Hotel biznesində idarəçilik metodunun inkişafına aşağıdaki xüsusiyyətlər təsir etmişdir. 1.Hotelin məhdud “ fiziki” imkanları
2.Daimi xərclərin yüksək, dəyişən xərclərin isə aşağı səviyyədə olması
3.Hotel məhsullarını qoruyub saxlamaq mümkün deyil. Satılmayan hotel nömrəsi qacırılan fürsət, yeri doldurulmayacaq itki deməkdir.
4.Hotel xidmətlərinin satılması bir qayda olaraq, ilkin bronlaşdırma vasitəsi ilə aparılır. Bu amil isə satışları əvvəlcədən proqnozlaşdırmaq və məhsulun tələbat və təklifini idarə etməyə imkan yaradır.
5 Hotel xidmətləri bazarında istehlakşıların seqmentasiysıanın aparılması.
6. Xidmətlərə tələbatın qeyri-stabil olması (mövsümdən, həftənin günlərindən asılı olaraq və s.)
Təcrübə onu göstərir ki, hotel menecmenti, hər gün gəlirlərlə bağlı olan bir sıra spesifik və aktual problemlərlə qarşılaşır.
1. Hotel müştərinin bir neçə gecəlik bronlaşdırma ilə bağlı sifarişinə imtina cavabı verməsi.
2. Satılmayan nömrələrin mövcudluğu.
3. Nömrələrin son anda bronlaşdıran və tam tarif qiymətini ödəməyə hazır olan müştərilərə imtina verilməsi. Çünki, nömrələr əvvəlcədən aşağı tariflə qonaqlar üçün bron olunub.
4. Daha aşağı tariflə ödəmə etməyə hazır olan böyük qrupların olması səbəbindən fərdi və daha çox pul ödəyən müştərilərdən imtina etmək zərurətinin yaranması və yaxud tamamilə əksinə menecmentin daha çox fərdi turistlərə üstünlük verməsi səbəbindən qrup şəklində olan bronlaşdırmaların təsdiq olunmaması.
5.Hotelin dolması və nömrənin orta statistik qiyməti arasında disbalansın olması.
Nömrə fondunun yüksək dolmasının göstəriciləri çox tez-tez orta statistik qiymətin aşağı səviyyədə qalması, və yaxud əksinə aşağı səviyyədə dolma nömrənin baha olan orta statistik qiymətini kölgədə qoyur.
Hotel rəhbərliyi ən tez zamanda onu da anlayır ki orta qiymət, dolma və nömrə üzrə olan gəlirlər ciddi sürətdə artırıla bilər, lakin mövcud vəziyyətdə komplektləşdirilmiş və sistemləşdirilmiş mexanizmlərin tam işlənib hazırlanmaması səbəbindən bu cür məsələlər öz həllini tapmır. Eyni zamanda hansı strategiyanın ilkin olaraq seçilməsi çox zaman sonadək məlum deyil. Nömrə fondunun yüksək dolmasına diqqət ayırıb, yüksək orta qiymət üzərində dayanmaq və yaxud da nömrədən gələn gəlirlərə arxalanıb. bu göstəricilərə istinad etmək.
Bütün bu suallara gəlirlərin idarə olunması metodu üzrə cavab tapmaq olar:
1. Hotelin gəlirlərini maksimum dərəcəyə çatdırmaq
2. Hotelin dolmasını ( satışları) optimallaşdırmaq
3. Hotelin gəlirlərini artırmaq.
Göstərilən məqsədlərə istinadən aşağıdaki nəticəyə gəlmək mümkündür