrin sırasına daxil məqsədi
qoymuşdur və bu yolda ölkəni bir çox yeni çağırışlar və tələblər gözləyir və
onları həll etmədən orta və uzunmüddətli perspektivdə iqtisadiyyatın davamlı
inkişafını təsəvvür etmək mümkün deyil. Bunlardan ən mühüm əhəmiyyət kəsb
edən tələblərdən biri, qeyri-neft sektorunun rəqabətə davamlılığının artırılma-
sıdır. Bu gün Azərbaycan iqtisadiyyatı mahiyyət etibarilə enerji daşıyıcılarının
hasilatı və ixracatı ilə sıx əlaqəlidir. Lakin gələcəkdə makroiqtisadi sabitlik,
iqtisadi artım templəri və əhalinin rifahı bir çox məqamlarda iqtisadiyyatda
374
diversifikasiyanın səviyyəsi və qeyri-neft sektorunun rəqabətə davamlılığı ilə
müəyyən ediləcəkdir.
Azərbaycan effektiv idarə olunan iqtisadiyyatın, hətta onda daha yüksəkdə
duran innovasiyalı idarə olunan iqtisadiyyatın formalaşması üçün zəruri
bünövrəyə malikdir (şəkil 1). Effektiv idarə olunan iqtisadiyyatda, rəqabətə
davamlılıq əhəmiyyətli dərəcədə ali təhsil və peşəkar təlimlər, effektiv əmtəə
bazarları, yaxşı işləyən əmək bazarları, maliyyə bazarı, eləcə də mövcud texno-
logiyaların üstünlüklərindən istifadə etmək qabiliyyəti vasitəsilə təmin olunur.
Dostları ilə paylaş: |