Hotel gəlirlərinin idarə olunması metodu, müəyyən zaman kəsiyində saxlanıla bilməyən məhsulun satışından maksimum gəlir əldə olunmasıdır. а)Gəlirlərin idarə olunması konsepsiyası. Gəlirlərin idarə olunması konsepsiyasının əsasında məhsulun, alıcıya vaxtında satışı, qiymətin müəyyən bir zaman kəsiyi üçün optimal qalması kimi məsələlər durur. Gəlirlərin idarə olunması konsepsiyası bir sıra strateqiyalara istinad edir. 1-ci strategiya. Məhsulun tələbat və təklif məsələlərində bütün diqqətin qiymət üzərində cəmləşməsi Tələbat və təklif arasında balansın pozulması hər zaman hotel menecmenti üçün narahatçılıq doğuran bir səbəbdir. Bunları tarazlaşdırmaq üçün bir sıra yollar var.
1) Hotelin istehsal gücünün artırılması və ya azaldılması ( məsələn, əlavə işçilərin qəbulu və ya personalın ixtisarını aparmaq)
2) Tərəfdaşlardan alınan malların həcmini tənzimləmək. ( sifarişləri artırmaq və ya azaltmaq, məsələn, restoran üçün ərzaqlar)
3) Bazardakı tələbata uyğun qiymətlərin artırılması və ya azaldılması.
İlk iki üsul hotel xərclərinin necə idarə olunması yollarını göstərir.
Təcrübə onu göstərir ki hotel rəhbərliyi bir çox zaman xərclərin miqdarına nəzarət etdiyi üçün, əlavə gəlirlərin götürülməsi yollarına lazımi diqqət ayıra bilmir.
Eyni strategiya hətta tələbat və təklifin balans tarazlığının qısa bir müddətə
pozulduğu halda da davam etdirilir. Bu yanaşma kökündən yanlışdır, belə ki
o heç də hər zaman hotel resurslarını mövcud bazar tələbatına uyğunlaşdıra bilmir.
Beləliklə qiyymətlərin tənzimlənməsi siyasəti uğur qazanmaq üçün, daha qısa yol sayıla bilər və bu bir çox hallarda hotel gəlirlərinin artmasına səbəb olur. O da məlumdur ki iş adamlarının istifadə etdiyi hotellər iş günlərində tam dolsa da, istirahət günləri boş olur. Bu problemi həll etməyin ən dürüst yolu odur ki, hotel rəhbərliyi istirahət günləri çalışan işçilərin sayını azaltmalıdır.
Lakin mühüm amillərdən biri də odur ki, hotel rəhbərliyi bu zaman yalnız dəyişən xərcləri azaldır, daimi xərclər isə azalmır. Bu isə onu göstərir ki, xərclər nə qədər azalsa da, hotel hər zaman müəyyən zərər görəcək. Məhz bu səbəbdən hotel nömrələrinin aşağı giymətlə də olsa satışı məqsədəuyğundur. Nömrələrin proqnozlaşdırılan aşağı dolumu zamanı, boş olacaq nömrələrin satışı, hotelə əlavə gəlir əldə etməyə imkan yaradır.
Tələbat və təkliflərin balanslaşdırılması zamanı bu üsullara əl atmaq məqsədəuyğundur.
Tələbata qısamüddətli tərəddüt olan zaman ilk öncə aşağıdakılara riayət olunmalıdır: