FəSİl adam smiTİN İQTİsadi TƏLİMİ



Yüklə 450 Kb.
səhifə14/20
tarix20.12.2022
ölçüsü450 Kb.
#76523
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
adam-simit

§5. TOMAS ROBERT MALTUS

İngiltərədə xırda istehsalçıların müflisləşməsi ilə müşayiət olunan sənaye çevrilişinin genişlənməsi prosesi daha çox xüsusi mülkiyyətin hökmranlığı ilə bağlanır. T.Maltusun yaradıcılığı əsasən XIX əsrin birinci rübündə formalaşmışdır, lakin onun elmi araşdırmalarının nəticələri müasir iqtisadi nəzəriyyə üçün qiymətlidir.


T.Maltus zadəgan ailəsində anadan olmuşdur. Kembric universitetini bitirdikdən sonra o keşiş, 1807-ci ildən isə kollecdə siyasi iqtisad professoru olmuşdur. 1798-ci ildə çoxsaylı hücumlar predmeti olan "Əhali qanunu haqqında təcrübə" adı altında anonim şəkildə çap etdirilmiş kitabı çıxmışdır. O, 1799-1803-cü illərdə Avropanın bir sıra dövlətlərinə səyahət edir və beş ildən sonra, 1803-cü ildə artıq öz adı ilə kitabın ikinci nəşrini buraxdırır (onun sağlığında cəmi 6 nəşr buraxılmışdır). Sonrakı nəşrlər yeniləşdirilmiş və genişləndirilmiş, nəticədə kitab geniş traktata çevrilmişdir.
Bitkilərin və heyvanların hədsiz çoxalması qabiliyətinin saxlandığı təbiətlə analogiya üzrə Maltus israr edirdi ki, hər 25 ildə əhalinin 2 dəfə (yəni həndəsi silsilə ilə) artdığı zaman, insanların yaşayış vasitələri ədədi silsilədə olduğundan, tez arta bilməz. Əhalinin yaşayış vasitələrini üstələyən əhali qanunu da məhz çoxalmaq meylindən ibarətdir.
T.Maltusun elmi əsəri bir çox dünya şöhrətli alimlərin metodoloji bazası olmuşdur. V.M.Blauqun2 hesab etdiyi kimi, nəzəriyyənin yeniliyi və orijinallığı iqtisadi fikir tarixində heç nə ilə müqayisə olunmayan inanılmaz uğur gətirmişdir.
Maltusun əhali nəzəriyyəsi əhali artımının cəmiyyətin ərzaq resurslarından sərt asılılığını müəyyən etdi, yaşayış minimumu ilə müəyyən edilən əmək haqqı nəzəriyyəsini əsaslandırmağa kömək etdi. Maltus öz nəzəriyyəsi ilə klassiklərin siyasi iqtisad haqqında bütün təsəvvürlərinə əsaslanan nə isə bir standart müəyyən etdi. Əhalinin optimal ölçüləri konsepsiyası əhalinin dəyişməsi haqqında mühakimə yürütməyə imkan verir. XIX əsrin ikinci yarısında doğumun aşağı düşməsi iqtisadçıların əhali problemlərinə marağını azaltdı və onlar ikinci dünya müharibəsindən sonra zəif inkişaf etmiş ölkələrdə əhali probleminə hazırlıqsız oldular.
1815-ci ildə T.Maltus elmi araşdırmalarını davam etdirərək, ilk sözləri A.Smitin məşhur "Xalqların sərvətləri"nin sərlövhəsini təkrarlayan daha bir əsər nəşr etdirdi. Bu, "Təbiət və torpaq rentasının artması haqqında tədqiqat" kitabı oldu. O, həmin əsərdə rentanın təbiətindən irəli gələrək, onun formalaşmasının və artımının mexanizmini açmağa, cəmiyyətdə istehsal olunan məcmu məhsulun reallaşdırılmasında gəlirlərin bu növünün əhəmiyyətini əsaslandırmağa cəhd edirdi. Lakin renta və iqtisadiyyatın bəzi başqa problemləri haqqında son mühakiməsini sonradan 1820-ci ildə yürütmüşdür. Həmin ildə Maltus nəzəri-metodoloji cəhətdən Rikardonun bir il əvvəl nəşr olunmuş məşhur "Siyasi iqtisadın əsasları"ndan az fərqlənən "Siyasi iqtisadın əsasları" adlı baş əsərini buraxdı. T.Maltus və D.Rikardo arasında dostluq münasibətləri və bir çox sosial-iqtisadi proqramlar üzrə ümumi fikirlər mövcud idi. Belə ki, Maltus mənfəət nəzəriyyəsinin işıqlandırılmasında, faktiki olaraq D.Rikardonu təkrarlayırdı. Hər iki müəllif sonuncunu qiymətin tərkib hissəsi kimi təsəvvür edirdilər.
Maltusun Rikardodan irəliyə getdiyi əsas aspekt - onun məcmu ictimai məhsulun realizə problemlərinin tədqiqatlarıdır. XIX əsrin əvvəllərində "klassik məktəbin" iqtisadi nəzəriyyəsinin nail olduğu səviyyəyə uyğun olaraq, yığım istehsalın gələcək artımının investisiyalaşdırılmasını təmin edən əsas problem hesab olunurdu. İstehlakdakı mümkün çətinliklər nəzərə alınmırdı və T.Maltus "Prinsiplər"də ictimai məhsulun yaradılmasına və realizə edilməsinə kömək edən "üçüncü şəxslər"i haqqında o dövr üçün gözlənilməz olan müddəanı irəli sürür. Müasir iqtisadi nəzəriyyə nöqteyi-nəzərindən Maltusun "üçüncü şəxs"lərinin təqdim etdikləri sorğu vasitəsilə tam reallaşmasının mümkünlüyü haqqında konsepsiyası özünü doğrultmadı, lakin o, C.Keynsi antiböhran ideyaları və "səmərəli sorğu" amilləri ilə, "istehsal məhsulunun cəmiyyətin ara təbəqələrində" istehlakında rolu ilə silahlandırırdı.
Maltus dəyərin əmək nəzəriyyəsinə qarşı əmtəənin həmin əmtəəyə alınan əmək dəyərinin Smit tərifi variantını qoymuşdur. Əməyin kəmiyyəti onun canlı maddiləşmiş əməyə və "avans edilmiş kapitala" mənfəəti ilə bu əmtəənin aid etdiyi istehsal xərcləri ilə müəyyən edilir. Məhz "üçüncü şəxs"lər kapitalistlərin mənfəətinin reallaşmasını mümkün edirlər. Mənfəətin "üçüncü şəxs"lərsiz reallaşmasının mümkünlüyü haqqında ideya Sismondidən iqtibas edilmişdi.
Maltusun Rikardoya qarşı çıxması Rikardo təliminin tərəfdarları ilə əleyhidarları arasındakı mübahisələrin başlanğıcını qoymuşdur.



Yüklə 450 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin