Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə21/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   17   18   19   20   21   22   23   24   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

İdarəetmənin divizion strukturu
İdarəçiliyin bu strukturu hər hansı meyarın funksiyası (hotel məhsulu, satış bazarı və.s) və yalnız göstərilən xidmətin hesabına istehsal səviyyəsində yaranır. Bu həmçinin, konkret sahələrdə, idarəçilik funksiyasının təmərgüzləşməsində (cəmlənməsi) əsas gəlir gətirən sahələr diqqət mərkəzində olur.
İdarəçiliyin divizion strukturunu təşkil etmək üçün aşağıdakı üsullardan istifadə olunur.

  1. Bütün sahə növlərinin idarəçiliyini təşkil etmək üçün funksional əlamətlərə görə, menecmentin seçilmiş sahələrinin formalaşmasının vahid sistemi yaranır.

  2. Hotelin gəlir gətirən sahəsi ayrıca formalaşır. Məsələn, hotel xidmətlərinin bütün spektlərinin istehsalı, istehlakçı qrupun yekunu və ya məqsədli satış bazarı və onların gəlir dərəcəsi üzrə differensasiyası. Bu sistemin daxilində, konkret sahənin idarəçiliyini, orta və aşağı səviyyəli menecerlər həyata keçirir.

  3. Göstərilən idarəçilik sistemində qarşılıqlı əlaqə formalaşır. İdarəçiliyin divizon strukturu, hotel məhsulunun, konkret növləri üzrə təşkil olunur. Bu struktur, proseslərin səmərəli təşkili, onların istehsalı, idarəçiliyi, keyfiyyətə nəzarəti və satışı üçün zəmin yaradır. Bu strukturu qurmaq üçün hoteldə yüksək səviyyəli, peşəkar mütəxəssislər olmalıdır.



İdarəçiliyin matrisa strukturu
(İdarəetmənin elmi təşkilatı quruluşu-hər hansı bir layihə və ya proqram üzrə təşkilat quruluşu)
İdarəçiliyin matrisa strukturu xüsusiyyətinə görə, konkret layihə və ya proqrama istiqamətlənib. Yeni hotel məshullarının işlənib hazırlanması, satışı (yeni restoran və ya barın açılışı, yeni nömrənin istifadəyə verilməsi və.s) ilə əlaqədardır. Bu həmçinin qonaqlara göstərilən xidmətin keyfiyyətini artırmaq, personalın ixtisasını artırmaq üçün yeni təlim proqramlarının tətbiqində istifadə olunur.
İdarəçiliyin matrisa strukturunun formalaması, konkret layihənin idarəçiliyi xətti və funksional strukturlarının əsasnaməsi hesabına yaranır. Hər bir layihəyə menecer rəhbərlik edir. Eyni amanda hər bir işçi öz şöbəsinin menecerinə hesabat verir. Layihənin həyata keçməsi üçün, maliyyə, kadr və digər resurslardan istifadə olunur.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin