Fəsil I. Maye və qazların hərəkətində səltlik şərti. Mayelərin fiziki, mexaniki xassələri və onların təzyiq və tempraturdan asılılığı


Ardıcıl birləşdirilmiş boru kəməri



Yüklə 0,67 Mb.
səhifə27/32
tarix07.01.2024
ölçüsü0,67 Mb.
#205716
1   ...   24   25   26   27   28   29   30   31   32
F sil I. Maye v qazlar n h r k tind s ltlik rti. Mayel rin f

5.3. Ardıcıl birləşdirilmiş boru kəməri

Tutaq ki, müxtəlif diametrli və uzunluqlu sadə boru kəmərləri (1, 2, 3) ardıcıl birləşdirilmiş. 4, 5 və 6 yerli müqavimətlərdir (şəк. 5.6).


Maye sıxılmayan olduğu üçün belə boru kəmərinin hər yerində sərf eyni olacaqdır. A ilə B məntəqələri arasında tam basqı itkisi isə ardıcıl birləşdirilmiş ayrı-ayrı borulardakı basqı itkilərinin cəminə bərabərdir, yəni

Q1 = Q2 = Q3 = Q (5.28 )


hA-B = h1 + h2 + h3 ( 5.29 )

Şək.5.6
Bilirik ki, ümumi halda itkilər aşağıdakı ifadədən tapılır:




( 5.30)

( 5.30 ) ifadəsinə əsasən




( 5.31)
Burada



(5.31) ifadəsi ardıcıl birləşdirilmiş boru kəmərinin xarakteristikasını müəyyən edir.


Şəк.5.7 – də boru kəmərinin ayrılıqda xarakteristikaları, yəni basqı itkisinin Q-dən asılılığı
göstərilmişdir

A və B məntəqələri arasında ardıcıl birləşdirilmiş boru kəmərinin bütövlükdə xarakteristikasını qurmaq üçün hissələrin hər birinin basqı itkisi toplanmalıdır.


Məsələn, Q1 sərfinə uyğun gələn tam basqı itkisi

Beləliklə asılılığını qurmuş oluruq.


Ümumi halda boru kəmərinin başlanğıc və sonunda sürətlər müxtəlifdir, ona görə də baxılan boru kəməri üçün (5.31) ifadəsi ilə hesablanan basqı itkilərinə A və B uclarındakı sürət basqıları da daxil olmalıdır. Əgər 1=2=1 qəbul etsək, onda A və B kəsikləri üçün Bernuli tənliyindən



( 5.32 )


və -nın qiymətlərini Q ilə də ifadə etmək olar. Yəni

( 5.32 ) ifadəsi ilə ümumi halda basqı itkisini tapmaq olar.


5.4. Paralel birləşdirilmiş boru kəməri

Boru kəmərinin A və B məntəqələri arasında paralel birləşdirilməsinə baxaq. Sadə olması üçün boru kəmərlərinin üfiqi vəziyyətdə yerləşdiyini qəbul edək. Şəkildə 1, 2, 3 boru kəmərləri, 4, 5, 6 yerli müqavimətlərdir.


A və B nöqtələrindəki tam basqını HA və HB ümumi sərfi Q, paralel qollardakı basqı itkisini h1, h2, h3, sərfləri isə uyğun olaraq Q1, Q2, Q3 ilə işarə etsək, onda


Q = Q1 + Q2 + Q3 ( 5.33 )


h1 = HA – HB; h2 = HA – HB; h3 = HA – HB ( 5.34 )


h1 = h2 = h3 (5.35 )


yəni paralel boru kəmərlərində basqı itkiləri bir-birinə bərabərdir. Bu basqı itkilərini sərf ilə göstərək




( 5.36 )

K01 və n hərəkət rejimindən asılı olub, yuxarıdakı kimi təyin edilir.


(5.36 ) ifadəsinə əsasən
( 5.37 )


( 5.38 )

4, 5, 6 tənliklər sistemi aşağıdakı tipik məsələnin həllinə imkan verir.


Məsələn, magistraldakı ümumi sərf Q və boru kəmərlərinin ölçüləri verilir, paralel qoşulmuş hissələrdə Q1, Q2, Q3 sərfinin tapılması mümkün olur

(5.33), (5.34) ifadələrindən belə bir mühüm nəticə çıxır: paralel birləşdirməmiş bir neçə boru kəmərinin tam xarakteristikasını qurmaq üçün eyni bir -in qiymətində ona uyğun qiymətləri toplanıb, 1 nöqtəsi və bu qayda ilə əyrisi qurulmalıdır.





Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin