12.3.4. Əmək məhsuldarlığı və iqtisadi artım
Əmək məhsuldarlığının artımına olan ehtiyac şəkil 22-də açıq-aydın nüma-
yiş etdirilmişdir. Azərbaycanda adambaşına düşən nisbətən yüksək ÜDM, onu
orta yüksək gəlirli ölkələrin kateqoriyasına bərabərləşdirir. Bu isə onun struk-
turunda 90%-dən də çox yer tutan karbohidrogenlərin ixracı nəticəsində müm-
kün olmuşdur. Karbohidrogenlərin satışından dövlət büdcəsinə gələn gəlirlərin
yüksək səviyyəsi Hökumətə vergilərin inzibatçılığı sahəsində yumşaq siyasətin
yerinə yetirilməsinə imkan verdi. Belə bir siyasət özəl müəssisələrin əmək qa-
nunvericiliyinin tələblərinə riayət etməsinə və fiziki şəxslərin gəlirlərinin və on-
ların vergi ödəmələrinin rəsmiləşdirilməsinə sərt nəzarətin olmamasında özünü
büruzə verirdi.
Cari ilin oktyabr ayında DSK-nin məlumatına əsasən ölkədə işsizlik səviyyəsi
5,0% olmuşdur. 2013-cü il noyabrın 1-i vəziyyətinə ilkin muzdla işləyənlərin
sayı 1505,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 901,8 min
nəfər, qeyri-dövlət bölməsində isə 603,8 min nəfər təşkil etmişdir. İqtisadiyyatın
neft sektorunda 37,6 min nəfər, qeyri-neft sektorunda isə 1468 min nəfər ça-
lışmışdır. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək
fəaliyyəti ilə məşğul olanlar 1462,87 min nəfər təşkil etmişdir.
2013-cü il dekabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən
ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,5 min nəfər olmuş, onla-
rın 41,4 faizini qadınlar təşkil etmişdir.
Bu cür yanaşmanın üstün cəhətlərindən biri də odur ki, özəl sektora əməyin
ödənilməsi üzrə xərclərin çevik idarə edilməsi imkanı verilir və bununla istehsal
olunan mal və xidmətlərin maya dəyəri aşağı salınır. Belə şərait məhz yeni və
inkişaf etməkdə olan özəl sektor üçün xüsusilə vacibdir.
Bununla yanaşı, davamlı inkişafın uzunmüddətli perspektivi baxımından
özəl sektorda işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsi mühüm şərtdir.
Müvafiq olaraq, hökumət formal sektorun fayda və üstünlüklərini artırmaq-
la qeyri-formal sektorun payının azaldılması üçün həssas və tədrici siyasətini
yerinə yetirməlidir. Həmçinin, əsas səylər ölkənin inkişafının effektivliyə və
innovasiyalara tərəf addımlamasını təmin edə biləcək məhsuldar iş yerlərinin
yaradılmasına yönəldilməlidir. Bu isə işlə təmin edilmiş bir nəfərin əlavə dəyər
göstəriciləri, ÜDM və adambaşına düşən gəlirlər üzrə İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı ölkələrinin inkişaf səviyyəsində boşluğu minimuma endirməyə
imkan verəcək.
|