1) İdarəetmə potensialı ( nəzarətin mövcudluğu və mümkünlüyü) 2) Müəyyən bir qiymətə olan tələbatın nəzərə alınması. Son illərdə gəlirlərin idarə olunması daha çox hotel biznesində özünü göstərir.
Lakin bu konsepsiya heç də risklərdən sığortalanmayıb.
Gəlirlərin idarə olunması metodunun tətbiq olunma şərtlərinə aşağıdakılar daxildir:
1.məhdudlaşdırılmış istehsal gücləri( hoteldə nömrələrin, restoranda masaların sayı)
2. istehlakçıların müxtəlif seqmentlər üzrə, müxtəlif vaxtlarda reallaşdırdığı məhsulun qiymət spektoru.
3. Eniş və yüksəlişlərlə müşaiyət olunan tələbat ( mövsüm, həftə və hadisələr üzrə).
4. Məhsulun qorunub saxlanılmaması.
Hotel biznesində gəlirlərin idarə olunması fəlsəfəsinə, gəlirlər üzrə qəbul olunan qərarlara təsir edən amillər və xərclərin azaldılması ilə gəlirlərin artımı üçün istifadə olunan texnologiyalara diqqət yetirək.
7.1 Gəlirlərin idarə olunması metodu. Gəlirlərin idarə olunması metodu, istehlakçıların istəyinin proqnozlaşdırılması, hotel məhsulunun təklif olunması və qiymətinin optimallaşdırılması hesabına tələbat və təklifin balanslaşdırılması üçün müasir bir vasitədir.
Bu metodun yaranmasına və müasir hotel biznesinin aparıcı qüvvəsi hesab olunan dörd əsas amili qeyd edək. 1) Hotel xidmətlərindən istifadə edən istehlakçılar, bir çox hallarda bazarda olan seçim imkanları haqqında bilgilərə sahib olurlar, onun üçün də onlar daha aşağı qiymətdə, unikal interyer, gözəl memarlıq, münasib ərazidə yerləşən və yaxşı servisə malik olan bir məhsula üstünlük verirlər. Ümumiyyətlə, azad rəqabət bazarnda müştərilər təşəbbüsü ələ alaraq hotellərə öz şərtlərini diqtə edirlər. Hər bir qonaq ona fərdi yanaşmağı tələb edir.
2) İnvestor və sahibkarlar idarəçilikdə fəal rol oynayır və menecmendən tələb edirlər ki, qoyduqları sərmayə tez bir zamanda gəlir gətirsin.
3) Bazarın yüksək səviyyədə inkişafı. Bazar iqdisadiyyatı yerində saymır və inkişaf edir, müəyyən zaman ərzində yeni rəqiblər, yeni növ xidmət növləri,texnologiyalar, yeni tədarükçülər və yeni biznes tərəfdaşları ortaya çıxır. Müasir biznesdə yalnız o hotellər davam gətirə bilər ki, onlar bazarın yeni, bəzən daha sərt qanunlarına uyğunlaşa bilsinlər, maksimum dərəcədə çevik və cavab reaksiyası vermə iqdidarında olsunlar.
4) Biznes sahəsində istifadə olunan məlumatların sürətlə artması. Məlumatlar hotel üçün dəyərli resurs, onun düzgün istiqamətləndirilməsi isə daha bir vacib amildir.
Əks tədqirdə yanlış qərarlardan sığortalanmaq mümkün olmayacaq.