zaman obyektiv səbəbdən, öz təşəbbüsü ilə işi tərk edənlərin sayı, il ərzində
ümumiyyətlə işdən gedənlərin sayından ayrılıqda müəyyən edilir və o, işçilərin (və
ya fəhlələrin) orta illik sayı ilə müqayisə olunur.
İş qüvvəsi axıcılığı iki tərəfdən birinin-həm muzdlu fəhlənin və həm də işə
götürənin iradəsi ilə baş verə bilər. İkinci halda iş qüvvəsi axını müəssisə
rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilir.
Bütünlükdə idarəçilik üçün olduğu kimi, istehsal heyətinin də idarə edilməsi
məlum üç metod əsasında həyata keçirilir: a) inzibati; b) iqtisadi; c) sosial-
psixoloji. Öz-özlüyündə aydındır ki, əgər göstərilən üç metoddan hər hansı biri
istehsal heyətinin idarə olunmasının öhdəsindən gələ bilsəydi, digər ikisinə ehtiyac
qalmazdı. Deməli, ümumiyyətlə idarəçilikdə və xüsusilə, heyətin idarə
olunmasında bu üç metodun hamısından-şəraitdən asılı olaraq-müəyyən hədlər
çərçivəsində istifadə olunmalıdır.
Dostları ilə paylaş: