6.2. Hidrаvliкi zərbə hаdisəsi. Жuкоvsкi ifаdəsi.
Hidravliki zərbə boru kəmərində mayenin hərəkət sürətinin ani olaraq dəyişməsi ilə əlaqədar təzyiqin kəskin dəyişməsi hadisəsinə deyilir.
Hidravlik zərbə hadisəsində mayenin hərəkəti qərarlaşmamış olur. Maye axını bir anda siyirtmə ilə kəsildikdə orada kinetik enerji potensial enerjiyə çevrilir, nəticədə -ə qədər artır. Təzyiqin boru boyunca artması mayenin sıxılmasına və boru divarının genişlənməsinə səbəb olur. Real boru kəmərində siyirtmənin birdən bağlanmasında baş verən hidravlik zərbə hadisəsində mayenin rəqsi hərəkətinə uyğun enerji itkisi göstərilən prosesi söndürür. Boru kəmərinin normal iş rejiminə uyğun təzyiq P, zərbə hadisəsi yarandıqdan sonra isə P - dır.
Şək.6.2
Maye axınının birdən saxlanması hadisəsində hidravlik zərbə təzyiqinin qiyməti və borunun elastik xassələrindən asılı olması ilk dəfə N.Y. Jukovski tərəfindən öyrənilmişdir.
Hidrtavlik zərbə zamanı artan təzyiqi hesablamaq üçün hərəkət miqdarının dəyişməsi haqqında teoremə görə
(6.1)
Burada -baxılan həcimdəki mayenin hərəkət miqdarı; maye həcminə təsir edən qüvvələrin baş vektorudur. həcmindəki mayenin hərəkət miqdarı
(6.2)
-mayenin sıxlığı; S- borunun canlı en kəsik sahəsidir.
dV həcminə təsir edən qüvvənin baş vektoru isə
(6.3)
(6.2) və (6.3) ifadələrini (6.1) – də yazsaq
(6.4)
Zərbə dalğasının yayılma sürətinin olduğunu nəzərə alsaq
(6.5)
(6.5) ifadəsi hidravlik zərbədə təzyiq artımını tapmaq üçün Jukovski düsturudur.
Hirdavliki zərbənin yayılma sürəti – C üçün Jukovski aşağıdakı ifadəni də vermişdir.
(6.6)
burada EM - mayenin elastiklik modulu;
-boru kəmərinin divarının qalınlığıdır.
Hidravlik zərbə, adətən zərərli hadisə sayılır. Çünki onun təsirindən boru kəməri dağıla bilər. buna görə də boru kəmərlərində onları aramla bağlayan siyirtmələrdən istifadə edilir.
Bəzi hallarda isə hidravlik zərbədən müsbət hadisə kimi, məsələn quyudibi zonanın tənzimlənməsi və keçiriciliyinin artırılması üçün tətbiq olunan ehtizazlı təsir üsulundan istifadə edilir.
Dostları ilə paylaş: |