12.3.5. Sənaye siyasəti və davamlı inkişaf
Davamlı inkişaf üçün şəraitlərin yaradılmasında iqtisadiyyatın qeyri-neft sek-
torunun rəqabətə davamlılığın yüksəldilməsinə yönəlmiş sənaye siyasəti əsas rol
oynamağa başlayacaq. Bu siyasət vergi güzəştlərinin verilməsini, məqbul faiz
dərəcələri ilə onun maliyyə resurslarına, eləcə də xammal və aralıq materiallarına
dünya qiymətlərindən baha olmamaq şərti ilə daxil olmasının genişləndirilməsi,
qiymət təhriflərinə yol verilməməsi və resursların effektiv istifadəsini
tənzimləyəcək. Qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsi üçün tətbiq
edilən iqtisadi siyasət alətlərinin effektivliyinə xüsusi əhəmiyyət vermək lazımdır.
Borc kapitalına sadələşdirilmiş giriş özəl sahibkarlığın artımının katalizato-
ru qismində çıxış edə bilər. Amma, zəif bank vasitəçiliyi və mərkəzləşdirmənin
yüksək dərəcəsi bank sistemini şəxsi sahibkarlığı dəstəkləməyə imkan vermir.
Azərbaycanda kreditlər üzrə pay hələ ki, 19% civarında qalmaqda davam edir.
Əgər diqqəti başqa ölkələrin təcrübəsinə yönəltsək, onda qeyd etmək olar ki, 2004-
cü ildən 2011-ci ilə qədər davam edən dövr ərzində Türkiyədə kreditlər üzrə pay
illik 36%-dən 17%-ə qədər - demək olar ki, iki dəfə azalmışdır. Rumıniyada bu
rəqəm illik 27%-dən 13%-ə qədər azalmışdır. Litvada və Bolqarıstanda kreditlər
üzrə paylar stabil olaraq çoxda yüksək olmayan səviyyədə 5-10% civarında qo-
runub saxlanılmışdır. Amma, özəl sektorun inkişafının stimullaşdırılması üzrə bu
ölkələrin nəticələri bir qədər fərqlənir. Əgər Türkiyədə və Bolqarıstanda kreditlər
üzrə payların azalması iqtisadiyyatın inkişafı ilə müşayiət olunurdusa, onda Lit-
vada özəl sektorun reaksiyası zəif idi. Buna görə Azərbaycan xarici təcrübəni
nəzərə alaraq və mütləq fərdi sahibkarlığın inkişafının stimullaşdırılması üzrə
əlavə ölçüləri tətbiq etməklə kreditlər üzrə faiz siyasətini quracaq.
Bugün Azərbaycan ÜDM-i ilə münasibətdə kommersiya bankları tərəfindən
verilmiş kreditlərin payı 25%-i ötmür (bununla yanaşı qeyd etmək lazımdır ki,
2012-ci ildə qeyri-neft sektoruna kredit qoyuluşunun qeyri-neft ÜDM-inə nisbəti
40%-i keçir). Müqayisə üçün, OESD ölkələrində verilmiş kreditlərin həcmi illik
ÜDM səviyyəsini iki dəfə, Avropa Birliyində – 1,6 dəfə ötür; Cənubi Koreyada
kredit verilməsinin həcmi təxminən ÜDM səviyyəsinə bərabərdir; Malayziyada
isə ÜDM səviyyəsini 1,3 dəfə ötür. Müvafiq olaraq, hökumət qarşıda kreditlərin
verilməsi həcmlərinin optimal nisbətinə nail olmağa cəhd edəcək.
387
Bunun üçün həmçinin bank sisteminin likvidliyi yüksəldilməlidir. Beynəlxalq
Valyuta Fondunun fikrincə, qısamüddətli perspektivdə banklar və kapital lik-
vidliyinin möhkəmləndirilməsi iqtisadi artımın stimullaşdırılması siyasətinin
ölçülərinin diqqət mərkəzində olmalıdır (2010).
Neft ilə bağlı olmayan sahələrə əsaslanan artımın işə salınması üçün, inves-
tisiya ehtiyaclarının strukturunu dəyişmək lazımdır. Bu gün hasilat sahələri və
infrastruktur demək olar ki, bütün investisiyaların 90%-ni təşkil edirlər. 2001-ci
ildən 2011-ci ilə qədər əsaslı tikinti, ticarət və xidmətlər sektorlarına verilmiş
kreditlərin payı, eləcə də istehlak kreditlərinin həcmi artıb. Bununla yanaşı, kənd
təsərrüfatı, energetika, nəqliyyat və telekommunikasiya kimi sahələr daha az
kredit almağa başladılar. Kənd təsərrüfatı sektorunun məşğulluq sayına görə li-
derlik etdiyinin nəzərə alsaq, kredit institutlarının diqqəti ilk növbədə bu sektora
yönəlməlidir. Bununla yanaşı, kredit vermənin həcmlərində sənaye payının ar-
tımı ilə bağlı müsbət tendensiyasını qoruyub saxlamaq lazımdır. Emal sahələri,
gələcək Azərbaycanın sabit inkişafının aparıcı qüvvələrindən biri olmalıdır.
Qeyri-neft sektorunun dinamik inkişafının əhəmiyyətli amillərindən biri,
effektiv institutların mövcudluğudur. Bu baxımdan, hökumətin xüsusi diqqəti
dövlət hakimiyyət və idarəetmə orqanlarının potensialının artımına yönəldiləcək.
İstehsal və sosial infrastrukturun inkişaf səviyyəsi də iqtisadiyyatın qeyri-
neft sektorunun rəqabətə davamlılığına əhəmiyyətli təsir göstərir. Buna görə də,
388
sənaye-istehsal və sosial infrastrukturun inkişafı üzrə səylərin aktivləşdirilməsi,
bütün dövlət inkişaf proqramlarının ən açıq elementlərindən biri olacaq.
Xüsusi olaraq, şəkil 28 mövcud su təchizatı və kanalizasiya sistemlərinin
müasirləşdirilməsinin davam etdirilməsinin, həmçinin bu baxımdan kənd
təsərrüfatı rayonlarına xüsusi diqqəti ayrılmasının zəruriliyini göstərir.
Dostları ilə paylaş: |