§3. NASSAU UİLYAM SENİOR
Senior kənd keşişinin ailəsində anadan olmuşdur. Oksford universitetinii bitirdikdən sonra o, vəkil işləmişdir. 30-40-cı illərdə o, müxtəlif hökumət komissiyalarında fəal iştirak etmişdir.
Seniorun (1790-1864) iqtisadi baxışları "Siyasi iqtisadın başlıca əsasları" (1836) və "Fabrikqanunvericiliyi haqında məktəblər" (1837) əsərlərində ifadə olunmuşdur. "Qənaətkarlıq nəzəriyyəsi" Seniora məxsusdur, Rikardonun əmək haqqında təliminə qarşı o, istehsal dəyərindəki xərclərin əmək və kapital olması, fəhlənin qənaətkarlığı üçün mükafatın əmək haqqı, kapitalistin isə mənfəət olması tezisini qoyurdu.
Senior tərəfindən əmək öz asudə vaxtını və dincliyini itirən fəhlənin fədakarlığı kimi nəzərdən keçirilirdi. Sennor kapitalın yerinə öz kapitalını istehsal vasitələrinə çevirərək, şəxsi istehlakdan özünü saxlayaraq kapitalistin fədakarlığını qoyur.
XIX əsrin 30-cu illərində Böyük Britaniyada 10 saatlıq iş günü uğrunda güclü mübarizə gedirdi. Senior 11,5 saatlıq iş günü ərzində (iş gününün uzunluğu bu qədərdir) birinci 10,5 saat avans edilmiş kapitalın dəyəri ödənilən, son saatda isə mənfəət yaradılan nəzəriyyə irəli sürmüşdür. Beləliklə, iş gününün 10 saata qədər qısaldılması mənfəətin yox olmasına səbəb olar, bu isə İngiltərənin iqtisadi vəziyyətinə mənfi təsirini göstərərdi, belə ki, sahibkarlarda təsərrüfat fəaliyyəti stimulları itərdi. Marks "Kapital"ın birinci cildində bu ideyanı istehza ilə Seniorun "sonuncu saatı" kimi xarakterizə etmişdir. "Son saat" nəzəriyyəsi o qədər cəfəngiyyat idi ki, sonralar müəllif özü də ondan imtina etmişdi.
§4. CON RAMSEY MAK - KULLOX
Şotland iqtisadçısı Mak-Kullox (1789-1864) Rikardonun davamçısıdır. Onun baş əsəri olan "Siyasi iqtisadın əsasları" 1825-ci ildə çap olunmuşdur. Mak-Kullox əməyi dəyər mənbəyi hesab edərək, əməyin özünün tamamilə sərbəst şərhini vermişdir. O, əməyin insanlar, maşınlar, heyvanlar və ya təbiətin qüvvələri tərəfindən yerinə yetirilməsindən asılı olmayaraq, onu hərəkətlər və əməliyyatlar növü kimi müəyyən edirdi. Mak-Kulloxun fikrincə, dəyəri yalnız insanlar deyil, həm də heyvanlar, maşınlar, bioloji proseslər və təbiətin başqa qüvvələri işləyir və yaradır. Mak-Kulloxun baxışları XIX əsrin 20-ci illərində yenilik deyildi, hələ 1803-cü ildə Fransada istehsalın üç amili nəzəriyyəsi ilə J.B.Sey çıxış edirdi. Müvafiq olaraq, mənfəət onun şərhində kapital tərəfindən yaradılan dəyər idi.
Dostları ilə paylaş: |