Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə101/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   94   95   96   97   98   99   100   101   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

10.5 “Müasir menecmentin atası”
Müasir “menecmentin atası” olan P.Druker demişdir: “Rəhbərin birinci və başlıca vəzifəsi öz enerjisinə qayğı ilə yanaşmasıdır”. Piter Druker 1909-cu il noyabrın 19-da Vyana (Avstriya) şəhərində anadan olmuşdur. Atası Adolf Druker vəkil idi. P Drukerin ailəsində iki dildə, ingilis və alman dillərində danışırdılar. Bir çox ziyalılar, o cümlədən Ziqmund Freyd və Yozef Şumpeter bu ailənin daimi qonağı idi və gənc Piter onlarla burada tanış olmuşdu.
1920-ci illərdə P.Druker təhsil almaq üçün Almaniyaya köçur. O, Almaniyanın Hamburq və Frankfurt şəhərində, hüquq uzrə doktorluq elmi adı alır. Ikinci Dünya Muharibəsi ərəfəsində, 1932ci ildə P.Druker Londona köçür. Bir muddət O, Londonda maliyyə brokeri işi ilə məşğul olur, lakin bu iş onun xoşuna gəlmir və 1937-ci ildə P.Druker evlənir və Amerikaya köçür. Amerikada O, qəzetlərdə müxbir kimi fəaliyyət göstərir. P.Druker elmi-ədəbi işlə məşğul olur.
1950-1971-ci illərdə O, Nyu-York universitetində menecmentlikdən dərs deyir. Daha sonra, 1971-ci ildən P.Druker Kaliforniyanın Klermont universitetində işə düzəlir və 2005-ci ilə qədər, yəni ömrünün sonuna qədər bu universitetin professoru olur ( Claremont Graduate University) . Onun əsas ixtisası social və elmi menecment idi. 1987-ci ilde O, menecment məktəbi yaradır.
P.Druker ömrü boyu iqtisadiyyat və menecment üzrə 39 kitab yazıb və ilk kitabı 1939-cu ildə nəşr olunub.( “İqtisadi insanın sonu”) Hələ, 1940-ci ildə P.Drukerin nəzəriyyəsi əsasında dünyanın iri sirkətləri işləyirdi. Dünyada fəaliyyət göstərən iri şirkətlərin vəziyyəti ilə tanış olan P. Druker dəhşətə gələrək yazırdı: “Vaxtilə piramida kimi qurulan şirkətlər, hal-hazırda çadırlara bənzəyir”
P.Drukerin kitabları indi də aktualdır və marketinq, menecment və iqtisadiyyatı öyrənmək üçün faydalıdr.
P. Druker universitetdə dərs demək və kitab yazmaqla yanaşı, dünyanın aparıcı şirkətlərinin məsləhətçisi olub.
P.Drukerin “Effektiv idarəçilik” kitabı 1964-cu ildə nəşr olunur. P.Drukerə qədər Amerika idarəçilik nəzəriyyəsində F.Teylor və H.Fordun baxışları üstünlük təşkil edirdi. Bu nəzəriyyəyə görə, menecmentə dəqiq elm kimi baxılırdı. P.Druker isə müasir menecmenti yaradıb və inkişaf etdirib. Liberal humanizm ənənələri ilə tərbiyə alan P.Druker, idarəçiliyin ümumi prinsiplərini təhlil edir. P.Druker məqsədlərə çatmaq üçün idarə etmək konsepsiyasını işləyib hazırlayır. Menecerin vəzifəsi, məqsədləri muəyyən etmək, fəaliyyət göstərməklə bu məqsədləri həyata keçirməkdir. Menecment öz ictimai fəaliyyətini başa duşməlidir. Muəssisənin əsas siması və fiquru onun rəhbəridir.
P.Drukerin “Effektiv idarəçilik” kitabı idarə edən rəhbərlərə işi daha effektiv və səmərəli qurmağa yardım edir. Kitabda səlahiyyətləri tabeçilikdə olanlara verilməsi, onların motivasiyası və möhkəm kollektivin yaradılması barədə tövsiyyələr var.
P.Druker “XXI əsrdə menecmentin vəzifələri” adlı kitabında,qarşıda duran vəzifə və problemlər haqqında danışır .O tövsiyyə edir ki, indi elə biznes qurmaq lazımdır ki, gələcəkdə aktual olsun.
P.Drukerin “ Menecmentin Ensiklopediyası” kitabında, onun mülahizə və nəzəriyyələri ilə yaxından tanış olmaq olar.
P.Druker sadə idarəçiliyin tərəfdarı idi. O, bildirirdi ki, şirkətlərin əsas səhvi, bazarda lazım olmayan sahələrə daxil olurlar, halbuki, bu sahələrdən yayınmaq lazımdır. Bu şirkətlər, lazımsız işçiləri qəbul edir və həddən artıq məhsul istehsal edirlər. P. Drukerin metodikasını və motivasiya texnologiyasını Amerikanın iri şirkətlərinin menecerləri istifadə edirdilər. Məhz P. Druker bir çox menecerləri inandıra bilmişdi ki, aparıcı işçilər şirkətin müvəffəqiyyətinin açarıdır, marketinq və innovasiya(yeniliklər) maliyyədən daha çox vacibdir.
P. Druker “hökumət xəstəliyi” ideyasının müəllifidir. O deyirdi ki, bir çox hallarda hökumət xalqı zəruri şeylərlə təmin etməyi istəmir və ya edə bilmir. P. Druker “qabaqcadan planlaşdırılmış fəaliyyəti dayandırmaq” fikrini qeyd edərək göstərirdi ki, cəmiyyətə fayda gətirmədiyi təqdirdə, şirkət, hökumət kimi(istefa vermək) ləğv olunmaq əvəzinə keçmiş uğurlarından danışır. P. Drukerin nəzəriyyəsinin mərkəzində menecmentin bir peşə olması və fənn kimi tədrisinin zəruriliyi dururdu. O, işləyib hazırladığı və biznes nəzəriyyəsinin əsasını təşkil edən üç elementi qeyd edirdi. Birinci element, təşkilatı ictimai mühitə təqdin etmək,(cəmiyyət və onun strukturu,istehlakçı və texnologiya) ikincisi, şirkətin spesifik(xüsusi) rolunun təqdimatıdır, üçüncü element, şirkət, vəzifələri yerinə yetirmək üçün imkanlarını göstərməli, rəqabətə davamlı olmasını müəyyənləşdirməlidir.
Müəllif bu üç elementin o qədər sadə olmadığını qeyd edir. Həqiqi biznes nəzəriyyəsini həyata keçirmək üçün uzun illər, gərgin əmək tələb olunur. Şirkətin bütün əməkdaşları biznes nəzəriyyəsinin mahiyyətini bilməli və başa düşməlidir. Biznes nəzəriyyəsi daim yoxlanılmalıdır çünki, bazar, texnologiyalar, istehlakçılar cəmiyyətə görə hər zaman dəyişə bilər.
2002-ci ildə ABŞ prezidenti Corc Buş P. Drukeri mülki şəxslər üçün nəzərdə tutulan Prezidentin azadlıq medalı ilə təltif etmişdir.
P.Druker 2005-ci il noyabrın 11-də, 96 yaşında vəfat edib.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin