Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə11/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   7   8   9   10   11   12   13   14   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Müzakirə sualları
1.Menecmentdə paradiqma
2.Menecmentdə yanaşmanın prinsipləri
3. Menecmentdə yanaşmanın səbəbləri
4.Marketinq planı
5.Büdcənin tərtibi
6.Biznes plan


Fəsil 2. Hotelin təşkilat strukturu


2.1 Təşkilat strukturunun əhəmiyyəti və onun təşkilində yanaşmalar
Planlaşdırma və təşkilat, bir biri ilə ayrılmaz tərkib hissələrdir. Təşkil etmək, hotelin ehtiyat vəsaitlərinin (resurslar) səmərəli istifadə etməklə, məqsədə çatmaq deməkdir. Bu fəaliyyət prosesində hər bir kəs konkret tapşırıq alır. Tapşırıqların yerinə yetirilməsi sistemli şəkildə əlaqələndirilir.
Struktur, hoteldə verilən əmr və sərancamları müəyyən edən sxemdir. Bu sxemin köməyi ilə, hotelin fəaliyyəti planlaşdırılır, təşkil olunur, istiqamətləndirilir və nəzarət edilir. Strukturun məqsədi aşağıdakılardır.

  • Əməyin bölgüsünü göstərmək

  • Vəzifə və məqsədləri müəyyən etmək

  • Rolları və qarşılıqlı münasiblətləri müəyyən etmək

  • Qarşılıqlı əlaqələrin yollarını müəyyən etmək

Bir çox hotellər iki təşkilatı struktura malikdir. Bunlar formal və qeyri-formal strukturlardır. Formal struktur, hotelin təşkilatı sxemində göstərilir. Qeyri-formal struktur “kölgə” subordinasiyasıdır (tabelik).
Bu birgə iş prosesində, insanların birgə fəaliyyətində özünü göstərir.
Tarixən, XX əsrin əvvəllərinə kimi, dünya mehmanxana təsərrüfatında, Avropa klassik modeli üstünlük təşkil edirdi. Bu model iki əsas vəzifəni, idarəçiliyin mühüm amili kimi sayılırdı. Bunlar, metrdotel (restoran inzibatçısı) və baş aşbaz vəzifələri idi.
Metrdotel, qonaqlarla xidmət göstərən personal arasında qarşılıqlı əlaqəni tənzimləyən və nəzarət edən şəxsdir. Metrdotel, qonaqlara göstərilən xidmətin yüksək səviyyədə və tez bir zamanda yerinə yetirilməsini təmin etməlidir.
Baş aşpaz mətbəxin sahibi kimi, yeməklərin çeşidi, keyfiyyəti, seçimi və hazırlanması prosesinə rəhbərlik edir. O zaman yeməklərin hazırlanması və qonaqlara təqdim olunması mühüm amil idi və hotelin strukturunda bu öz əksini tapmışdı. Müasir dövrdə, kiçik hotel və restoranlarda, təşkilat strukturunda problemlər demək olar ki, yoxdur. Hoteldə , vəzifə və səlahiyyətlərin müəyyən olunması bölgüsü, həmçinin personal arasında qarşılıqlı münasibətləri, qeyri-formal və şəxsi əsasda qurmaq olar.
Son illərdə hotel menecmentinin təşkilat strukturunda əhəmiyyətli dərəcədə dəyişikliklər olub. Təşkilat strukturuna ənənəvi yanaşmalar, artıq qəbul olunmur. Yeni variantlar axtaran menecerlər, çalışırlar ki, təşkilat strukturu elə qurulsun ki, səmərəli fəaliyyət göstərsin və personal öz vəzifəsini yaxşı yerinə yetirsin.
Struktur effektli olmalıdır, lakin eyni zamanda müasir həyatda, zəruri fəaliyyəti həyata keçirmək üçün çevik olmalıdır. Təşkilatı struktur skletə bənzəyir. O, hotelin müxtəlif şöbələrinin işini tənzimləyir, dəstəkləyir. Struktur, vəzifələrin müxtəlif iş bölgüsünün əsasını təşkil edir, qruplaşdırır və əlaqələndirir.
Müasir hotellərdə təşkilatı strukturda iki əsas şöbə ön plandadır. Bunlar ön büro və qida və içki şöbələridir. Bu onunla əlaqədardır ki, hotel qonaqlara, əsasən təhlükəsiz və komfort yaşayış və dadlı, keyfiyyətli yemək və içki təklif edir. Hotelin digər şöbələri bu iki əsas şöbəyə yardım edir.
Hotel öz fəaliyyətində, qarşıya qoyduğu məqsəd və vəzifələrə nail olmaq üçün tam təşkilatı struktur işlənib hazırlamalı və əməkdaşlar arasında iş bölgüsü aparmalıdır. Struktur, həmçinin işçilərin əsas funksiyalarının səmərəli və yenidən təşkili, hesabatı və peronalın səyini müəyyənləşdirmək üçün lazımdır.
Təşkilatı struktur, yalnız mehmanxananın səmərəli iqtisadi fəaliyyətini deyil, eyni zamanda personalın mənəvi və işdən mənunluğunu müəyyən edir.
Təşkilati struktur, insanların iş yerində davranışını əlaqləndirir. Qeyd etmək lazımdır ki, təşkilatı strukturun quruluşu məsələsində yekdil fikir və ümumi yanaşma yoxdur. Təşkilat strukturunun çoxlu sayda təsnifatı mövcuddur. Bunlardan 4 əsas təsnifatı seçmək olar.

  1. Klassik yanaşma.

  2. Şəxslərarası ünsiyyət münasibətlərinə yanaşma

  3. Sistemli yanaşma

  4. Kontinqentli yanaşma


Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin