Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


H.Ford XX əsrin məşhur dahi meneceri idi



Yüklə 445,59 Kb.
səhifə100/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   94   95   96   97   98   99   100   101   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

H.Ford XX əsrin məşhur dahi meneceri idi.O, ən böyuk sənaye ustehsalını təşkil etmiş və 36 milyon dollar qazanmışdı. H.Fordun əsas prinsipi “insanlar haqqında fikirləşmək” (biznes –insan üçün ) idi.
H.Ford digər insanın fikrini və nöqteyi-nəzərini başa düşmək və özünə onun gözü ilə baxmaq qabiliyyətinə malik idi.



10.4 Menecmentin əfsanəsi və “Mustanqın” atası


Menecment sahəsi üzrə canlı əfsanə olan və avtomobil biznesi üzrə böyük uğurlar qazanan Li Yakokka 1924 - cü il oktyabrın 15-də Allentaun şəhərində(Pensilvaniya ştatı-ABŞ) italyan mühacirin ailəsində anadan olmuşdur. Li – nin uşaqlıq dövrü böhranlı illərə təsadüf etdiyindən heç bir şey onun gələcəkdə “Ford” şirkətinin rəhbəri vəzifəsinində çalışacağından və “Chryslerin” idarə heyətinin sədri olacağından xəbər vermirdi .

ABŞ – nın maşınqayırma sənayesində ən məşhur simalardan biri olacaq bu gəncin atası heç də hər zaman səfalət içində yaşayan kasıb italyan ol­m­a­yıb. Amerikaya 12 yaşında köçməsinə baxmayaraq Nikolla Yakokka şəxsi biznesini yaratmağa müvəffəq oldu. Yakokkanın ailəsi Pensilvaniya şta­tının Allentaun bölgəsində məskunlaşmışdır. ABŞ tarixinin ən böyük iqdisadi böh­ranının başlanmasından az əvvəl, Nikolla yeməkxana, bir sıra kinoteatr, av­to­mobil icarəsi iə məşğul olan şirkətin sahibi idi, o həmçinin əmlak işləri ilə də məşğul olurdu. Lakin az ehtimal ki, balaca Lido (sonradan Li) atasının bu uğurlu illəri dövrünü xatirlayır, çünki onun anadan olmasından 5 il ötməmiş Yakkoka ailəsi hər şeyi itirmişdi.


Atası kimi Lido da çox erkən, 10 yaşından əmək fəaliyyətinə başlamışdır. Məktəbdə dərslər bitdikdən sonra gənc oğlan yerli supermarketin qarşısına gəlib cüzi məvacib hesabına insanlara, aldıqları malları evlərinə araba ilə çatdırmağa yardım edirdi. Daha sonra yeniyetmə yaşlarında o meyvə dük­an­la­rının birində çalışır, burada 16 saatdan artıq işləməsinə bax­ma­ya­raq, o bu fəaliyyəti təhsilinə heç bir zərəri olmadan həyata keçirə bilirdi.
İkinci dünya müharibəsi dövründə Li Yakkoka ordu sıralarında olmaq istəyirdi, lakin tale onun üçün başqa yol seçdiyindən, gənc italyanı səhhətində problemlərə görə orduya götürmədilər. Bunun nəticəsi kimi, Li Betlexemdə Lixaysk universitetinin mühəndislik fakültəsinə daxil olur. Məhz bu qərar gələcək sahibkarın həyatında həlledici rol oynayır.
Az sonra onu fəal və uğurlu tələbə kimi Priston universitetinə dəvət edirlər. Tədris illəri sona yaxınlaşdıqda, Li artıq işləmək üçün hara gedəcəyini yaxşı bilirdi. Bu Fordun avtomobil şirkəti idi. Fəaliyyətinin uğurlu illərində yalnız “Ford” şirkətinə məxsus olan avtomobilləri icarəyə verən Nikolla Yakokka kimi, balaca Li də atası ilə birlikdə bu maşının mühərrikinə baxmağı çox xoş xoşlayardı. Ford şirkəti yeni əməkdaşlar seçimində də olduqca diqqətli davranır və öz ənənəvi prinsiplərinə əsasən hərəkət edirdi. ABŞ –ın 50 ali təhsil ocağından yalnız ən istedadlılar və bacarıqlılar seçilirdi. Bu bəxtəvərlərdən biri də qarasaç, italyan əsilli tələbə, Li- Yakokka idi.
Yakkokanın “Ford” şirkətində tutduğu ilk vəzifə mühəndislik vəzifəsi idi. Tez-tez baş tutan telefon danışıqları və vaxt məhdudluğunu nəzərə alan italyan, özünü qısaca Li kimi təqdim edirdi. Li – nin istehsalat şöbəsindəki fəaliyyəti çox qısa sürdü. Qısa bir zaman kəsiyində o ticarətə və satışa meyl hiss edərək pərakəndə satış şöbəsinə keçməyə üstünlük verdi.
İtalyan işə düzəlmək məqsədi ilə Ford şirkətinin Nyu York şöbəsinə üz tutur. Lakin müsahibə zamanı Li, Pristonun gənc məzunu həddindən artıq təvəzökar olması səbəbi ilə rədd cavabı alır. Müştəri ilə söhbətin təsəvvürü belə gənc Li- nin dizlərinin əsməsinə səbəb olurdu. Yalnız Çesterdəki pərakəndə şöbəsinin rəisi İtalyanda gələcəyin böyük sahibkarını sezə bilmişdir. Risk edərək o Yakokonu minik avtomobillərin icarə idarələri üçün satış şöbəsinə menecer təyin etdi.
Li Yakokka dərhal verilən şansdan faydalanmağa çalışdı. O öz üzərində çox çalışaraq, ticarətin sirrlərinə yiyələnirdi. Karyera yüksəlişi də özünü çox gözlətmədi və Li Filadelfiyada pərakəndə satış şöbəsinin rəhbərinin köməkçisi vəzifəsinə təyin olundu. Həyacanını və dizlərinin əsməsini artıq boğan Li şəhərlərə səyahət edərək müştərilərlə daim təmasda idi. Eyni zamanda Li Yakokka yazıçılığa da meyl göstərməyə başlayır. O, “satıcıların seçimi və maarifləndirilməsi” adında kitabça yazaraq onu hər yerdə özü ilə bərabər aparırdı.
Eyni zamanda 1956-cı ildən etibarən ölkənin iqdisadiyyatında tənəzzül müşahidə olunur və Ford şirkətinin avtomobillərinin satışı xeyli azalır. Bütün pərakəndə satış şöbələri kimi, Filadelfiya şöbəsi də gəlirlərini itirməyə başlayır. Şirkət üçün olan bu ağır durumda Li Yakokka karyerasında ən böyük sıçrayışını etdi, O, müştərilərdən avtomobillərin ödənişini hissə hissə almağı təklif edir. Ford şirkətinin müştərilərinin ilkin ödənişi, ümümi qiymətin yalnız 20% təşkil edirdi. Növbəti 3 il ərzində isə onlar qalan məbləği ildə 56 dollar olmaqla ödəyə bilərdi. Yakokkanın bu təklifi Ford avtomobillərinin sa­tı­şı­nın kəskin artımına və şəxsən Li- nin karyerasının yüksələn xəttlə irə­li­lə­məsinə səbəb oldu, çünki İtalyana paytaxtın pərakəndə satış dairəsinin rəhbəri vəzifəsi təklif edildi. Bundan başqa şirkətin əməkdaşlarından birinin qeyri-adi təkliflərindən biri şirkətin marketinq siyasətinin özəyini təşkil etmişdir.
Gələcəkdə də Li Yakokka-nın qəbul etdiyi qeyri adi təkliflər ağır durumda olan daha bir şirkəti, belə demək mümkünsə quyunun dibindən çıxartdı və məhz bu olay İtalyanın ən bacarıqlı menecer adına layiq görülməsini təmin etdi. O, ABŞ avtomobil sənayesi tarixində adını əbədləşdirəcək bir iş görür. O öz komandası ilə birlikdə gənc idman avtomobillərinə meyl göstərən, çox da zəngin olmayan müştərilər üçün “Ford Mustanq” adlı məşhur avtomobilini yaratdı. Yakokkanın bu icadı o qədər geniş populyarlıq qazandı ki, üç Ford zavodu bu əfsanəvi avtomobilin istehsalı üçün yenidən təhciz olunur. Li-nin özü isə 10 dekabr 1970 -ci il tarixində şirkətin prezidenti təyin olun­ur. Növbəti illərdə şirkətin gəlirlərinin həcmi inanılmaz yüksələrək, zirvə nöq­tə­sinə çatır.
Bütün bu hadisələrin fonunda təyinatından 8 il sonra, Li istefa verir. Öz tərcümeyi halında məşhur menecer bu­nu bilavasitə şirkətin yaradıcısının nəvəsi Genrix Fordun özbaşınalığı ilə əla­qə­lən­dirirdi.
Bacarıqlı menecer uzun müddət işsiz qalmadı. 13 iyul ta­ri­xin­də “Ford” şirkətindən istefaya göndərilən Yakokka, art
Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin