Fesil-12. indd


-ci ilə qədər və sonrakı dövrdə iqtisadi artım perspektivləri



Yüklə 28,04 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix02.01.2022
ölçüsü28,04 Mb.
#1971
1   ...   31   32   33   34   35   36   37   38   ...   43
12.3.3. 2020-ci ilə qədər və sonrakı dövrdə iqtisadi artım perspektivləri

BMTİP ekspertlərinin hesablamalarına əsasən, əgər 2050-ci ilə qədər illik 

artım templəri 7% səviyyəsində saxlanılsa, ÜDM həcmi cəmi 0,8 trilyon dollara 

çatacaq. Müqayisə üçün, 2050-ci ilə 24 ən böyük iqtisadiyyatlardan ən azına, 2.3 

trilyon ABŞ dolları səviyyəsində ÜDM ilə  CAR olacaq. (Vyetnam - 3,9 trilyon 

dollar, Cənubi Koreya – 3,3 trilyon dollar, Argentina – 2,5 trilyon dollar). 2030-cu 

ilə qədər ÜDM-in orta illik artım səviyyəsi 3,5% olmaqla, Azərbaycanda adam-

başına düşən ÜDM Venesuela səviyyəsinə gəlib çatacaq. Əgər ÜDM səviyyəsi 

5% artarsa, bu zaman Azərbaycan Serbiyanın səviyyəsinə, 7% artdıqda isə, Bol-

qarıstanın səviyyəsinə çatacaq.

Bununla birlikdə, neftdən asılı olmayan sabit iqtisadi artım templərinin nail 

olmaq, çox möhkəm bünövrənin olmasını tələb edir. Bu isə ilk növbədə – özəl sek-

torun diversifikasiya edilməsidir. Diversifikasiyanın tədbirləri nəticəsində son 10 

il ərzində qeyri-neft sektorunda orta illik artım 10,9% olmuşdur ki, bu da kifayət 

qədər yüksək göstərici sayılır. Neft ÜDM-i 2,8 dəfə genişlənmiş, yəni qabaqlayıcı 

templərlə, lakin əsasən xarici konyunkturadakı dəyişikliklərə görə artmışdır.

Şübhəsiz ki, iqtisadiyyatda artımın yüksək tempi karbohidrogen xammalı-

nın hasilatı və ixracının artması, habelə karbohidrogenlərin qiymətinin artma-

sı ilə təmin olunmuşdur. Lakin qeyd olunmalıdır ki, son illərdə iqtisadiyyatın 

qeyri-neft sektoru da yüksək templərlə inkişaf etməkdədir. Xüsusən 2006-2008-

ci illərdə bu sektorun artımının orta illik templəri 13% təşkil etmişdir. Böhran-



384

lı  2009-2010-cu  illərdə  isə Azərbaycan  Hökuməti  tərəfindən  neft  sektorunun 

dəstəklənməsi üzrə təşəbbüs edilmiş maliyyə tədbirləri, iqtisadiyyatın bu sek-

torunda istehsal həcmlərinin azalmasına yol vermədi. 2009-cu ildə onun artım 

tempi 7,6%, 2011-ci ildə isə 9,1% təşkil etdi.


Yüklə 28,04 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin