Fəsil 2 Kompüter texnikası və şəbəkələr



Yüklə 1,04 Mb.
səhifə32/42
tarix02.01.2022
ölçüsü1,04 Mb.
#37833
1   ...   28   29   30   31   32   33   34   35   ...   42
Fəsil 2 Kompüter texnikası və şəbəkələr

İşıq diodlu printerlər. İşıq diodlu printerlərin iş prinsipi lazer printerlərin iş prinsipinə oxşayır. Fərq ondan ibarətdir ki, işığın mənbəyi burada lazer başlığı deyil, işıq diodlarının xətkeşidir. Belə ki, bu xətkeş çap olunan səhifənin bütün eni üzrə yerləşir üfüqi açılmaları formalaşma mexanizminə zərurət aradan qalxır və bütün konfiqurasiya daha sadə, etibarlı və ucuz alınır. İşıq diodlu printerlər üçün çap imkanının tipik həcmi 600 dpi-dir.

Şırnaqlı printerlər. Şırnaqlı çap qurğularında (şək. 1.5.3.9) təsvirlər boya­yıcının kağız üzərinə düşən damcısından yaranan ləkədən formalaşır. Boyayıcının mikrodamcı tullaması, pezokristal vasitəsilə yerinə yetirilir. Bu tip modellərdə damcı, pyezoelektrik effekt nəticəsində tullanılır. Bu metod sferik damcıya yaxın daha stabil damcı formasını təmin etməyə imkan verir.

Şək. 1.5.3.9.

Təsvirlərin çapının keyfiyyəti çox hallarda damcının formasından və onun ölçüsündən, həmçinin maye boyayıcının kağız üzərinə hopmasının xarakterindən asılı olur. Bu şərtlərdə əsas rolu boyayıcının yapışqanlıq xassəsi və kağızın xassə­ləri oynayır.

Şırnaqlı çap qurğularının müsbət xassələrinə, nisbətən az miqdarda hərəkət edən mexaniki hissələrini, uyğun olaraq qurğunun sadəliyini, etibarlılığını və onun nisbətən aşağı dəyərini də aid etmək lazımdır. Lazer printerlə müqayisədə əsas çatışmamazlığı əldə olunmuş çap imkanının qeyri-sabitliyidir ki, bu da ağ-qara yarımton (şəkildə açıq tondan tünd tona keçidi təşkil edən rəng) çapda onların tətbiq edilmə imkanlarını məhdudlaşdırır.




Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin