Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma


H.Ford deyirdi: “Vaxt, onu hədər sərf etməyi sevmir”



Yüklə 445,59 Kb.
səhifə98/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   94   95   96   97   98   99   100   101   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

H.Ford deyirdi: “Vaxt, onu hədər sərf etməyi sevmir”
Henri Fordun nöqteyi nəzərinə görə işdə nəzarət effektiv usuldur. Fordun zavodunda iş vaxtı siqaret çəkmək, yersiz danışmaq , fit çalmaq, boş oturmaq, maşınlara soykənmək qadağan olunurdu.
Ford bir neçə qaydalar tətbiq etməklə, əməkdaşları nəinki yaxşı işçi, eyni zamanda yaxşı vətəndaş olmağa kömək edirdi. Belə ki,fəhlələr qənaətcil olmalı, yaxşı mənzillərdə yaşamalı, əlavə gəlir mənbəyi olmamalı, pis adamlarla əlaqə saxlamamalı, (həmkarlar ittifaqının üzvü kimi) və bunu öz uşaqlarına da başa salmalıdır. Mühacir işçilər ingilis dilini yaxşı öyrənməlidir, qumar oynamamalıdır. Müəssisədə yeni qaydalar tətbiq edildikdən sonra, isçilərin 40%- ixtisara düşür.


XX əsrin 20-ci illərində H.Ford musahibələri və nəşr etdirdiyi kitablar vasitəsi ilə biznesi idarə etmək ideyasını Avropada yayırdı.Onun fikrincə idarəçilik mərkəzləşdirilməli, nəzarət iyerarxiya pilləsində olmalıdır. Standartlasma və istehsal məsrəfləri azalır və bu öz növbəsində böyük gəlir əldə etməyə imkan verir.
1926-ci ildə H.Ford öz əməkdaşları üçün 5 günlük iş həftəsi müəyyən edir. Ford artıq öz məqsədinə yaxın idi. Ildə 2 milyon avtomobil istehsal edirdi. XX əsrin 20-ci illərin axırında H.Fordun naratçılıgına səbəb olan ciddi səbəblər ortaya çıxır.”Ceneral Motors” şirkəti H.Fordun rəqibinə çevrilir.
1926-ci ilin yazında Ford yeni Ford avtomobili istehsal etmək haqqında fikirləşir.
Tələbatı qabaqlamaq üçün Ford öz zavodunda kütləvi istehsal və yenilikləri tətbiq edir: Bunlar,
-avtomobillərin ehtiyat hissələrinin unifikasiyası, (vahid şəklə salmaq) əvəz edilməsi
-İstehsalatda konveyer üsulunun tətbiq edilməsi,
-məhsulun satışı, texniki servisin təmin etmək üçün diler sisteminin tətbiq olunması,
- fəhlələrin minimal əmək haqqının artırılması,
-fəhlələr üçün təhsil proqramlarının açılması,
-personalın tibbi xidmət sisteminin yaradılması
H.Fordun tərcüməyi halında bir cox ziddiyətli və başa düşülməyən məqamlar var. Onun haqqında belə deyirdilər. ”Dahi insanların fəaliyyətni i başa düşmək çətindir.” H. Ford dahi idir.
H.Fordun müəllifi olduğu əsas kitabları qeyd edə bilərik: ” Mənim muvəffəqiyətim ,mənim həyatımdır”, “Bu gün və sabah.” Bu kitablar biznes və menecment sahəsində klassik əsərlərdir. 100 il bundan əvvəl yazılmış bu kitablar öz aktuallığını itirməyib.
H.Ford muəyyən edir ki,insan amili ən mühümdür və ixtisaslı mütəxəssislərə tələbat artır. O, eyni zamanda əlillər üçün is yerləri açır və onların əməyindən istifadə edir. Əlillərin əmək haqqı , sağlam fəhlələrin əmək haqqı ilə eyni idi. O, hesab edirdi ki, gəlir üç qrupa mənsubdur. Ilk öncə müəssisəyə, ikincisi, gəlirin yaranmasında iştirak edən fəhlələrə, üçuncüsü cəmiyyətə.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin