dövlət yeni mexanizmlər və institutlar yaradacaq. Həmçinin, Azərbaycanın
yüksək texnoloji məhsullarının istehsalı və ixracına keçməsi, idxal strukturunun
optimallaşmasını tələb edəcək ki, bu da yekun istehlak mallarının əvəzinə, yeni
müasir istehsal texnologiyalarının prioritetli idxalına yönəldilməsi deməkdir.
389
Bundan əlavə, xarici ticarət fəaliyyətin aparılmasın üçün biznesin əməliyyat
xərclərinin azaldılması üzrə tədbirlər görüləcək. Bu gün Azərbaycana idxal
edilən 1 standart konteynerin qiyməti təxminən 3,5 min dollar, ixrac edilən kon-
teynerin qiyməti isə 3 min dollar təşkil edir. Bu göstərici İƏİT və Avropa Birliyi
ölkələrində tədricən analoji səviyyəyə qədər enəcək.
Azərbaycan bu gün ərzaq məhsullarının xalis idxalatçısıdır, halbuki, kənd
təsərrüfatının istehsal sahəsinin dinamik inkişafı üçün kifayət qədər resurslara
malikdir. Taxıl məhsulu idxal strukturunda xərclərin ən böyük maddəsi sayılır
və taxılın əldə edilməsinə hər il təxminən 290 milyon ABŞ dolları xərclənir.
İdxal həcmlərinə görə, dördüncü yerdə şəkər və şəkərdən hazırlanan məhsullar
durur (il ərzində təxminən 180 milyon dollar xərclənir). Kənd təsərrüfatında ar-
tan əmək məhsuldarlığı müsbət tendensiyasıdır və bu, Azərbaycanın özəl kənd
təsərrüfatı istehsalçılarının get-gedə möhkəmlənən mövqelərini və onların artan
potensialını göstərir.
Kənd təsərrüfatının inkişafı, Azərbaycan üçün əsas prioritet olmalıdır. Mü-
vafiq olaraq, hökumətin səyləri bu gün kənd təsərrüfatının məhsuldarlığının artı-
mına, həmçinin xidmətlər sektoruna kənd təsərrüfatının istehsal sahələrindən işi
qüvvəsinin ötürülməsi üçün şəraitlərin yaradılmasına yönəlib. 2030-cu ilə qədər
Azərbaycan aqrar sektorda əmək məhsuldarlığının kəskin surətdə yüksəldilməsi
və iqtisadiyyatın digər sektorlarında iş yerlərinin və məşğulluğun artırılması he-
sabına kənd təsərrüfatında məşğulluğu 10%-dək azaltmaq niyyətindədir.
1 təsərrüfat üçün tipik olan sahədə 1 hektardan 3 hektara qədər dəyişir. Bu
pay, təkcə ev təsərrüfatının saxlanılması üçün kifayət olan gəlirlərin əldə edilməsi
deyil, həm də ixrac ölkələrində yüksək tələbatın olduğu yüksək keyfiyyətli
məhsulların istehsalı üçün kifayət edir. Belə ki, bunun üçün əkinçilik, bitkiçilik
və heyvandarlıq sahələrində müasir metodlar və texnologiyalarının tətbiqini sti-
mullaşdırmaq lazımdır.
Bundan başqa, kənd təsərrüfatında effektivlik və məhsuldarlığın
390
yüksəldilməsi, ərzaq təhlükəsizliyi sahəsində vəziyyəti yaxşılaşdırmağa imkan
verəcək.
Dostları ilə paylaş: