Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Strateji planlaşdırma və strateji idarəetmə arasında sıx əlaqə var



Yüklə 445,59 Kb.
səhifə8/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   4   5   6   7   8   9   10   11   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Strateji planlaşdırma və strateji idarəetmə arasında sıx əlaqə var.
Hotel biznesində fəaliyyət göstərən iri şirkətin vəzifəsi, beynəlxalq struktura malik olmaq üçün hansı bazarlara yiyələnməlidir? Öz biznesini, Azərbaycanda, Gürcüstanda və ya Qazaxıstanda genişləndirmək və əsas diqqəti buna yönəltməlidirmi? Hansı bazar daha sərfəlidir? Şirkət eyni zamanda bir neçə bazarda fəaliyyət göstərməlidir və ya bir bazarı seçməlidir. Bütün bunlar və bu kimi vəzifələr strateji planlaşdırmada öz əksini tapmalıdır.
Menecerin vəzifəsi və səviyyəsi yüksək olduqca strateji planlaşdırma, geniş, əhatəli və ətraflı olur.
Strateji idarəçilik, hotel biznesinin bu günki vəziyyəti, vəzifə və məqsədləri və gələcək fəaliyyətinin işlənib hazırlanması deməkdir.
Strateji idarəçilik – idarəçilik prosesinin və planlaşdırmanın əsas hissəsidir. Strateji idarəçiliyin 3 əsas vəzifəsi mövcuddur. İlk növbədə elan etdiyimiz ehtimal və vəzifələri işləyib hazırlamaq. İkincisi, əvvəlcədən qarşıda duran vəzifələrin, strateji məqsədlərə dəyişməsi. Üçüncüsü, hotel olduğu vəziyyətdən, istədiyi vəziyyətə keçmək üçün, strateji və ya dürüst ifadə olunmuş məqsədlərdən istifadə edir.
Müasir hotellərin fəaliyyəti, rəqabət şəraitində, düzgün strateji planlaşdırmanı yerinə yetirməsindən asılıdır. Məsələn, 2008 və 2015-ci illərin iqtisadi böhranı, bir daha göstərdi ki, bu cür hadisələri qarşılamaq üçün, mehmanxana menecerləri strateji planları bacarıqla tərtib etməlidir.
Yaxşı tərtib olunmuş strateji plan, qeyri-standart, fövqəladə şəraitdə vəziyyətdən çıxış yollarını göstərir. Strateji idarəçiliklə, hotelin vəzifələri arasında birbaşa əlaqə vardır. Onlar bir-birini tamamlayır. Tərtib olunmuş strateji planda, hotelin vəzifələri öz əksini tapır.
Strateji idarəçiliyin, məqsədi, bu məsələləri, strateji vəzifələrə dəyişməkdir. Strateji planlaşdırma ilə strateji idarəçiliyin fərqi ondan ibarətdir ki, birincisi sistemli prosesidir və hotelin gələcək inkişafının istiqamətini müəyyən edir. Eyni zamanda, strateji idarəçilik, strateji planı müşayiət edir və hotelin ehtiyat vəsaitlərindən və qüvvəsindən istifadə edir.
Strategiya, qarşıya qoyulan vəzifə və məqsədləri həyata keçirmək üçün necə hərəkət etməyi göstərir.
Hotel sahəsində, strateji məsələlərin aşağıdakı səciyyəsini göstərmək olar.

  • Korporativ əməliyyatların bir çox sahələrinə təsir edən qərarlar hotel rəhbərliyi tərəfindən qəbul olunmalıdır.

  • Strateji məsələlər, iri həcmli ehtiyat vəsaitlərin bölüşdürülməsi ilə əlaqədardır.

Buna görə, ehtiyat vəsait mənbələri tapmaq zəruridir ki, hotel investisiya qoyuluşunda, səmərəli gəlir əldə etsin.

  • Strateji məsələlər, hotel biznesinin uzunmüddətli vəziyyətinə və inkişafına təsir göstərən amildir. Bu məsələlər, hotelin hansı bazarda fəaliyyət göstərmək, hansı məhsulun xidmətlərini təqdim etmək, hansı texnologiyalardan istifadə etmək imkanlarını müəyyən edir.

  • Strateji məsələlər, hotelin gələcək fəaliyyətinə istiqamətləndirilib. Strateji məsələlər bir çox funksional istiqamətlərə, adətən böyük təsir göstərir. Məhz buna görə, bunlar bir-biri ilə yaxşı əlaqələndirilməlidir. Məsələn, təşkilatlar və fiziki şəxsləri, hotelə cəlb etmək üçün, xidmətlərin çeşidini və keyfiyyətini artırmaq və genişləndirmək lazımdır. Müxtəlif tədbirlərin, konfransların keçirilməsi üçün, qonaqlara müxtəlif formatda və üsullarda xidmətlər təklif etmək lazımdır.

Strateji məsələlərdə hotel, xarici mühiti, təhlükə imkanlarını, güclü və zəif cəhətləri nəzərə almalıdır.
Korporativ səviyyəli strategiya adlanan, strateji planlaşdırmanın çox hissəsi, şirkətin rəhbərliyi tərəfindən həyata keçirilir.
Ən yüksək səviyyədə bir sıra hotellər, divizion struktura və ya portfelə malikdir. Belə ki, Hilton Hotels şirkətinin portfelinə “Conrad Hotels”, “Doubletree”, “Embassy Suites and Hotels”, “Hilton Garden İnn” və başqaları daxildir. Şirkətlər biznesin bir sıra sahələrini seçirlər. Hilton, Marriott və bir slra hotel strukturları, müxtəlif brendlərə malikdir. Tam xidmət göstərən uzunmüddət yaşamaq üçün olan hotellərdən, qısamüddətli yaşayış üçün, yaşlı insanların yaşayışı üçün şəraiti olan və s. tipli hotellər qonaqlara təqdim olunur.
Bir çox hotellərin biznesini genişləndirmək və inkişaf etdirmək üçün, bu inkişafın strategiya planını tərtib etmək vacibdir. Əsasən 4 inkişaf strategiyası mövcuddur.

  1. Bazardakı payını artırmağı öz qarşısına məqsəd qoymaq naminə bazara girmək və bunun üçün mövcud olan bazarda satışı stimullaşdırmaq üçün müxtəlif üsullardan istifadə etmək.

  2. Coğrafiyasını genişləndirmək. Bu strategiyanın köməyi ilə, şirkət öz əməliyyatlarını artırır, yeni bazarlara çıxır və mövcud olan bazarlarda fəallığını gücləndirir. Məsələn, “Wyndham Worldwide” şirkəti, Azərbaycan bazarında öz mövqelərini möhkəmləndirib. Bunlar, şirkətə daxil olan “Ramada”, “Ramada Suites”, “Ramada Plaza”(Gəncə şəhəri), “Days İnn” hotellərinin fəaliyyətini göstərmək olar.

  3. Yeni məhsulun hazırlanıb, bazara çıxarılması. Məsələn, “Andaz”, “Hyatt” şirkətinin yeni brendidir və ya yaxud restoranda yeni menyunun təqdimatıdır.

  4. Üfqü inteqrasiya, yəni, mülkiyyətə sahib olmaq və ya eyni bazarda fəaliyyət göstərən rəqiblərin analoji məhsuluna nəzarət etmək. Məsələn, Promus Corporation (Emabssy Suites) şirkətini, Hilton şirkəti tərəfindən alınması üfqü inteqrasiyadır.

Öz məqsəd və vəzifələrini yerinə yetirmək üçün, şirkətlər, digər üsullardan istifadə edirlər. Strateji ittifaq və ya birgə müəssisələrin yaradılması bu üsullardandır.
İsteklak planlaşdırılmasının əsas üsullarından biri və mehmanxana müəssisələrində geniş istifadə olunan SWOT üsuludur. SWOT – Strengths (güclü), weakness (zəif), opportunities (imkanlar), threats (təhlükə). deməkdir.
SWOT – üsulunun təhlili, şirkətin güclü və zəif tərəflərini, həmçinin təhlükəni üzə çıxartmaq və onlardan qaçmaq imkanlarını axtarmaq, daxili və xarici amilləri qiymətləndirmək üçün istifadə olunur. SWOT təhlili əsas rəqiblərinizin biznesi ilə öz biznesinizi müqayisə etmək imkanı yaradır. Bu təhlil eyni zamanda hotelin güclü və zəif tərəflərini, təhlükələri görməyə imkan yaradır. Belə yanaşma, strategiyanın uğurlu planlaşdırılmasını asanlaşdırır.
Hər bir operator, SWOT təhlilinə, hansı əsas məqamları, bura daxil etməyi özü seçir.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin