377
Azərbaycanda 2001 – 2008-ci illəri əhatə edən dövr ərzində həyat səviyyəsi
əhəmiyyətli iqtisadi artım, habelə gəlirlərin bölgüsünün yaxşılaşdırılmasına
yönəldilmiş siyasətlər və proqramlar nəticəsində əhəmiyyətli dərəcədə artdı
(şəkil 5)
51
. 2012-ci ildə yoxsulluq səviyyəsi 6,0%-dək azaldıldı.
Neft istehsal edən digər ölkələr və keçmiş Sovet İttifaqı (SSRİ) ölkələri ilə
müqayisədə bərabərsizliyin daha mülayim olduğu Azərbaycanda, Cini indeksi
ilə 2001-ci ildən 2008-ci ilə kimi əhəmiyyətli dərəcədə azalmışdır (15%, 36,5 –
31%). Nəticədə, bütün gəlir qruplarında istehlak səviyyəsinin artırılması, iqtisa-
di inkişafın geniş vüsət alması və yoxsulluq səviyyəsinin minimuma endirilməsi
mümkün olmuşdur. 2001 və 2008-ci illərdə şəhər yerlərində kənd yerlərinə
nisbətən yoxsulluq səviyyəsi daha sürətlə azaldıldı. Şəhər yerlərində yoxsulluq
halları 2001-ci ildən 2008-ci ilə qədər 55.7 faizdən 14.8 faizə endirilmişdir
52
.
Şəkil 6: Yoxsulluq ssəviyyəsi
Şək
kil 7: Gəlirləərin bölüşdüürülməsi
51
Azerbaijan Living Conditions Assessment Report, World Bank, March 1, 2010 (Report No.
52801-AZ).
52
Azerbaijan Living Conditions Assessment Report, World Bank, March 1, 2010 (Report No.
52801-AZ)
378
Sosial müdafiə proqramları yoxsulluğun azaldılmasında mühüm rol oynayır.
Azərbaycan tədricən sosial müdafiə xərclərini artırmaqda davam edir. 2008-ci
ildə birbaşa və ya dolayı yolla ölkə daxilində əldə edilən gəlirlərin ədalətli böl-
güsü vasitəsilə birdəfəlik sosial ödənişlər əhalinin 63.2 faizini əhatə etdi. Sosial
ödənişlər olmasaydı, Azərbaycanda yoxsulluq dərəcəsi çox yüksək ola bilərdi.
Aztəminatlı ailələrin həyat səviyyəsinin yaxşılaşdırılması üçün sosial ödənişlərin
paylanılması, onları yoxsullar üçün zəruri yaşayış mənbəyinə çevirir.
2008-ci ildə Azərbaycanın 20% əhalisi milli gəlirlərin 42%-nə malik idi (6
və 7 saylı şəkillər). Nəzərə almaq lazımdır ki, bəzi inkişaf etmiş ölkələr – ABŞ,
İngiltərə və bir sıra başqaları, Azərbaycan ilə müqayisədə gəlirlərin daha az
bərabər bölgülərinə malikdirlər.
Səhiyyə. Azərbaycanda səhiyyə sektorunun inkişafında müşahidə edilən
tendensiyalar müəyyən irəliləyişlərdən xəbər verir. Məsələn, bəzi azalmalar-
dan sonra, ömür uzunluğunun gözlənilən səviyyəsi orta-gəlirli ölkələrdə ömrün
uzunluğunun orta səviyyəsini ötüb keçərək yenidən yüksəlməyə başladı.
Şəəkil 9: Uşaq ölümü faiziinin səviyyəs
si
Şəəkil 10: Ana ölümü faizii
Şəkil 8.
Doğulanda gözlənilən öömür uzunluuğu
379
Ana ölümü üzrə faiz göstəriciləri 1995-ci ildən davamlı şəkildə azalma-
ğa başladı və bu gün həmin göstəricilər orta hesabla orta və yuxarı orta-gəlirli
ölkələrdən daha yaxşıdır. Uşaq ölümü üzrə faiz göstəriciləri üzrə Azərbaycan
təxminən orta gəlirli ölkələrin ümumi səviyyəsindədir.
Dövlət büdcəsi tərəfindən səhiyyə sahəsinə xərclənən məsrəflərin payı orta-
gəlirli ölkələr ilə müqayisədə 50 faiz azdır. Ancaq, nəzərə alsaq ki, bu dövrdə
ömür uzunluğu və uşaq ölümü üzrə faizinin göstəriciləri yaxşılaşıb, görərik ki,
dövlət tərəfindən ayrılan maliyyə resurslarının istifadəsinin effektivliyi artıb.
Təhsil. Bütün dünya ölkələrində yoxsul və aztəminatlı uşaqların məktəbdə
qalaraq təhsillərini davam etdirməsi ehtimalı azalır (xüsusilə bu tendensiya
uşaqlar böyüdükcə daha da güclənir). Azərbaycanda is bu baxımdan vəziyyət
kifayət qədər qənaətbəxşdir. Təqdim edilən təhsilin keyfiyyəti baxımından,
işıqlandırmaq üçün iki mühüm məsələ var: birincisi, Azərbaycan şagirdlərinin
riyaziyyat üzrə orta göstəriciləri, digər zəngin dövlətlər ilə müqayisədə (məs.
İspaniya və ABŞ), demək olar ki, eyni səviyyədədir; ikincisi isə təəccüblüdür,
standart məktəb testləri, ələlxüsus da riyaziyyat üzrə varlı və kasıb ailələrdən
olan uşaqlar arasında çox cüzi fərq var. Azərbaycan, belə bir nailiyyətə imza
atdığı üçün dünyada bir çox ölkələr arasında qürrələnə bilər
53
.
Son illər ərzində Azərbaycanda təhsil xərcləri əhəmiyyətli dərəcədə art-
mışdır. Bu xərclərin əsas hissəsi icbari orta təhsil sektoruna yönəldilib.
Vəsaitlərin əhəmiyyətli hissəsi büdcə sferasında çalışan işçi heyəti, həmçinin
müəllimlər, həkimlər, sosial sferaya xidmət edən qulluqçuların əmək haqları-
nın maliyyələşdirilməsinə yönəlmişdir. Bununla birlikdə, sözügedən sektor-
da əmək haqlarının daim artırılmasına baxmayaraq, onların artım tempi hamı
ölkədəki orta maaşın artımından bir qədər geri qalır
54
.
53
Azerbaijan Living Conditions Assessment Report, World Bank, March 1, 2010 (Report No.
52801-AZ).
54
World Bank (2010).
Dostları ilə paylaş: