Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə4/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   2   3   4   5   6   7   8   9   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Planın sosial yönümlü prinsipi – texniki və iqtisadi məsələlərlə yanaşı, göstərilən xidmətin beynəlxalq standartlara uyğun təminatı, təqdim olunan xidmətlərin təhlükəsizlik tələbatını, həmçinin kollektivin sosial inkişafının göstəricisini ifadə edir.
Planlaşdırma sisteminin avtomatlaşdırılması prinsipi – planlaşdırmada müasir informasiya texnologiyaları və kompyuter texnikasının tətbiqini tələb edir. Qərar qəbul edən menecerə, informasiyanı tez işləyib, vermək və bunu etibarlı saxlamaq lazımdır.
İştirak etmək prinsipi – plan tapşırıqlarında ifadə olunan, məqsədləri və məhdudları, planı icra edənlər başa düşməlidir. Kollektivin hər bir üzvü, tutduğu vəzifə və funksiyasından asılı olmayaraq, plan fəaliyyətinin iştirakçısı olmalıdır.
Planın işlənib hazırlanması və yerinə yetirilməsi üçün məsuliyyət prinsipi – planın qəbul olunmasında, hotel rəhbərliyi cavabdehdir. Lakin, planın tərtib edilməsi və yerinə yetirilməsində, hər bir əməkdaş öz məsuliyyətini dərk etməlidir.
Dəqiqlik prinsipi – plan elə tərtib olunmalıdır ki, o, başqa cür ifadə olunmasın, hotelin planı, daxili və xarici amilləri nəzərə almaqla, konkret və təfərrüatlı olmalıdır.
Hotelin planlarının formalaşması müxtəlif üsullarla həyata keçirilir. Planlaşdırma üsulları, iqtisadi hesablamalar yolu və konket qaydalarla irəli sürülür.
Planlaşdırmanın konkret üsullarının seçimində aşağıdakı amillər nəzərə alınır.

  • Plan dövrünün uzunmüddətliyi

  • Plan göstəricilərinin hesablanmasının xüsusiyyətləri

  • İlkin informasiyanın təminatı və onun istifadə imkanları

  • Hesablanmanın aparılması və informasiyanın işlənməsi üçün müvafiq texniki bazanın olması

  • Əməkdaşların ixtisas səviyyəsi

Hotelin planlaşdırma fəaliyyətində, aşağıdakı planlaşdırma üsulları, təcrübədə istifadə oluna bilər. Bunlar, balans (hotelin müəyyən müddət ərzində gəlir və məsrəfinin yekunu) normativ (hər bir vahid üçün sərf edilən vəsait və ya materialın miqdarı), hesablama - analitik üsullardır.
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin