Reaktiv planlaşdırmanın (keçmişə qayıtmaq) nümayəndələri öz idealları və üsullarının mövcudluğunu keçmişdə tapırlar. Onlar bugünkü bütün nailiyyətləri inkar edir və bu nöqteyi-nəzərdən müasir texniki və texnoloji cəmiyyətə çox pis yanaşırlar. Reaktiv planlaşdırmanın əsas metodu – genetik yanaşmadır, yəni problem onun yaranması və keçmiş inkişafı nöqteyi-nəzərindən tədqiq edilir.
Reaktiv planlaşdırmanın tərəfdarları iqtisadi subyektləri davamlı, stabil və yaxşı qaydaya salınmış mexanizmi kimi qəbul edirlər. Təşkilatda bütün baş verənlər artıq məlumdur, o ali rəhbərin şəxsi nüfuzunun köməyilə yuxarıdan aşağıya idarə olunmalıdır.
Reaktiv planlaşdırma keçmiş təcrübəyə əsaslanır və aşağıdan yuxarıya həyata keçirilir. Belə ki, ilk dəfə aşağı bölmələr üçün plan tərtib edilir, sonra toplanan materiallar rəhbərə təqdim edilir, hansıki korrektə və redaktə olunur.
Reaktiv planlaşdırmanın nöqsan cəhətləri aşağıdakılardan ibarətdir:
ona sistem kimi baxılmır, yalnız sadə vahid elementlərin məcmusu kimi baxılır;
planlaşdırma bu günün obyektiv şəraiti və gələcək dəyişiklikləri kifayət qədər nəzərə alınmadan aparılır;
reaktiv planlaşdırma əsasən yalnız ali rəhbərin funksiyasıdır;
reaktiv planlaşdırma müəssisələrin təsərrüfat fəaliyyətinin effektivliyini aşağı salır.
İnaktiv planlaşdırmadakeçmişə qayıtmaq və irəli doğru hərəkətə cəhd etmək lazım bilinmir. Planlaşdırmanın bu tipi mövcud şəraiti kifayət qədər yaxşı və münasib kimi qəbul edir. Hazırkı vəziyyətlə kifayətlənmək inaktivizmin fərqli cəhətidir. Bu tip planlaşdırmada vaxtın çox hissəsi faktiki məlumatların toplanmasına və emalına sərf edilir.
İnaktiv planlaşdırmanın nöqsan cəhətləri aşağıdakılardan ibarətdir:
firmanın əməkdaşlarının yaradıcı potensialından zəif istifadə edilir, onların xidməti müstəqilliyi məhdudlaşdırılır.
İnaktiv planlaşdırmanın müsbət cəhəti təsərrüfat fəaliyyətinin planlaşdırılmasında ehtiyatlanmadır. Tədricən və düşünülmüş hərəkət adətən katastrofik nəticəyə gətirib çıxarmır, müəssisənin müflisləşməsi gözlənilmədən, qəfildən baş vermir.