Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə16/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   12   13   14   15   16   17   18   19   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Hotelin təhlükəsizlik şöbəsi, qonaqların təhlükəsizliyini, əmlakını və hotelin əmlakını, müxtəlif kriminal ünsürlərdən qorumaq məqsədi daşıyır. Bu şöbənin əsas vəzifəsi, cinayəti təhqiq etmək deyil, onun qarşısını almaqdır. Təhlükəsizlik şöbəsi, digər şöbələrlə sıx əlaqədə fəaliyyət göstərir.
Hotelin mühüm şöbələrindən biri təsərrüfat şöbəsidir (nömrələrin və ictimai yerlərin təmizliyini yerinə yetirir). Bu şöbənin əsas funksiyası, nömrə fondunu və ictimai yerləri (holl, dəhliz, kabinet, ümumi istifadədə olan sanitar qovşaqları və.s) təmizləyib, yığışdırmaqdır. Şöbə sanitar-qiqiyenik qaydaları yerinə yetirir və nəzarət edir. Təsərrüfat şöbəsi, ön büro ilə sıx əlaqədə işləyir. Qonağın hotelə qəbulu, hoteli tərk etməsi, bu iki şöbə arasında həyata keçirilir.
Mühəndis-texniki şöbə, hotelin, mexaniki, elektrik, istilik, havalandırma sistemi, su təchizatı, kanalizasiya və liftlərin vəziyyətinə və işlərinə məsuliyyət daşıyır.
Bu şöbələrdən əlavə hotelin digər bölmələri də fəaliyyət göstərə bilər. Bu bölmələr qonaqlara əlavə xidmət göstərən, biznes mərkəzi, idman-sağlamlıq mərkəzi, bərbərxana, suvenir köşkü, kosmetik salon və.s ibarətdir.
Diaqram öz növbəsində kiçik təşkilatı vahidlərə bölünür. Hər bir belə vahid işin incəlikliyini, eyni zamanda bu vəzifə vahidində çalışan işçinin bilik, bacarıq, səriştə və peşəkarlığını göstərir.
Təşkilat diaqramı nəinki hotelin strukturunu və ölçüsünü göstərir, həmçinin tabeçilik qaydalarını əks etdirir.
Diaqramda şöbələr göstərilməklə, tabeçiliyin vahid sıra ilə yuxarı hissədən başlanğıcını göstərir. Məsələn, iri şirkətlərdən olan Marriott İnternational səhmdarları, direktorlar şurasını seçir. Öz növbəsində direktorlar şurası, prezidenti seçir. (Baş icraçı direktor)
Prezident yüksək pillədə duran rəhbərləri təyin edir. (Vitse-prezident, maliyyə üzrə menecer və.s) Prezident və onun komandası tərtib etdiyi planı təsdiq etdirmək üçün direktorlar şurasına təqdim edir və təsdiq olunmuş planın həyata keçirilməsində fəal iştirak edir. Tabeçilik qaydası səmərəli və faydalıdır. Bu halda hər bir işçi hər hansı bir məsələ üzrə kimə müraciət edəcəyini və hesabat verəcəyini bilir.
Tabeçilik sırası, təşkilatı strukturda yuxarıdan aşağı və əksinə olmalıdır. Bu sxem , kimin cavabdeh və kimə tabe olduğunu göstərir. (şəkil 2.3)



Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin