Fəsil Menecmentdə proqnozlaşdırma və planlaşdırma. 1 Proqnozlaşdırma



Yüklə 445,59 Kb.
səhifə59/102
tarix20.05.2023
ölçüsü445,59 Kb.
#118263
1   ...   55   56   57   58   59   60   61   62   ...   102
OTEL MENECMENTİ MUHAZİRE (1)

Nəzarətin növləri

Nəzarət, vaxt aşırı (dövri) olaraq üç əsas növə ayrılır.

  1. İlkin nəzarət

  2. Cari nəzarət

  3. Yekun nəzarət

Nəzarətin bu üç növü, yerinə yetirilməsi formasına görə eynidir, belə ki, bir məqsəd güdür. Əldə edilən faktiki nəticələr tələbata uyğun olmalıdır. Bunları yalnız vaxt fərqi ayırır. İlkin nəzarətin əsas üsulları müəyyən qaydalar, davranış proseduraları deyil, həyata keçirilməsidir.
İlk növbədə ilkin nəzarət əmək, maddi və maliyyə ehtiyatlarına yanaşmada istifadə olunur.

  • Əmək ehtiyatları sahəsində nəzarət, hotelin konkret vəzifələrini yerinə yetirmək üçün zəruri olan səriştə və biliklərin təhlili hesabına əldə olunur.

  • Maddi ehtiyatlar sahəsində keyfiyyətli məhsul istehsal etmək üçün xammalın keyfiyyətinin nəzarəti həyata keçirilir.

  • Maliyyə ehtiyatları sahəsində büdcə ilkin nəzarət mexanizmidir. Bu hotelə nə vaxt, nə qədər nağd və ya nağd olmayan pul tələb olunur kimi suallara cavab verir.

İlkin nəzarətdə proqnozlaşdırılan problemlərin yaranmasına imkan verməməyə əsas diqqət verilir və iş başlamazdan əvvəl nəzarət aparılır.
Məsələn, hoteldə keçirilən kütləvi tədbirlərdə bu sahəyə məsul olan menecer əvvəldən bu işə nəzarət edir. Bununla əlaqədar artıq məsrəflərə yol verməmək üçün, müştəri tədbirin vaxtı, qonaqların sayı haqqında dəqiq məlumat verməlidir. Buna uyğun menecer yer ayırır. Müştəri ilə qarşılıqlı münasibət quran və buna nəzarət edən menecer gözlənilməz hadisələrlə rastlaşmır.
İlkin nəzarətə aid yeni hotelin açılışı ilə əlaqədar kadrların seçilməsi və işə qəbulu buna misal ola bilər.
İlkin nəzarət problemlərin yaranmasına imkan vermir və qabaqlayıcı tədbirlər görülür.

  • Cari nəzarət iş prosesində birbaşa həyata keçirilir. Cari nəzarəti müdir yerinə yetirir. Cari nəzarət iş yerinə yetirilən zaman aparılmır. Nəzarət işin nəticələrini müqayisə etmək üçün istifadə olunur.

Cari nəzarəti həyata keçirmək üçün idarə aparatına əks əlaqə zəruridir. Əks əlaqəyə aid sadə bir misal gətirmək olar. Müdir tabeliyində olan işçilərə pis işlədikləri haqda deyir və səhvlərini göstərir. Maliyyə hesabatının nəzarətini göstərmək olar. Hotel sahəsində “ əks əlaqə” nəzarəti çox istifadə olunur çünki bir çox fəaliyyət növləri öz təbiəti etibarı ilə təkrar olunur. Məsələn, qonaq nömrə bronlaşdırır, qonağı qarşılayırlar, qeydiyyatını aparıb nömrəyə yola salırlar. Daha sonra qonaq restoran və barın xidmətindən istifadə edir, yemək yeyir və içki içir. Bunlar təkrar olunur.
Hoteldə nəzarətin bir neçə üsulu istifadə olunur. Bu üsulların köməyi ilə fəaliyyətin növləri ölçülür və bunun əsasında hesabat hazırlanır. Bu nəzarət üsuluna aid bir misal da demək olar. Hotelin fəaliyyətini yoxlayan müfəttiş, qonaq adı ilə hotelə təşrif buyurur. Qonaq hotelin göstərdiyi xidmətlərlə tanış olur. Hoteldə qalan qonaqlarla söhbət edir, ön büro, yemək və işki şöbəsi və digər şöbələrin işi ilə yaxından tanış olur, sonda rəhbərlik üçün hesabat hazırlayır və hotelin fəaliyyətinə qiymət verir. Daha bir üsul isə nömrələrə təkliflər kartı qoyulur və qonaqlar bu kartda öz təklif və tələblərini, nöqsanları qeyd edirlər.
“Əks əlaqə” nəzarətinin ilkin və cari nəzarət növündən iki üstün cəhəti var. Birincisi “əks əlaqə” menecerlərə onların fəaliyyətinin nə dərəcədə səmərəli planlaşdırılması barədə faydalı informasiya verir.
İkincisi “əks əlaqə” nəzarəti, motivasiyanı artıra bilər. Əməkdaşlar adətən vəzifələrini necə yerinə yetirilməsini bilmək istəyirlər. Yekun nəzarət, görülən iş tam qurtarandan sonra və ya ona ayrılan vaxt sona çatanda həyata keçirilir. Yekun nəzarətdə “əks əlaqə” iş tam başa çatandan sonra istifadə olunur. Yekun nəzarət, çox gec yerinə yetirilir çünki yaranan problemlərə təsir göstərməyə vaxt tələb olunur.
Yekun nəzarətin iki əsas funskiyası var.
Birincisi rəhbərliyə informasiya verilir. Bu informasiyada gələcəkdə anoloji işləri aparmaq üçün zəruri olan planlaşdırmadır. İkincisi motivasiya mükafatı ilə əlaqələndirilir və buna əsasən rəhbərlik əldə olunan faktiki nəticəni obyektiv və dəqiq ölçə bilir. Motivasiyanın təsiri ilə işçinin yüksəlməsi və irəli getməsini qeyd etmək lazımdır. Bir mükafat kimi vəzifədə yüksəlmək və irəliləmək, alınan nəticələrin meyarlarından asılıdır. İşçilər dərk edir ki, onların davranışı və fəaliyyəti nəzarətdədir. Aparılan bu monitorinq, kadr məsələlərinin həlli üçün mühüm rol oynaya bilər.

Yüklə 445,59 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin