Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


Maliyyə axınının yaxşılaşdırılmasına asanlıqla nail oluna bilərmi?



Yüklə 445,59 Kb.
səhifə81/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   77   78   79   80   81   82   83   84   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Maliyyə axınının yaxşılaşdırılmasına asanlıqla nail oluna bilərmi?
Sərt rəqabət və çətin qanynvericilik şəraitində maliyyə axınının yaxşılaşdırılmasına nail olmaq asan deyil. Bu zaman servis səviyyəsini qonaqların və işçilərin razı qalmasını təmin etmək və ya şəraitini yaxşılaşdırmaq lazımdır
Maliyyə axınını yaxşılaşdırmaq çətin olsa da mümkündür. Balansın bütün maddələrinin yoxlanılması optimallaşmanın planlı həyata keçirilməsi sizin biznesin yaşamaq qabliyyətini artırır. Əlbəttə, proseslərin qaydasına düşməsi müəyyən vaxt alacaq, ancaq bunlar sizin hotelin fəaliyyətinin ayrılmaz hissəsinə çevrildikdən sonra, yaxşılığa doğru dəyişikliklər özünü çox gözlətməyəcək.
Ticarət və sərbəst maliyyə axınını yaxşılaşması, sahibkar üçün birinci dərəcəli əhəmiyyətə malikdir, çünki bu onun mülkiyyətinin qiymətini qaldırır. Həmçinin bu operator üçün də vacibdir, çünki idarəetmə üzrə məvacib və mükafat artır. İdarəetmə müqaviləsində hər iki tərəfin məqsədi, imkan daxilində razılaşdırılmalıdır.
İstənilən hotel biznesinin yaşaması, dayanıqlı və daimi inkişafda olması üçün maliyyə axınının yaxşılaşdırılmasının çox böyük əhəmiyyəti var, bu tətbiq olunan konkret mühiti dərindən anlamağı tələb edir. Bu fəsildə gəlirləri artırmaq və xərcləri azaltmaq üçün lazım olan vasitələr göstərilmişdir. İdarəetmə və maliyyə üzrə mütəxəssis gəlirləri yaxşılaşdırılması üçün bütün tədbirlərdən istifadə etməli və fasiləsiz ona nəzarət etməlidir. Mühüm qərarların alınması və fəaliyyətin dəqiq təhlilini həyata keçirilməsi üçün maliyyə axınını optimallaşdıraraq sizin biznesinizi daha gəlirli etmək üçün müstəqil aktivləri idarəedənin cəəlb olunması vacib rol oynayır. Hoteli idarə edərkən qeyri stabil maliyyə vəziyyətində və gündəlik iş mühitinin dəyişdiyi şəraitdə maliyyə axınını artıraraq, hoteli darə etmək heç də asan deyil.
Lakin həm hotel sahibinin, həm də hotel operatorunun maliyyə resurslarından maksimal dərəcədə effektiv istifadə etməsi vacibdir. Optimal maliyyə axınının olması, onun düzgün qavranılmasından asılıdır ki, o da öz növbəsində yaxşılığa doğru inkişafın olacağına gətirib çıxarır.
Müzakirə sualları
1.Gəlirlər departamentinin iş prinsipi
2. Gəlirlərin idrə edilməsi funksiyası
3. Gəlirlər idarə olunmasının mahiyyəti
4.Gəlirlərin idarə olunması metodu
5. İdarəçilik metodunun inkişaf xüsusiyyətləri
6. Gəlirlərin idarə olunması konsepsiyası
7.Otelin gəlirlərinə təsir edən əsas amillər

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin